Mora dəhşətləri
Balkanlardan Anadoluya türk köçləri
Mustafa Kamal Atatürk: “Milli həyatımızda yeddidən
yetmişə, hamımızın
bilməsi vacib olan zəfər günlərimiz olmaqla bərabər, ağrısını
dünya durduqca içimizdən çıxara
və unuda bilməyəcəyimiz milli
fəlakət günlərimiz
də var... 1877-ci il Rusiya
ilə müharibədən
sonra böyük köçlər... Türkün
Avropadan kökünü
kəsmək məqsədi
ilə xortlayan xaçlı zehniyyətinin
təsiri altında türklərə qarşı
həyata keçirilən
kütləvi qətliamlar...
1912-ci il Balkan savaşları və türklərə rəva
görülən zülmlər...
Tarixin bu acı mirasları
hər türkün qəlbində qalmalı, unudulmamalı və əbədiyyətə qədər
yadda saxlanmalıdır.
Millətimizin qəlbində intiqam
hissi olmalıdır.
Bu hansısa bir
intiqam deyil, onun həyatına, yaşamasına, rifahına
düşmən olanların
xain əməllərinin
qarşısını alacaq,
onu təcrid edəcək bir intiqam olmalıdır”.
Yunanların vəhşiliyini əks etdirən bəzi faktlara diqqəti cəlb etmək istəyirik.
Bunlardan biri türklərin yunanlar tərəfindən
kütləvi şəkildə
qətlə yetirildiyi
Tripoliçe qəsəbəsi
ilə bağlıdır.
Tanınmış tarixçi
Allison Filips yazır:
“Tripoliçe qəsəbəsində
yunanlar 3 gün 3 gecə türkləri qırdılar. Onlardan bəziləri qaçmağa
çalışırdılar. Ancaq yunanlar qətliamdan sağ qalanları ələ keçirdilər.
Onların sayı 2000 nəfər
idi. 2000 nəfərin hamısını
yaxın dağlardakı
dərələrə apardılar.
Burada onları qoyun kimi bir-bir kəsdilər”.
O dönəmdə Yanyada yaşayan bir yunan əczaçısı
isə türklərə
verdikləri işgəncələrdən
fəxrlə belə yazır:” Hər gecə ələ keçirilən türk qızlarını işgəncə
ilə öldürürdük.
Bu bizi nəşələndirirdi.
Həmən vaxt mən türk müştərilərimin
qapılarını döyərək
onları himayə edəcəyimi bildirdim.
Onlar da məni Osmanlı
dostu hesab edib, qızıl-gümüşlərini
və pullarını
yığaraq evimə
gəldilər. Onlar içəri
daxil olanda dərhal qapını bağladım. Əvvəldən dəvət etdiyim əlisilahlı adamlarımla
birlikdə evimə qonaq kimi gəlib,
himayəmə sığınan
türk kişilərindən
9-nu tutaraq su quyusuna saldıq
və burada onları boğub öldürdük. Sonra
qadınları oynamağa
məcbur etdik. Onlardan biri yüzbaşı arvadı idi. O, hamilə idi, oynamaq istəmirdi. Ona görə də onun qarnına təpiklə zərbələr
endirdim. Onun yerə
düşən uşağını
isə yumurta kimi əzib məhv etdim”. (“Rumeli Muhacirini İslamiyə Cəmiyyəti
Dərgisi”ndən)…
Türklərə qarşı
həyata keçirilən
qətliamlarda iştirak
edən digər bir yunan isə
xatirə dəftərində
yazır: “Uşaqlar, qadınlar süngülərimizin
parıltısını görən
kimi dərhal xaçı öpərək
xristianlığı qəbul
edirdilər. Xristianlığı qəbul etməyən
bütün türklərin
isə başını
bədənlərindən ayırırdıq.
Qarşımıza çıxan bütün
minarə və məscidləri dinamitlə
havaya uçururduq.
