Karamanoğlu Mehmet bəy - türkcəni dövlət dili edən xadim (2)

 

Mövlana Ariz: “Din dil bir millətin ruhudur. Tarix boyunca dinsiz, dilsiz bir millət olub. Millətlərə can verən, milli mədəniyyətləri qoruyan nəsildən-nəslə keçirərək yaşadan onların dilləridir. Hər millət öz tarixini, dil ədəbiyyatını onun əlindən almağa çalışan daxili xarici güclərlə mücadilə etməlidir. Sizlərin kiçik bir qeyrəti bizi məhv olmaqdan xilas edəcəkdir. Bilin ki, İslamdan öncə Avropaya köç edən Bulqar, Macar Fin türkləri dillərini qoruya bilmədilər türklüklərini itirdilər. Dil itincə o dili təmsil edən milli kimlik dolayısı ilə insan da yox olub gedir”. Məhz milli dil milli mənliyin qorunub saxlanılması uğrunda  xalqın ayağa qalxması milli mənlik şüurunun formalaşmasında xüsusi rol oynadı.

Beləliklə, Ərəğlini ələ keçirən Nurəddin bəy tayfası ilə bu gözəl ərazini özlərinə yeni yurd yeri etdi. Bunun ardınca Nurəddin bəy bölgənin strateji bir yerində yerləşən Ərmənəki yeni bəyliyinin mərkəzi elan etdi. Nurəddin bəy həmin dövrdə Səlcuqlu sultanı Əlaiddin Keykubadın ən yaxın müttəfiqi idi dəfələrlə onun yardımına getmişdi. Əlaiddin bəy Bizansla mübarizədə Nurəddin bəyin dəstəyindən daim istifadə edir onun köməyi ilə Antalya, Mərsin Çukuroba bölgələrinin yenidən türklərin nəzarəti altına keçməsində islamlaşmasında böyük  xüdmətlər göstərir. Nurəddin bəyin ölümündən sonra onun yerinə oğlu Karaman bəy keçdi. Karaman bəy millətini sevən biri idi monqol işğalına qarşı xalqın mübarizəsini təşkil etmişdi. Amma o, monqolların Anadolunu işğal etməsinə mane ola bilmədi. Monqollar isə, öz növbələrində, türklərin dilinə inanclarına xor baxır, onların öz varlıqlarını itirməsi üçün dillərinə qarşı təxribatlara əl atırdılar. Nəticədə nəinki saraylarda, həm valiliklərdə rəsmi dil kimi ərəb, ədəbi dil kimi isə fars dilindən istifadə edilməyə başlamışdı. Bu isə ölkədə türk dilində danışan sadə xalq arasında təşvişlə qarşılanmışdı. Səlcuqlu sultanı II Kılıcarslan, bir tərəfdən, monqollarla münasibətdə tarazlaşdırıcı siyasət yeridir, digər tərəfdən , monqollara qarşı gizlicə mübarizə aparırdı. Bu işdə Nurəddin bəyin oğlanlarına çox etibar edən II Kılıcarslan Karaman bəyin qardaşı Bonsuz bəyi Səlcuqlu mühafizə alayının komandanı vəzifəsinə təyin etmişdi. O, sarayda olanları dərhal qardaşına xəbər verirdi. Qeyd etdiyimiz kimi, Səlcuqlu sultanı ikili siyasət yeridir yeri gələndə türk bəylərindən işğalçılara qarşı mübarizədə istifadə edirdi. Lakin qarşı tərəf bundan xəbər tutanda onları dərhal monqollara qurban verirdi. Bundan narahat olan türkmən bəyləri Karaman bəyin yanına gələrək, ölkəni həm monqollardan, həm II Kılıcarslandan xilas etmək üçün ona yardımlarını təklif etdilər. Uzun məsləhətləşmələrdən sonra Karaman bəy buna razılıq verdi. 1263-cü ildə Karaman bəyin başçılığı altında 20 min nəfərlik qoşun Səlcuqlu dövlətinin ana şəhəri hesab edilən Konyaya daxil oldu. Amma Qavalə qalası yaxınlığında iki qardaş ordu arasında baş verən döyüşdə Karaman bəy məğlub oldu. O, geri çəkilərək Ərmənəkə sığındı. Lakin burada da sultan onu rahat buraxmadı. Çünki Karaman bəyin az sonra yenidən güclənərək ona qarşı təkrar mübarizəyə başlayacağından ehtiyat edirdi. Ona görə II Kılıcarslan Karaman bəyin yaxınlarından birini ələ aldı onun vasitəsilə düşməninə zəhər verdirdi. Nəticədə Karaman bəy dünyasını dəyişdi. Karaman bəy vəfat edəndə onun oğlanları Mehmet, Mahmud, Qasım Xəlil Səlcuqlu sultanı tərəfindən həbs edildilər. Lakin sultan tezliklə öldü bundan sonra onun vəziri Muiniddin Pərvanə tərəfindən Mehmet bəy qardaşları həbsdən azad edildilər. Qardaşlar yenidən doğma ata ocağına döndülər. Artıq hər şeydən əlini üzən türkmən bəyləri yenidən Karamanoğulları ətrafında birləşməyə başladılar. Bu işdə Mehmet bəyin xocası Mövlana Arizin böyük xidmətləri oldu. O, xalqın öz dilini qoruması türkcənin dövlət dili elan edilməsi uğrunda Anadoluda təbliğat aparır ətrafına yeni tərəfdarlar toplayırdı. Mövlana Ariz: “Din dil bir millətin ruhudur. Tarix boyunca dinsiz, dilsiz bir millət olub. Millətlərə can verən, milli mədəniyyətləri qoruyan nəsildən-nəslə keçirərək yaşadan onların dilləridir. Hər millət öz tarixini, dil ədəbiyyatını onun əlindən almağa çalışan daxili xarici güclərlə mücadilə etməlidir. Sizlərin kiçik bir qeyrəti bizi məhv olmaqdan xilas edəcəkdir. Bilin ki, İslamdan öncə Avropaya köç edən Bulqar, Macar Fin türkləri dillərini qoruya bilmədilər türklüklərini itirdilər. Dil itincə o dili təmsil edən milli kimlik dolayısı ilə insan da yox olub gedir”.

