200-ə yaxın alim hüquq elminin problemlərini müzakirə etdi 

 

Bakı Dövlət (BDU) Qafqaz universitetlərinin birgə təşkilatçılığı iləHüquq elminin müasir problemlərimövzusunda beynəlxalq elmi konfrans dünən öz işini tamamlayıb. İki gün davam edən müzakirələrdə Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Ukrayna, Şimali Kipr Almaniyadan 200-yə yaxın alim iştirak edib, ümumilikdə 250-yə yaxın məruzə dinlənilib. Hüquq 

Bakı Dövlət (BDU) Qafqaz universitetlərinin birgə təşkilatçılığı iləHüquq elminin müasir problemlərimövzusunda beynəlxalq elmi konfrans dünən öz işini tamamlayıb. İki gün davam edən müzakirələrdə Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Ukrayna, Şimali Kipr Almaniyadan 200-yə yaxın alim iştirak edib, ümumilikdə 250-yə yaxın məruzə dinlənilib. Hüquq sahəsinin tədqiqatçıları konfransda müxtəlif təkliflərlə çıxış ediblər, problemlərdən çıxış yollarını göstəriblər.

Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov qloballaşan dünyada ümumbəşəri dəyərlərə əsaslanan hüquq bazasının formalaşdırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, belə elmi konfransların keçirilməsi bu məsələnin həllinə müsbət təsir edir.

Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç konfransın hüquqi problemlərin həllinə kömək edəcəyini söyləyib. Azərbaycanın Avropa Şurasında üzvlüyü məsələsinə toxunan Ə. Saniç: “Azərbaycan Avropa Şurasının standartlarını qəbul etməklə öz hüquq sistemini yenidən qurmuşdur,- deyib. O, dünyanın inkişaf etmiş ölkələrinin hüquq problemləri ilə qarşılaşdığını bildirib.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov isə dünyada bir çox hallarda beynəlxalq hüququn prinsip normalarına məhəl qoyulmadığını söyləyib: “Bəzən dünyada siyasi yanaşmalar hüquqi məsələləri üstələyir nəticədə beynəlxalq hüququn prinsipləri pozulur”. Onun fikrincə, dünyada hüquq mədəniyyətinin formalaşmasına ehtiyac var.

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Azərbaycanın bütün sahələrdə, eləcə də hüquq sahəsində inkişaf etdiyini deyib.

Qeyd edək ki, konfrans mərhum prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunub.

 

 

Namiq Budaq

 

Zaman.- 2010.- 1-3 may.- S. 2.