Amma əlimizə keçən
türk hərbi əsirlərini öldürməyə
Almaniyadan gələn
qəzet müxbirləri
mane olurdular. Ona görə
də əsirləri öldürmək üçün
düşünərək yeni bir üsul
tapdıq.
Onların yeməklərinə zəhər
qatırdıq. Nəticədə, əzablar içində ölürdülər. Alman qəzetçilər
isə onların nədən belə əzablarla ölməsindən
baş tapmırdılar.
Eyni zamanda yunanlar işləyən mağazalara
çoxlu sayda içərisində tif, vəba və digər xəstəlik törədən mikroblar olan şüşə qablar paylamışdıq.
Yunan baqqallar mağazalardan alver edən türklərin aldıqları
ərzaq məhsullarına
bu mikroblardan qatırdılar. Nəticədə,
onlar yoluxucu xəstəlikdən ölürdülər.
Türk uşaqlarına
şəkər satan zaman onların içinə vəba xəstəliyinin mikroblarını əlavə
edirdik. Nəticədə, onlar kütləvi
şəkildə dünyalarını
dəyişirdilər. Xəstəlik olan məhəlləni
isə dərhal mühasirəyə alırdıq
və oraya alman qəzetçiləri
buraxmırdıq. Onlara həkim
yardımına icazə
vermirdik. Onlar da xəstəlikdən ölürdülər.
Bir məhəlləyə hücum
etdik. Oradakıların bəziləri əlimizdən
qaçaraq bir məscidə sığındılar.
Biz məscidi mühasirəyə alaraq onu yandırdıq. Yanğından xilas olmaq istəyənləri isə
süngüdən keçirdik
və bundan çox nəşələndik”.
“Rumeli Muhacirini İslamiyə Cəmiyyəti
Dərgisi”ndən
Bu, əsl vəhşilik idi və bunu
özünü insan adlandıran adamların həyata keçirdiklərinə
inanmaq çətindir.
Əlbəttə, bu qırğınların
arxasında yunanlarla yanaşı, Qərb dövlətləri də
dayanırdılar. Çünki məhz onların Osmanlı əleyhinə yunanları qaldırmaları
və silahlandırmaları
sonuncuların insanlıq
simasını itirərək
vəhşiləşməsinə gətirib çıxardı.
Təsadüfi deyil ki, bu gün dünyada
tanınmış şair
kimi qələmə verilən ingilis şairi Bayron da məhz bu
vəhşi qətliama
nəinki dəstək
vermiş, həm də yunan quldur
dəstələrinə qoşularaq
qırğınlarda birbaşa
iştirak etmişdi.
Sonra da o, İngiltərəyə
qayıdandan sonra yunan vəhşiliklərini
və türk qətliamlarını “azadlıq
mübarizəsi” kimi tərənnüm etmişdi.
Təsadüfi deyil ki, türklərin başına gətirilən
bu zülmlər, onların yaşadıqları
ağrılar, tarix boyu unudulması mümkün olmayacaq qətliamlarla bağlı
böyük öndər
Mustafa Kamal Atatürk sonralar belə demişdi: “Milli həyatımızda yeddidən
yetmişə, hamımızın
bilməsi vacib olan zəfər günlərimiz olmaqla bərabər, ağrısını
dünya durduqca içimizdən çıxara
və unuda bilməyəcəyimiz milli
fəlakət günlərimiz
də var... 1877-ci il Rusiya
ilə müharibədən
sonra böyük köçlər... Türkün
Avropadan kökünü
kəsmək məqsədi
ilə xortlayan xaçlı zehniyyətinin
təsiri altında türklərə qarşı
həyata keçirilən
kütləvi qətliamlar...
1912-ci il Balkan savaşları və türklərə rəva
görülən zülmlər...
Tarixin bu acı mirasları
hər türkün qəlbində qalmalı, unudulmamalı və əbədiyyətə qədər
yadda saxlanmalıdır.
