Xıdır Zində baba ziyarətgahında gördüklərimiz

 

İki həftə öncə qohumlarımın təklifi ilə rəsmi mənbələrdə Beşbarmaq, el arasında isə Xıdır Zində baba adlanan ziyarətgaha səfər etdik.

İki həftə öncə qohumlarımın təklifi ilə rəsmi mənbələrdə Beşbarmaq, el arasında isə Xıdır Zində baba adlanan ziyarətgaha səfər etdik. Açığını deyim ki, bu ziyarətə qədər həmin ünvan haqqında el arasında gəzən rəvayətlərlə yanaşı, müxtəlif folklor nümunələrimizdən də  çox şeylər öyrənmişdim.

 

Elə bilirsən ki, əlini uzatsan çatar

 

Ziyarətgah Siyəzən rayonunun ərazisində, Bakı-Quba yolunun üstündə, dağ başında, uca qayalığın arasındadır. Dəniz tərəfdən baxanda insanın diqqətini ilkin olaraq çəkən də elə bu şiş qayadır. Adama elə gəlir ki, əlinu uzatsan çatar, ancaq irəlilədikcə məlum olur ki, ora yetişmək üçün nə az-nə çox, düz 6 km məsafə qət etməlisən, özü də torpaq yolla və üzü yoxuşa. Burada yol boyuqızdırmadan dayanan və “istirahətedən maşınlarla qarşılaşmaq adi hal sayılır. Hava sərin olmasına baxmayaraq, biz də eyni aqibətlə üzləşdik. Şükür ki, bu hal çox sürmədi və maşınımız  bir aznəfəsini dərib”, “su içdikdənsonra bizi mənzil başına çatdıra bildi.

Gəldiyimiz ilk yer dağlar arasındakı geniş bir vadi oldu. Həmin yoxuşlu, təhlükəli yolları keçib gəldiyimiz bu yer ilk baxışdan insana o qədər xoş görünür ki, istər-istəməz cənnətə bənzədirsən. Ətraf geniş bir vadi və yamyaşıl otlarla örtülüb.  Üstəlik də, ən üca zirvədə vüqarla dayanan sıldırım qaya görünür. Bəli, Xıdır Zində baba ziyarətgahı buradır.

 

Qurbankəsmə mərasimi

 

Biz bu vadiyə çatanda səhər saat 9 olsa da, artıq burada yüzlərlə ziyarətçi vardı. Ziyarətçilərin daldalandıqları az sayda çardaqlardan birinin  altında yerbəyer olandan sonra ilk işimiz qurban kəsdirmək oldu. Burada qurban kəsmək üçün xüsusi yer ayrılıb və bununla altı-yeddi nəfər qəssab məşğul olur. Bir heyvanı 5 manata kəsib soyurlar.

Xülasə, qurbanımız kəsildi, doğrandı və biz də əksər ziyarətçilər kimi elə oradaca ocaq çatıb, həmin qurban ətindən bişirib yedik, bir hissəsini də qohum-qardaşa paylamaq üçün büküb götürdük. İndi qarşıda ziyarətimizin əsas hissəsi qalır. Bir azdan Xıdır Zində baba ünvanı sayılan  ucalığa doğru qalxmağa başlayacağıq. Qayaların arasına bərkidilmiş dəmir pilləkənlər ziyarətçiləri qayanın zirvəsinə aparır.

 

Problemlər, problemlər...

 

Ancaq ziyarətgahın su problemi burada özünü daha qabarıq hiss etdirir. Ona görə də həmin yerdən kəskin üfunət iyi gəlir. Ətrafda vur-tut bircə su çəni gözə dəyir. Aşağıda bir su quyusu da var, amma orada da adam əlindən tərpənmək olmur. Ayaqyolundakı acınacaqlı vəziyyətdən isə heç danışmağa da dəyməz.

Açığını desəm, təxminən bir saat içərisində qarşılaşdığımız bu xoşagəlməz mənzərələr azox formalaşan xoş təəssüratlarımızın üstünə kölgə salmağa başlayır. Düşünürsən ki, hər gün bu qədər insanın ümidlə üz tutduğu bu məkanın ən zəruri problemləri hələ də öz həllini gözləyir. Təmizlik dinimizin buyruğudur, müsəlman həm cismən, həm də mənən təmiz insan deməkdir. Sən bura bir dilək tutub gəlirsən, bir Allah dostunu ziyarət etmək istəyirsən, amma ən bəsit problemlə üzzə qalırsan.

 

Dilənçi demə, qana düşərsən

 

Pilləkənlərin ayağında isə sizi ilk qarşılayan dilənçilər olurlar. Hər addımda bir dilənçi ilə üzləşirsən. Çox qəribə haldır ki, bunlar arasında nə bir uşağa, nə də bir şikəstə rast gəldik. Hamısı əlli-ayaqlı insanlardır, demək olar ki, hamısı da qadındır. Maraqlıdır ki, onların əksəriyyəti də aldıqlarının çox hissəsini ziyarətgahın təmirinə xərcləyəcəyini deyir. Adının Tamam olduğunu söyləyən ortayaşlı dilənçidən öyrənə bilirik ki, onların  hamısı dağın aşağısındakı kəndin sakinləridir və bura yeganə dolanışıq mənbəyi kimi baxırlar, özü də bu peşədən heç də narazı deyillər: “Neyləyək, ay bala, biz də buna vərdiş etmişik də, əlimiz ayrı işə yatmır”.

Buradakıların bəziləri dilənməyin rahat və orijinal yolunu da tapıblar. Gərək diqqətli olasan, əgər onlardan birinə çaşıbdilənçidesən, qana düşərsən. Nə danışırsan, a kişi, nə dilənçilik? Burada bu məsələlər tamam başqa cür həll edilib.

