Acizliklə
üsyan arasından keçən Cənnət yolu
Əslində biz çox zaman acizliklə
üsyanı bir-birindən ayırmaqda çətinlik çəkirik.
Ona görə də hərdən ayağa qalxıb
haqqımızı tələb etməli olduğumuz yerdə aciz oluruq, səbir
etməli olduğumuz yerdə üsyana qalxırıq, o məşhur
sözdə deyildiyi kimi, əsəblə qalxıb zərərlə
otuturuq.
Əslində biz
çox zaman acizliklə
üsyanı bir-birindən
ayırmaqda çətinlik
çəkirik. Ona görə
də hərdən
ayağa qalxıb
haqqımızı
tələb
etməli olduğumuz
yerdə aciz oluruq,
səbir etməli
olduğumuz yerdə
üsyana qalxırıq, o
məşhur sözdə
deyildiyi kimi, əsəblə
qalxıb zərərlə
otuturuq.
Səbir
nədir? Öncə
bu suala cavab
verməyə çalışaq: Səbir
Qurani-Kərimdə Allah-Təalanın
bəndələrinə
tövsiyə etdiyi
ən
üstün keyfiyyətlərdəndir.
Allah-Təalanın
Gözəl
Adlarından (Əsmaül-Hüsna)
biri də Saburdur,
yəni çox
səbir edən. Bütün
fəzilətlərin
anası, həyatda
müvəffəq
olmanın və
kamala yetişməyin
sirri məhz
səbirlə əlaqəlidir.
Hər cür
rəzalətin,
bədbəxtliyin
anası səbirsizlikdir.
“Şübhəsiz ki, Allah-Təala
səbir edənlərlə
birlikdədir”- bu, Quranın
müjdəsidir.
Demək, səbir
etməyi bacarmaq Allah-Təala
ilə bir arada
ola bilmək
ləyaqətidir.
Peyğəmbərimiz
Həzrəti-Məhəmməd (s.ə.s.) söyləyir ki,
səbir ağır hadisənin baş verdiyi ilk anda dözə
bilmək, üsyana qalxmamaqdır, göstərilən mətanətdir.
Təbii ki, burada haqqında danışılan hadisə
heç də hansısa zalımın zülmünə məruz
qalmaq deyil. Burada Allah-Təalanın iradəsi ilə və
bizim imkanlarımızdan asılı olmayaraq baş verən
hadisələr, çox sevdiyimiz insanın ölümü,
ağır xəstəlik, böyük sarsıntı, itki
kimi hallar nəzərdə tutulur.
Zülm qarşısında acizlik isə heç də
bəyənilən hal deyil. İnsan zalıma qarşı
savaşmalı və haqqını alana qədər meydandan
çəkilməməlidir. Təbii ki, burada istisna hallar da nəzərdən
qaçırılmamalıdır. Məsələn, ola bilər
ki, birisi kiminsə xatirinə, ya hansısa yetimləri qorumaq məqsədi
ilə, ya kiminsə həyatını
qurtarmaq üçün dözür və zalımın
zülmünə təhəmmül edir. Bu cür hallarda
zülmə boyun əymək belə fədakarlıqdır. Yəni,
bütün acizlər məzlumdur, amma bütün məzlumlar
aciz deyil. Aciz bir qaşıq qanını qorumaq, bu dünyada
daha bir neçə il sürüncəkli bir həyat
yaşaya bilmək, burada daha çox qala bilmək
üçün başıqapazlı olmaqla
barışandır. Beləsinin nə üzü, nə
haqqı qalır mübarizə etmədikcə. Mehmət Akif Ərsoy
aziclər və acizlik haqqında düstur kimi həqiqətlar
açıqlayır:
İslamı
əlindən tutacaq, qaldıracaq yox,
Haqsız
yerə fəryad ediyor, acizə haqq yox.
Yəni
haqqını aramayan insan acizdir, acizlik isə haqqını
itirməkdir.
