Yunus Əmrə- türkün haqq aşiqi (3)

 

Həmin dövrdə Yunusa elə gəlirdi ki, dövründə insanların nəfslərinə uyaraq bir-birinə pislik etməsi və şeytan əməlləri ilə məşğul olması ilahi eşqdən uzaq düşmələri ilə bağlıdır. Ona görə də o insanlara bu ilahi eşqi təbliğ etmək, onların qəlbində yeni bir ilahi eşq ocağı yandırmaq üçün Anadolunu, Rumelini, Qafqazı və Orta Asiyanı addımbaaddım gəzdi. Getdiyi hər yerdə ilahi eşqi tərənnüm edən şeirlər söylədi, hara ayaq basdısa, minlərlə insan onu qarşılamağa çıxdı, günlərlə yanından ayrılmadılar, onun söylədiyi ilahi şeirlərdən məst oldular, ruhları təzələndi.

Yeni dostları ilə tanış olduğu ikinci gün Yunusun həyatında böyük dəyişikliyə səbəb olacaq bir hadisə baş verdi. Yemək vaxtı gələndə dostlarından biri dua etdi və onlara bir yemək süfrəsi nazil oldu. Yeməyi yedilər və şükür etdilər. Ertəsi gün ikinci dostları dua etdi və yenə də yemək süfrəsi nazil oldu. Yenə də yedilər və şükür etdilər. Yunus Əmrə  çaşbaş düşmüşdü. O: “ Onlar heç bir qapıda xidmət etmədikləri halda belə bir yüksək səviyyəyə çatıblar. Amma mən illərlə qapıda xidmət etdim, əvəzində heç nəyə nail ola bilmədim. Yaxşı ki, o qapıdan ayrıldım”-deyə düşündü.

Üçüncü gün yemək üçün dua etmək növbəsi Yunus Əmrəyə çatdı. Dərvişlər ona:-İndi növbə sənindir, sən də dua et,-dedilər.

Yunus bilmirdi etsin, ona görə təlaşla:- Dostlar, mənim duamla bir yarpaq belə tərpənməz. olar, bu işə görə məni bağışlayın, dua etməyim. Mən sizin qədər yüksək mərtəbəyə çata bilməmişəm. Sizin kimi haqq qatından süfrə ikram ediləcək biri deyiləm.

Amma dərvişlər ondan əl çəkmədilər:-Olmaz,-dedilər,-Qanun-qaydamızı pozma, dua et.

Çarəsiz qalan Yunus əllərini uca dərgaha qaldıraraq dua etdi.- Ya Rəbb, bu aciz quluna, bu dərvişlərə göndərdiyin süfrədən ikram etdin. İndi növbə mənə çatıb. Allahım, məni bu insanların yanında üzüqara etmə. Onlar kimin hörmətinə sənə dua etdilərsə lütfə nail oldularsa, məni o qulunun hörmətinə bağışla, rəhmini lütfünü üzərimdən əskik etmə,-deyə Uca yaradana yalvardı. Duasını bitirib əllərini üzünə sürtmüşdü ki, on nəfərlik böyük bir süfrə nazil oldu. Bundan həm Yunus, həm dərvişlər çaş-baş düşdülər. Dərvişlər Yunusa:

-Ey dərviş qardaş, sənki dua edə bilmədiyini bizim kimi ən yüksək mərtəbəyə nail ola bilməyəcəyini deyirdin. İndi söylə, sən necə dua etdin ki, sənə cənabi Allah belə bir ikram göndərdi.

Yunus bu sirr qarşısında donub qalmışdı, bilmirdi dərvişlərə desin.

 Nəhayət özünü ələ alaraq:- Əvvəla siz deyin, necə dua etdiniz?

 

Dərvişlər:

 

- Bizlər Tapdıq Əmrənin qapısında illərlə hizmət edən adı dillərdə dastan olan Yunusun üzünün suyu hörmətinə Allaha dua niyaz etdik,-dedilər.

Bunu eşidən Yunus:-”Eyvah”-deyərək özündən getdi. Özünə gələndə isə dərvişlərin süfrəsindən bir tikə kəsməyərək dərhal geriyə - Tapdıq Əmrənin qapısına döndü.

Boynu bükük çox pərişan halda Tapdıq Əmrənin qapısını döydü. Qapıya müridinin həyat yoldaşı çıxdı Yunusun əzablar içində çırpındığını görüncə:- Övladım, niyə belə bir tutdun, xocanı incitdin?-deyə ondan soruşdu. Sonra da Yunusun halına ürəyi yanaraq onun bu vəziyyətindən çox təsirləndi.

