Makedoniyalı İsgəndər (1)

 

Makedoniyalı İsgəndər (1) O məğlubiyyət nə olduğunu bilmirdi və ömrünün sonuna kimi də qələbəni qələbə dalınca qazandı. Tarixə adı türk-islam dünyasında Makedoniyalı İsgəndər, Qərbdə isə Aleksandr Makedonski kimi düşən bu məşhur sərkərdə eramızdan əvvəl 356-cı ildə Makedoniya çarı II Filippin ailəsində anadan olmuşdu. Filippin vaxtilə Yunanıstanı idarə edən Heraklın nəslindən (Arqead) olduğu ehtimal edilir. Filipp tanınmış dövlət xadimi və istənilən nəzəriyyəni reallaşdırmağı bacaran bir təşkilatçı idi. Anası isə olduqca temperamentli, çevik, eyni zamanda qəribə, özü barədə sirli bir adam təsiri bağışlayan, tez-tez qarabasmalara məruz qalan və bu halı ilə ətrafındakılarda dəhşət doğuran güclü və iradəli bir qadın idi. İsgəndərin iyul və ya oktyabr ayında anadan olduğu ehtimal edilir. Həmin dövrdə çar II Filipp hər vasitə ilə Yunanıstanda hakimiyyəti ələ almaq və müstəqil olmaq istəyən dövlət-şəhərlərin mübarizəsinə başçılıq edirdi. Əsas məqsəd Yunanıstan və Makedoniyanı güclü bir dövlət başçısının rəhbərliyi altında birləşdirmək və Fars imperiyasından gələn təhlükəni aradan qaldırmaq idi. Belə bir mühitdə böyüyən İsgəndər də uşaq yaşlarından müxtəlif planlar hazırlayır, yaxın və uzaq ölkələrə hərbi yürüşlər təşkil etmək arzusu ilə alışıb-yanırdı. O məğlubiyyət nə olduğunu bilmirdi və ömrünün sonuna kimi də qələbəni qələbə dalınca qazandı. Tarixə adı türk-islam dünyasında Makedoniyalı İsgəndər, Qərbdə isə Aleksandr Makedonski kimi düşən bu məşhur sərkərdə eramızdan əvvəl 356-cı ildə Makedoniya çarı II Filippin ailəsində anadan olmuşdu. Filippin vaxtilə Yunanıstanı idarə edən Heraklın nəslindən (Arqead) olduğu ehtimal edilir. Filipp tanınmış dövlət xadimi və istənilən nəzəriyyəni reallaşdırmağı bacaran bir təşkilatçı idi. Anası isə olduqca temperamentli, çevik, eyni zamanda qəribə, özü barədə sirli bir adam təsiri bağışlayan, tez-tez qarabasmalara məruz qalan və bu halı ilə ətrafındakılarda dəhşət doğuran güclü və iradəli bir qadın idi. İsgəndərin iyul və ya oktyabr ayında anadan olduğu ehtimal edilir. Həmin dövrdə çar II Filipp hər vasitə ilə Yunanıstanda hakimiyyəti ələ almaq və müstəqil olmaq istəyən dövlət-şəhərlərin mübarizəsinə başçılıq edirdi. Əsas məqsəd Yunanıstan və Makedoniyanı güclü bir dövlət başçısının rəhbərliyi altında birləşdirmək və Fars imperiyasından gələn təhlükəni aradan qaldırmaq idi. Belə bir mühitdə böyüyən İsgəndər də uşaq yaşlarından müxtəlif planlar hazırlayır, yaxın və uzaq ölkələrə hərbi yürüşlər təşkil etmək arzusu ilə alışıb-yanırdı.

