Ahıska türkünün qara taleyi (2)

 

1918-ci ilin axırı, 1919-cu ilin əvvəllərində Ahalkələk Borçalını ələ keçirmək uğrunda Ermənistan-Gürcüstan müharibəsi başladı. Həmin vaxt, yəni dekabrın 4-5-i gürcülər Ahıskanı, ermənilər Ahalkələyi işğal etdilər. Qafqazda öz geosiyasi məqsədlərini həyata keçirməyə çalışan ingilislər isə dekabrın 8-də Batumini işğal etdilər.

1918-ci ilin axırı, 1919-cu ilin əvvəllərində Ahalkələk və Borçalını ələ keçirmək uğrunda Ermənistan-Gürcüstan müharibəsi başladı. Həmin vaxt, yəni dekabrın 4-5-i gürcülər Ahıskanı, ermənilər Ahalkələyi işğal etdilər. Qafqazda öz geosiyasi məqsədlərini həyata keçirməyə çalışan ingilislər isə dekabrın 8-də Batumini işğal etdilər.

Beləliklə, gürcülər, ermənilər ingilislər bu ərazilərdə etnik təmizləmə siyasəti yeridərək, qanlıTürksüz Ahıskaplanını həyata keçirməyə başladılar.

Həmin dövrdə Parisdə olan Azərbaycan nümayəndə heyəti özünün taleyüklü problemlərinə baxmayaraq, erməni, rus, gürcü ingilislərin ahıskalılara qarşı kütləvi şəkildə soyqırımı həyata keçirmələrinə qarşı kəskin etirazını bildirdi. Yenə ahıskalıları kütləvi şəkildə məhv olmaqdan qardaş Türkiyə xilas etdi. Belə ki, Türkiyənin milli-azadlıq hərəkatına rəhbərlik edən Mustafa Kamal Atatürkün başçılığı altında işğal olunmuş torpaqların bir hissəsi düşmən tapdağından azad edildi. Lakin o dövrün geosiyasi vəziyyəti Anadolu türkləri üçün hələ əlverişli deyildi. Ona görə Türkiyə bəzi güzəştlərə getməyə məcbur oldu. 1921-ci il, martın 16-da Türkiyənin Rusiya ilə bağladığı müqaviləyə əsasən, Batumi, Ahıska, Ahalkələk, Acar bölgələri Gürcüstan Respublikasına verildi. Ahıska türklərinə isə təklif edildi ki, onlar Türkiyəyə köçsünlər. Ancaq Ahıska türkləri  bu təklifi qəbul etmədilər. Amma onları qarşıda daha ağır faciələr gözləyirdi. Bolşeviklər Ahıska türklərinə düşmən münasibət bəsləyir onları inqilab düşmənləri adlandıraraq təqib edir ağır təzyiqlər altında saxlayırdılar. Onlar milli ziyalıları, az-çox savadı olan hər bir ahıskalını xüsusi nəzarət altına alır, sürgünə göndərir ya güllələyirdilər. Necə deyərlər, ötən əsrin 20-ci illərindən başlayaraq, ahıskalılara qarşı dövlət səviyyəsində yeni soyqırımı siyasəti həyata keçirilirdi. Qırmızıların hakimiyyətə gəlməsi ilə Ahıska türkləri yağışdan çıxıb, yağmura düşmüş bolşevik zülmü altında ən faciəli günlərini yaşamağa başlamışdılar. Həmin dövrdə on mindən artıq Ahıska türküqulaq”, “xalq düşməniadı altında sürgünə göndərilmişdi.  20 minə yaxın Ahıska türkü isə qondarma iddialarla güllələnmişdi. Bununla da ahıskalıların Orta Asiyaya sürgünün əsası qoyuldu. Bir sözlə, bolşeviklər çar Rusiyası tərəfindən əsası qoyulanTürksüz Ahıskasiyasətini daha qəddar üsullarla həyata keçirirdilər. Buna paralel olaraq, Ahıska türklərini zorla öz adlarını, soyadlarını gürcü adları ilə dəyişdirməyə məcbur edir, onların guya türkləşmiş gürcülər olduğunu sübut etməyə çalışırdılar. Əhali isə buna güclü müqavimət göstərirdi. Buna baxmayaraq, ahıskalılar arasında təzyiqlərə, zülmə tab gətirməyərək məcburiyyət qarşısında ad soyadlarını gürcü ad soyadları ilə əvəz edənlər, özlərinin gürcü olduğunu söyləyənlər vardı. Ancaq onların sayı çox az idi. Bu isə bölgəni tamamilə türklərdən təmizləmək oraya erməniləri gürcüləri köçürmək istəyən Moskva tərəfindən xüsusi əsəbiliklə qarşılanırdı. Ona görə hələ ötən əsrin 30-cu illərində Moskvada türk düşməni, qəddar A. Mikoyanın iştirakı təşəbbüsü ilə ahıskalıların doğma yurd-yuvalarından Orta Asiyaya, Qazaxıstana Sibirə sürgün edilmələri barədə xüsusi plan hazırlanmışdı. Lakin həmin dövrdə SSRİ rəhbərliyinin başı Finlandiya ilə münaqişəyə, həmçinin Polşanın bölüşdürülməsi, Pribaltikanın işğalı məsələlərinə qarışmışdı bu məsələ ilə məşğul olmağa, sadəcə olaraq, vaxt yox idi. Bundan əlavə, həmin dövrdə ahıskalıların sürgün edilmələri üçün ordu hissələri çoxlu sayda vaqon tələb olunurdu ki, bu da yox idi. Əldə olan vaqonlardan isə təcili şəkildə Uzaq Şərqdən SSRİ-nin Avropa hissəsinə canlı qüvvə hərbi texnika daşınmasında istifadə edilirdi.

