Ukraynalıların soyqırımı-Qolodomor (4)

 

Çoxsaylı faktlar Qolodomor siyasətinin  mahiyyəti və milyonlarla insanın ölümünə səbəb olan soyqırımı faciəsinin sadə insanlara nəyin bahasına başa gəldiyi barədə çox şey deyir. Yəqin ki, həmin faktlar əldə edilməsəydi, günümüzün prizmasından məsələyə yanaşaraq bu facənin köklərini və insanlara gətirdiyi bəlaları lazımınca anlamaq, ona düzgün qiymət vermək  çətin olardı.

 

Dəhşət doğuran faktlar

 

Başda Stalin olmaqla onun əlaltıları tərəfindən ukraynalılara qarşı həyata keçirilən aclıqla məhv etmə siyasəti ( Qolodomor) hər gün on minlərlə insanın həyatına son qoyurdu.  Bu çərçivədə soyqırım 1933-cü ilin qış yaz aylarında özünün ən yüksək həddinə çatdı. Bu zaman hər gün 25 min insan dünyasını dəyişirdi.

 Soyqırım ukraynalıların bir xalq kimi bir neçə nəsillik inkişafını da dayandırdı. Amma demək olmazdı ki, insanlar bu ədalətsizliyə qarşı müqavimət göstərmirdilər. Bəzi yerlərdə onlar evdə oturub aclıqdan ölməyi gözləməkdənsə, cəza dəstələri ilə savaşda ölməyi üstün tuturdular. Bununla əlaqədar Moskvaya çoxlu sayda raportlar gedirdi. Məsələn,Tulçinski Rayon Partiya Komitəsi katibinin Vinitsk Vilayət Komitəsinin rəhbərinə 1932-ci ilin 9 mayında yazdığı raportlardan birində deyilir: “Tam məxfi: Nemirovda üsyan baş verdi. Ac kəndlilərSentrospirt”-ə (mərkəzi spirt zavoduna) hücum etdilər onlara araq deyil, taxıl lazım olduğunu qışqıraraq hər şeyi dağıtdılar”.

Digər bir raport isə aclığın gətirdiyi dəhşətlərdən bəhs edir: “Ölüm hallarının sayı o qədər artmışdı ki, bir çox kənd sovetləri artıq hesablama aparmırdılar.”  Xarkov Vilayət Şöbəsinin rəhbəri Katsnelsnonun USSR DSİ-nin rəhbərinə məktubundan, 5 iyun, 1933-cü il.

 Bu məsələ o qədər ciddi hal almışdı ki, Moskva Ukraynada həyata keçirdiyi soyqırmının dəhşətli nəticələrindən narahat olmağa başlamışdı. Bunu hiss edən  Stalin 1932-ci il avqust ayının 11-də Lazar Kaqanoviçə ünvanladığı məktubunda yazırdı: “Ukraynadakı vəziyyəti düzəltməyə başlamasaq, biz Ukraynanı itirə bilərik.” Amma əslində Moskva soyqırmın qarşısnı almaq niyyətində deyildi. Onları, sadəcə olaraq, aclıqdan ölən əhalinin boş buraxdığı ərazilərin taleyi maraqlandırırdı.

Faciə isə bütün dəhşətləri ilə davam etməkdə idi. Bunu təsadüf nəticəsində sağ qalan şahidlərin dedikləri sübut edir.

 

Şahidlərin dedikləri

 

Elə bir ev tapmaq çətin idi ki, orada aclıqdan ölən olmasın. Ölənlərin sayı adamı heyrətə gətirirdi”. Yakov Vilçenko, Qolodomor şahidi, Kiyev.

Mənim anam övladlarını özü dəfn etmişdi. Bir qardaşım yalvarıb yemək istəyə-istəyə 1933-cü ilin fevralında dünyasını dəyişdi; o biri qardaşım martda, bacım isə 1933-cü ilin mayında öldü”. Mariya Kaçur, Qolodomor şahidi, Zaporojye.

