Mora dəhşətləri 1
Balkanlardan Anadoluya türk köçləri
Mora üsyanı
haqqında tarixi sənədlər əsasında kitab yazaraq,
onu 1861-ci ildə çap etdirən Georq Finlay baş verənləri belə
təsvir edir: “Yunanlar dinc sakinlərə, qadınlara,
uşaqlara, qocalara rəhm etmədən amansızcasına
öldürür və bundan peşmanlıq hissi
keçirmirdilər. Hətta indinin özündə
(1850-1859-cu illər nəzərdə tutulur) yaşlı
yunanlar öldürülən türklərin üzərinə
yığılan daş qalaqlarını göstərərək
qəhrəmanlıqlarından danışırlar.
Osmanlını
yıxmaq və onu tarixin səhnəsindən silmək istəyən
Avropa dövlətləri bu məsələdə türklər
üçün olduqca həssas olan bir etnik qrupu - yunanları
seçmişdilər. Digər tərəfdən də,
yunanlara Avropada böyük bir rəğbət vardı və
bu müstəvidə onları Osmanlı əleyhinə
qaldırmaq ciddi problem kimi də görünmürdü. Buna
paralel olaraq, əsrlərlə Osmanlının himayəsi
altında əmin-amanlıq içində yaşamalarına
baxmayaraq, yunanlarda onların dillərinə, dinlərinə
hörmət edən dövlətə qarşı bir
naşükürlük və kin vardı. Osmanlını
parçalamaq istəyən Avropa dövlətləri də məhz
yunanların türklərə qarşı bu kin və nifrətini
körükləməyə başladılar. Həmin
dövrdə müxtəlif yollarla yunanlar yaşayan ərazilərə
Avropanın müxtəlif dövlətlərindən, o
cümlədən Fransa və İngiltərədən
yüzlərlə casus göndərilmişdi. Onların
arasında Morada türklərə qarşı qətliamlarda
iştirak edən tanınmış şair Bayron da var idi.
Casusların çoxu qısa müddətdə yunan dilini
mükəmməl öyrənərək onların
arasında tanınmaz olmuşdu. Yunanları Osmanlı əleyhinə
üsyana qaldıran da məhz bu casuslar oldu. Üsyanın mərkəzi
isə bugünkü Yunanıstanın cənubundakı Mora
yarımadası seçilmişdi. 1821-ci ildə Morada
başlanan üsyan siqnalını bölgədəki yunan
baş yepiskopu verdi. O, kilsədəki bir mərasimdə:
“Xristianlara hüzur, türklərə ölüm”
şüarını irəli sürərək, yunanları
üsyana səslədi. Bunun ardınca minlərlə yunan
silaha sarılaraq bölgədəki xarici ölkə
casuslarının təhriki ilə əllərinə keçən
türkləri qətlə yetirməyə başladı.
DƏHŞƏT DOLU
ANLAR
Avropa ölkələri
Mora üsyanından bir model kimi gələcəkdə digər
Balkan ölkələrində də türklər əleyhinə
istifadə etməyi planlaşdırmışdılar. Bu
modelin əsasında Balkanlarda müstəqil Yunanıstan və
digər dövlətlərin ortaya çıxması və
buna əngəl ola biləcək türklərin tamamilə məhvi,
ya da onların bölgədən Anadoluya köç etməsi
dayanırdı. Çünki Balkanlarda türklərin
varlığı gələcəkdə Osmanlının yenidən
bu yerlərə qayıtması demək idi və bu da
Avropanı qorxudurdu. Ona görə də ingilis, fransız və
alman casusları tərəfindən körüklənən
Mora üsyanında əsas hədəf siyasətlə
heç bir əlaqəsi olmayan dinc türklər idi. Həmin
vaxt Mora yarımadasında 30 min nəfərdən türk yaşayırdı.
Üsyan başlanan kimi yunanlar hər şeydən xəbərsiz
olan və dünənə kimi çiyin-çiyinə dostluq
və qardaşlıq içində yaşadıqları
silahsız türklərin üzərinə hücum edərək
onları öldürməyə
başladılar. İki ay içərisində minlərlə
türk bu qətliamın qurbanı oldu. Mora üsyanı
zamanı yunanların türklərə qarşı həyata
keçirdikləri vəhşiliklər hətta
avropalıların özlərini belə dəhşətə
gətirmişdi. Məsələn, Mora üsyanı
haqqında tarixi sənədlər əsasında kitab yazaraq,
onu 1861-ci ildə çap etdirən Georq Finlay baş verənləri
belə təsvir edir: “Yunanlar dinc sakinlərə, qadınlara,
uşaqlara, qocalara rəhm etmədən amansızcasına
öldürür və bundan peşmanlıq hissi
keçirmirdilər. Hətta indinin özündə
(1850-1859-cu illər nəzərdə tutulur) yaşlı
yunanlar öldürülən türklərin üzərinə
yığılan daş qalaqlarını göstərərək
qəhrəmanlıqlarından danışırlar.