 

Xıdır baba burada oturub

 

 Demək belə, hərə istədiyi bir daşa ələm bağlayaraq oranı müqəddəs elan edir və ziyarətçilərin məlumatsızlığından istifadə edərək, onları həmin daşı ziyarət etməyə çağırır. Belə şeylərə əsla inanmasam da jurnalist marağım mənimüqəddəsdaşa sarı çəkir. Yaxınlaşanda daşın üzərindəki 1 manatlıq əskinaslar diqqətimi çəkir: Demək, “taksa” 1 manatdır.  Kasıbın olanındandeyib, daşın üstünə 20 qəpik qoyuram.  Daşın yanında bardaş qurub oturmuş xala adını deməsə də danışmaqda çox mahirdir: “Bala, bu daşın üzərində Xıdır Zində baba dincəlib. Əlinizi sürtün, xeyir taparsınız”. Bunu babalarından eşitdiyini deyən həmsöhbətimlə söhbəti uzatdıqca açıq-aydın hiss edirsən ki, söylədiklərinə heç özü də inanmır. O, ziyarətgah haqqında rəvayətlərdən savayı, ümumiyyətlə, heç nə bilmir. Xala ilə danışarkən yan tərəfdəki bir lövhə diqqətimi çəkir: Həmin lövhədə bir qadın şəkli var və yanına da doğumlüm tarixi yazılıb. Həmsöhbətim mənim lövhəyə baxdığımı görüb deyir ki, o lövhədəki burada dünyasını dəyişib, özü də ürək tutmasından. Sonra da əlavə edir ki, burada ara-sıra bu cür hallar baş verir.

 

“Dörd nəfər qayadan uçub”

 

Söhbətimiz tutur və müsahibim deyir ki, bu dəmir pilləkənlər çəkilənə qədər cığırla üzüyuxarı dırmaşırdılar, bu da çox təhlükəli idi və dörd nəfər qayadan uçub ölüb. Ondan ayrılıb dəmir pilləkənlərlə yuxarı çıxmağa çalışıram. Pilləkənlər olduqca dar və ensizdir. Üstəlik, birtərəfli olması da işi xeyli çətinləşdirir. Ziyarətçilərin çoxluğundan yuxarı çıxmaq üçün xeyli gözləməli olursan. Əgər insanlar bir-birinə yol verməsələr, gediş-gəliş tamamilə kəsilər. İnsafən, bu məsələdə təşkilatçıların olmamasına baxmayaraq, ziyarətçilər olduqca həssas davranır və bir-birinə yol verirlər. Məlumat üçün bildirək ki, bu pilləkənlər bir xeyriyyəçi tərəfindən 10 il olar ki tikilib.

 

Zirvədə

 

Budur, artıq çətin də olsa tam zirvədəyik. Burada qayanın üzərində iki otaq tikilib. Birində namaz qılınır, digəri isə ümumi otaqdır, buranın xidmətçiləri, ziyarətçilər oturur, girib-çıxırlar. Namaz otağında bir neçə qadın ibadətlə məşğuldur, digər otaq isə ağzına qədər insanla doludur. Burada Qafqaz Müsəlmanları İdarəsinin  ziyarətgahdakı nümayəndəsi Hacı Mirsaleh Həsənovla qarşılaşırıq. Fürsətdən istifadə edib, ziyarətgah haqqında suallarla Hacını söhbətə tuturam.

 

Hacı Mirsalehin söylədikləri

 

Hacı deyir ki, 2001-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin ziyarətgahda nümayəndəsidir. Ziyarətgahın tarixindən danışan həmsöhbətimiz əvvəllər burada kənd olduğunu dedi: “Kənd sovet hökuməti qurulanda dağın aşağısındakı əraziyə köçürülüb. Bu sizin gələrkən dağın ətəyində gördüyünüz həmin kənddir. Elə kəndin adı da ziyarətgaha uyğun olaraq, Qalaşıxı adlandırılıb.

Hacı burada hər şeyin ehtimallara söykəndiyini deyir. Qurani-Kərimdə Həzrəti-Musanın (ə.s.) çox elmli bir zatla yol yoldaşı olması haqda söylənənlərdən bəhs edir, həmin zatın da Xızır Peyğəmbər (ə.s.) olmasının və bu iki Allah dostunun da məhz bu məkanda görüşdüklərinin böyük ehtimal daşıdığını xatırladır. İnsafən, Hacı bu söylədiklərini hökm şəklində demir, ehtimal olduğunu bildirir.

 

Ziyarətgah abadlaşdırılacaq

 

Bunu da Hacı Mirsaleh söylədi. Dedi ki,  ziyarətgahın təmiri və abadlaşdırılması üçün xüsusi layihə hazırlanıb. Planda  5, 10, 20 nəfərlik qonaq evləri, çayxana, müasir tələblərə cavab verən su sistemləri, tualet tikintisi də nəzərdə tutulub.  Həmçinin ziyarətgaha qalxan pilləkənlərin yenilənməsi və xüsusilə, gediş-gəliş pilləkənlərinin ayrılması da plana daxil edilib. Yaxın zamanlarda ziyarətçilərin məlumatlandırılması məqsədi ilə ziyarətgahla bağlı xüsusi broşüralar da hazırlanacaq . Hacı Mirsaleh onu da bildirdi ki, bunların gerçəkləşməsi üçün təxminən əlli min manata ehtiyac var və bu məbləğin ziyarətgahda yığılan nəzir və sədəqələrlə toplanması mümkün deyil. Onun sözlərinə görə, bu məsələdə xeyriyyəçi insanlara ehtiyac duyulur.

 

 

HABİL ƏLİ

 

Zaman.- 2010.- 19-21 iyun.- S. 6.