Məhz milli dil milli mənliyin qorunub saxlanılması uğrunda  xalqın ayağa qalxması milli mənlik şüurunun formalaşmasında xüsusi rol oynadı.

Qardaşları arasında daha təmkinli olması və idarəetmə işlərində xüsusi bacarığı ilə seçilməsi Mehmet bəyin atasının yerində bölgəni idarəetməsi ilə nəticələndi. Bu işdə müəllimi, xoca Mövlana Arizin də böyük rolu oldu. 1264-cü ildən başlayaraq, Anadolunun türkmən bəyləri Mehmet bəyin ətrafında birləşməyə və onun hər əmrini can-başla yerinə yetirməyə başladılar. Bu da Mehmet bəyə tədricən ətraf əraziləri yavaş-yavaş öz bəyliyinə qatmağa imkan verdi. Karamanoğlu Mehmet bəy tədricən Göksu, Gülek vadilərini, Ağ dənizin cənub və şimal sahillərindən Samsuna qədər olan böyük bir ərazini öz hakimiyyəti altında birləşdirdi. Bunun ardınca, o, sultan tərəfindən Karamanın valisi təyin edilən Hütənoğlunu Toroslara çəkdi və ona ağır zərbələr endirərək, təhlükəsiz hala gətirdi. Bu uğurdan ruhlanan Mehmet bəy Səlcuqlu dövlətinin ucqarlardakı ərazilərində nəzarəti ələ aldı. Bundan sonra Avropa dövlətləri də Mehmet bəylə maraqlanmağa və onunla əlaqəyə girməyə başladılar. Çünki Mehmet bəy ipək yolunda möhkəm nizam-intizam yaratmışdı və nəticədə hər iki tərəfə mal daşıyan tacirlər bu ərazidə özlərini olduqca təhlükəsiz hiss edirdilər.

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 12-16 iyun.- S. 12.