Ahıska türkünün qara qara taleyi (3)

 

Axalsıx, Adıgün, Əspincə, Ahılkələk, Boqdanovka və Hocabəy rayonlarındakı 220 kənddə yaşayan 150-200 min nəfərdən artıq Ahıska türkü noyabr ayının 15-də, soyuq, şaxtalı bir gündə 2 saat ərzində vaqonlara dolduruldu. Yolda aclıq, susuzluq, soyuqdan, həmçinin köç dərdinə dözə bilməməkdən 17 min Ahıska türkü vəfat etdi. Onlara nə kəfən, nə də ki torpağa adam kimi dəfn olunmaq nəsib oldu.

Ahıska türklərini “casusluqda” günahlandırmaq isə özü gülünc bir məsələ idi. Əslində bu da bir bəhanə və ahıskalılara qarşı həyata keçirilən soyqırımı siyasətinin tərkib hissəsi idi.

Ahıskalıların sürgünə göndərilməsində bir bəhanə də guya Türkiyənin SSRİ-yə qarşı Almaniya ilə ittifaqda hücum edə biləcəyi ehtimalı oldu. Halbuki 1944-cü ilin payızında artıq SSRİ-nin Almaniya üzərində qələbəsi şübhə doğurmurdu və Türkiyənin də Almaniya tərəfində müharibəyə girməyəcəyi, əksinə, faşizmə qarşı mübarizəyə rəhbərlik edən ABŞ  və onun müttəfiqlərini dəstəklədiyi aydın idi. Belə bir vəziyyətdə Ahıska türklərinin kütləvi şəkildə dədə-baba yurdlarından sürgün edilməsi onlara qarşı həyata keçirilən soyqırımının daha dəhşətli şəkildə davamı idi. Onu da deyək ki, türklərə kəskin nifrət bəsləyən Stalin Ahıska türklərinin sürgünü məsələsini birbaşa nəzarətə götürmüşdü və hər gün bununla bağlı müvafiq qurumlardan hesabat tələb edirdi. Ahıskalıların sürgünü ilə bağlı həyata keçirilən tədbirlərə isə şəxsən Stalinin ən yaxın silahdaşı və sağ əli hesab edilən Lavrenti Beriya rəhbərlik edirdi.

Ahıskalıların sürgünü 1944-cü il, noyabr ayının 14-dən 15-nə keçən gecə başladı. Deportasiya üçün soyuq vaxtın seçilməsi də təsadüfi deyildi. Çünki  Moskva bu yolla ahıskalıları soyuq  və aclıqla məhv etmək və bununla da Ahıska türklərinin izini yer üzündən silmək istəyirdi.

Ahıska türklərini sürgün etmək üçün dövlət tərəfindən 20 min əlisilahlı əsgər, 900 “Studabekkermarkalı maşın 57 yük eşelonu ayrılmışdı. Əzablı yol bir ay çəkdi. Ahıska Cavaxetiya, o cümlədən Ahıskanın tərkibinə daxil olan  Axalsıx, Adıgün, Əspincə, Ahalkələk Boqdanovka rayonlarının əhalisinə doğma evlərini tərk etmək üçün cəmisi 30 dəqiqə vaxt verilmişdi. Necə deyərlər, müharibədə almanlara qarşı döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən Ahıska türklərinin doğma vətəndə baş verənlərdən xəbərləri belə yox idi. Onlar bilmirdilər ki, arxa cəbhədə qalan qoca ata-anaları, körpələri Borjomi dəmir yoluna çıxarılaraq sürgünə, gedər-gəlməzə göndərilirlər. Ümumiyyətlə, Axalsıx, Adıgün, Əspincə, Ahılkələk, Boqdanovka Hocabəy rayonlarındakı 220 kənddə yaşayan 150-200 min nəfərdən artıq Ahıska türkü noyabr ayının 15-də, soyuq, şaxtalı bir gündə 2 saat ərzində vaqonlara dolduruldu. Yolda aclıq, susuzluq, soyuqdan, həmçinin köç dərdinə dözə bilməməkdən 17 min Ahıska türkü vəfat etdi. Onlara kəfən, ki torpağa adam kimi dəfn olunmaq nəsib oldu. Çünki ölənləri dəmir yolunun kənarına atırdılar onlar burada, qurda, quşa yem olurdular. Köçürülmə yerinə çatan, sağ qalan Ahıska türkləri burada soyuq aclıqdan qırılmaqda davam edirdilər. Belə ki, bir ilin içində, 1944-cü ilin noyabr ayından 1945-ci ilin noyabr ayına qədər 37 min Ahıska türkü aclıq, xəstəlik soyuqdan dünyasını dəyişdi. Köçürülənlər arasında Ahıskada ona qonşu ərazilərdə yaşayan azərbaycanlılar özlərini azərbaycanlı adlandıran Ahıska türkləri vardı. Sonralar, 1949-cu ildə aparılan qeydiyyatdan məlum olur ki, köçürülənlər arasında azərbaycanlı ya özlərini azərbaycanlı adlandıranların sayı 24 304 nəfər olub.

Burada bir fakta da diqqəti cəlb etmək istəyirik. Belə ki, SSRİ Xalq Komissarlığı İcraiyyə Komitəsinə məxsus xüsusi köçürülmə sənədlərində göstərilir ki, 95 516 nəfər Ahıska türkü ilə bərabər, bölgədə yaşayan digər millətlər ( yəni müsəlmanlar) həmin ərazilərdən sürgün edilsinlər. Lakin birinci növbədə türk xalqları köçürülsünlər.

Türksüz qalan Ahıska bölgəsində isə Mikoyanın təşəbbüsü ilə təcili şəkildə ermənilər yerləşdirildi.

