Memar Sinan-
Türk-İslam memarlığının
atası (4)
İstanbulun su
problemini həll edərkən Qırxçeşmə
adı ilə tanınan su anbarının inşası
zamanı bəndlər,
tunellər, su kəməri, su kanalları ilə su yığımı və paylaşdırılması
arasında tarazlaşdırıcı
bir vəhdət yarada bilmişdir. Qeyd edək ki, su anbarının
inşasına o dövr
üçün olduqca
yüksək rəqəm
hesab edilən 43 milyon axça xərclənib. Bu su anbarı o dövrdə bütün dünyada ən mükəmməl bir mühəndislik nümunəsi idi və avropalı mütəxəssislər sonralar
Sinanın bu təcrübəsindən əsrlər
boyu istifadə ediblər.
Övliya Çələbinin
məsələ ilə
bağlı yazdıqlarının
nə qədər doğru olub-olmadığını
söyləmək çətindir.
İş orasındadır
ki, bu məscidin
inşasına 1568-ci ildə
başlanıb, Kiprin fəthi isə ondan üç il sonra 1571-ci ildə həyata keçirilib. Bununla belə tarixi mənbələrdən Osmanlının
hələ 16-cı əsrin
60-cı illərinin əvvəllərində
Kiprin fəthi barədə plana malik olduqları
məlumdur. Belə güman edilir ki, yeni məscidin
inşasının tamamlanması
və onun təmtəraqlı şəkildə
açılması Kiprin
fəthi şərəfinə
olmalı idi və bu səbəbdən
də Sultan II Səlim
məscidin inşasına
adanın alınmasından
əvvəl başlamağı
əmr edib. Bütün hallarda yeni bir əzəmətli
məscidin inşası
Osmanlı sultanlarının
islam dininə daha bir töhfə
vermək istədiklərinə,
islamın bayrağının
gündoğandan günbatana
kimi hər yerə yayılması üçün xidmət
etdiklərinə şübhə
doğurmur. Bu məscidin
inşasında digər
bir səbəb isə Sultan Səlimin uşaqlıq illərini orada keçirməsi və ona ürəkdən
bağlanması idi.
Üstəlik həmin
dövrdə İstanbulda
yeni əzəmətli
məscidlərin inşa
edilməsinə ehtiyac
da duyulmurdu. Yuxarıda da qeyd etdiyimiz kimi Ədirnə o dövrdə Osmanlının
Avropaya açılan
qapısına çevrilmişdi
və burada islam dünyasının əzəmətini əks
etdirəcək bir məscidin inşasına ehtiyac duyulurdu. Məscidin bünövrəsi
şəhərin hündür
təpələrindən birində
qoyuldu. Artıq ömrünün qocalıq dövrünü
yaşayan Memar Sinan da özündən
sonra gələcək
nəsillərə şah
bir əsər yadigar qoymağı arzulayırdı. Sonralar, məscidin inşası başa çatandan sonra o bu barədə
belə demişdi: “İlk çırağımı
İstanbuldakı Şahzadə
məscidini inşa etməklə yandırdım,
ancaq məharətimi Süleymaniyyə məscidinin
inşasında ortaya qoydum. Bütün gücümü Sultan Səlim
məscidinin inşasına
sərf etdim və öz ustalığımı, memar
kimi nəyə qadir olduğumu burada hamıya sübut etdim”.
Səlimiyyə məscidinin
hündürlüyü 43,25 metr, diametri isə 31,25 metrdir. O tək bir qübbə
ilə örtülüb.
Qübbə 8 sütuna
dayanan bir sağanaq üzərində
oturdulmuşdur. Məscidin
4 tərəfində hər
biri üç şərəfəli (azan oxunan
yer) 380 santmetr dimaetrində olan 4 minarə var.
Məscidin cümə
qapısının yanındakı
minarələrin şərəfələrinə
üç ayrı pilləkənlə çıxılır.
