Rusların
tatar soyqırımı dəhşətləri (2)
Kazan
xanlığı işğal edilən kimi İvan Qroznı
müsəlman əhalinin xristianlaşdırılması
üçün orada yeni kilsə mərkəzi- Yeparxiya
yaratdı. 1555-ci
ildə yaradılan bu Yeparxiyanın rəhbəri Quriya ordunun
və xristian missionerlərin yardımı ilə tatarları
və başqırdları xristianlaşdırmağa
başladı. Kazanda dağıdılan məscidlərin
yerindəkilsələr inşa edilir və eyni zamanda
islamı xatırladan nə varsa məhv edilirdi. Bu yolla Kazan
xanlığındakı müsəlmanlara zorla xristianlığı
qəbuletdirməyə çalışırdılar.
Tatarlar
düşmənə müqavimət göstərməkdə
davam edirdilər. 1553-cü
ildə Kazandan 70 verst (1 verst 1060 metrdir) aralıda olan Meşə
cayı ətrafında Canseyid və Sarı Batırın
başçılığı altında
işğalçılara qarşı ilk üsyan baş verdi.
Üsyançılar çay ətrafında
Meşə-Tamak qalasını tikərək buradan
işğalçılara zərbələr endirməyə
başladılar. Sviyajask qalasından onlara
qarşı cəza dəstələri göndərildi.
Lakin üsyançılar B. Saltıkovun rəhbərlik etdiyi
cəza dəstəsinin 200 nəfərini məhv etdilər,
komandan da daxil olmaqla 200 nəfəri də əsir aldılar.
Bunun ardınca Volqa çayının sağ sahilindəkı
Çalım qalasında üsyan baş verdi.
Üsyana Mamış-Berdi
başçılıq edirdi. Üsyançılar
Kazan xanlığının bərpa edildiyini bəyan edərək,
hakimiyyətə keçmiş Kazan çariçası
Suyumbəyin qardaşı Murza Əli Əkrəmi gətirdilər.
Üsyandan
qorxuya düşən İvan Qroznı onlara qarşı D.
Adaşevin komandanlığı altında 30 min nəfərlik
əsgər göndərdi. Sonra knyaz S. Mikulinkinin, İ. Şeremetyevin, P Morozovun və
A. Kurbskinin komandanlığı altında əlavə 40 min nəfərlik
ordu da üsyançıların üzərinə göndərildi.
Onlara bütün üsyançıları və
yardımçı əhalini son nəfərinədək məhv
etmək tapşırığı verilmişdi.
“Rusların cəza
dəstələri yol üstündə qarşılarına
çıxan hər şeyi məhv edirdilər. Onlar kənddən kəndə
keçir, qarşılarına çıxan əhalinin
hamısını ya yerindəcə öldürür, ya da əsir
götürürdülər. Evləri
yandırır, heyvanları müsadirə edir, özlərindən
sonra canlı yaşaya bilməyəcək odlara qalanan kəndlər
qoyurdular. 1553-1554-cü illərin
qışında rus cəza dəstələri
qızğın döyüşlərdən sonra
üsyançıların Meşə çayı ətrafındakı
qalasını ələ keçirərək
yandırdılar. 6 min nəfər
kişi, 15 min nəfər də qadın və uşaq əsir
alındı”. ( M. Xudyakov, “Oçerki po istorii Kazanskoqo
xanstvo”)
1554-1556-cı
illərdə Mamış Berdı üzərinə edilən
hücumlar nəticəsində Çalım qalası
alındı, döyüşlərdə Kazan xanı Əli Əkrəm
öldürüldü. Savaşın həlledici anında
üsyançılar sırasında ruslara qarşı
döyüşən çuvaşlar Mamış Berdıya xəyanət
edərək onu aldatdılar və ruslara təhvil verdilər.
Üsyan rəhbəri Moskvada edam edildi.
Mamış
Berdıdan sonra azadlıq mübarizəsinə Əhməd
Batır rəhbərlik etmək istədi. O məğlub olan
üsyançıları bir araya yığmaq və yenidən
Kazan xanlığını bərpa etmək arzusunda idi. Lakin onun cəhdləri uğursuzluqla nəticələndi.
Belə ki, qüvvələr bərabər deyildi və
ruslarla ilk döyüşdəcə Əhməd Batır məğlub
oldu və ələ keçirilərək edam
edildi. Artıq Kazan xanlığının
torpaqları ruslara paylanırdı. Bu məqsədlə
bölgəyə Rusiyanın içərilərindən
assimilyasiyaya uğradılan
ruslaşmış müxtəlif xalqlar
(o cümlədən türk kökənli
fin-uqorlar) köçürülməyə başlandı.
