Rusların tatar soyqırımı dəhşətləri
(1)
Türk xalqları arasında
tatarlar tarix boyu yenilməz qəhrəmanlar, sivil cəmiyyət və dövlət qurucuları kimi fərqlənmişlər.
Türk xalqları arasında
tatarlar tarix boyu yenilməz qəhrəmanlar, sivil cəmiyyət və dövlət qurucuları kimi fərqlənmişlər. Bizim eramızdan əvvəl,
8-ci əsrdə müasir
Tatarıstanın ərazisində
Çini özünə
bac-xərac verməyə
məcbur edən və olduqca döyüşkən tayfalardan
biri olan köçəri hunlar yaşamışlar. Məhz onlar
digər türk tayfaları ilə birgə müasir tatarların etnik soykökünün formalaşmasında
iştirak etmişlər.
Orta əsrlərdə isə
(8-ci əsr) Tatarıstanın
ərazisində Voljsk
Bulqar dövləti - Bulqariya quruldu. 13-cü əsrdə monqol işğalına qədər Bulqar dövləti o dövr üçün olduqca yüksək hesab edilən bir sivilizasiya qurmuşdu və nəinki bölgədə, həm də Avrasiya məkanında ən inkişaf etmiş dövlətlərdən biri
hesab edilirdi. Bulqarlar indiki tatarların əcdadlarıdır və
bu gün tatarlar fəxrlə özlərini Bulqar sivilizasiyasının varisləri
adlandırırlar. 13-cü əsr monqol işğalından sonra Tatarıstan ( Bulqar
dövləti) Çingiz
xan imperiyasının
tərkibinə daxil edildi. İmperiya dağılandan sonra
isə Tatarıstan Qızıl Ordanın tərkibində qaldı.
Qızıl Orda xanlığının
tənəzzül keçirməsindən
istifadə edən
Kazan xanı Ulu Məhəmməd 1448-ci ildə
ölkəsinin müstəqilliyini
elan etdi və Kazan xanlığının
əsasını qoydu.
Bu dövlət keçmiş Bulqar dövlətinin əhatə
etdiyi əraziləri özündə cəmləşdirmişdi.
Onun ərazisi müasir Sibir və Ural da daxil olmaqla
indiki Moskva ətrafına və Xəzər sahillərinə
qədər uzanırdı.
Mövcud olduğu müddətdə
Kazan xanlığı o dövrdə
yenidən Avrasiyanın
ən inkişaf etmiş dövlətlərindən
birinə çevrilə
və yüksək sivilizasiya qura bilmişdi. Xüsusilə, ölkənin ana
şəhəri olan
Kazan uzaqlardan öz gözəlliyi ilə onu görənləri valeh edirdi. O dövrdə əsasən
Qızıl Orda vergi toplayanlarının mərkəzi kimi tanınan Moskva yavaş-yavaş güclənməkdə
idi. Moskva knyazlığı qonşuluğundakı Kazan xanlığının
bu yüksəlişinə
həsəd aparır
və onu ələ keçirmək
üçün müxtəlif
cəhdlərə baş
vururdu. Bu məqsədlə
Moskvada məskunlaşan,
əsasən tatarlardan
ibarət olan və tədricən ruslaşan Qızıl Orda vergiyığanları
varlanmaq üçün
Kazana can atırdılar.
Ətrafdakı müxtəlif xalqların
tör-töküntüləri ilə qaynayıb-qarışan
və “yeni ruslara” çevrilən tatarlar Kazan xanlığının
daxili işlərinə
qarışmağa başlamışdılar.
Onlar
Kazan xanlığının daxilində taxt-tac uğrunda mübarizədə
bu və ya başqa bir
varisə dəstək
verərək, onlar arasında toqquşmalar salırdılar. Nəticədə, başı daxili çəkişmələrə qarışan Kazan xanlığı
xaricdən gələn
təhlükə qarşısında
aciz qalmışdı.
Bundan istifadə edən Moskva knyazlığı
1467-ci ildə Kazan üzərinə
yürüşə çıxdı
və orada hakimiyyətə öz adamı olan Qasımı oturtdu. Daxili çəkişmələrdən istifadə edən Moskva knyazları Kazan xanlığının daxili
işlərinə qarışmaqda
davam edirdilər.
Lakin
16-cı əsrdə Kazanı
Qirey xanları sülaləsinin nümayəndələri
idarə etməyə
başladılar və
bundan sonra xanlıq möhkəmləndi.
1521-ci ildə Kazan xanı Sahib Qirey Krım xanı Məhəmməd Qireylə
birgə Moskva üzərinə yürüşə
çıxdılar. Onlar
Nijeqorodu, Muromu, Klini, Meşeri, Kolomnanı və Vladimiri ələ keçirdilər. Bundan sonra
1545-ci ilə kimi Kazan
xanları Moskva üzərinə 40 dəfə
yürüş etdilər. Amma onu da deyək ki, 1445-ci ildən başlayaraq, Kazan
xanlığı da ruslardan müdafiə olunmuşdu. Kazan xanlığının
mövcud olduğu 114
il ərzində
Moskva ilə 12 irimiqyaslı müharibə
baş vermişdi. Bunun 7-ni ruslar, 4-nü Kazan xanları,
birini isə Qızıl Orda başlamışdı. Kazan
xanları da onda Qızıl orda xanına hərbi yardım etmişdilər. Lakin
Moskva knyazlığında
İvan Qroznının
hakimiyyətə gəlməsindən
sonra vəziyyət
dəyişdi. İvan Qroznı
Moskva knyazlığının
möhkəmləndirilməsi üçün Kazan xanlığını
məhv etməyi və onun əsasında
yeni imperiyanı formalaşdırmağı qərara
aldı. İvan Qroznı
üç dəfə
Kazan üzərinə hücum
etdi. Ancaq onlardan ikisi
uğursuz nəticələndi
və o, biabırçı
şəkildə məğlub
olaraq geri çəkilmək məcburiyyətində
qaldı. 1552-ci ilin avqust ayında
İvan Qroznı yenidən bütün qüvvələrini toplayaraq
150 min nəfərlik ordu
ilə Kazan üzərinə
hücum etdi. Həmin dövrdə Kazan özünün
ən çiçəklənən
dövrünü yaşayırdı.
