Balkanlardan Anadoluya türk köçləri Bolqarıstandan deportasiya və yeni türk qətliamları (1)
1887-ci ildə
Bolqarıstanda keçirilən əhalinin
siyahıyalınmasına görə ölkədə 672 min nəfər
türk yaşayırdı. Buraya Türkiyəyə
köç etməyə məcbur olan 515 min türkü də
əlavə edəndə, (türklərin Bolqarıstanda
ümumi sayı 1,4-1,7 milyon nəfər) 250-300 min nəfərdən
artıq türkün taleyi (Makkarti bu rəqəmi 261 min nəfər
göstərir) müəmmalı qalır. Bu da onu deməyə
əsas verir ki, məhz 300 min nəfərə yaxın
türk 1830-1880-ci illərdə Bolqarıstanda qətlə
yetirilib.Əslində Bolqarıstanda siyahıyalma zamanı tələfat
xanasındakı rəqəmlər məhz 300 min nəfərə
yaxın türkün öldürüldüyünü
aydın şəkildə ortaya
qoymuşdu.
Mora üsyanı və
bunun nəticəsində Yunanıstanın müstəqilliyinə
nail olaraq daha da şirniklənən Qərb dövlətləri
bu dəfə əsas hədəf kimi Bolqarıstanı
seçdilər. Onlar Bolqarıstanda Osmanlıya ağır zərbələr
vurulması və adıçəkilən ölkənin
müstəqilliyinə nail olunması üçün bu dəfə
də Rusiyanı qabağa verdilər. Qərb ölkələri
Bolqarıstanın müstəqilliyi ilə bərabər,
oradakı türklərin Anadoluya deportasiyası və
Balkanların tədricən türklərdən tamamilə təmizlənməsini
də nəzərdə tutmuşdular.
Həmin dövrdə Bolqarıstan türklərin
ən çox yaşadıqları ölkələrdən
biri idi. Bolqarıstanın müstəqilliyinə gətirib
çıxaracaq 1877-1878-ci illər müharibəsi ərəfəsində
orada yaşayan türklərin sayı (onların arasında
çərkəzlər də vardı) təxminən 1 milyon
700 min nəfər idi. Tanınmış amerikalı tarixçi Makkarti də
arxiv sənədlərinə əsasən həmin dövrdə
Bolqarıstanda 1,5 milyon nəfər türkün
yaşadığı qənaətinə gəlib. Bölgədə
təxminən bir o qədər də bolqarların yaşadığı
ehtimal edilir. Bolqarıstanda türk əhalinin sayı ilə
bağlı həm Osmanlı, həm də Qərb
qaynaqlarını araşdıran tarixçi Ömər Turan
yazır: “1877-78-ci il savaşından öncə
Bolqarıstanda qeyri-bolqarların sayı 1,949 milyon nəfər,
bolqarların sayı isə 1,793 milyon nəfər idi”. Onun
yazdığına görə, qeyri-bolqarların 90 faizini
türklər təşkil edirdilər. Bundan əlavə, həmin
dövrdə Bolqarıstanda 350 min nəfər yəhudi, erməni,
yunan və digər milli azlıqlar yaşayırdı. Yəni
faktiki olaraq, bölgədə
bolqarlar heç də çoxluq deyil, əksinə
azlıq təşkil edirdilər. 1830-cu ildən sonra
Bolqarıstanda rus-panslavist Çerkaskinin rəhbərliyi
altında qurulan Bolqarıstan Mülki İdarə Təşkilatı
da yuxarıda göstərilən rəqəmlərə
uyğun rəqəm göstərmiş və bununla da ölkədə
bolqarların azlıqda olduğunu təsdiq etmişdi.
Ümumiyyətlə, Bolqarıstanın, demək olar ki,
bütün əyalətlərində, o cümlədən
Tuna vilayətinə aid olan Ruscuk, həmçinin Sofiya, Tulca və
Varna sancaqlarında türklər, Vidin və Trnovoda isə
qeyri-müsəlmanlar çoxluq təşkil edirdilər. Bura
Bolqarıstanda yaşayan bolqar olmayan qeyri-xristianları da əlavə
edəndə bolqarlar hər yerdə azlıqda idilər. Ona
görə də Bolqarıstan Mülki İdarə Təşkilatı
ölkədə bolqarların etnik baxımdan
çoxluğuna nail olmaq üçün hər vasitə ilə
bölgədə yaşayan türkləri və müsəlmanları
ölkədən qovmağa çalışırdılar.