Buna etiraz edən
əhali 1572-1573-cü illərdə yenidən isyan
qaldırdı. Üsyançıların əsas qüvvəsini
Kazan xanlığının işğalı zamanı
İvan Qroznının tərəfində vuruşan və
sonralar bu yerdə məskunlaşan dağlı xalqları təşkil
edirdilər. Minlərlə tatar və
başqırd da üsyançılara qoşulmuşdular.
Üsyançılar rus dəstələrinə
ağır zərbələr vurdular. Bunu
görən İvan Qroznı bölgəyə əlavə hərbi
qüvvələr göndərməyə məcbur oldu.
Ordu çətinliklə azadlıqları uğrunda
ayağa qalxan dağlıların üsyanını
yatırda bildi. On mindən artıq üsyançı edam edildi. Onların ailələri
və uşaqları, təxminən 25 min nəfər
qadın və uşaq xristianlığı qəbul etmək
şərtilə ruslara qul kimi verildi.
Lakin
üsyanlar davam etməkdə idi.1582-ci ildə Povoljyedə
üsyanlar yenidən baş qaldırdı. Üsyançılara
qarşı Moskvadan xüsusi cəza dəstələri
göndərildi. Lakin onlar üsyanı
yatırda bilmədilər. Üsyançılar
yalnız 1584-cü ildə İvan Qroznı öləndən
sonra müqaviməti dayandırdılar. Onlar ümid edirdilər
ki, çarın ölümü ilə vəziyyətləri
yaxşılaşacaq. Lakin bu ümidlər
özünü doğrultmadı. Buna
görə də 1592-ci ildə Kazan xanlığında
üsyanlar yenidən başladı. Amma
çar hökuməti üsyanları amansızlıqla
yatırdı.
Yeri gəlmişkən
onu da deyək ki, Kazan xanlığı işğal edilən
kimi İvan Qroznı müsəlman əhalinin
xristianlaşdırılması üçün orada yeni kilsə
mərkəzi- Yeparxiya yaratdı. 1555-ci ildə yaradılan bu Yeparxiyanın
rəhbəri Quriya ordunun və xristian missionerlərin
yardımı ilə tatarları və başqırdları
xristianlaşdırmağa başladı. Kazanda
dağıdılan məscidlərin yerində kilsələr
inşa edilir və eyni zamanda islamı xatırladan nə varsa
məhv edilirdi. Bu məqsədlə
Kazandan 50 verst məsafədə yerləşən ərazidəki
kəndlər, o cümlədən məscidlər də yerlə
yeksan edildi, onların yerində isə kilsələr tikildi.
Bu yolla Kazan xanlığındakı müsəlmanlara
zorla xristianlığı qəbul etdirməyə
çalışırdılar. Xristianlığı
qəbul etməyən tatarları isə ya öldürür,
ya da digər yerlərə sürgün edirdilər.
1593-cü ildə arxiyepiskop Qermoqen
Çar Fyodor İvanoviçə tatarların hələ də
məscidlərdə öz dinlərinə sitayiş etməkdə
olduğunu və bu səbəbdən də
xristianlığı az adamın qəbul etdiyindən
şikayətləndi. O, çıxış yolunu müsəlmanlar
yaşayan bütün Kazan xanlığı, Povoljye, Ural və
Sibirdəki məscidlərin yerlə yeksan edilməsində
görürdü. Çar dərhal
işğal edilən torpaqlardakı bütün məscidlərin
dağıdılması barədə fərman imzaladı.
Bu da yeni üsyanlara səbəb oldu 1606-1607-ci
illərdə baş verən Bolotnikov üsyanının da əsas
qüvvəsini tatarlar, başqırdlar və digər müsəlmanlar
təşkil edirdilər. Bu üsyan da
amansızcasına yatırıldı. Tatarların iradəsini
hərbi yolla
qıra bilməyəcəyini anlayan hökumət
bicliyə əl atmağa başladı. Onlar
müxtəlif yollarla tatar zadəganlarını, murzaları ələ
almağa başladılar. Hətta 1613-cü ildə
keçirilən Zemskiy Sobora (parlamenti xatırladan qurum) Kazan
xanlarının nəslindən olan adamları da dəvət etdilər. Hətta formal şəkildə olsa da Rusiyanın
taxt-tacına onlardan bəzilərinin namizədliyini belə irəli
sürdülər. Amma Sobor yekdilliklə
Mixail Romanovu çar seçdi. Bununla bağlı sənədi
imzalayaraq onun çar olmasını təsdiq edən boyarlar
arasında 7 nəfər Kazan xanının varisi də vardı.