Minlərlə uşaq acından ölən bir vaxtda Ukraynanı talan etmək, bütün buğdanı insanların əlindən almaq əmrini məhz Stalin vermişdi”. Mixaylo Prokopenko, Qolodomor şahidi, Çerkassk.

Onlar hər şeyi götürürdülər. Hətta yemək tapdıqda onu da əlimizdən alırdılar. Bu Stalinin hakimiyyətin qərarı idi. Əgər sən yeməyi gizlətsəydin, səni Sibirə sürgün edə bilərdilər”. Katerina Pançenko, Qolodomor şahidi, Xarkov.

Hətta insanlar bir neçə çuğundur ya bir ovuc noxud gizlədikdə belə bunlar da əllərindən alınırdı. Məncə, 1933-cü il Qolodomoru dəqiq şəkildə düşünülmüş planlaşdırılmışdı; Allah bizi bu cür bəladan qorusun”. Kseniya Datsenko, Qolodomor şahidi, Çerkassk vilayəti.

Siz hansı quraqlıqdan danışırsınız? Bütün bunlar (aclıq) Stalinin əmrlərinə əsasən həyata keçirilirdi. Onun əlaltıları gəlirdilər apara bildikləri hər bir şeyi özləri ilə aparırdılar. Amansız əclaflar insanların bütün azuqələrini talayırdılar”. Nikolay Melnik, Qolodomor şahidi, Dnepropetrovsk vilayəti.

 Bu dəhşətli soyqırımının üstündən illər ötəndən sonra Ukrayna rəsmi şəkildə məsələni araşdırmağa ona münasibət bildirməyə başladı. Onlardan bəzilərini Sizə təqdim edirik.

Mən sizə Qolodomor soyqırımı nəticəsində 10 milyona yaxın insan itirmiş bir xalqın adından müraciət edirəm...

Biz istəyirik ki, dünya bəşəriyyət əleyhinə törədilmiş bütün cinayətlər haqqında həqiqətləri öyrənsin. Yalnız bu yolla cinayətkarların bizim biganəliyimizdən istifadə etmələrinin qarşısını almaq olar”. Viktor Yuşşenko, sabiq Ukrayna Prezidenti.

Qolodomor - 1932-1933-cü illərdə 7-10 milyon günahsız insanın ölümünə səbəb olmuş Ukrayna xalqı üçün milli faciəyə çevrilmiş Böyük Aclıq hadisəsidir”. 7 noyabr 2003-cü ildə BMT Ali Məclisin 58-ci sessiyasında quruma üzv ölkələrin nümayəndələrinin birgə bəyanatından.

Məhz belə canfəşanlıqla tutulan divan Ukraynada törədilmiş aclıq terroruna soyqırım xarakteri verir”.

 

Alan Bezanson, tarix professoru (Sorbonna, Fransa) .

 

Aclıq vasitəsilə Ukrayna xalqına qarşı həyata keçirilən zorakılıq Ukrayna mədəniyyətinin dininin, həmçinin Ukrayna ziyalılarının məhvi ilə müşahidə olunurdu. Stalin... kəndlilərə millətçiliyin daşıyıcıları kimi yanaşırdı. Sağlam düşüncə Ukrayna xalqına vurulan bu ikiqat zərbəni bizə təsadüf hesab etmək imkanı vermir”. Robert Konkest, Qolodomor tədqiqatçısı (ABŞ)

 

Mən əminəm ki, Stalinin hakimiyyəti öz əlində cəmləməsinin məqsədi böyüklüyünə görə ikinci sovet respublikasının fiziki məhvinə nail olmaq, ən əsası isə Ukrayna kəndlilərini, Ukrayna ziyalılarını, Ukrayna dilini, bir sözlə, Ukraynanı bütün ukraynalıları yox etmək idi. Məqsəd çox sadə primitiv idi: əhali yoxdursa, ölkə yoxdur. Deməli, problem həll olunmuş sayılır. Bu, sözün klassik mənasında, soyqırım siyasətidir”. Ceyms Meyson, Qolodomor tədqiqatçısı (ABŞ).