Digər iki minarə tək pilləkənlidir. Öndəki
iki minarənin daş oymaları çuxur, ortadakı minarələrin oymaları
isə qabardılmış
formadadır. Minarələrin
qubbəyə yaxın
olması, məscidə
daha bir möhtəşəmlik verib
və o bu halı ilə sanki göyə baş vurur. Bu məscidin ən böyük özünəməxsusluğundan
biri də onun Ədirnənin hər yerindən görünməsidir. Məscidin
daxili İznik çinilərilə insanı
heyrətə salacaq bir gözəlliklə bəzədilib.
Böyük qübbənin
tam altındakı mərmərlə
süslənən padşah
zalı 12 sütunludur.
Məsciddəki insanı
heyran qoyan çinilərin bir qismi 1877-1878-ci illər Osmanlı-Rus müharibəsində,
rus generalı Mixail Skobelev tərəfindan sökülərək
Moskvaya aparılıb.
Binanın şimala,
cənuba və həyətə açılan
3 qapısı vardır.
Həyətin ortasında
mərmərdən düzəldilən
bir sadirvan yer alır. Xarici həyət isə müxtəlif məqsədlər üçün
istifadə edilən yardımçı tikililərdən
ibarətdir.
Sinanın yadigarı
türbələr
Sinan ömrü
boyu memarlıqda yeni axtarışlara baş vurmuş və bunu o dövrdə inşa etdirdiyi türbələrində
də davam etdirmişdir. Türbələrdə də
Memar Sinan çoxlarını heyrətə
salan yeni yaradıcılıq istedadı
nümayiş etdirmiş
və bir-birindən gözəl sənət inciləri meydana çıxarmışdır. Bunu
onun rəhbərliyi altında inşa edilən Şahzadə Mehmet türbəsi də sübut edir. Bu türbədə Memar Sinan o dövr
üçün qeyri-adi
görünən dilimli
günbəzdən istifadə
etmişdir. Günbəzin
səthi isə qeyri-adi şəkildə bəzədilmiş və
bu da onun
səthinə özünəməxsus
bir gözəllik vermişdir. Mahir memar Qanuni Sultan Süleyman türbəsində
isə o vaxtkı Türk-Osmanlı memarlıq
ənənələrinə uyğun olmayan üslubdan istifadə edib. O, türbənin daxili ilə xarici arasında uyğunluq yaratmaq üçün örtük
kimi ikiüzlü günbəz formasına üstünlük verib. Belə ki, memar
daxili günbəzi türbənin içindəki
ayaqlara, xaricdəki günbəzi isə çöl divarlara bərkidib. Memar Sinan II Səlim türbəsində
yeniliyə əl atıb. O, burada ənənəvi altı ya da səkkizbucaqlı
plan yerinə türbənin
əsasını təşkil
edən elementlər arasında paralellik yaradan kəsik künclü kvadrat formasından istifadə edib. Ümumiyyətlə, Memar
Sinan həmişə
binanın və ya türbənin inşa edildiyi ərazi ilə onun ətrafı
arasında bir ahəngdarlığa üstünlük
verib ki, bu da komplekslə
onu əhatə edən məkan arasında xoş təsir bağışlayan
mənzərə əmələ
gətirib.
Bir sözlə,
Memar Sinan həmişə köhnə
ilə yeni arasında əlaqə quraraq, onları bir-birinə uyğunlaşdıra
və nəticədə
ölməz sənət
inciləri yaratmağa
nail olub. Memar Sinanın qüdrəti də onun köhnəliklə yenilik arasında üzvi bir sintez
əmələ gətirməsidir.