Rusların ahıskalılara düşmən münasibət bəsləməsinə baxmayaraq, onların orduya səfərbər edilməsi prosesi davam edirdi. Belə ki, Almaniya ilə müharibə ərəfəsində, 1938-1941-ci illərdə 40-50 min nəfər Ahıska türkü orduya çağırılmışdı. Onların da 30 min nəfərə yaxını dünyanın iki faşist rejimi, alman rus faşizmi arasında dünya ağalığı uğrunda gedən mübarizənın qurbanı oldu. Amma Ahıska türklərinin müharibədə qəhrəmancasına döyüşməsinə bu yolda canlarından belə keçmələrinə baxmayaraq, başı min bəla çəkən  bu talesiz xalqa Moskvanın münasibəti dəyişməmişdi. Nəhayət, 1944-cü ilin yazında Almaniya ilə müharibədə qalib gələcəyinə əmin olan SSRİ rəhbərliyi Ahıska türklərinin deportasiyası planını həyata keçirmək üçün hərəkətə gəldi.

 

Deportasİya - “Türksüz AhIskaplanI reallaşdI

 

1944-cü il, iyul ayının 31-də SSRİ Dövlət Müdafiə Komitəsi Ahıska türklərinin məcburi qaydada Qazaxıstana, Qırğızıstana Özbəkistana sürgün edilməsi barədə 6279 saylı qərar qəbul etdi. Buna əsas kimi isə guya müharibə dövründə Ahıska türklərinin düşmən ünsürlərlə əlbir olması vətənə xəyanət etməsi göstərilirdi. Halbuki həmin dövrdə, yuxarıda da qeyd etdiyimiz kimi, Ahıska türklərindən 40-50 min nəfəri düşmənə qarşı döyüşürdü. Burada hər hansı xəyanətdən söhbət gedə bilməzdi. Hətta Stalin özü belə ahıskalıların vətənə xəyanət üstündə sürgün edilməsi ilə bağlı  Mikoyan onun əlaltıları tərəfindən ortaya atılan belə bir iddianı istehza ilə qarşılamışdı. Deyilənə görə, Stalin bu planı hazırlayanlardan soruşmuşdu: “Ahıska türklərinin sürgün edilməsini əsaslandırmaq üçün başqa, daha inandırıcı fakt tapa bilmədinizmi?”

Amma artıq iş-işdən keçmişdi 1944-cü ildə   Ahıska türkləri Gürcüstandan kütləvi şəkildə sürgün olunarkən Moskva onlaraetibarsız xalqdamğasını vurmuşdu bu, onların sürgün edilmələri üçün rusların əlində bir bəhanəyə çevrilmişdi. Halbuki Ahıska türkləri digər repressiya olunmuş xalqlarla birlikdə Almaniyanın SSRİ- hücumunu ümumxalq faciəsi kimi qəbul etmişdilər. Onlar bir nəfər kimi ayağa qalxaraq ölkəni müdafiə etməyə hazır olduqlarını bildirmişdilər.  Almaniya SSRİ üzərinə hücum etdikdən sonra  40-50 min nəfərdən artıq Ahıska türkü səfərbərliyə alınmış almanlarla döyüşmək üçün cəbhəyə göndərilmişdi. Onlardan 26 min nəfəri bu döyüşlərdə həlak olmuşdu. 8 nəfər Ahıska türkü isə cəbhədə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Bu, Moskvaya da məlum idi aralarından 8 nəfər Sovet İttifaqı Qəhrəmanı çıxan Ahıska türklərini 1944-cü ildə sürgünə göndərərək, onlara etibarsız xalq damğası vurmaq özü Rusiyanı idarə edənlərin təbiətindəki vəhşilikdən, qana hərislikdən etnik azlıqları tamamilə məhv etmək kimi mənfur xislətlərindən irəli gəlirdi. 

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 30 sentyabr-1 oktyabr.- S. 11.