Köçürülmə siyasəti o dərəcədə tələsik sürətlə aparılmışdı ki, hətta Qazaxıstan hökuməti köçürmənin bir qədər təxirə salınmasını təklif etmişdi. Çünki sürgünə göndərilənləri qəbul etmək üçün müəyyən hazırlıq lazım idi. Lakin L. Beriya 1944-cü il, noyabrın 16-da Qazaxıstan rəhbərliyinə göndərdiyi teleqramda köçürülmənin dayandırılmasının qeyri-mümkün olduğunu bildirdi. O, Gürcüstanda yaşayan Ahıska türklərinin 1944-cü ilin noyabrından 1945-ci ilin aprelinədək təcili köçürülməli olduğunu Qazaxıstan hökumətinə xatırlatdı.

1944-cü il noyabrın 28-də Beriya Stalinə, Malenkova, Molotova göndərdiyi məruzədə bildirirdi ki, Dövlət Müdafiə Komitəsinin qərarı  tam yerinə yetirilmiş, müsəlmanlar, o cümlədən Ahıska türkləri sərhəd rayonlarından Orta Asiya, Qazaxıstan Özbəkistana köçürülmüşlər. “Köçkünlərin doldurulduğu bütün eşelonlar yoldadır. Köçürülmə planlı, mütəşəkkil formada  keçirilir”.

Amma Ahıska türkləri yalnız kompakt yaşadıqları ərazilərdən deportasiya edilmirdilər. Qonşu subyektlərdə, o cümlədən Abxaziya Acarıstanda yaşayan ahıskalılar da Orta Asiya Qazaxıstana sürgün edildilər.

Beləliklə, “xüsusi köçkünlərhaqqında təlimata görə, digər xalqlarla birlikdə Ahıska türkləri müvəqqəti köçürülmə kateqoriyasına aid olsalar da, əslində həmişəlik sürgün olunurdular. Orta Asiyaya Qazaxıstana sürgün olunanlar 12 il (1944-1956) karantində oldular bir-birinin son nəfəsinə çatmaq bir tərəfə qalsın, heç məzarını görmək onlara qismət olmadı. Buna baxmayaraq, sürgündə yaşayan ahıskalılar yerli şəraitə  çətinliklə olsa alışa bildilər.

 Yenə rəsmi məlumatlara görə, 96 min nəfərə yaxın ahıskalı doğma yurd-yuvasından nəzərdə tutulan ərazilərə sürgün edilmişdi. Ancaq ilk baxışdan belə hiss olunurdu ki, rəsmi məlumatlarda göstərilən rəqəmlər düşünülmüş şəkildə az göstərilib. Belə ki, müharibə ərəfəsində 40 min nəfərdən yuxarı ahıskalı düşmənlə müharibədə iştirak etmək üçün səfərbərliyə alınmışdı. Rəsmi məlumatlarda göstərilən rəqəmlərə inansaq, belə çıxır ki, 90 min nəfər ahıskalının yarısı 18-60 yaş arası əli silah tutan kişilər imiş.  Bu isə inandırıcı görünmür. Məntiqi baxımdan orduya 40 min nəfər əsgər verən ahıskalıların sayı ən azı 200-250 min nəfər olmalı idi. Misal üçün deyək ki, müharibə ərəfəsində Azərbaycanda  təxminən 3 milyon nəfər yaşayırdı ölkəmizdən cəbhədə döyüşmək üçün 600 min nəfər səfərbərliyə alınmışdı. Yəni hər 5-6 nəfərdən biri yalnız əli silah tutan cəbhədə döyüşməyə qadir olan kişilər idi. Bu hesabla da cəbhəyə 40 min əsgər verən ahıskalıların köçürülmə ərəfəsində saylarının  təxminən 250-260 min nəfər (+40 min əsgər) olmalı idi.

 

Doğma yurda dönüşə gürcü maneəsı

 

Tarixdə ən qatı türk-islam düşməni kimi ad çıxaran despot və qəddar Stalinin ölümündən sonra ahıskalılar istisna olmaqla, deportasiya edilən digər xalqların doğma yurdlarına qayıtmaq hüququ tanındı. Ahıskalılar isə çətinliklə də olsa bununla bağlı məsələni SSRİ rəhbərliyinə çatdıra bildilər. O dövrdə  SSRİ-ni idarə edən  Nikita Xruşşov ahıskalıların doğma yurdlarına yerinə qayıtma hüququnun olduğunu bildirdi.

1956-cı ildə Ahıska türklərinin üzərindən sürgün hökmü götürüldü. Ancaq onların hələ də doğma yurdlarına qayıtması hüququ tanınmamışdı. Çünki Gürcüstan hökuməti müxtəlif bəhanələrlə ahıskalıların doğma yurd-yuvalarına qayıtmaları barədə hansısa qərar qəbul edilməsinə imkan vermirdi. Guya ahıskalıların evlərinə gürcü və ermənilər köçürülüb və onların geri qayıtması bölgədə vəziyyəti gərginləşdirə, yeni etnik qarşıdurmalara gətirib çıxara bilər. Halbuki bu, ağ yalan idi. Nəticədə geri - doğma yurd-yuvalarına qayıda bilməyən ahıskalıların bir hissəsi Kabarda Balkar və Şimali Qafqaza, o cümlədən Azərbaycana köç edərək doğma vətənə yaxın olmağa çalışdılar.

 Qeyd etdiyimiz kimi, Stalinin ölümündən sonra deportasiya edilən xalqlara dədə-baba yurdlarına qayıtmaq hüququ verildi. Ancaq nə üçünsə ahıskalılar yaddan çıxdı.

 

 

 Əziz Mustafa

 

Zaman.- 2010.- 2-4 oktyabr.- S. 12.