Amma o, memarlığa
gətirdiyi yeni elementləri boş bir yerdən götürməyib. Onun memarlığa gətirdiyi
yenilik özündən
əvvəlki memarlıq
üslublarına yaradıcı
şəkildə yanaşması
və bununla özünəməxsus sənət
inciləri ortaya çıxarması ilə
bağlıdır. Memar
Sinanın dahiliyi də məhz bundadır. Memar yaratdığı sənət
əsərlərinin uzunömürlü
olması üçün istifadə edilən bərkidici inşaat materiallarının
keyfiyyətinə xüsusi
fikir vermiş və hər daşın, hər kərpicin bir-birini zərgər dəqiqliyi ilə tamamlamasına nail olmuşdur. Bu da Memar Sinanın inşa etdirdiyi abidələrin bu günə sağ-salamat gəlib çatmasında
və 400 il ərzində öz möhtəşəmliyini qoruyub
saxlamasında önəmli
rol oynayıb. Memar Sinan həm
də olduqca gözəl bir mühəndis idi. Buna görə müasirləri
onu orta əsrlər memarlarının
şahı adlandırıblar.
Sinanın mahir
mühəndis olmasını
onun körpülərin
və su kəmərlərinin inşasında
göstərdiyi qeyri-adi
istedadı da sübut edir. O,
körpü və su kəmərlərinin çəkilməsində,
məscid və türbələrin inşasında olduğu
kimi, o dövrdəki təcrübədən yaradıcı
şəkildə istifadə edərək onların əsasında
yeni bir memarlıq məktəbinin əsasını qoyub. Məsələn,
o, İstanbulun su problemini həll edərkən
Qırxçeşmə adı ilə tanınan su
anbarının inşası zamanı bəndlər, tunellər,
su kəməri, su kanalları ilə su yığımı və
paylaşdırılması arasında
tarazlaşdırıcı bir vəhdət yarada bilmişdir. Qeyd
edək ki, su anbarının inşasına o dövr
üçün olduqca yüksək rəqəm hesab edilən
43 milyon axça xərclənib. Bu su anbarı o dövrdə
bütün dünyada ən mükəmməl bir mühəndislik
nümunəsi idi və avropalı mütəxəssislər
sonralar Sinanın bu təcrübəsindən əsrlər
boyu istifadə ediblər.
Sinanın
mühəndislik qabiliyyəti onun inşa etdirdiyi
körpülərdə də parlaq şəkildə üzə
çıxıb. Təsadüfi deyil ki, inşasına rəhbərlik
etdiyi Böyükçəkməcə körpüsü
öz möhtəşəmliyi ilə yüz illər boyu
insanları heyrətə salıb. 635,5 metr uzunluğu olan bu
körpü Memar Sinanın adıçəkilən sahədəki
şah əsəri hesab edilir.
Memar
Sinanın istedadına günümüzdə belə tam qiymət
vermək çətindir. Bunun üçün gərək
Memar Sinan səviyyəsindən də yüksəkdə
durmağı bacarasan. Bu isə mümkün deyil. O, Qərb və
Şərq, islam və xristian memarlıq üslublarını
özündə birləşdirən və Türk-İslam
dünyasına xas olan bir memarlıq məktəbi yarada
bilmişdi və bu baxımdan onun nəinki
Türk-İslam-Osmanlı, həm də dünya
memarlığının inkişafında oynadığı
rol əvəzsizdir. Bir sözlə, Memar Sinan
yaradıcılığı orta əsrlər intibah və islam
memarlığının şah zirvəsi hesab edilir.
Memar
Sinan haqqında danışarkən bəzən Qərbdə
onu yunan və ya erməni əsilli kimi qələmə verməyə
və bu amili önə çıxarmağa cəhd edirlər.
Memar Sinanın əslən yunan olduğu şübhə
doğurmur. Ancaq o, islamı könüllü şəkildə
qəbul etmişdi və əslən yunan və ya hansısa
başqa bir millətə mənsubluğundan asılı
olmayaraq, islam dininin təəssübkeşi və ona
bütün varlığı ilə bağlı olan bir insan
idi. Onun vətənpərvərliyi və islama sadiqliyi,
yuxarıda qeyd etdiyimiz kimi, Fransa kralının Süleymaniyyə
məscidinin inşası üçün göndərdiyi mərmərə
münasibətdə də bütün parlaqlığı ilə
üzə çıxmışdı. Son.
Əziz Mustafa
Zaman.- 2010.- 1-3 may.- S. 10.