Bunun ardınca çar tatarların üzərinə
əlavə vergilər qoydu və bu da yeni üsyanlara səbəb
oldu. Üsyana Canqali Şuqurov (tarixçi
Qubaydullinə görə onun familiyası Canməmmədov
idi) rəhbərlik edirdi. Üsyançılar Kazana,
Sarapula, Nijni Novqoroda, Arzamasa, Muroma və Sviyajska hücum etdilər.
Amma üsyançılara qarşı ordu hissələri
göndərildi. Qızğın
döyüşlərdən sonra üsyan amansızcasına
yatırıldı. Üsyana rəhbərlik
edən Canqali ələ keçirildi və onu Kazanda
qabırğalarından asaraq dəhşətli cəza ilə
öldürdülər. Tarixdə Yenaliyev
üsyanı adı ilə tanınan bu üsyan 1616-cı ildə
qan içində yatırıldı. 1628-ci
ildə çar tatar xanlarının (murza) təhkimçi kəndlilər
üzərində olan hüquqlarını ləğv etdi.
1648-ci ildə verilən digər fərmanla isə
qeyd edildi ki, murzalar yalnız xristianlığı qəbul
etdikləri halda onların təhkimçi kəndlilər
üzərində ağalıqları tanınacaq. Bundan sonra mal-mülklərindən məhrum olmaq istəməyən
bəzi tatar murzaları xrisitianlığı qəbul etmək
məcburiyyətində qaldılar. Buna
baxmayaraq, tatarları üsyanları davam etməkdə idi.
1662-ci ildə onlar yenidən üsyan
qaldırdılar və Çelninsk qarnizonunu məhv etdilər.
Stepan Razinin üsyanı başlayanda üsyançılara
dərhal tatarlar və başqırdlar dəstək verdilər.
1682-ci ildə tatarlar yenü üsyan
qaldırdılar. Üsyana səbəb
işğal altında olan ərazilərə rusların
köçürülməsi və tatarlara məxsus
torpaqların rus mülkədarlarına verilməsi idi. Üsyana Seyid Yaqafarov və Tülekey Batır rəhbərlik
edirdilər. Üsyançılar 7 şəhəri
ələ keçirdilər və Ufanı mühasirəyə
aldılar. Onların sayı 30 min nəfər
idi. Amma bu üsyan da qan içində
yatırıldı.
Təəssüflər
olsun ki, üsyana rəhbərlik edən Seyid Yaqafarovun taleyinin
necə olması barədə məlumat yoxdur. Xalq arasında gəzən
rəvayətlərə görə isə, rus cəlladları
bu qəhrəman insanın əvvəlcə gözünü
çıxarmış, sonra isə onu
şaqqalamışdılar.
Aldar-Kusumov
üsyani
Bu
arada isə işğal edilmiş ərazilərdə rus məmurlarının
özbaşınalığı davam edirdi. Hakimiyyətdə
olan I Pyotr qeyri-rusların üzərinə əlavə vergilər
qoymuşdu. Hətta müsəlmanlardan gözlərinin rənginə
görə də vergi alırdılar. İndi boz
gözlülərdən 6, qaragözlülərdən isə
8 qəpik vergi tutulurdu. Bu da əhali arasında
narazılığa səbəb oldu. Ona görə də
başqırd və tatar ağsaqqalları çarın bu fərmanının
icra edilməsi ilə bağlı onlara təqdim edilən fərmanı
çıraraq çaya atdılar. Bunu görən yerli
hökumət onları həbs etdirdi. Bu da
üsyanlar üçün bir siqnal oldu. Əvvəlcə
Kazan əyalətində Dümey İşkeyev, sonra isə
İman Batır üsyan qaldırdı. Bunun ardınca
Astarxanda streleslər çara qarşı ayağa
qalxdılar. Üsyançılar arasında əlaqə
yarandı və onlar Moskva üzərinə yürüşə
hazırlaşdılar. Bundan qorxuya düşən
çar cəza dəstələrinin rəhbəri
Şeremetyev əlavə vergilərin ləğv ediləcəyini
bildirdi. Bu məqsədlə İşkeyev başda olmaqla,
nümayəndə heyəti Moskvaya getdi. Onlar çarla
görüşə bilmədilər. Ancaq bu barədə I
Pyotra məlumat verdilər. I Pyotr dərhal əlavə vergilərin
ləğvi barədə fərman imzaladı. Amma nümayəndə
heyəti geri qayıdan kimi yerli hökumət orqanları
Moskvaya şikayətə gedənləri, o cümlədən
İşkeyevi həbs edərək asdılar.
Əziz Mustafa
Zaman.- 2010.- 16-18 oktyabr.-S.10.