Yunus Əmrə-
türkün haqq aşiqi (5)
Yunus Əmrədə haqq
sevgisi ustadına olan sevgi ilə
qovuşaraq ona əbədi bir səadət bəxş etmişdi. Ona görə də Yunus Əmrə son nəfəsində: -Məni
xocamın türbəsinin
yolu üzərində
dəfn edin,-demişdi.
Amma sağlığında
adı ətrafında
o qədər əfsanələr,
rəvayətlər əmələ
gəlmişdi ki, bu gün də
onun Anadolunun bir neçə yerində, o cümlədən
Azərbaycanda ( Qax rayonunun Onçallı kəndində)
qəbirləri mövcuddur.
Amma bunlardan hansının haqq aşiqinin məzarı olduğu bu gün də
mübahisəlidir. Çünki o dövrdə Yunus Əmrə adında azı iki-üç nəfər tanınmış
haqq aşiqi olub. Onların yazdıqları şeirlərin
bu iki-üç nəfərdən hansına
aid olduğunu ayırmaq
asan deyil. Bununla belə, əksər tədqiqatçılar haqq
aşiqinin Əskişəhərin
Mihaliççik qəzasına
bağlı Yunus Əmrə kəndində
vəfat etdiyi və orada dəfn
edildiyini bildirirlər
və bu, daha ağlabatan görünür.
Yunusa görə möminlər,
haqqa sığınanlar,
haqq yolunu tutanlar ölməzlər. Onlar bu fani həyatdan əbədi bir həyata köç edərlər.
Ona görə də Yunus Əmrə
şeirlərinin birində
belə deyir:
Tən fanidir
can ölməz,
gedənlər geri gəlməz
Ölür isə
tən ölür,
canlar
öləsi deyil!..
Allah
eşqi ilə ömrünü başa vuranların da nəsibi bir əbədi məkana alnıaçıq, üzüağ
getməkdir. Ona görə də
mömin özü ilə bu dünyadan
o əbədi həyata
əməllərini aparacaq
və bu dünyada əkdiyi yaxşılıq toxumunun
meyvələrini o dünyada
dadacaqdır. Yəni hər
bir insan bu dünyadakı xeyir və şər
əməllərinin əvəzini
layiq olduğu kimi Uca Yaradandan
alacaqdır.
Burada istər-istəməz böyük alim İmam Qəzali həzrətlərinin o dünyaya
köçməsi ilə
bağlı ibrətverici
bir hadisə yada düşür. Rəvayətə görə, İmam
Qəzali xəstə
idi və yataqda ağır halda yatırdı. Həmin vaxt onu yoluxmaq
üçün bir neçə nəfər mələklər gəlir.
Az sonra
onlar İmam Qəzalini hava alması üçün
evindən çıxarıb,
olduqca gözəl bir bağçaya aparıblar. İmam Qəzali gördüyü
bu gözəllik qarşısında çaşıb
qalmış və “Mən necə oldu ki, evimin
lap yaxınlığındakı bu cənnət məkanı görmədim”,-deyib.
Bu vaxt Qəzalinin
evindən ağlamaq səsləri gəlib. İmamı sevənlər ruhu
tənindən çıxan
bu böyük insanın ölümünə
ağlamağa başlamışlar.
Sonra da onu layiq
olduğu dərəcədə
son mənzilə yola salmışlar. Qəzalini bağçaya
gətirənlər getmək
istəyəndə o da
ayağa qalxmaq və getmək istəmişdi. Lakin
onu bu gözəl
bağçaya gətirənlər:
-Ey İmam, sən
artıq vəfat etmisən. Bundan sonra əbədi məskənin bu cənnətməkan yerdir,
qiyamətə kimi burada yatacaqsan,-deyə ona cavab veriblər.
Yəni
imam Qəzali artıq
sağlığında ikən
cənnəti qazanmış
və tənindən əvvəl ruhunu cənnət məkana gətirmişdilər. Onu nəşindən
əvvəl bu cənnətməkana gətirən
saf əməlləri
idi.
Yunus Əmrə haqdan
gələn bu həqiqəti çox yaxşı bilir və haqqa qovuşmaq
üçün bu fani dünyada hər şeyindən keçmişdi.
