Balkanlardan Anadoluya türk köçləri Bolqarıstandan deportasiyayeni türk qətliamları (2)

 

“Rumelidən  türk köçləri”adlı əsərində tarixçi alim Bilal Şimşir Osmanlı-Rus savaşlarından sonra türklərin aramsız olaraq soyqırımına məruz qalmalarını və Anadoluya köç etmələrini türk, ingilis, rus, alman və fransız arxivlərindəki sənədli materiallar əsasında araşdırmışdır. Araşdırmalar o dövrdə türklərin tarixdə görünməmiş soyqırımına məruz qaldığını göstərir.

1878-ci ilin ortalarında bölgədə səfərdə olan bir alman dəmir yolu məmuru Bolqarıstanda gördüklərindən dəhşətə gəlmiş və bununla əlaqədar öz xatirələrində belə yazmışdı: “Yolda 400 cəsədə (öldürülən türklər nəzərdə tutulur) rast gəldim. Onları üst-üstə yığmışdılar və hamısı çılpak idi. Onları öldürməzdən əvvəl qadın, uşaq, qoca demədən soyunmağa məcbur etmiş, soyuqda dondurmuş, sonra isə öldürmüşdülər. Aralarında ikiyaşlı bir uşaq da vardı, o hələ ölməmişdi və nəfəs alırdı. Yazığım gəldi və onu götürərək xilas etdim”.

“Rumelidən türk köçləri”adlı əsərində tarixçi alim Bilal Şimşir Osmanlı-Rus savaşlarından sonra türklərin aramsız olaraq soyqırımına məruz qalmalarını və Anadoluya köç etmələrini türk, ingilis, rus, alman və fransız arxivlərindəki sənədli materiallar əsasında araşdırmışdır. Araşdırmalar o dövrdə türklərin tarixdə görünməmiş soyqırımına məruz qaldığını göstərir.

Baş verən dəhşətli soyqırımı hətta Sankt-Peterburqdakı ingilis səfiri Loftusun belə, vicdanını oyatmışdı. O, hökumətini bununla bağlı müəyyən işlər görməyə çağırmışdı. Nəticədə, İngiltərə hökuməti baş verən faciəli hadisələrlə bağlı Rusiyaya nota vermişdi. Notada deyilirdi: “Rusların hücumu nəticəsində türk əhali təşvişə düşərək öz yaşayış yerlərini tərk etməyə məcbur olub. Nəticədə, bölgəni tərk edən 100 mindən çox adam soyuqdan və aclıqdan ölüb. Dinc əhaliyə toxunulmayacağı və onlarla normal davranılacağı barədə rus hökuməti öz əsgərlərinə müvafiq göstəriş verməli, onları dinc əhalini qətlə yetirməkdən çəkindirməli, buna əməl etməyənləri cəzalandırmalıdır.”

Buna baxmayaraq, dinc əhalinin qətliamı davam edirdi. Məsələn, rusların silahlandırdıqları bolqar quldur dəstələri təkcə Harmanlı əyalətində 20 min nəfər türkü qətlə yetirmişdilər. Ümumiyyətlə, o dövrdə Balkan savaşlarında 600 min nəfər türk məhv edilmişdi. Onlardan 200 min nəfəri bolqar quldur dəstələri tərəfindən öldürülmüşdü.

Amma Bolqarıstanda yalnız türklər deyil, onların yaratdıqları nadir memarlıq inciləri də məhv edilir və talanırdı. Həmin dövrdə Bolqarıstanda türklərə aid 3339 memarlıq əsəri vardı. Onlardan 2356-sı məscid, 415-i təhsil müəssisəsi, 174-ü təkkə və zaviyə ( təkkə dərvişlərin ibadət yerləri, zaviyə təkkədən daha kiçik ibadət yeri) idi, həmçinin çoxlu sayda körpü və hamam vardı. Məsələn, əgər müharibədən əvvəl Sofiyada 82, Filipe şəhərində isə 33 cami vardısa, müharibədən sonra adıçəkilən şəhərlərdə cəmisi bir neçə cami qalmışdı. Qalanlarının hamısı bolqar quldur dəstələri tərəfindən yerlə yeksan edilmişdi.

