Heydər
Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrini
yeni zirvələrə qaldırdı
Azərbaycanın dövlət müstəqilliyinin daha
da möhkəmləndirilməsi uğrunda Heydər Əliyevin
yeritdiyi ən uğurlu siyasətdən biri də ölkəmizin
beynəlxalq təşkilatlara, o cümlədən Avropa
Şurasına üzv olması oldu.
Xarici siyasət sahəsində yeridilən
tarazlaşdırıcı siyasət və buna paralel olaraq
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
Heydər Əliyev tərəfindən həyata keçirilən
uğurlu tədbirlər Azərbaycanın dövlətçilik
ənənələrinə yeni çalarlar gətirərək,
respublikamızın bölgənin lider dövlətinə
çevrilməsində əvəzsiz rol oynadı.
Hər
bir dövlətin
varlığı və uzunömürlülüyü
onun əsasını
qoyan liderlərin
bu işin
öhdəsindən
necə gəlmələrindən
asılıdır. Təsadüfi
deyil ki, ABŞ
və dünya
tarixində özünəməxsus
şərəfli iz
buraxmış Corc Vaşinqton
çıxışlarının
birində: “Yeni qurulan
hər bir
dövlətin
ömrünün
uzun olmasını
onun qurucusu olan
liderlərin siyasi
dühası müəyyən
edir”,- deyib. Bu baxımdan
qədim dövlətçilik
ənənələrinə
malik olan Azərbaycan
da istisna deyil. Hələ eramızdan
əvvəl
Azərbaycanın
şimalı və cənubunda
qurulan dövlətlər
bəşəri sivilizasiyaya
öz töhfələrini
verib. Orta əsrlərdə
dövlətçilik
ənənələrimiz
müdrik dövlət
xadimi olan Şah
İsmayılın
simasında daha
da inkişaf
etdirilmişdi. Bu çərçivədə
1918-ci ildə qurulan
Azərbaycan Xalq
Cümhuriyyəti
Şərqdə ilk demokratik dövlət
idi. Lakin bu
müstəqilliyi
qoruyub saxlamaq mümkün
olmadı. Amma müstəqilliyi
əldə
etmək asan
olmasa da, onu
qoruyub saxlamaq və
möhkəm
təməllər
üzərində inkişaf
etdirmək daha
çətindir. Bunu
öz dövlətçilik
təcrübəsindən
yaxşı bilən
Almaniyanın məşhur
dövlət
xadimi Otto Bismark
deyib: “Müstəqilliyi
əldə
etmək asan
deyil, ancaq onu
qoruyub saxlamaq və
sivil dövlət
qurmaq ondan dəfələrlə
çətindir”. Bu baxımdan
ötən əsrin
90-cı illərinin
əvvəllərində
müstəqilliyini yenidən əldə
edən və
tarixdən gələn
dövlətçilik
ənənələri
üzərində bir
dövlət
quran Azərbaycanın
bəxtinin gətirdiyini desək, bəlkə
də, səhv
etmərik. Çünki həmin
dövrdə Azərbaycanın
ötən əsrin
ən
mahir dövlət
xadimlərindən
biri hesab edilən, eləcə
də Qərbdə
və Şərqdə kifayət
qədər
tanınan Heydər
Əlirza
oğlu Əliyev
kimi böyük
oğlu vardı.
O dövrdə,
əvvəlcə, Azərbaycan
SSR Dövlət
Təhlükəsizliyi
Komitəsinə, 1969-cu
ildən sonra
isə respublikamıza
rəhbərlik
edən Heydər
Əliyev
ölkəmizin müstəqil
dövlətçilik
ənənələrinin
yeni müstəvidə
inkişaf etdirilməsində,
milli mənlik
şüurunun oyanışında,
gələcəkdə
müstəqilliyini əldə
edəcək
dövlətimiz
üçün milli
kadrların, o
cümlədən
zabit heyətinin
hazırlanmasında
əvəzsiz
xidmətlər
göstərdi.
Müstəqillik yolunda cəsarətli
addımlar
Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin
bərpa olunması və dövlətçilik ənənələrinin
yeni şəraitdə inkişaf etdirilməsi ilə
bağlı apardığı gizli mübarizəyə
aydınlıq gətirən çoxsaylı faktlardan bir
neçəsinə diqqəti cəlb etmək istəyirik.
1976-cı
il. Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrı. Tanınmış dramaturq İlyas Əfəndiyevin
“Natəvan” pyesinin premyerası gedir. Premyerada
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi Heydər Əliyev və digər yüksəksəviyyəli
dövlət rəsmiləri də iştirak edirlər.