Bunun üçün onlar qətliamlara əl atır,
türklərin evlərinə od vurur, onları
öldürürdülər. Bu yolla da onlar Bolqarıstandan Anadoluya köç axınına nail ola bildilər.
Məğlubiyyət bolqarları cəsarətləndirdi
1828-ci ildə Osmanlının ruslarla savaşda yenilməsindən sonra bolqarlar da yunanlar
kimi hərəkət
etməyə və müdafiəsiz qalan türklər üzərinə
hücumlar etməyə
başladılar. Nəticədə, Bolqarıstanda əsl
türk qətliamı
başladı. Bu qəddar olayların da arxasında Morada olduğu kimi, yenə də Rusiya və Qərb ölkələri dayanırdı.
Onlar Bolqarıstanın türklərdən
təmizlənməsi üçün
bolqarları silahlandırır
və milli etnik münaqişəni körükləyirdilər. Nəticədə, 1830-1870-ci illər ərzində 30 min türk
Bolqarıstanı tərk
edərək, Anadoluya
köç etməyə
məcbur oldu. Bu
arada Osmanlının zəifləməsi ilə
Balkanlar Rusiya, Avstriya və Almaniya arasında bölüşdürüldü.
Avstriya Osmanlıdan Bosniya-Herseqovinanı
qopardı, bolqarlara və serblərə isə Rusiyanın nəzarəti altında olacaq müstəqillik verildi. Bu, Bolqarıstanda
türklərə qarşı
yeni qətliamların
başlamasına gətirib
çıxardı. Bir neçə
gün ərzində bölgədə yaşayan
minlərlə dinc türk qətlə yetirildi. Türk ordusu bu qətliamın qabağını
almaq üçün
hərəkətə keçdi.
Amma Qərb ölkələri
və Rusiya buna Osmanlıya yeni müharibə elan etməklə cavab verdilər. 1877-ci ildə Rusiya
ilə Osmanlı arasında yeni müharibə başladı.
Müharibə yenə də
Osmanlının məğlubiyyəti
ilə başa çatdı. 1878-ci ildə Berlində imzalanan sülh anlaşmasına əsasən,
Osmanlı daha çox ərazilər itirdi. Berlin anlaşmasına
görə, Osmanlının
nəzarəti altında
Bolqarıstan Prinsliyi quruldu. Şərqi Rumeli adlandırılan
Osmanlı ərazisində
isə vali bolqar xristian olacaqdı. Bundan əlavə, Osmanlının
Balkanlardakı bəzi
əraziləri də
Yunanıstana verildi.
Yeni müharibə Bolqarıstandan
Anadoluya köç dalğalarının daha da artmasına səbəb oldu. 1876-1878-ci illərdə Bolqarıstandan 200 min nəfər
türk Ədirnə və ətrafına köç etməyə məcbur oldu. Amma Balkanlardan Anadoluya köç daha çox idi. Belə ki, həmin müddət ərzində
Bolqarıstandan əlavə,
Balkanlardan daha 300 min nəfər türk Anadoluya köçdü.
Onlardan 75 min nəfəri
Hələb və Şamda, 25 min nəfəri
Adanada, 10 min nəfəri
Konya və Kastamonuda,
10 min nəfəri də
Kıbrısda yerləşdirildi.
Bolqarıstanın şimalından köç
edən türklərin
bir hissəsi isə Rodop adasına sığınaraq
oradakı pomaklarla qaynayıb-qarışdılar. Köç prosesi isə davam etməkdə və daha da
genişlənməkdə idi.