- Oğlum,-dedi, Tapdıq həzrətləri bir azdan bayıra çıxacaq. Sən burada gözlə. Ayağı sənə dəyincə o soruşacaq ki, bu kimdir. Məndə deyəcəyəm ki, Yunusdur. Əgər soruşsa ki: “Hansı Yunus”, onda bilki səndən əlini üzüb bağışlamaq niyyətində deyil. Onda çıxıb gedərsən. Əgər desə ki, “bizim Yunusmu?” onda bil ki, səni bağışlayıb. Dərdli Yunus başını Tapdığın çölə çıxacağı qapının kandarına qoydu qəlbi titrəyə- titrəyə gözləməyə başladı. Bir azadan Tapdıq Əmrə bayıra çıxdı, onun gözləri zahirən kor, qəlbi isə günəş kimi idi. Ayağı Yunusun bağına dəyincə:-Bu kimdir?-deyə soruşdu.

Həyat yoldaşı:-Yunusdur,-deyə cavab verdi.

Bir az fikirləşən Tapdıq Əmrə : Bizim Yunusmu?-dedi.

 Sonra da:- Yunus övladım, bir meyvənin necə yetişdiyini onun xeyrini özü bilməz. Onu ancaq bağa qulluq edən bağban bilər. Bunun kimi hər bir tələbənin hansı kamala yetişdiyini hansı mərtəbəyə qədər ucaldığını yalnız onun xocası bilər. Ona görə tələbəsinin daha kamil bir mərtəbəyə ucalması onda özündən razı olmaq hissi yaranmaması üçün əsl həqiqəti gizlədər. Bu da tələbənin ancaq inkişaf etməsi, daha kamil bir insan kimi yetişməsi üçün lazımdır.

Rəvayətə görə, Yunusla ustadı arasında bəzən çox maraqlı  söhbətlər olarmış. Bir dəfə Tapdıq Əmrə:- Yunus bizə hikmətli bir şeir söylə.

İlk dəfə belə bir şeylə qarşılaşan Yunus: - Xocam, mən ilahi söyləməyi bilmirəm,-dedi.

Bu dəfə Tapdıq Əmrə daha israrla:- Haydı Yunus, inad etmə bizə gözəl bir şeir söylə,-deyə ondan tələb etdi.

Yunus Əmrə xocasının israr etdiyini görüncə, bunu necə yerinə yetirmək barədə düşünməyə başladı. Amma birdən-birə sanki ona ilham gəldi dili açıldı, çoxtəsirli bir səslə oxumağa başladı:

 

- Eşqin aldı məni məndən,

mənə səni gərək, səni

Mən yanaram gündən-günə,

mənə səni gərək, səni.

varlığa sevinirəm,

yoxluğa deyinirəm,

Eşqin ilə ovunuram,

mənə səni gərək,səni

Sufilərə söhbət gərək,

ahilərə ahrət gərək

Məcnunlara Leyli gərək,

 mənə səni gərək,səni.

 

Yunusun bu şeri Tapdıq Əmrənin qəlbini riqqətə gətirdi.

-Ey Yunus,- dedi, sən elə bir şeir söylədin ki, onunla tarixə düşəcək, əbədiyyətə ucalacaqsan.

Həmin dövrdə Yunusa elə gəlirdi ki, dövründə insanların nəfslərinə uyaraq bir-birinə pislik etməsi şeytan əməlləri ilə məşğul olması ilahi eşqdən uzaq düşmələri ilə bağlıdır. Ona görə o insanlara bu ilahi eşqi təbliğ etmək, onların qəlbində yeni bir ilahi eşq ocağı yandırmaq üçün Anadolunu, Rumelini, Qafqazı Orta Asiyanı addımbaaddım gəzdi. Getdiyi hər yerdə ilahi eşqi tərənnüm edən şeirlər söylədi, hara ayaq basdısa, minlərlə insan onu qarşılamağa çıxdı, günlərlə yanından ayrılmadılar, onun söylədiyi ilahi şeirlərdən məst oldular, ruhları təzələndi.

 

-Mən yürürüm yanə- yanə

eşq boyadı məni qanə,

aqiləm, divanə;

gəl gör məni eşq neylədi?

Gah əsərim yellər kimi,

gah tozarım yollar kimi,

Gah çağlaram yellər kimi,

gəl, gör məni eşq neynədi?

 

Bu Yunus Əmrənin qəlbindən damla-damla süzülərək əvvəlcə bulaqlara, sonra gur axan çaylara çevrilən ilahi bir məhəbbət idi, o axdıqca, ondan içən hər insanın susamış qəlbinə ilahi bir nur, ilahi eşq sevgi dolardı.

 

Yunus Əmrə ilahi bir eşq yolunu tutanlara belə müraciət edirdi:

-Canını eşq yoluna verməyən aşiq aşiqmidir?

 Cəhd eyləyib ol dosta çatmayan  aşiqmidir? Ardı var...

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 28-31 may.- S. 10.