Kazanda yüzlərlə məscid,
arxitektura baxımından
o dövr Avropasının
həsəd apara biləcəyi minlərlə
ictimai, mədəni binalar, mədrəsələr,
yaşayış kompleksləri
vardı. Elm, təhsil səviyyəsinə
görə Kazan adıçəkilən
məkanın ana şəhərinə çevrilmişdi.
Tarixi sənədlərə
görə, İvan Qroznının hücumu ərəfəsində Kazanda
150 min nəfərə yaxın
adam yaşayırdı.
İvan Qroznının ordusuna qarşı Kazan xanı Yedigar, 30 min nəfər çıxara bilmişdi.
İlkin mərhələdə tatarlar
düşmənə güclü
zərbələr vurub
onu geri çəkilməyə məcbur
etdilər. Amma qüvvələr qeyri-bərabər idi.
İvan Qroznıya arxadan yardım gəldiyi halda, Kazan xanlığı
belə bir yardımdan məhrum idi. Bu da
tədricən öz sözünü deməyə
başladı. Kazan düşmənə 41 gün
müqavimət göstərə
bildi. 1552-ci il, oktyabr ayının 15-də düşmən
ağır döyüşlərlə
Kazana daxil ola bildi. İvan Qroznı
Kazanda bir nəfərə də aman verməməyi, hamını qılıncdan
keçirməyi əmr
etmişdi. Rusların Kazanda
törətdikləri vəhşiliklər
ö dövrdəki tarixi
salnamələrdə öz
əksini tapmışdı.
Bu tarixi sənədləri
oxuyarkən kazanlıların
başına gətirilənlərdən
insanın damarlarında
qanı donur. “Şəhərə daxil olan rus
əsgərləri tərəfindən
qadınlar, qızlar,
qocalar, uşaqlar, əlsiz-ayaqsızlar vəhşicəsinə
öldürülürdülər. Yaralı halda ələ keçirilən
Kazan xanı Yedigar istisna olmaqla, şəhərin bütün
əhalisi son nəfərinədək
məhv edildi... Öldürülənlərin arasında çoxlu
sayda qadın və uşaq vardı. Sağ
qalan qadınlar İvan Qroznının əmri ilə əsgərlərə verilmişdi.
Onlar qadınları təhqir edir, ələ salır, sonra da öldürürdülər...
Şəhər yanan böyük
bir tonqalı xatırladırdı. Hər
yer od
içində idi. Küçələrdə meyitlər dağ
kimi yığılmışdı
və nəticədə,
birindən digərinə
keçmək olmurdu.
Qan sel kimi axırdı”.
(M Xudyakov. “Oçerki po istorii Kazanskoqo xanstvo”)
Kazan alınandan sonra
İvan Qroznı şəhərə daxil olmaq istəmişdi, ancaq bu asan
olmamışdı. Əsgərlər çox çətinliklə
kiçik bir küçəni meyitlərdən
təmizləyə bilmişdilər.
“Kazan alınan zaman oradakı əhalinin dəhşətli şəkildə
qətlə yetirilməsi
rus tarixinin ən qanlı səhifələrindən biridir. Belə böyük həcmdə qekatomboyun ( əvvəlcədən
planlaşdırılmış şəkildə saysız-hesabsız
insanların öldürülməsi)
- insan tələfatının
tarix heç vaxt şahidi olmamışdı. Kazanın işğalı
yeni xaç yürüşü idi. Xristianları sevən və
onlara hörmətlə
yanaşan cəsur
Kazan xanlığının varlığına dəhşətli
qırğınlarla son qoyan
ruslar bununla da özgə torpaqlarının işğal
siyasətinə başladılar”.
( M. Xudyakov “Oçerki po istorii Kazanskoqo
xanstvo”)
Ruslar Kazanda nəinki
insanlara rəhm etmədilər, həm də hətta tarixi baxımdan əvəzsiz əhəmiyyətə
malik olan və dünya memarlıq sənətinin
inciləri hesab edilən arxitektura abidələrini, minarələri,
minlərlə metr uzaqlardan günəş altında bərq vuran və gözəlliyi
ilə isanı valeh edən məscidləri, əvəzsiz
sənət incisi -
Kazan Kremlini, xan saraylarını, ictimai binaları tamamilə məhv etdilər. Hətta şəhərə
daxil olan ruslar o dövrdə dünya sivilizasiyasının
ən zəngin kitabxanalarından olan və arxitektura baxımından inci hesab edilən Kazan kitabxanasını belə
yandırdılar. Nəticədə,
min illərin tarixi mənbələri,
ədəbiyyatı, incəsənəti, elm
və mədəniyyəti özündə cəmləşdirən
bu kitabxanadakı bütün
qədim və o dövrə aid olan kitablar,
qiymətli sənədlər məhv oldu. Bununla da nəinki tatar xalqının, həm də dünya mədəniyyətinin əvəzsiz əhəmiyyətə
malik kitabları bəşəri sivilizasiya üçün
həmişəlik itirilmiş oldu.
Əziz Mustafa
Zaman.- 2010.- 14-15
oktyabr.- S. 12.