Bolqarlar tərəfindən türklərin qətliamları Balkan savaşında da davam etdirildi. 1913-cü il, mart ayının 26-da bolqarlar uzun sürən mühasirədən sonra Ədirnəni ələ keçirdilər. Bolqar quldur dəstələri üç gün ərzində şəhəri xarabalığa döndərdilər. Onlar əllərinə keçən türkləri qadın, uşaq, qoca demədən öldürür, heç kimə rəhm etmirdilər. Bu işdə  onlara Ədirnədə yaşayan yunanlar digər xristian xalqlar da yardım edirdilər. Hadisələrin şahidi olan tarixçi Qustav Cirilli sonralar belə yazırdı:  Bolqarlar Ədirnədə bir türkə belə rəhm etmirdilər. Əsir düşən Osmanlı əsgərlərinə münasibət isə danışılası deyildi. Onları bolqarlar ac-susuz saxlayır tüfəngin qundağı ilə döyürdülər. Bu bəxtsizləri sonra Tunca irmağı (çayı)  üzərindəki bir adaya apardılar, Əski Saray adlanan binaya doldurdular hamısı burada aclıqdan xəstəlikdən öldü... Bu, əsl insan ovudur. Türklərə qarşı yürüdülən bir ovdur zalımlıqdır”.

Şahidlərin sözlərinə görə, bolqarlara əsir düşən Osmanlı əsgərlərindən hər gün 200 nəfəri aclıqdan xəstəlikdən ölürdü.

 

Kavaladakılara da rəhm edilmədi

 

Bolqarlar Makedoniyanın cənubundakı Kavala şəhərini ələ keçirən zaman da Ədirnədə törətdikləri qətliamları davam etdirdilər. Kavala ətrafındakı kəndlərdə yaşayan dinc türklərin bolqarlar tərəfindən qeyri-insani işgəncələrlə öldürülməsi bölgədəki ingilis konsulunu belə dəhşətə gətirmişdi. O bununla əlaqədar yazır: “Sarı Şaban kəndində yaşayan 220 türkdən 180-i bolqarlar tərəfindən öldürülüb. O biri kəndlərdə sağ qalan türk tapmaq mümkün deyil”.

Araşdırmalara görə, təkcə Kavalada 7000 türk qaçqın öldürülüb.

Qətliamlardan yaxa qurtarmaq üçün Serez şəhəri müqavimət göstərmədən bolqarlara təslim olmuşdu. Buna baxmayaraq, bolqarlar oradakı türklərə rəhm etmədilər dinc əhalini kütləvi şəkildə öldürməyə başladılar. Osmanlı yunan mənbələrinə görə, Serezdə 5000 nəfər türk bolqarlar tərəfindən məhv edildi. Yenə bölgədə olan ingilis konsulu bununla bağlı hökumətinə belə bir raport göndərmişdi: “Serezdə iki saat ikində 150-200 nəfər türk bolqarlar tərəfindən qoyun kimi bir-bir kəsildi. Türklərə məxsus evlər dükanlar isə talan edildi. Sağ qalanlar isə aclıqdan, xəstəlikdən kütləvi şəkildə ölməkdə davam edirlər. Tifdən aclıqdan ölənlərin sayı 2000 nəfərə çatıb. Dədəağacda yaşayan yerli türklərdən bura sığınan qaçqınlardan 3 min nəfəri bolqarlar tərəfindən qətlə məruz qaldılar. Bolqarlar kənddəki evləri məscidləri dinamitlə partladaraq havaya uçurdular”.

Türklərə qarşı həyata keçirilən bütün qeyri-insani qətllər vəhşilərə xas olan cinayətlər böyük öndər Mustafa Kamal Atatürkü dəhşətə gətirmişdi. O gələcək nəsilləri bu qətliamları unutmamağa intiqam hissini qəlblərində yaşatmağa çağırırdı: “Millətimizin qəlbində intiqam duyğusu olmalıdır. Bu intiqam  xoş səslənən bir söz deyil, bu intiqam həyatına, Vətəninə, torpaqlarına düşmən olanların cavabını verməyə, onları yox etməyə yönələn bir intiqamdır. Bütün dünya bilməlidir ki, qarşımızda belə düşmənlər olduqca onları bağışlamaq əlimizdən gəlməz gəlməyəcəkdir. Düşmənə ürəyi yanmaq acizlik zəiflikdir. Düşmənə mərhəmət göstərmək insanlıq nümayiş etdirmək demək deyil. İnsani hisslərdən məhrum olan düşmənlər yox edilməlidir. Bizim intiqamımız zalımların zülmlərinə qarşıdır. Onlarda zülm duyğusu yox olmadıqca, bizdə intiqam duyğusu davam edəcəkdir”.