Yaşlı yunanlardan biri yandırılmış bir tikintini
göstərərək: “Burada Əli ağanın gözətçi
qülləsi vardı. Elə bu yerdə də həm onu, həm həyat yoldaşlarını, həm
uşaqlarını, həm də qulluqçularını
öldürdük”, - deyirdi. Bunu anladan yaşlı yunan bir
vaxt onu da ölüm gözlədiyini ağlına belə gətirmədən
öldürdüyü Əli ağanın əkin sahələrindəki
məhsulu yığmağa gedir. Əslində yunanlar tərəfindən
törədilən bu hadisə bir xalqın cinayəti idi”.
Finlayı dəhşətə
gətirən törətdikləri cinayətlərə
görə yunanların peşmançılıq, vicdan əzabı
çəkməmələri idi. Yunanların Osmanlı əsgərlərinin
üzərinə deyil, silahsız türklərin
yaşadıqları kəndlərə, qəsəbələrə
hücum edərək uşaqları, qadınları,
qocaları bir yerə
yığıb ya dərəyə, ya da bir quyuya ataraq
soyuqqanlılıqla öldürmələri onlara rəğbət
bəsləyən avropalı Finlayı belə dəhşətə
gətirmişdi. Yunanların Mora və sonrakı üsyanlar
zamanı türklərə qarşı həyata
keçirdikləri dəhşət dolu soyqırımlar barədə
Alison Filips (Philips)1897-ci ildə nəşr edilən
kitabında belə yazır: “Hər yerdə daha öncədən bir razılığa uyğun siqnal
alan adamlar kimi hərəkət edən yunanlar əllərinə
keçən türkləri süngüdən keçirirdilər.
Türkləri qətl edən yunanlar “Heç bir türkü
sağ qoymayacağıq, nə Morada, nə də dünyada
türk qalmayacaq” mahnısını oxuyurdular. Nəticədə,
üsyan baş verəndən sonrakı üç həftə
içində qaça bilənlər istisna olmaqla, bölgədə
bir nəfər də olsa sağ türk qalmamışdı”.
Amerikanın məşhur
tarixçisi Custin Makkarti “Ölüm və sürgün”
adlı kitabında Mora üsyanı zamanı 25 min nəfər
türkün öldürüldüyünü yazır.
Əslində bu,
tarixdə bəşəriyyətə qarşı çevrilən
ilk etnik təmizləmə siyasəti idi. Halbuki Osmanlı
dövləti itaəti altında saxladığı xalqlardan
heç birinə, o cümlədən də yunanlara
qarşı belə qeyri-insani hərəkətlərə əl
atmamış, bütün xalqlara münasibətdə olduqca ədalətlə
davranmışdı. Yunanların Moradakı qətliamları
İstanbulda böyük həyəcanla
qarşılanmışdı. Xalq hər an ayağa qalxaraq
İstanbulda yaşayan yunanları qətl etməyə
hazır idi. Buna baxmayaraq, Osmanlı padşahı II Mahmud yenə
də insanpərvərlik və humanizm nümayiş
etdirdi. O, İstanbulda yunan
qırğınlarına yol verməmək üçün
Mora üsyanını körükləyən Kayseri, Ədirnə,
Tarabya, Edrəmitdəki kilsə rəhbərlərini, o
cümlədən İstanbul patriki Georgiusu edam etdirdi. Georgius Fənərdəki Patrikxananın
orta qapısından asıldı.
XAİN ZƏRBƏ
Buna paralel olaraq,
Misir valise Kavalalı Əli Paşanın oğlu İbrahim
Paşanın komandanlıq etdiyi Osmanlı ordusu Mora üzərinə
yürüş etdi. Ordu Mora üsyanını
qısa müddətdə
yatırdı. Belə görünürdü ki, yunanlar bir
daha üsyan qaldırmağa cəsarət
etməyəcəklər. Ancaq son məqamda məsələyə
Qərb ölkələri
müdaxilə etdilər.