Ümumiyyətlə götürdükdə,
müharibələr və
türklər üzərinə
edilən aramsız basqınlar nəticəsində
həmin dövrdə
- 1830-1900-cu illərdə Bolqarıstandakı
1 milyon nəfərdən
yuxarı türk doğma yurd-yuvasını
tərk etməyə məcbur oldu. 19-cu əsrin 80-90-cı illərində
Bolqarıstanı tərk
etməyə məcbur
olanların bir qismi, təxminən 105 min
nəfəri Ədirnəyə,
6 min nəfəri Salonikə,
140 min nəfəri Kosovo və
Manastıra, 120 min nəfəri
İstanbula, 90 min nəfəri
də Anadolunun digər yerlərinə sığındı. Təxminən 515 min nəfər də Bolqarıstanda qaldı.
1887-ci ildə Bolqarıstanda keçirilən
əhalinin siyahıyalınmasına
görə ölkədə
672 min nəfər türk
yaşayırdı. Buraya
Türkiyəyə köç
etməyə məcbur
olan 515 min nəfər
türkü də əlavə edəndə,
250-300 min nəfərdən artıq türkün taleyi ( Makkarti bu rəqəmi 261 min nəfər göstərir)
müəmmalı qalır.
Bu da onu
deməyə əsas verir ki, məhz
300 min nəfərə yaxın
türk 1830-1880-ci illərdə
Bolqarıstanda qətlə
yetirilib. Əslində
Bolqarıstanda siyahıyalma
zamanı tələfat
xanasındakı rəqəmlər
məhz 300 min nəfərə
yaxın türkün
öldürüldüyünü aydın şəkildə
ortaya qoymuşdu.
Vəhşi
diviziya
Əslində bu qətliamın
arxasında rus ordusu və Bolqarıstanın quldur dəstələri dayanırdı. Rus kazaklarından təşkil
edilən vəhşi
diviziya cəbhədə
əsas döyüş
aparan ordunun ardınca gələrək
işğal edilən
ərazilərdə etnik
təmizləmə aparır
və bolqar quldur dəstələri ilə birlikdə dinc türk sakinlərini qətlə yetirir, evləri yandırır və talançılıqla məşğul
olurdular. Türklərə
qarşı o qədər qəddarcasına
davranırdılar ki,
bu, hətta Qərbdə də etirazlarla qarşılanırdı. Məsələn,
əvvəlcə, bolqarlardan
və ruslardan aldıqları məlumatlar
əsasında bölgədə
bolqarlara qarşı həyata keçirilən
türk soyqırımından
yazan qəzetlər sonra münaqişə zonasına öz müxbirlərini
göndərdilər. Bolqarıstana müxbir göndərənlər arasında
“Times”, “New York Herald”, “Republique Français”, “Frankfurter Zeitung”,
“Daily Telegraph” kimi dünyada
tanınan mətbuat orqanları var idi. Ümumiyyətlə, Bolqarıstana Avropa
ölkələrini təmsil
edən 21 qəzet və dərgi müxbir göndərmişdi.
Onlar münaqişə bölgəsində
gördüklərindən dəhşətə gəlmişdilər.
Əgər dünənə kimi Qərb qəzetləri bölgədə
türklərin bolqarları
qətlə yetirdiklərini
yazırdısa, indi rəy dəyişmişdi.
Onların hamısı
münaqişə bölgəsindən
göndərdikləri məlumatlarda
Rusiyanın vəhşi
diviziyasının və
bolqar quldur dəstələrinin günahsız
müsəlman türklərini
qətlə yetirdiyini
yazır və bunun əsas günahkarı kimi Rusiyanı
göstərirdilər. Hadisələrdə məhz rusların vəhşi diviziyasının
əsas rol oynadığını yazan
Qərb qəzetləri
öldürülən türklər
arasında çoxlu sayda qadının və uşağın olduğunu bildirirdilər.
Hadisələrin şahidi olan
Qərbin bölgədəki
konsulluqları türklərin
qətliama məruz qalmaları barədə öz ölkələrinin
müvafiq nazirliklərini
hər gün məlumatlandırırdılar. Amma Qərb dövlətləri günümüzdə
Fələstində, Dağlıq
Qarabağda, İraqda,
Əfqanıstanda, Livanda
və digər yerlərdə yaşanan müsəlman soyqırımına
necə biganə qalırlarsa, o dövrdə
də eyni tərzdə hərəkət
edir və bütün bu qırğınları görməzliyə
vururdular.
Əziz Mustafa
Zaman.-2010.- 6-8 noyabr.-
S.12.