 

Köçlər davam edir

 

Birinci Dünya savaşından sonra  da Balkanlarda türklərə qarşı qətliamlar davam etdi. Nəticədə 1925-1949-cu illər arasında Bolqarıstandan 220 min türk Anadoluya köçdü. 1950-52-ci illərdə isə daha 155 min nəfər türk bolqarların zülmlərinə davam gətirməyərək doğma yurd-yuvalarını tərk edərək, Anadoluya sığındılar. Hakimiyyətə millətçi Todor Jivkov gələndən sonra isə Bolqarıstnda qalan türklərin vəziyyəti daha da ağırlaşdı. Jivkov rejimi türklərin adlarını zorla dəyişdirməyə başladı. Türklərin hətta ana dillərində  danışması belə qadağan edilmişdi buna görə onları dərhal həbsxanalara atırdılar. Jivkov Bolqarıstanda yaşayan türklərin guya assimilyasiya edilən bolqarlar olması kimi sarsaq ideya irəli sürərək, onların hamısının milliyyətinin bolqar yazılması barədə göstəriş vermişdi. Əslində bolqarların özləri türklər idilər onlar xristian dinini qəbul edərək, dillərini itirmiş beləliklə, slavyanlaşmışdılar. Bolqarların da macarlar kimi türk kökənli olması tarixçilərin hamısına məlumdur bu məsələ heç vaxt beynəlxalq səviyyədə tarixçilər arasında mübahisə obyekti olmayıb.

Həmin dövrdə Afrikanın cəngəlliklərində yaşayan hər hansı bir xalqın haqlarını müdafiə etməyə qalxan Qərb dövlətləri isə Jivkovun türklərə münasibətdə yeritdiyi bu cinayətkar faşist siyasəti soyuqqanlıqla izləməklə işlərini bitmiş hesab etdilər. Nəticədə, 1989-cu ildə Bolqarıstandan Türkiyəyə daha 230 min nəfər türk köç etdi. Jivkov dönəmində türklərin assimilyasiya edilməsi milli köklərindən ayrılması üçün onları Belene adlı həbs düşərgəsinə göndərməyə başladılar. Belene həbs düşərgəsi Jivkov tərəfindən, əvvəlcə, sosializmin əleyhidarları üçün qurulmuşdu. Ancaq sonra ondan türklərin məhv edilməsi üçün istifadə etməyə başladılar. Jivkov ana dilində danışan, sünnət etdirən bolqar olduğunu etiraf etməyən bütün türklərin həbs edilərək Belene həbs düşərgəsinə göndərilməsi barədə  göstəriş vermişdi. Bu həbs düşərgəsi alman faşistlərinin yəhudilərin məhvi üçün qurduqları Maydanek, Buhenvald  digər ölüm düşərgələrinin oxşarı idi.  Həbs düşərgəsində türklərə olmazın əzab zülmlər verərək, onları zorla dinlərindən etnik köklərindən dönməyə məcbur etməyə cəhd göstərirdilər. Bu düşərgədən yayımlanan görüntülər burada türklərə verilən qeyri-insani işgəncələrlə bağlı kadrlar Qərb ictimaiyyəti arasında böyük həyəcana səbəb oldu. Lakin Qərb ölkələri yenə xislətlərinə uyğun olaraq, məsələ ilə bağlı Bolqarıstana qarşı hər hansı sanksiya tətbiq etmədilər. Hətta rəsmi səviyyədə onları insan haqlarını pozmaqda belə günahlandırmadılar.

Ancaq Jivkovun ölümündən və sosializmin çökməsindən sonra Bolqarıstanda türklərə edilən zülmlər azaldı. Buna baxmayaraq, bu gün də Bolqarıstanda baş qaldıran millətçi faşist ünsürlər türklərə qarşı təzyiqləri davam etdirməyə çalışırlar. Nəticədə, millətçi faşist ünsürlərin zülmündən qaçan türklərin Bolqarıstandan Anadoluya köçü davam edir. Onu da deyək ki, son məlumatlara görə, Bolqarıstanda hazırda 150-200 min nəfər türk yaşayır. Ümumiyyətlə götürdükdə isə, 1920-1999-cu illər ərzində Bolqarıstandan Türkiyəyə daha 1,5-1,7 milyon nəfər türk köçüb. Təxminən 2,6-3 milyon nəfər türk isə 1830-1990-cı illər ərzində qətlə yetirilib, 2 milyondan yuxarı türkün isə həmin dövrdə (1830-1990-cı illər) zorla dilini və dinini dəyişdirərək bolqarlaşdırıblar. Son

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 11 noyabr.- 14.