Tarixin daha bir qara səhifəsi: Göytəpə qırğını (1)

 

Türkmənlər qəhrəmancasına vuruşurdular. Onlar 20 gün düşməni qala ətrafına yaxınlaşmağa imkan vermədilər. Amma türkmənlərə kənardan əlavə qüvvə gəlmirdi onların hərbi sursatı get-gedə tükənirdi. Ruslar dərhal bunu hiss etdilər tədricən qala divarlarına yaxınlaşmağa başladılar. Skobelevin göstərişi ilə qala divarlarının biri partladıldı. 1881-i il yanvar ayının 12-də ruslar partladılmış qala divarından Göytəpəyə daxil oldular.

XVIII əsrin əvvəllərindən başlayaraq Rusiya qanlı əllərini türk ellərinə uzatmağa başladı. Bununla da Balkanlardan tutmuş Çin səddinə kimi uzanan böyük bir ərazidə yaşayan türklər özlərinin ən faciəli günlərini yaşamağa başladılar. Türk -islam düşməni I Pyotrun vəsiyyətinə əməl edən ruslar xviii əsrin sonları xix əsrin əvvələrindən başlayaraq Qafqaza hücum edərək addım-addım tarixi türk əsarətlərini ələ keçirdilər. 1828-ci ildə İranla imzaladığı Türkmənçay anlaşması ilə Azərbaycanı ikiyə bölən və Qafqazın işğalını əsasəneçenistan istisna olmaqla) başa çatdıran çar Rusiyası sonra qanlı pəncəsini Türküstana uzatdı. Qeyd edək ki, hələ xviii əsrin əvvəllərində ruslar o vaxt Türküstan adlanan indiki Orta Asiyanı ələ keçirmək barədə planlar hazırlamışdılar.

 

Hədəf Türküstandir

 

O vaxt I Pyotr xüsusi hərbi ekspedisiya korpusunu Türküstana göndərdi. Bu səfər kəşfiyyat xarakteri daşısa da I Pyotr güclü müqavimətə rast gəlməyəcəkləri halda onlara Türküstanı işğal etməyi tapşırmışdı. Lakin rusların ekspedisiya korpusu bölgədə yaşayan türklərin güclü müqaviməti ilə üzləşərək böyük itkilər verdi və geri dönməyə məcbur oldu. Buna baxmayaraq ruslar Türküstanı zəbt etmək planlarından əl çəkmədilər. xix əsrin əvvələrindən başlayaraq ruslar yenidən Türküstana xüsusi hərbi ekspedisiya korpusu göndərərək və oranı hissə-hissə işğal etdilər. Həmin dövrdə Türküstanı daxili çəkişmələr bürümüşdü. Üstəlik İran da tez-tez bölgəni işğalla təhdid edirdi və bununla da Türküstanın taleyi bir tükdən asılı vəziyyətdə qalmışdı. Buna paralel olaraq ruslar da get-gedə Türküstanın içərilərinə doğru irəliləməkdə idilər. xix əsrin 60-cı illərində əvvəlcə Buxara, sonra isə Kokand və Xivə xanlığını işğial edən ruslar, bu dəfə hədəfə türkmənləri götürdülər. Türkmənistanın işğalı məqsədi ilə 1869-cu ildə rus ordusu Xəzərin sahilindəki Qızılsu ( indiki Türkmənbaşı) şəhəri ətrafında möhkəmləndirilmiş hərbi qala  yaratdı. Ruslar buradan mütəmadi olaraq türkmənlər üzərinə hərbi yürüşlər təşkil edirdilər. Amma azadlıqsevər türkmənlər düşmənə tabe olmaq niyyətində deyildilər. Onlar əks hücumlarla düşmənə ağır zərbələr endirirdilər. Lakin türkmənlərdə vahid komandanlığın olmaması onların düşməni tamamilə məhv etməsinə imkan vermirdi. Belə  bir vəziyyətdə ingilislər də Türküstanı işğal etmək barədə plan hazırlamışdılar. Qeyd edək ki, onlar Əfqanıstanı işğal edərək Türküstanla sərhədə qədər gəlib çıxmışdılar. Bunu görən Rusiya  ingilisləri qabaqlamaq üçün bölgəyə dərhal əlavə hərbi qüvvələr göndərdi. 1879-cu ildə ruslar Türkmənistanı tamamilə işğal etmək üçün yeni hərbi əməliyyatlara başladılar.

