Fəthin
memarı Göynüklü Ağ Şəmsəddin (3)
Bu ümidsiz sözlər Sultanın da qulağına çatdı. O dərhal Göynüklü
Ağ Şəmsəddini
yanına çağırdı.
Bu arada isə Avropadan ərzaq və əsgər gətirən gəmilər
dənizdən İstanbula
daxil oldular
Bu ümidsiz sözlər Sultanın da qulağına çatdı. O dərhal Göynüklü
Ağ Şəmsəddini
yanına çağırdı.
Bu arada isə
Avropadan ərzaq və əsgər gətirən gəmilər
dənizdən İstanbula
daxil oldular. Bunu görən müsəlmanlar və saray əhli, o cümlədən
əsgərlər də
yenidən ümidsizliyə
düşdülər. Onlar
açıq şəkildə:
“Sultan bir sofunun (Ağ Şəmsəddinin)
sözü ilə bu qədər əsgərin qırılmasına
səbəb oldu. Xəzinəni də göyə
sovurdu. Firəngistandan (Fransa)
Bizansa yardım gəldi. Bundan sonra İstanbulu
fəth etmək üçün imid yerimiz qalmadı”, -dedilər.
Bunu eşidən Sultan Ağ Şəmsəddinin saraya
gəlib çıxmasını
gözləmədən bu
dəfə vəziri Vəliyəddin Əhmədi
onun yanına göndərdi: “Şeyxdən
soruş, gör qalanı
fəth etmək və düşmən üzərində qələbə
çalmaq imkanımız
varmı?”-deyə tapşırıq verdi. Həmin vaxt Ağ Şəmsəddin saraya çataçatda idi.
O, vəzirdən Sultanın
soruşduqlarını eşidən
kimi: “Məhəmməd
ümməti ümidini
üzməyib, düşmən
üzərinə hücumu
davam etdirsə, onda, inşallah, İstanbul fəth ediləcək”, -deyə cavab verdi.
Özü isə saraya
girməkdən vaz keçərək, qapıda
gözləməyi daha
məqsədəuyğun hesab
etdi. Bu dəfə
sultan yenidən vəziri
Ağ Şəmsəddinin
yanına göndərərək
ondan xahiş etdi ki, qalaya
hücum gününü
müəyyən etsin
və ona bildirsin.
Bunu eşidən Ağ Şəmsəddin bir otağa çəkilərək bütün
varlığı ilə
Uca Allaha sarıldı və başını əyərək
ona dua etməyə
başladı. Bir müddət Uca
Yaradana yalvardı və birdən mübarək üzü tərlədi.
Sonra başını qaldıraraq
vəziri səslədi
və ona: “Bu ilin Cəmaziyələvvəl
ayının 20-də səhər
filan tərəfdən
qalaya hücum etsinlər. O gün şəhər fəth ediləcək və İstanbuldan əzan səsləri ucalacaq”,-dedi.
Bunun ardınca Sultana məktub da yazaraq: “Bəndə hərəkət edir,
Allah təala istədiyini
ona verir. Hökm Allahındır. Lakin bəndə da əlindən gələn
qədər qeyrət
göstərməlidir və
bu işdə canını əsirgəməməlidir.
Rəsulullahın və
Əshabının sünnəti
budur”,-deyə bildirdi
Fateh dərhal qoşuna hazırlaşmağı əmr etdi. Bundan sonra Allaha dualar oxundu və
həm saray əhli, həm də ordu səbirlə
Göynüklü Ağ
Şəmsəddinin dediyi
günü gözləməyə
başladı. Ağ Şəmsəddinin
dediyi gün gəlib çatanda ordu İstanbula doğru hücuma başladı. Bu dəfə orduda bir ruh yüksəkliyi
vardı. Sultan Mehmet də Bizansın bu ana şəhərinin alınacağına əmin
idi. İstanbula hücum başlayan
kimi Ağ Şəmsəddin çadıra
girərək orada üzü üstə qapandı və Allaha dualar etməyə
başladı. Bir arada
Sultan Mehmet dözmədi.
Çadırn bir hissəsini qaldırıb
baxdı: Ağ Şəmsəddin sanki bayılmış vəziyyətdə
idi. O, durmadan İstanbulun fəthi üçün Allaha dualar edirdi. Bunu görən Sultan Mehmet həmin an geri çevrilib
qalaya hücum edən əsgərlərinə
baxdı. Onların önündə sanki ağ əbalı
bir dəstənin getdiyini və onların qala divarlarını aşaraq
şəhərə daxil
olduğunu gördü.
Bunun ardınca da əsgərlərinin həmin
yerdən qalaya daxil olduğunun şahidi oldu. İstanbuldan
“Allahu əkbər” sədaları ucalmağa başladı. Beləliklə,
İstanbul fəth edildi və kainatın günəşi
sonuncu islam
peyğəmbərinin yüz
illər bundan əvvəl verdiyi müjdə doğru çıxdı. İstanbul səhər
saat 8-də fəth edilmişdi.