Millətimizin qəlbində intiqam
hissi olmalıdır.
Bu hansısa bir intiqam deyil, onun həyatına, yaşamasına, rifahına
düşmən olanların
xain əməllərinin
qarşısını alacaq,
onu təcrid edəcək bir intiqam olmalıdır”
(16.3.1923-ci il).
Qərbdən aldığı yardımlar nəticəsində
yunanların vəhşiliyi
və zülmü
1912-ci ildə baş verən Balkan savaşları
zamanı da davam etdirildi. Budur, yunanların
daha bir vəhşiliyini göstərən
fakt: “Əsir alınan 7 türk zabitindən altısını
tapançamla bir-bir qətlə yetirdim. Onlardan birini Salonikdən tanıyırdım. Ona görə
də onu 3 gün ac və susuz saxladım. Sonra bir qolunu kəsdim,
bir gözünü isə çıxardım.
Ancaq mişarla ayaqlarını kəsdiyim
zaman öldü...
30 nəfər əsir türkü isə bataqlıqda boğdurdum...
Türklərin cənazələrindən,
sümüklərindən və
qanından bir Bizans yaranacaq”.
Yunan generalı Midilli mərkəz ordusunun komandanı Aleksandrın
məktublarından.
Biz etik səbəbləri nəzərə alaraq, yunanların türk qadınlarına, uşaqlara
qarşı həyata
keçirdikləri on minlərlə
digər vəhşilikləri
əks etdirən faktları verə bilmirik... Məsələdən uzaqlaşmadan onu
da deyək ki, yunanların türkləri qətlə
yetirməsi prosesi Balkan
savaşı və ondan sonrakı I Dünya müharibəsindən
sonra da davam etdi. Bu dəfə Osmanlının
I Dünya savaşında
məğlub olmasından
istifadə edən yunanlar Anadoluya qoşun çıxardaraq,
on minlərlə insanı
qətlə yetirdilər.
Necə deyərlər,
Morada başlanan türk qətliamı
98-100 il sonra bu dəfə
Anadoluda daha dəhşətli şəkildə
davam etdirildi. Amma bu dəfə böyük öndər
Mustafa Kamal Atatürk yunanlara qarşı xalqı birləşdirə
bildi. Onun komandanlığı altında yunanlara ağır zərbələr
vuruldu və yunan cəlladları Anadoludan qovuldu. Amma hələ də o dövrdə Yunanıstanda
türklər, Anadoluda
da yunanlar yaşamaqda idi. Ona görə də gələcəkdə etnik
zəmində qırğınların
qarşısını almaq
məqsədi ilə əhalinin yerdəyişməsi
barədə razılığa
gəlindi. 1923-cü ildə baş verən ilk əhali mübadiləsində 500 min nəfər
türk Yunanıstandan
Anadoluya deportasiya edildi. 1952-1969-cu illərdə isə Yunanıstandan daha 25 min nəfər türk Anadoluya köçmək
məcburiyyəti qarşısında
qaldı.
Bu gün Qərbi Trakiyada yunan əsarəti və zülmü altında yaşamağa məcbur olan türklər arasında az-az da olsa Anadoluya
köç davam etməkdədir. Heç kim zəmanət verə bilməz ki, sabah onlar
da yunanlar tərəfindən eyni qətliama məruz qalmayacaqlar.
Digər tərəfdən də, Yunanıstanda və Balkanlarda baş verən bu qətliamların öyrənilməsi və
unudulmaması, bu faciənin arxasında kimlərin dayanmasının
yadda saxlanması hər bir türkün,
hər bir müsəlmanın müqəddəs
borcu olmalıdır. Çünki İslam ölkələrinə
Qərbin yeni xaç yürüşləri
məhz Moradan - Yunanıstandan başladı.
Son
Əziz Mustafa
Zaman.- 2010.- 30 oktyabr-1
noyabr.- S. 10.