Səbir
isə cihad ruhudur. Ölümü hər an açıq
alınla qarşılamağa hazır ola bilməkdir.
Səbir
ilk anlarda acıdır, amma meyvəsi şirindir. Ən
ağır hadisələr qarşısında belə, dayana
bilməyin ən doğru yolu səbirdir. Allah-Təala (c.c.)
Qurani-Kərimdə səbir etməyi və qisas imkanı,
iqtidarı olduğu halda bağışlamağı bizlər
üçün çox xeyirli əməl kimi dəyərləndirir,
onu da bildirir ki, mücahidləri və səbir edənləri
seçmək və göstərmək üçün
insanları imtahana çəkər. Hələ desən
Allah-Təala onu da bildirir ki, insanlar bir az qorxu, bir az aclıq,
bir az var-dövlətinin azalması, bar-bərəkətinin
qıtlaşması ilə sınağa çəkilər və
bütün bunları bildirəndən sonra da Rəsuluna
buyurur ki, səbir edənləri də müjdələsin. “Səbir
edən uğur qazanır”, Səbir müvəffəqiyyətin
açarıdır”, “Səbir bir işıqdır”, “Səbir
Cənnət xəzinələrindən birisidir”, “Sənə
sıxıntı verən şeylərə qarşı səbir
etməyində bir çox xeyirlər vardır”- bütün
bunlar uca Peyğəmbərimizin səbrilə bağlı
müjdələridir. Səbir səbirsizliklə azizlik
arasında ən doğru yoldur. Səbirsizlik insan
üçün nə qədər zərərlidirsə, acizlik
də o qədər arzuedilməz keyfiyyətdir.
Bəzən
insan nəfsinin istəkləri ilə hərəkər edir. Nəfs
isə heç zaman gözəl olanı, faydalını,
xeyirlini istəməz. Nəfsin istəkləri ilk anda nə qədərə
şirin, cazibədar görünürsə, nəticə
etibarı ilə o qədər faciəvidir. Bir imkansıza
rast gəlirsən, Allah-Təala səni sınamaq
üçün sizi rast gətirib, əlini cibinə
salırsan, amma durxursan, “əşşi mənə nə var
ee!” deyib onun yanından keçib gedirsən. Əlin gəlmir,
Allah rizası üçün yardım etməyi, əldən
tutmağı bacarmamaq Allaha güvənməməkdir, etimad
etməməkdir. İnsan ağlına Allahın rizasından
başqa heç bir şey gətirmədən yardım edə,
əldən tuta bilirsə, deməli, səbrin nə
olduğunu da anlamaqdadır. Çünki yardım həm də
səbir işidir, indi verdiyini bir zaman qat-qat artığı
ilə geri alacağına inanmaqdır. Səbirsizlik əlini
dolu cibindən boş çıxarmaq və zillənmiş
baxışlar altında qızarıb-bozarmadan sakitcə
yoluna davam edə bilməkdir.
”Ya
Rəbb, acizlikdən və təmbəllikdən Sənə
sığınıram”- deyən Allah Rəsulu əslində
səbrin koordinatlarını göstərir.
Düşmənin
əsarəti altında həyat sürməyi qəbul etmək,
kafirlərin zülmünə boyun əymək səbir deyil.
Quran məntiqi ilə səbir, cihad üçün
ölümü gözə ala bilməkdir.
Elm
də səbir işidir. Öyrənmək, öyrəndiyini
həyatına tətbiq etmək, başqaları ilə
paylaşmaq, əxlaqını gözəlləşdirmək,
Rəsulullahın o gözəl həyat örnəklərinə
doğru üz tutmaq, Ona bənzəməyə
çalışmaq səbrin ən gözəl
görüntüləridir.
İbadətlə
səbir müəyyən mənada bir-birini qidalandıran iki
çeşmə kimidirlər. İbadət müəyyən
mənada səbir olduğu kimi, səbir də elə ibadətdir.
