Sevgi səadətin sərmayəsidir

 

Sevgi ruhun şahlanması, insanın bir başqasına şiddətli ehtiyac hiss etməsidir, sevgi sonu bilinməyən yol kimidir, duyğular fırtınasıdır.

Sevgi ruhun şahlanması, insanın bir başqasına şiddətli ehtiyac hiss etməsidir, sevgi sonu bilinməyən yol kimidir, duyğular fırtınasıdır. Həyatı paylaşmaq istəyi, kiminsə ağrı-acılarına, sevincinə şərik olmaq təşəbbüsüdür.

Sevgi duyğuların yenidən yaşanması, könüllərin baharıdır. Sevən ürək bədxahlıqdan uzaq olar. İnsan sevməyi bacarırsa, demək, çox müşkülü mümkünə çevirə bilər.

Bu günlərdə mətbuatda gedən bir xəbər çox diqqətçəkici idi: qadın 89 il birlikdə yaşadığı ərinin ölümünə ağlayırdı. Bu insanların 89 il bir damın altında eyni qayğıları paylaşması örnək sayıla biləcək bir mənzərədir. İndiki gənclər az bir zaman ərzində bir-birindən bezirlər heç ufulamadan, sızlamadan ayrılırlar. 89 ilin olduğunu təsəvvür edirsinizmi? Düşünürsən ki, əgər Allah-Təala ömür versəydi, onlar bundan sonra yüz il eyni səmimiyyət sevgi atmosferində yaşaya bilərdilər. Yaşı yüzü keçmiş bu qadın ömür-gün yoldaşının ölümünə elə kövrəlmişdi, elə ağlayırdı ki, deyirdin bəs dünyadan köçənin olsa-olsa 20-25 yaşı var. Demək, insanın dəyəri həm sevilməyi ilədir. İnsan sevilirsə, yüz yaşında da olsa, ölümü kədərli olur.

 

Sevginin təravəti

 

Ailədə həya varsa, münasibətlər heç vaxt təravətini itirməz. 50 il, 60 il birlikdə yaşayan ailələrdə tərəflər əksər hallarda bir-birinin adını belə çəkməyə həya ediblər. Hər kəs qarşı tərəfin hörmətini saxlayıb, onun xətrini uca tutub. Ömür boyu bəlkə bir-birinəsəni sevirəmnədir, heçsəndən xoşum gəlir deməyiblər. Amma bu o demək deyil ki, onlar bir-birini istəməyiblər. İstəyiblər, həm ən səmimi, ən xoş duyğularla. Onların sevgiləri həya iqlimində saxlanılıb. Onlar bu duyğuları dilə gətirməyiblər, yaşayıblar uzun bir ömür boyunca öz sədaqətləri ilə isbat ediblər. İnsan bir sözü tez-tez dilinə gətirdisə, artıq o deyilənə şübhə edirsən. Onlar yaşantılarını dilə gətirməyə belə həya ediblər.

 

Boğazdan yuxarı deyimlər, bayağı sözlər

 

Son dövrlərdə teleseriallardan gənclik çox şey öyrənib, o cümlədən sevgiliyə müraciəti : “aşkım, ürəyim, canımın içi, hayatım...” qədər bayağıdır, elə deyilmi? Əgər bu söylədiklərin gerçəkdirsə, daha onu dilə gətirməyə ehtiyac var? Adama elə gəlir ki, bu cür ifadələr əslində ürəkdəki boşluğu doldurmaq üçündür. Əgər sənin könlün qarşı tərəfə sevgi ilə doludursa, sən onu Allahın əmanəti kimi qəbul etmisənsə, əmanətə doğru-düzgün riayət etmək kifayət edər. Doğrudur, bəzən insanın xoş sözə, səmimi ifadəyə ehtiyacı olur. İstəyirsən ki, sən içəri girəndə xoş üzlə qarşılasınlar, şirin bir söz söyləsinlər. Bunlar təbii istəklərdir öz ölçüsündə olanda əlbəttə, gözəldir. Amma yeri oldu-olmadıaşkım, canımın içi, hayatım”... deyilirsə, istər-istəməz ikrah hissi doğurur. Adamın lap əti tökülür. O ifadələrin səmimiliyinə şübhə edirsən.

 

Hər kəs yerini biləndə...

 

Dədə-babadan görmüşük ki, süfrə başında əyləşmək sadəcə ehtiyacın təmin olunması deyil, həm mədəniyyətdir. Süfrə mədəniyyəti ailə sağlamlığının ən mühüm göstəricilərindən biridir. Hər zaman belə görmüşük: oğul-uşaq süfrənin sağında-solunda oturar, başda atanın yeri boş qalar. O gəlib yerində oturmayınca kimsə süfrəyə əlini uzatmaz. Atanın birinciBismillahdeməsi ilə hər kəsin əli süfrəyə açılmış olur. Ana çəkdiyi yeməyi birinci atanın qarşısına gətirər. Sonra da ardıcıllıqla yuxarıdan aşağıya doğru yeməklər düzülər. Süfrə başında arabir var, yoxsöhbətləri edilər. Ata övladlarının işini-gücünü, kefini öyrənər.