 

Qəhrəmanlar həmışə qalıb gəlmır...

 

Əsas hədəf kimi strateji yöndən olduqca əhəmiyyət daşıyan Axaltəkin bölgənin mərkəzi Göytəpə qalası seçilmişdi. Amma türkmənlər qəhrəmanlıqla vuruşur və düşmənin irəliləməsinə imkan vermirdilər. Nəticədə ağır itkilər verən ruslar geriyə dönməyə məcbur olurdular. Bunu görən Rusiya bölgəyə əlavə hərbi qüvvələr yeritdi. Orduya komandanlıq isə 1877-1878-ci illər rus-osmanlı müharibəsində əsir götürülən türklərə münasibətdə olduqca qəddar rəftar edən, onları xüsusi işgəncələrlə qətlə yetirən və buna görə ordudatürk cəlladı” kimi məşhur olan general Mixail Skobelevi təyin etdilər. Skobelev bölgəyə gələn kimi ələ keçirilən bütün türkmənlərin öldürülməsi, uşağa, qadına, bir sözlə, heç kimə rəhm etməmək barədə əsgərlərə göstəriş verdi. Buna uyğun olaraq əsgərlər ayaq basdıqları hər yerdə dinc əhalini kütləvi şəkildə qətlə yetirməyə başladılar. Türkmənlərlə məsələni həll emək üçün Skobelev Müdaifə Nazirliyindən əlavə hərbi qüvvələr istədi. Rusiya Müdafiə Nazirliyi isə ordunu dərhal o dövr üçün müasir hesab edilən silahlarla, pulemyotlar, optik təyinatlı tüfənglər, uzaqmənzilli toplarla təchiz etdi. 1880-ci ilin mayında Skobelev 13 min nəfərlik yaxşı təlim görmüş və Rusiya-Osmanlı müharibəsində xüsusi döyüş təcrübəsi olan hərbi qüvvə ilə Göytəpə üzərinə yeni hücuma başladı. Ordunun sərəncamında 84 topartileriya qurğusu vardı. Ordunun hərbi sursatını isə  dəvələr daşıyırdı. Amma türkmənlərin müqavimətini qırmaq Skobelev üçünasan olmadı. Türkmənlər düşmənin Göytəpə üzərinə hücumundan xəbər tutmuşdularonlar gecə-gündüz qəfildən rus ordusu üzərinə gözlənilməz hücumlar edironlara ağır zərbələr vururdular. Amma qüvvələr bərabər deyildi. Buna baxmayaraq ruslar yalnız 7 aydan sonra Göytəpə ətrafına gəlib çata bildilər. Düşməndən qaçan bölgə əhalisi də Göytəpəyə sığınmışdı. Türkmənlərin Göytəpəyə çəkildiyini görən general Skobelev dərhal bundan istifadə edərək qalanın mühasirəyə alınması barədə əmr verdi. Qalada müdafiə olunan türkmənlərin cəmi 5 min tüfəngi və 3 topu vardı. Ruslar isə türkmənlərlə müqayisədə həm sayca, həm də topların sayına görə azı 15-20 dəfə üstün idilər. Buna baxmayaraq türkmənlər qəhrəmancasına vuruşurdular. Onlar 20 gün düşməni qala ətrafına yaxınlaşmağa imkan vermədilər. Amma türkmənlərə kənardan əlavə qüvvə gəlmirdi və onların hərbi sursatı get-gedə tükənirdi. Ruslar dərhal bunu hiss etdilər və tədricən qala divarlarına yaxınlaşmağa başladılar. Skobelevin göstərişi ilə qala divarlarının biri partladıldı. 1881-i il yanvar ayının 12-də ruslar partladılmış qala divarından Göytəpəyə daxil oldular. Ancaq ölüm onları hər qarışda yaxalayırdı. Türkmənlər cəsarətlə vuruşur, əlbəyaxa döyüşdə düşmənə sağ qalmaq imkanı vermirdilər. Amma qüvvələrin qeyri-bərabər olması öz təsirini göstərdi. Ruslar ağır itkilər hesabına olsa da Göytəpəni ələ keçirə bildilər.

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 24-25 iyun.- S. 11.