Gecənin yarısı, səhər tezdən hələ
Günəş doğmadan qalxıb dəsətəmaz almaq,
namaz qılmaq insana o qədər cazibədar gəlməyən
işlərdir, amma düşünürsən ki, bir zaman gələcək
və sən sorğu-suala çəkiləcəksən, o
zaman bu ibadət səni çox şeylərdən qurtaracaq,
Allah-Təala qarşısında “heç olmasa bu işləri
gördüm”- deməyə üzün olacaq. Bax ibadət həm də buna
görə səbirdir. Xəsisin əlindəki sərvəti
sıxıb saxladığı kimi, israfçının da
ixityarında olanları sağa-sola dağıtması çirkin mənzərədir. Bir
çox məqamlarda xəsislik Allah-Təalaya güvənməmək,
israfçılıq isə Onun əmanətinə dəyər
verməmək anlamına gəlir.
Allahın
sənə verdiyindən sənin ehtiyac sahiblərinə pay
verməməyin bir növ “Mənim Allaha ehtiyacım yoxdur (əstəğfirullah)”
mənasına da gəlir.
Səbir
- bütün peyğəmbərlərin ortaq sifətidir. Cənnətdən
yer üzünə endirilən, Qabil kimi bir azğın
övladın Habil kimi gözəl bir övladı qətlə
yetirməsinin iztirabını yaşayan, bəşəriyyətin
atası Adəm (ə.s.) peyğəmbər həmin o səbir
yolu ilə yenidən Cənnətə döndü. Bütün
övladlarını, sərvətini, səhhətini itirərkən
səsini çıxarmayan, zikr və təfəkkür
imkanlarını itirmək üzrə olanda “Allahım, zərər
indi mənə toxundu”- deyən Əyyub (ə.s.) peyğəmbər
dünyaya səbir dərsi verdi. Mancanaqdan atılıb dağ
kimi alova doğru süzərkən yardıma gəlmiş mələklərə
“Allah mənə yetər, Ondan başqa kimsəyə, kimsənin
yardımına ehtiyacım yoxdur”- deyən, köksündə
atalıq hissinin sel kimi çağlamasına gözlərini
yumub “Allaha qurban olsun” deyib bir tək ciyərparası
İsmayılın başına bıçaq çəkən
dədələr dədəsi Həzrəti-İbrahimin (ə.s.)
səbri qarşısında heyrətə düşməmək
mimkin deyil. Və nəhayət, Sevgililər Sevgilisi,
Allahın Həbibi, başına bıçaq çəkilən
Həzrəti İsmayılın (ə.s.) nəvəsi,
Peyğəmbərlər zəncirinin sonu, zirvəsi, seyyidi, əşrəfi,
Aləmlərə rəhmət olaraq göndəirmiş Həzrəti
Məhəmməd (s.ə.s.)! Bir duası belə boşa getməyən,
kafirlər əlindən ağlasığmaz işgəncələr
görsə də dilinə şikayət gətirməyən,
“Allahım, anlamırlar, anlasalar belə etməzlər”- deyib
dua edən, mərhəməti ilə ən azğın qatilləri
də islah edib mələklər cərgəsinə qatan,
qızı Fatimeyi-Zəhradan başqa bütün
övladlarını öz əlləri ilə torpağa
tapşıran, iki yaşında, gül qoxulu İbrahimini dəfn
edərkən gözlərindən yaş sellənən və:”Ey
İbrahim, Allahın əmrlərinə boyun əyməkdən
başqa bizə bir iş düşməz” söyləyən
Kainat Günəşi səbrin, Allaha təslimiyyətin
möhtəşəm örnəklərini göstərdi adəm
oğluna.
Səbir
cənnətin yoludur, acizliklə üsyan arasından
keçib səadət yurduna aparar öz
yolçularını. Gəl biz də oturub düşünək:
biz hansı yolun yolçusuyuq?
Zaman.- 2010.- 1-3 may.- S. 16.