Tamaşanın bir yerində Natəvan rolunu oynayan xalq artisti
Amalya Pənahova üzünü salona tutaraq qəhrəmanın
dili ilə: “Biz müstəqil Azərbaycanı mütləq
görəcəyik”,- deyir. Zalda oturan dövlət
rəsmiləri özlərini itirərək
çaşqınlıq içində bir-birilərinin
üzünə baxırlar. Yalnız Heydər Əliyevin
simasında qəribə bir razılıq var və o,
heyran-heyran tamaşaya baxmaqda davam edir. Bunu
görən digər dövlət rəsmiləri də rahat nəfəs
alırlar.
Əslində
bu sözlərin imperiyanın qılıncının
dalının və qabağının kəsdiyi bir dövrdə
deyilməsi və üstəlik, bunu Azərbaycanın
başında dayanan rəhbər tərəfindən nəinki
sakitliklə qarşılanması, hətta tamaşadan sonra
onlara öz rollarını məharətlə ifa etmələrinə
görə təşəkkür etməsi Heydər Əliyevin
milli dövlətçiliyimizin inkişaf etdirilməsinə nə
qədər böyük dəyər verdiyini göstərir.
1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in
Konstitusiyasında Heydər Əliyev uzaqgörən bir
addım atdı. Onun
təşəbbüsü ilə o dövrdəki Konstitusiyamızda
Azərbaycan dili dövlət dili elan edildi. Bu, həmin dövrdə dövlətçiliyimizin
bərpasına doğru atılan olduqca cəsarətli bir
addım, onun dilinin, milli dövlətçilik ənənələrinin
inkişaf etdirilməsinə Heydər Əliyev tərəfindən
göstərilən əvəzsiz xidmət idi. Əgər o dövrdə Heydər Əliyev bu məsələdə
Kremlin qarşısında geri çəkilsəydi və
dilimiz dövlət dili kimi Konstitusiyamızda əksini
tapmasaydı, onda respublikamızın rayonlarında belə, rəsmi
səviyyədə yazışmalar rus dilində gedəcəkdi.
Bu isə milli, mənəvi, dövlətçilik
ənənələrimizin qorunub-saxlanılmasında ən
güclü silah olan dilimizin ölməsinə, millət kimi
milli varlığımızın itirilməsinə və
tarixin səhnəsindən məhv olaraq
çıxmağımıza, milli faciələrimizə
aparıb çıxaracaqdı.
Ötən əsrin 80-ci illərinin əvvəllərində
Moskvaya yüksək vəzifəyə irəli çəkiləndən
sonra da Heydər Əliyev Azərbaycanın milli dövlətçilik
maraqlarını daha yüksək səviyyədə
müdafiə etməyə başladı. Məhz onun Moskvada yüksək vəzifədə
olduğu illərdə ermənilər Dağlıq
Qarabağın ilhaqı niyyətlərini dilə gətirə
bilmədilər. 1990-cı ilin yanvar
ayının 20-də isə baş verən qanlı faciəyə
görə Heydər Əliyev Qorbaçovun yeritdiyi qanlı
siyasəti kəskin şəkildə pislədi.
Naxçıvan dövlətçilik ənənələrimizin
bərpası mərkəzinə çevrilir
Azərbaycan və SSRİ rəhbərliyinin mane
olmasına baxmayaraq, Heydər Əliyev çətinliklə də
olsa, 1990-cı ilin iyul ayının 20-də Bakıya
qayıtdı. Buradan
isə o, Naxçıvana getdi. Naxçıvanda xalq tərəfindən
ruh yüksəkliyi ilə qarşılanan Heydər Əliyev
həmin il Naxçıvan MR Ali Sovetinin
deputatı seçildi. Bundan sonra yenidən bütün diqqətini
Azərbaycanın milli dövlətçiliyinin bərpasına
yönəldən Heydər Əliyevin tələbi ilə Naxçıvan MR-in
adından “sovet sosialist” sözləri götürüldü.
1991-ci
il, sentyabr ayının 1-də Heydər Əliyev
Naxçıvan MR Ali Sovetinin sədri seçildi. Bundan sonra Azərbaycanın dövlət müstəqilliyinin
və milli dövlətçilik ənənələrinin bərpası
uğrunda daha qətiyyətlə hərəkət edən
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın
müstəqilliyinin mühüm atributlarından olan
üçrəngli dövlət bayrağımız
Naxçıvan Ali Məclisinin üzərində
dalğalanmağa başladı. Nəhayət,
Heydər Əliyevin tələbi ilə imperiya
qoşunları Naxçıvanı tərk etməyə məcbur
oldu. Bu isə de-fakto olaraq,
Naxçıvanda Azərbaycanın dövlət müstəqilliyinin
bərpa olunması demək idi.