Ümumiyyətlə, ailədə hər kəs öz yerini biləndə öz yerini tutanda hər şey öz axarında davam edir. Çünki bu nizam-intizam sadəcə süfrə başında qalmır, həyatın hər məqamında bu ailənin kiçiyi böyüyünün yolunu gözləyir, böyüyü kiçiyindən himayəsini əsirgəmir. Bundan gözəl tərbiyə daha nəyə deyirsiniz ki?

 

Sevgi ipəkqurdu kimidir

 

Bir alim sevgini ipəkqurduna bənzədir deyir ki, gənclik duyğuları ömrün növbəti mərhələlərində ritmini , şəklini , atmosferini dəyişməlidir. İlk günlərində tut yarpağı ilə qidalanan bir qurdun sonradan kəpənəyə çevrildiyi kimi, sevgi bir yaşdan sonra qanad çıxarmalı, halını-şəklini dəyişərək səmimiyyətə, qayğıya, mərhəmətə çevrilməlidir. Yəni 70 yaşındakı ər-arvad 30 yaşındakı ailədən daha çox bir-biri üçün darıxmalı qayğısına qalmalıdır. İllər boyu davam edən birgə yaşayış tərəflərin xarakterində yeni cizgilər kəşf edir, onları bir-birinə uyğunlaşdırır bir çox məqamlarda oxşar hala gətirir. El arasında bir söz var: ərlə arvadın torpağı bir yerdən götürülüb. Bu məsəl əslində bizim bir az əvvəl dediyimiz o həqiqətə işarədir. Torpağın haradan götürüldüyünü deyə bilməsək , onu bilirik ki, 20-30 il birgə yaşayan ər-arvadın xarakterində bir-birinə bənzəyən xeyli xüsusiyyətlər meydana çıxmış olur.

 

Sizin ən xeyirliniz...

 

Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) buyurub ki, sizin ən xeyirliniz ailəsinə xeyirli olanınızdır. Əslində ailə, övladlar hər kəs üçün bir sınaqdır. Qurani-Kərimdə bildirilir ki, övladlarınız sərvətiniz sizlər üçün fitnədir. Fitnə bu məqamda çətin imtahan anlamındadır. Bu imtahandan uğurlu çıxmaq üçün təməldən tərbiyə prinsipinə ciddi fikir verilməlidir. Əgər körpə doğulduğu ailədə sevgi görsə, səmimiyyət görsə, əlbəttə, gördüklərini ruhuna, yaddaşına köçürəcək gələcəkdə ailə qurarkən doğru-düzgün seçim edəcək. Yəni ailədəki sevgi, səmimiyyət, tərəflərin bir-birinə qarşı fədakarlığı uşaqların gələcəyində çox mühüm rol oynayır.

 

Dünyanın bu üzü var

 

Həmişə hər şey ürəyin istəyən kimi olmur ki. Bu həyatın müxtəlif sıxıntıları, xəstəlikləri, problemləri var. Ömrü boyunca bir-birinə bir dəfə olsunsevirəmdeməmiş həyat yoldaşı günlərlə, aylarla çarpayının başından ayrılmır, hər qayğını, hər ağrını paylaşmağa çalışır. Bu fədakarlıq hansı sevgidən geri qalar ki?.. Əslində bu cür məqamlar, xüsusilə xəstəlik halları ailədə sevginin, səmimiyyətin, fədakarlığın inkişafına təkan verən mühüm amillərdir. Çünki bu halda münasibətləri gizləmək olmur, əgər o səmimiyyət, sevgi yoxsa, mütləq özünü göstərəcək.

 

Ailə insanı Allaha yaxınlaşdırmalıdır

 

Evlənmək, ailə qurmaq Allah-Təalanın əmri, Peyğəmbərimizin buyruğudur. Buyurulur ki, siz ailə quraraq tamamlanırsınız. Uca Peyğəmbərimiz həyat yoldaşına qarşı sevgi ilə, mərhəmətlə davranmağı tövsiyə edib. Təbii ki, evliliyin ilk illərində tərəflərin bir-birinə güzəşt etməsi elə o sevginin tələbi kimi meydana çıxır. Sevgi tərəzi ilə çəkiləcək mal deyil ki, onun azlığını ya çoxluğunu müəyyən edə biləsən. Bu məsələdə heç şübhəsiz, qarşılıqlı münasibətlərin sağlam, səmimi təməllər üzərində qurulmasına diqqət yetirmək lazımdır.

Ailədə övladlar doğulur. Sevgiyə-sevgi qarışır, ağacların qol-budaq açıb çiçəklədiyi kimi, sizin ömrünüz şaxələnir, sevginiz qol-budaq atır, daha da güclənir.

Sevmək, sevilmək, sevgi atmosferində yaşamaq səadətimizin sərmayəsidir. Həqiqi sevgi insanın bu dünyasını da doldurar hətta bu dünyasından daşıb axirətinə qədər uzana bilər. Könlünüzə, ruhunuza sevgi arzulayırıq.

 

 

Zaman.- 2010.- 2-3 sentyabr.- S.3.