Əslində Yunus Əmrə
ilə Tapdıq Əmrə arasında olan münasibətlər Mövlana ilə Şəms arasında olan ruhani, haqqa
yönələn mənəvi
yaxınlıq, bağlılıq
idi. O da Şəms kimi sağlığında
bir uca məqama
yüksəlmişdi. Bunu
dərindən anlayan Tapdıq Əmrə həzrətləri şagirdinə:- Sən elə
məqama yüksəldin
ki, o məqama çox az adamlar
ucala, aradığı
haqqa qovuşa bilir. Sən cənnəti sağlığında
qazandın.
Yunus Əmrədə haqq
sevgisi ustadına olan sevgi ilə
qovuşaraq ona əbədi bir səadət bəxş etmişdi.
Ona görə
də Yunus Əmrə son nəfəsində:-Məni
xocamın türbəsinin
yolu üzərində
dəfn edin,-demişdi.
Amma sağlığında
adı ətrafında
o qədər əfsanələr,
rəvayətlər əmələ
gəlmişdi ki, bu gün də
onun Anadolunun bir neçə yerində, o cümlədən
Azərbaycanda ( Qax rayonunun Onçallı kəndində)
qəbirləri mövcuddur.
Amma bunlardan hansının haqq aşiqinin məzarı olduğu bu gün də
mübahisəlidir. Çünki o dövrdə Yunus Əmrə adında azı iki-üç nəfər tanınmış
haqq aşiqi olub. Onların yazdıqları şeirlərin
bu iki-üç nəfərdən hansına
aid olduğunu ayırmaq
asan deyil. Bununla belə, əksər tədqiqatçılar haqq
aşiqinin Əskişəhərin
Mihaliççik qəzasına
bağlı Yunus Əmrə kəndində
vəfat etdiyi və orada dəfn
edildiyini bildirirlər
və bu, daha ağlabatan görünür.
Yunus Əmrənin vəfatından
illər sonra, 1948-ci ildə onun qəbrinin yerinin dəyişdirilməsi məsələsi
gündəmə gəldi. Belə ki, Ankara-Əskişəhər
dəmir yolu genişləndirilərkən Yunus
Əmrə həzrətlərinin
türbəsinin yerini
dəyişdirmək lazım
gəldi. Ancaq Haqq
aşiqinin qəbri yaxınlığında yerə
döşənən dəmir
yolu relsləri sıradan tez-tez çıxmağa başladı.
Ona görə də dini mərasimlə Yunus Əmrənin türbəsini açdılar
və onu əvvəlcədən inşa
edilən başqa türbəyə köçürdülər.
Şahidlərin sözlərinə görə, Yunus Əmrənin bədəni
təzəcə vəfat
etmiş insanlarınkı
kimi qalmış və bir əzası
belə çürüməmişdi.
Bu, Yunus Əmrənin
nə qədər böyük bir mərtəbəyə yüksəldiyini
göstərir.
Çünki Yunus
özü də dediyi kimi:
Yunus öldü
deyə səla verirlər
Ölən heyvan
imiş, aşiqlər
ölməz!
Yunus da ölməmişdi
dünyasını dəyişmiş
və son mənzildə
təni sağlığında
olduğu kimi qalmışdı. Sanki o yuxuya gedib və
tərpətsən bu
dəqiqə silkələnib
ayağa qalxacaq.
Seyh İsmail
Hakkı həzrətləri Yunus
haqqında: - Onun kimisi bu dünyaya
gəlməyib. O, Anadoluda
yaşayan türklərin
şirin ləhcəsində
yazdıqları ilə
sevildi və heç kimsə onun ucaldığı mərtəbəyə qalxa
bilmədi.
Yunus Əmrə bu gün də milyonların qəlbində
yaşamaqda davam edir. Eyni
zamanda haqq aşiqi əsrlərin arxasından onu sevənlərə səslənir:
Biz
dünyadan gedər olduq:
qalanlara salam
olsun!
Bizim için
xeyir-dua
qılanlara salam
olsun!
Əziz Mustafa
Zaman.- 2010.- 5-7 iyun.- S. 12.