Azərbaycan dövlətçiliyi
möhkəmləndirilir
1991-ci ilin payızında Azərbaycanın dövlət
müstəqilliyinin əldə edilməsində Heydər Əliyevin
mühüm rolu oldu. Lakin
1992-1993-cü illərdə Azərbaycanın başı
üzərini yenidən dövlət müstəqilliyini itirmək
təhlükəsi aldı. Belə bir vəziyyətdə
1993-cü ilin iyun ayında Heydər Əliyev xalqın tələbi
ilə Naxçıvandan Bakıya gəldi. O, dərhal
Azərbaycanın başı üzərini alan
təhlükənin aradan qaldırılması və dövlət
müstəqilliyimizin bir də əldən verilməməsi
üçün bütün gücünü səfərbər
etdi. 1993-cü il, iyun ayının 15-də
Heydər Əliyev Azərbaycan Ali Məclisinin Sədri
seçildi. Bununla da Azərbaycanın müstəqil
dövlətçilik ənənələrinin inkişaf
etdirilməsi, möhkəmləndirilməsi və onun
dünya dövlətləri sırasında öz layiqli yerlərindən
birini tutması sahəsində yeni bir mərhələ
başladı. İlk növbədə, Azərbaycanın
dövlət müstəqilliyi üçün gələn təhlükələri
aradan qaldıran Heydər Əliyev bununla da Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsi istiqamətində
ən önəmli tədbirlərdən birini həyata
keçirdi. Eyni zamanda Ermənistanın təcavüzü
ilə bağlı yaranan təhlükənin də aradan
qaldırılması istiqamətində mühüm
addımlar atıldı.
Yenidən
hakimiyyətə qayıdışından az
sonra ulu öndər parlamentdəki iclaslarından birində:
“Mən Azərbaycanın müstəqilliyini Azərbaycan
xalqı üçün böyük nailiyyət hesab
etmişəm və bu müstəqilliyin əldə
olunmasına xidmət etmişəm. Bundan sonra
ömrümün qalan hissəsini də Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsinə,
inkişaf etməsinə sərf edəcəyəm”,- demişdi.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində
1994-cü ilin mayında Ermənistanla atəşkəs barədə
razılıq əldə edildi.
1994-cü ilin sentyabr ayının 20-də isə xarici ölkələrin
neft şirkətləri ilə Xəzərin neft və qazla zəngin
strukturlarının işlədilməsi barədə “Əsrin müqaviləsi”
adlı tarixi sənəd imzalandı. Bununla da Azərbaycanın
iqtisadi cəhətdən daha da inkişaf etdirilməsinə və
onun təhlükəsizliyinin təmini üçün daha
uğurlu tədbirlər həyata keçirməyə imkan verdi. Xəzər neftini dünya
bazarına nəqlinə imkan verən Bakı-Tbilisi-Ceyhan neft,
həmçinin Bakı-
Heydər
Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə
keçirilən ümumxalq referendumunda qəbul edilən yeni
Azərbaycan Konstitusiyasında müəyyən edilən
siyasi və hüquqi prinsiplər respublikamızın dövlətçilik
ənənələrinin daha da inkişaf etdirilməsinə
yeni təkan verdi və ölkəmizin beynəlxalq
aləmdə mövqeyini daha da möhkəmləndirdi.
Azərbaycanın dövlət müstəqilliyinin daha
da möhkəmləndirilməsi uğrunda Heydər Əliyevin
yeritdiyi ən uğurlu siyasətdən biri də ölkəmizin
beynəlxalq təşkilatlara, o cümlədən Avropa
Şurasına üzv olması oldu.
Xarici siyasət sahəsində yeridilən
tarazlaşdırıcı siyasət və buna paralel olaraq
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
Heydər Əliyev tərəfindən həyata keçirilən
uğurlu tədbirlər Azərbaycanın dövlətçilik
ənənələrinə yeni çalarlar gətirərək,
respublikamızın bölgənin lider dövlətinə
çevrilməsində əvəzsiz rol oynadı.
Bir sözlə, hakimiyyətdə olduğu dövrlərdə
ulu öndər Heydər Əliyev həyatını Azərbaycanı
dünya birliyində tanınan, seçilən dövlətlər
sırasında görmək kimi müqəddəs bir amala həsr
etdi. Təsadüfi deyil ki, İlham Əliyev
2003-cü ildə keçirilən prezident seçkilərində
qalib gəldikdən sonra keçirilən andiçmə mərasimində:
“Müdrik Heydər Əliyevin şah əsəri olan
müasir Azərbaycan dövləti bundan sonra da güclənəcək,
zənginləşəcək və inkişaf edəcəkdir”,- dedi.
Bu gün Azərbaycan müstəqil dövlət kimi
inamla xoş gələcəyə doğru gedir və Heydər
Əliyev tərəfindən möhkəm təməlləri
qoyulan müasir Azərbaycan dövlətinin əbədiyyətə
qədər öz müstəqilliyini bir daha əldən verməyəcəyi
şübhə doğurmur.
Əziz Mustafa
Zaman.- 2010.- 17 iyun.- S.
11.