Çox doğmadan doğmaögey

 

Adam var, bir övlad üçün gecə-gündüz Allaha dua edir, istəyir ki, evində körpə qığıltısı eşidilsin; yurd-yuvasının sahibsiz qalmamasını istəyir; nəslinin davamı üçün övlad istəyir; səhər-axşam bağrına basıb güldən şirin qoxusunu ciyərlərinə çəkmək üçün Allah-Təaladan övlad neməti istəyir, istəyir, istəyir... Duaları, göz yaşları, qapısını döyənlərə verdiyi sədəqəsi, bütün gücü, bütün imkanı ilə istəyir.

Adam var, bir övlad üçün gecə-gündüz Allaha dua edir, istəyir ki, evində körpə qığıltısı eşidilsin; yurd-yuvasının sahibsiz qalmamasını istəyir; nəslinin davamı üçün övlad istəyir; səhər-axşam bağrına basıb güldən şirin qoxusunu ciyərlərinə çəkmək üçün Allah-Təaladan övlad neməti istəyir, istəyir, istəyir... Duaları, göz yaşları, qapısını döyənlərə verdiyi sədəqəsi, bütün gücü, bütün imkanı ilə istəyir.

Adam da var ki, balıq içində üzdüyü suyun onun üçün nə məna ifadə etdiyindən xəbərsiz olduğu kimi, evində ora-bura qaçan, şaqraq gülüşləri ilə ev-eşiyi şənləndirən gül qoxulu balaların qədrini bilmir.

 

Neyləyəsən, hər kəs bir olmaz ki...

 

Uşaqlıqdan pərəstişkarı idim onun. Demək olar, oynadığı bütün rolları sevə-sevə izləyirdim. Elə indinin özündə o rolları nəzərdən qaçırmamağa çalışıram. Çünki Nəcibə xanımınÖgey ana”dakı Dilarəsi, “Aygün”dəki Aygünü mənə o qədər doğma, o qədər əzizdir ki... Bəli, haqqında danışacağım insan mərhum sənətkarımız, respublikanın xalq artisti Nəcibə xanım Məlikovadır. İstedadlı aktrisanın rollarını izlədikdən sonra onun haqqında mən nəsə yazmaq istəmişəm bununla da bir oxucu, bir yazar, nəhayət, bir övlad kimi ona olan mənəvi borcumu, az da olsa, ödəməyə çalışmışam. Çünki o, Azərbaycan kinosunun nadir incilərindən olanÖgey anafilmində qəlblərdən silinməyən, bənzərsiz, kövrək, həssas, hamıya doğma olan ana obrazını yaradıb. Bu filmə baxanda gözlərim önündə çox şey canlanır, düşünürəm: analar övlad yolunda gör qədər əziyyətə qatlaşırlar, əzablara dözürlər. Amma yetər ki, övlad da ona qarşı naxələf, nankor çıxmasın, ögey ana kimi baxmasın. Bu mənada Nəcibə xanım Dilarə obrazı vasitəsilə ana-övlad münasibətini açıq şəkildə göstərə bilmişdir. O, doğma anasını itirən İsmayıla əsl ana olur, onu öz övladı kimi sevir, qayğı göstərir, sonda Dilarə İsmayılın onaanadeyə müraciət etməsinə onu öz anası kimi sevməsinə müvəffəq olur. Filmin adını orada bəzi kadrları nəzərə almasaq, bəlkə , İsmayılın, həqiqətən , Dilarənin doğma oğlu olmadığını sezmək belə olmaz. Çünki Nəcibə xanım İsmayıla görə keçirdiyi iztirabları dəqiqliklə, həssaslıqla tamaşaçıya çatdırmaqla ananın övladın tərbiyəsində, onun həyata yararlı bir şəxsiyyət kimi yetişməsində cəfakeş olduğunu, ağrılı-acılı yollar keçdiyini göstərir. Bəli, filmin adıÖgey anaolsa da, aktrisa bu filmdə əsl ana obrazını yaradıb.

Ögey anahəm günümüzlə səsləşən bir filmdir. Çünki yüzlərlə, minlərlə körpə, yeniyetmə uşaq evlərində illərdir yol gözləyir, isti ana qucağına sığınmaq, ana nəfəsi ilə, nəvazişi ilə nazlanmaq, ana laylası ilə yatıb-durmaq həsrətindədir. Düşünəndə tüklərin ürpəşir, ürəyin parçalanır: “Övlada bu qədər soyuq baxışla, yad gözlə baxmaq olarmı, görəsən?” Deyirəm, kaş o körpələrin analarının da qəlbi Dilarənin ürəyi kimi övlad istəyi ilə döyünəydi, kaş ki analar balalarına həyatın əzablı anlarını yaşatmayaydılar, kaş...

Filmin sonunda Dilarənin “Can bala!” deyib İsmayılı necə qucaqladığı səhnəni göz yaşları axıtmadan seyr edə bilmirəm, qəhərimi içimdə boğuram, niyə bu qədər kövrəldiyimin isə səbəbini anlamaqda çətinlik çəkirəm. Yəqin bu da Nəcibə xanımın yaratdığı ana obrazına olan sevgimdən irəli gəlir düşünürəm: “Övladını atan qadın bu filmə baxandan sonra hansı hissləri keçirir, görəsən, doğma balasına sahib çıxırmı, yoxsa?...”

deyim, mənim yalnız bunu söyləməyə gücüm çatar: “Allah sizə, eləcə dünyasını dəyişmiş bütün analara rəhmət eləsin, Nəcibə xanım!”

P. S. Bu gün vəziyyət o həddə çatıb ki, övlad ata-anaya əl qaldırır, bəzən onu qətlə yetirir, dəhşətli işgəncələrə məruz qoyur... Ona görə , bizim, xarici seriallara yox, düşündürücü, mənəvi təsir gücü daha çox olan filmlərə ehtiyacımız var. Çünki valideyn-övlad münasibətləri günümüzün ən vacib problemlərindən biridir.

Ötən illərin Azərbaycan kinoları niyə sevilə-sevilə izlənilir, tamaşaçıya maraqsız görünmür? Çünki o kinolarda tərbiyəvi əhəmiyyət daşıyan məqamlar daha çoxdur. Bu yöndən bizə ictimaiyyətin diqqətini cəlb edən, daha baxımlı, aktuallığını itirməyən yeni səpkidə, yeni quruluşda çəkilən filmlər lazımdır.

Mədəniyyətqəzetinin keçirdiyiMədəniyyət mövzusunda ən yaxşı jurnalist işimüsabiqəsi üçün.

 

 

Yeganə Məmmədova

 

Zaman.- 2010.- 27 may.- S.8.