Fateh Sultan Mehmet isə şəhərə
həmin gün günorta saatlarında ağ atın
belində Topqapı istiqamətindən daxil oldu. O Ayasofyaya
doğru irəliləyərək
hər yerdə küçələri, evləri
diqqətlə gözdən
keçirirdi. İstanbulun fəthinin
mənəvi atası
hesab edilən Ağ Şəmsəddin,
vəzirləri, ordu komandanları və Osmanlının tanınmış
alimləri də Fatehin yanında idi. Məğlub olan xalq küçələrdə İstanbulun
fatehlərini həsəd
və maraqla seyr edirdi. Bu arada qaliblərə
rəğbət bəsləyən
bəzi bizanslılar Ağ Şəmsəddini
padşah hesab edərək ona gül dəstələri
verirdilər. O isə
gənc padşahı
göstərərək: “Padşah
budur, gülləri ona verin”,-
deyirdi. Fateh də buna cavab
olaraq: “Sultan mənəm,
ancaq bu qalanın fəthinin mənəvi atası odur”-deyə Ağ Şəmsəddini
göstərirdi. İstanbulun fəthindən
sonra Ağ Şəmsəddin bir müddət yoxa çıxdı. Üç gündən sonra
onu axtarıb İstanbulun xaraba, viranə qalmış bir məhəlləsində
ibadət edən vəziyyətdə tapdılar.
Ondan sonra həmin məhəllə
Ağ Şəmsəddinin
adı ilə Göynüklü
Ağ Şəmsəddin
məhəlləsi adlandırıldı.
Fateh də İstanbulun fəthindən
bir neçə gün sonra Ayasofyanın məscidə
çevrilməsi barədə
əmr verdi.
Ancaq bu məsələdə məğlub olan bizanslıların da razılığı alınmışdı.
Ayasofyada
qılınan ilk namazda
imam vəzifəsini Ağ
Şəmsəddin həyata
keçirdi. Xütbəsində
o İstanbulun fəthini
və bununla əlaqədar Peyğəmbər
əfəndimizin müjdəsini
xatıraldaraq bu şəhərin fəthində
iştirak edən əsgərlərin hamısının
islam aləminin
ən xoşbəxt əsgərləri olduğunu,
bu yolda şəhid olanların hamısının birbaşa
cənnətə getdiyini,
sağ qalanların da vəfat edəndən
sonra üzlərinə
cənnət qapılarının
açılacağını müjdələdi. Bundan sonra İstanbulun Ok meydanında bir zəfər mərasimi keçirildi. Mərasimdə
çıxış edən
Ağ Şəmsəddin:
“Ey qazilər, bilin və bir
daha agah olun: İstanbulu fəth edən sizlər barədə axır zaman peyğəmbəri, Kainatın
sərvəri belə
deyib: “Onlar necə də gözəl əsgərlərdir”.
İnşallah cümləmiz
bu zəfərin əvəzini artıqlaması
ilə hər iki dünyada alacağıq,”-dedi.
Artıq
Ağ Şəmsəddinin
adı istər saray, istər xalq, istərsə də ordu arasında övilayalar
övliyası kimi anılırdı. İstanbulun fəthindən
günlər keçəndən
sonra Fateh onu ziyarətə getdi. O müəlliminə:
“Xocam, kitablardan Əshabi İkramın böyüklərindən olan
Əbu Əyyub Ənsarinin mübarək qəbrinin İstanbulun qala qüllələrinə
yaxın bir yerdə olduğunu oxudum. O yeri tapsaydıq, yaxşı olardı”-dedi. Ağ Şəmsəddin də bununla əlaqədar Fatehi xəbərdar etmək və o mübarək zatın qəbrinin üzə çıxarılmasını istədiyini ona çatdırmaq niyyətində
idi. İndi Sultan özü bunun
üçün onun yanına gəlmişdi.
Ona görə də o, Sultana bu işdə xeyir-dua verdi. Amma məzarı
necə tapmaq olardı? Üstündən 700 ildən artıq
vaxt keçmiş və bu müddətdə
onlarla qəbir yer üzündən silinmiş, itib batmışdı. Bir müddət
o mübarək zatın
qəbrini İstanbul ətrafında aradılar,
ancaq tapa bilmədilər. Qəbir harada
isə Əbu Əyyub Ənsarinin öldüyü yerdə olmalı idi. Bununla əlaqədar o dövrün
kitablarında məlumatlar
olduqca dəqiq verilmiş, qəbrin yeri də göstərilmişdi.
Ancaq bu da müqəddəs
zatın qəbrini arayanların köməyinə
gəlmirdi. Bunu görən
Fateh yenidən Ağ Şəmsəddinin
yanına gəldi və ondan bu
məsələdə yardım
istədi. Ağ
Şəmsəddin İstanbul
ətrafına çıxaraq
uzun müddət ətrafı gəzib dolaşdı. Sonra gözlənilmədən bir
təpəni göstərərək:
“Oranı qazın. O müqəddəs zatın
qəbri oradadır”-dedi. Fateh Sultan Mehmet buna mat qalmışdı və səbirlə işin sonunu gözləyirdi. Ağ Şəmsəddin deyən
təpəni qazdılar
və həqiqətən
də, Əbu Əyyub Ənsarinin qəbri orada idi. Bu müqəddəs
zatın ruhsuz bədəni sanki dünən haqqın rəhmətinə qovumuş
kimi tər-təzə
qalmış, bədənin
bir əzası belə çürüməmişdi.
Sultan da heyrətə
düşməsini gizlədə
bilmirdi. Nəhayət,
o özündə güc
taparaq xocasından soruşdu: “Bizlər günlərdir axtardıq,
ancaq bu müqəddəs zatın
məzarını tapa
bilmədik. Bəs, sən bunu
necə müəyyən
etdin? Haradan bildin ki, məhz o bu təpənin altında yatır?”
Əziz Mustafa
Zaman.- 2010.- 8-13 sentyabr.-
S.11.