Yunus Əmrə-
türkün haqq aşiqi (4)
Təsadüfi deyil ki,
tədqiqatçılar tərəfindən
Yunus Əmrənin adı orta əsrlər
Türk-İslam dünyasında
ən böyük haqq aşiqi kimi çəkilir. Hətta bəzən onun Allaha olan sonsuz
sevgisinə görə Mövlanadan belə, yüksək mərtəbəyə
yüksəldiyini söyləyirlər. Necə deyərlər, Yunus Əmrənin
hər misrasında Allah eşqi Yerin altından üstünə
gur çeşmələr kimi püskürür, susuz qəlblərin
susuzluğunu yatırtmaq, qəlblərə bir sərinlik gətirmək
istəyir. Onun üçün bu dünya fanidir və bu fani
dünyaya aldanmaq özünü məhv etməkdən
başqa bir şey deyil.
O,
bütün varlığı ilə uca eşqə
sarılmışdı
və onunla nəfəs verib, nəfəs alırdı. O, bu dünyada nə
mala, nə mülkə,
nə də var-dövlətə aşiq idi. Ona görə də Yunus Əmrə mal
və mülkə əsir olanlara öyüd-nəsihət
verir, onları düz
yola qaytarmağa
çalışırdı. Mal
və mülk əsir olanlara Yunus Əmrə belə xitab edirdi:
- Mal sahibi, mülk
sahibi, hanı bunun ilk sahibi?
Mal da yalan, mülk də yalan; var bir
az da
sən də oyan!
Bununla da haqq
aşiqi insan öləndə ona var-dövlətindən heç
nəyin qalmayacağını,
özü ilə o dünyaya büründüyü
bezi aparacağını
xatırladırdı.
Yunus Əmrə ibrət dolu şeirlərində həyatın
qısa olduğunu, insan həyatının səhər çıxıb,
axşam batan günəşə bənzədiyini
bildirirdi. Bununla əlaqədar
bir şeirində Haqq aşiqi deyirdi:
Ana rəhmindən gəldik
bazara;
Bir kəfən aldıq döndük məzara!
Bu, Yunus Əmrənin dünyanın
nə qədər müvəqqəti olduğuna
ətrafındakıların diqqətini cəlb etməsinin ən gözəl nümunəsidir. Yunus Əmrə üçün
haqq hər şeydən əziz idi, zira haqq
yolunu tapmadan, ona sarılmadan insanın öz əbədi səadətini
tapa bilməsi mümkün deyildi. Onun üçün bu dünya bir bazar idi və
hərə bu bazarda özü bildiyi kimi alver
edərək, məzara
dönürdü. Bu dünya bazarında insan oğlu nə qədər vicdanının hökmü,
Allahın eşqi ilə hərəkət edir və onun
adını tutaraq bazarlıq edirdisə, o qədər də özünə əbədi
bir həyatı təmin etmiş olurdu. Yunus Əmrə böyük Azərbaycan şairi Məhəmməd Füzulidən
200-230 il öncə haqqa olan sevgisini,
haqq aşiqi olduğunu, obrazlı şəkildə desək,
Məcnun Leylisini sevdiyi kimi sevdiyini
ortaya qoymuşdu. Bu baxımdan Yunus
Əmrənin Füzuli
yaradıcılığına özünəməxsus şəkildə
təsir etdiyi istisna edilmir. Təsadüfi deyil ki, tədqiqatçılar tərəfindən
Yunus Əmrənin adı orta əsrlər
Türk-İslam dünyasında
ən böyük haqq aşiqi kimi çəkilir. Hətta bəzən onun Allaha olan sonsuz
sevgisinə görə
Mövlanadan belə, yüksək mərtəbəyə
yüksəldiyini söyləyirlər.
Necə deyərlər,
Yunus Əmrənin hər misrasında Allah eşqi Yerin altından üstünə
gur çeşmələr
kimi püskürür,
susuz qəlblərin susuzluğunu yatırtmaq, qəlblərə bir sərinlik gətirmək istəyir. Onun üçün bu dünya fanidir
və bu fani dünyaya aldanmaq özünü məhv etməkdən başqa bir şey deyil. Təsadüfi deyil ki, bir şeirində
Yunus Əmrə bu fani dünyanın
mal-mülkünə aldanaraq
bu dünyadan əbədi həyata köçənlər haqqında
insanın ruhunu titrədən bu şözləri deyir:
Yalançı dünyaya qonub
(aldanıb) köçənlər,
Nə söylərlər, nə
bir xəbər verərlər!