Ukraynada yaşanan bugünkü faciənin nəticəsi bu ölkənin Rusiya tərəfindən məskunlaşdırılması olacaq. Bu isə əhalinin etnik tərkibinə zərər vuracaq. Gələcəkdə hətta yaxın gələcəkdə heç kəs Ukrayna ukraynalılar - deməli, həm Ukrayna məsələsi barədə heç bilməyəcək - çünki Ukrayna faktiki olaraq əhalisinin çoxunu ruslar təşkil edən bir ölkəyə çevriləcək”. İtaliyanın Xarkovdakı konsulu Serjio Qradeniqonun Moskvadakı İtaliya səfirinə məktubundan (1933-cü il) .

Hər iki millət (yəhudilər ukraynalılar) siyasi səbəblər üzündən yalnız onlar, məhz onlar, olduqları üçün məhv edilmişdilər”.

 

ABŞ Konqresmeni Devid Rut.

 

Mənə hər şey aydındır. Mənim BMT-nin heç bir sübutuna ehtiyacım yoxdur, çünki, öz doğma kəndimdə əhalinin yarısından çoxu acından qırılmışdı”. Aleksandr Moroz, Ukrayna Ali Radasının sabiq spikeri.

Qolodomor xalqımızın tarixinin faciəli səhifəsi, hər bir ukraynalının ürəyindəki yaradır. Bizim itkilərimiz çox böyük idi - 7 milyondan çox insan. Bu, sadəcə millətin genofonduna vurulan ikiqat zərbə deyildi. Əslində, Ukrayna xalqının bir millət kimi mövcudluğu sual altına alınmışdı”. Viktor Yanukoviç, Ukraynanın baş naziri (indiki prezident).

Qolodomor Stalin rejimi tərəfindən düşünülmüş şəkildə təşkil edilmişdi. O, Ukrayna dünya ictimaiyyəti tərəfindən dünyada qurbanlarının sayına görə ən böyük soyqırımlardan biri kimi pislənilməlidir”. Leonid Kuçma, sabiq Ukrayna Prezidenti.

Mən o dövrkü hakimiyyətin soyuqqanlılıqla həyata keçirdiyi dəhşətli cinayətdən danışıram. Bu faciənin ağrılı xatirəsi ukraynalıların hissləri fəaliyyəti ilə qan yaddaşına çevrilməlidir”. Qolodomorun 70 illik ildönümü ilə əlaqədar Roma Papası II İohann Pavelin Ukrayna xalqına müraciət məktubundan, 23 noyabr 2003-cü il.

 Əhalinin aclıqla məhvetmə siyasəti ilə eyni vaxtda ölkədə, belə demək mümkündüsə, “etibarsızinsanlarınovu”na da başlanılmışdı. Bu çərçivədə müxtəlif bəhanələrlə həbs edilənlərin sayı da sürətlə artmqda idi. Məsələn, 1932-ci ildə Ukraynada həbs edilənlərin ümumi sayı 1929-cu ildəkində n 2,5, 1933-cü ildə isə 4 dəfə artıq - rekord sayda - 124,5 min nəfər olmuşdu.

Ukraynada repressiya dalğasını göstərən rəqəmlərə nəzər salaq:

 

1929 - 29.9 min nəfər.

1930 - 33.4 min nəfər.

1931 - 51.9 min nəfər.

1932 - 74.8 min nəfər.

1933 - 124.5 min nəfər.

1934 - 30.3 min nəfər.

 

Qeyd edilən bütün faktlar sübut edir ki, sovetlərin Qolodomor aclıq siyasəti  Ukrayna xalqının məhvinə yönələn və planlı şəkildə həyata keçirilən genosid olmuşdur. Yüz illər ötsə də, bu faciə tarixdə XX əsrdə Ukrayna xalqına qarşı aparılan dəhşətli qırğın kimi qalacaq. Son

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 31 iyul-2 avqust.- S. 12.