Onlar Yunanıstanın Osmanlıdan
ayrılması üçün
üsyan yatırılan
kimi Osmanlıya əsgərlərini dərhal
Moradan çıxarması
barədə ultimatum verdilər.
Osmanlı bu ultimatumu rədd edincə Qərb dövlətləri
hərəkətə keçdilər.
İngilis, fransız və rus hərbi
gəmiləri heç
bir əsas olmadan və savaş elan etmədən Navarindəki
Osmanlı-Misir donanmasını
top atəşinə tutdular.
Nəticədə qəfil
atəşi gözləməyən
Osmanlı-Misir donanması böyük
itkilər verdi. 57 gəmi bu
hücum nəticəsində
batırıldı. 8
min türk dənizçi
isə bu xain hücumun qurbanı oldu. Bu hücumdan sonra
Fransa dərhal hərbi dəniz tarixində şanlı bir qələbə qazandığını bəyan
etdi. Amma ingilislər bu
hücumla bağlı
daha təmkinli mövqe nümayiş etdirdilər və susmağa üstünlük
verdilər. Onlar türk
hərbi dəniz güclərinə edilən
hücumla bağlı
yanlışlığa yol
verilməsi kimi təəssürat oyatmağa
çalışırdılar. Amma İngiltərə, Fransa və Rusiya bu xain
hücumla Osmanlının
Moradan öz qoşunlarını çıxarmasına
nail ola bilmədilər.
Bunu görən Fransa və İngiltərə bu dəfə Morada üsyanı yatırdan Misir valisi Kavalalı Mehmet Əli Paşanın oğlu İbrahim Paşaya təzyiq göstərməyə
başladılar. İbrahim
Paşa uzun müddət bu təzyiqlərə tab gətirə
bilmədi.
O, sonda Osmanlı
padşahının əmrini
gözləmədən komandanlığı
altında olan qoşunları Moradan çıxarmağa məcbur
oldu. Amma yenə də
Osmanlı yunanların
müstəqilliyini tanımaq
istəmirdi. Bunun sonu
isə müharibə
ilə nəticələndi.
Bu dəfə Qərb
Rusiyanı önə
verdi. Osmanlı ilə
Rusiya arasında
1828-ci ildə baş verən müharibədə
türklər uduzdular.
Nəticədə, tərəflər arasında Ədirnədə
sülh anlaşması
imzalandı. Bu anlaşmaya əsasən, Osmanlı məğlub dövlət kimi Yunanıstanın müstəqilliyini
tanımağa məcbur
oldu. Bundan əlavə, Ədirnə
anlaşması ilə
Türkiyə Serbiyaya
muxtariyyət verməli
oldu. Bununla belə, Osmanlı
ilə Rusiya və Qərb ölkələri arasında
Yunanıstanın tam müstəqilliyini
nəzərdə tutan
bəzi maddələr
barədə ortaq məxrəcə gəlinməmişdi.
Ona görə də bölgədə etnik münaqişələrin
qarşısını almaq
adı altında Qərb dövlətləri
Morada və Serbiyada ( Belqrad
və bir neçə bölgə istisna olmaqla) yaşayan türklərin və digər müsəlmanların Anadoluya
deportasiya edilməsinə
nail oldular. Bunun ardınca Qərb
yunanlara yeni kral da tapdı.
Bu kral Bavariya
prinsi Otto oldu. O,
Yunanıstan kralı kimi ağ
atın belində qəhrəman kimi Afinaya daxil oldu.
Bu hadisə ilə
Balkanlarda Osmanlının
daha ağır bir duruma düşməsi
və on minlərlə
türkün vəhşicəsinə
qətli, yüz minlərlə müsəlmanın
isə Anadoluya deportasiyası üçün
zəmin hazırlandı. Belə ki, əcdadlarının
səlib yürüşlərini
bu dəfə Balkanlarda davam etdirən Qərb bölgə xalqlarına müstəqillik verilməsi
adı altında adıçəkilən ərazilərdə
yaşayan türklərin
və digər müsəlmanların qətliamı
və deportasiyası üçün yeni planlar hazırlamışdı.
Bu planların reallaşması
istiqamətində Qərbin
atdığı addımlar
isə gələcəkdə
Balkanları qətlə
yetirilən türklərin
qanlarından əmələ
gələn bir dənizə çevirəcəkdi...
Əziz Mustafa
Zaman.- 2010.- 28-19 oktyabr.- S. 11.