Üzərində türlü otlar
bitənlər,
Nə söylərlər, nə
bir xəbər verirlər!.
Kiminin başında bitər
ağaclar,
Kiminin başında saralır
otlar,
Kimi məsum, kimi gözəl igidlər
Nə söylərlər, nə
bir xəbər verərlər!.
Torpağa qərq olmuş
nazik tənləri,
Söyləmədən qalmış dadlı dilləri,
Kimisi dördündə, kimi beşində,
Kimisinin tacı yoxdur başında,
Kimi altı, kimi yeddi yaşında,
Nə söylərlər, nə
bir xəbər verərlər!.
Kimisi bəzirgan, kimisi xoca,
Əcəl şərbətini içmək
də güc a!
Kimi ağ saqqallı,
kimi pir qoca
Nə söylərlər, nə
bir xəbər verərlər!.
Yunus Əmrə bununla da insan
oğluna ibrət dərsi vermək, onu qəflət yuxusundan ayıltmaq istəyir. O ölümün haqq
olduğunu, bütün
insanların əcəl
şərbətini içəcəyini
şeirlərində dönə-dönə
xatırladır:
Haqdan enən şərbəti içdik əlhəmdülillah,
Şol qudrət dənizini keçdik əlhəmdülillah.
Yunus Əmrə Tapdıq Əmrənin qapısında haqq yolunu arayırdı və bu onun
kamil bir şəxsiyyət kimi yetişməsində mühüm
rol oynamışdı. Təsadüfi deyil ki, Yunus
Əmrə bununla əlaqədar şeirlərinin
birində deyir:
Tapdığın tapusunda qul olduq qapısında,
Yunus, miskin çiy idik bişdik əlhəmdülillâh!.
Yunusu yalnız Anadoluda deyil, həm də Orta Asiyada
da yaşadan
məhz onun haqqa bütün varlığı ilə bağlı olması, şeirlərində
insandakı mənəvi
ruhi saflığı
hər şeydən üstün tutması idi.
Ona görə də bu gün də
haqq aşiqinin şeirləri özünün
ölməzliyini, əbədiliyini
qoruyub saxlamaqdadır.
Yunus Əmrənin şeirləri ilə bağlı Anadoluda xalq arasında maraqlı bir rəvayət dolaşmaqdadır. Rəvayətə görə, onun vəfatından təxminən
yüz il
sonra (bəzi rəvayətlərdə isə
Yunus Əmrənin sağlığında) Molla
Qasım adli özünü alimlər
alimi hesab edən birisinin əlinə Yunus Əmrənin şeirləri
keçir. O, bir çayın başında
bu şeirləri oxuyur və onlardakı mənaları
anlamadığı üçün:
- Bunlar da şeirdirmi?-deyə çaya atırdı. Nəhayət, şeirlərin
birində bu misraları oxudu:
Dərvis Yunus, bu sözü əyri-bəyri söyləmə
Səni sınağa çəkər bir Molla Qasım gəlir.
Bu sözləri oxuyan
Molla Qasım, o anda səhv etdiyini anlayır və böyük bir peşmanlıq içində:
– Ay Allah, Mən nə
etdim! Qoca bir ümmandan
xəbərim olmadı.
Halbuki bir ruhi və
mənəvi hikmət
xəzinəsi tapmışdım.
Mən bunu anlaya bilmədim.
Amma o 100 il
bundan əvvəl mənim halımdan xəbərdar imiş,-deyə
ağlamağa başlayır.
Sonra şeirlərin qalan hissəsini öpərək
gözünün üstünə
qoyur və onları mühafizə etməyə başlayır.
Deyilənə görə, o vaxt
Yunus Əmrənin mindən artıq şeiri məhv olub. Ardı var...
Əziz Mustafa
Zaman.- 2010.- 3-4 iyun.- S. 9.