 O məğlubiyyət nə olduğunu bilmirdi və ömrünün sonuna kimi də qələbəni qələbə dalınca qazandı. Tarixə adı türk-islam dünyasında Makedoniyalı İsgəndər, Qərbdə isə Aleksandr Makedonski kimi düşən bu məşhur sərkərdə eramızdan əvvəl 356-cı ildə Makedoniya çarı II Filippin ailəsində anadan olmuşdu. Filippin vaxtiləYunanıstanı idarə edən Heraklın nəslindən (Arqead) olduğu ehtimal edilir. Filipp tanınmış dövlət xadimi və istənilən nəzəriyyəni reallaşdırmağı bacaran bir təşkilatçı idi. Anası isə olduqca temperamentli, çevik, eyni zamanda qəribə, özü barədə sirli bir adam təsiri bağışlayan, tez-tez qarabasmalara məruz qalan və bu halı ilə ətrafındakılarda dəhşət doğuran güclü və iradəli bir qadın idi. İsgəndərin iyul və ya oktyabr ayında anadan olduğu ehtimal edilir. Həmin dövrdə çar II Filipp hər vasitə ilə Yunanıstanda hakimiyyəti ələ almaq və müstəqil olmaq istəyən dövlət-şəhərlərin mübarizəsinə başçılıq edirdi. Əsas məqsəd Yunanıstan və Makedoniyanı güclü bir dövlət başçısının rəhbərliyi altında birləşdirmək və Fars imperiyasından gələn təhlükəni aradan qaldırmaq idi. Belə bir mühitdə böyüyən İsgəndər də uşaq yaşlarından müxtəlif planlar hazırlayır, yaxın və uzaq ölkələrə hərbi yürüşlər təşkil etmək arzusu ilə alışıb-yanırdı. O məğlubiyyət nə olduğunu bilmirdi və ömrünün sonuna kimi də qələbəni qələbə dalınca qazandı. Tarixə adı türk-islam dünyasında Makedoniyalı İsgəndər, Qərbdə isə Aleksandr Makedonski kimi düşən bu məşhur sərkərdə eramızdan əvvəl 356-cı ildə Makedoniya çarı II Filippin ailəsində anadan olmuşdu. Filippin vaxtilə Yunanıstanı idarə edən Heraklın nəslindən (Arqead) olduğu ehtimal edilir. Filipp tanınmış dövlət xadimi və istənilən nəzəriyyəni reallaşdırmağı bacaran bir təşkilatçı idi. Anası isə olduqca temperamentli, çevik, eyni zamanda qəribə, özü barədə sirli bir adam təsiri bağışlayan, tez-tez qarabasmalara məruz qalan və bu halı ilə ətrafındakılarda dəhşət doğuran güclü və iradəli bir qadın idi. İsgəndərin iyul və ya oktyabr ayında anadan olduğu ehtimal edilir. Həmin dövrdə çar II Filipp hər vasitə ilə Yunanıstanda hakimiyyəti ələ almaq və müstəqil olmaq istəyən dövlət-şəhərlərin mübarizəsinə başçılıq edirdi. Əsas məqsəd Yunanıstan və Makedoniyanı güclü bir dövlət başçısının rəhbərliyi altında birləşdirmək və Fars imperiyasından gələn təhlükəni aradan qaldırmaq idi. Belə bir mühitdə böyüyən İsgəndər də uşaq yaşlarından müxtəlif planlar hazırlayır, yaxın və uzaq ölkələrə hərbi yürüşlər təşkil etmək arzusu ilə alışıb-yanırdı.

  Bəlaca İsgəndərin şəxsiyyət kimi formalaşmasında iki adam mühüm rol oynadı. Onlardan biri İsgəndərin müəllimi Lisimax, digəri isə Leonid idi. O dövrün ən görkəmli adamlarından hesab edilən Lisimax İsgəndərdə Homerə sevgi və məhəbbət formalaşdıra bildi. İsgəndəri Homer qəhrəmanlarının ruhunda tərbiyə edən Lisimax ana tərəfdən Axillanın nəslindən olduğuna gələcək imperatoru inandıra bildi. İsgəndərin hərbi tərbiyəsinə rəhbərlik edən Leonid isə onu o dövrdə qəhrəmanlıq məktəbi hesab edilən spartalıların adətnənələrinə uyğun yetişdirməyə və döyüşün bütün sirlərini öyrətməyə nail oldu. Bütün bunlar isə İsgəndərin gələcək həyatını müəyyən edən və onu zəfər zirvələrinə aparan yolda atılan ilk, ancaq olduqca uğurlu  addımlar idi. İsgəndər 14 yaşına girəndə atası o dövrün məşhur filosoflarından olan Aristoteli saraya dəvət etdi. Aristotel İsgəndərə biliklərini təkmilləşdirməkdə yardım etdı və onun mənəvi cəhətdən daha da kamilləşməsində əvəzsiz rol oynadı. Bu da İsgəndərin gələcəkdə hər şeydən xəbərdar olan, elmə, sənətə qiymət verməyi bacaran mahir dövlət xadimi kimi yetişməsində əsl həyat məktəbi oldu. Amma həmin dövrdə İsgəndər artıq mahir sərkərdə kimi də yetişməkdə idi. Qılınc oynatmaqda, ox atmaqda, at çapmaqda, güləşməkdə onun qarşısına heç kim çıxa bilmirdi. Bunu görən II Filipp 16 yaşlı İsgəndəri ölkənin şimalında üsyan qaldıran dağlı qəbilələrin üzərinə göndərdiyi (e.ə.339-cu il) qoşuna komandan təyin etdi. İsgəndər bu vəzifənin öhdəsindən bacarıqla və şərəflə gəldi. Bundan bir il sonra, e.ə. 338-ci ildə İsgəndər üsyan qaldıran Fiva şəhəri üzərinə edilən hücumun rəhbəri oldu. Xeroney ətrafında baş verən qızğın döyüşlərdən sonra Fiva şəhərinin seçmə əsgərlərindən təşkil edilənMüqəddəs Lentaadlı qoşun darmadağın edildi. Dalbadal qazanılan iki qələbə İsgəndərə ilk böyük şöhrət gətirdi.

 

Hakimiyyətə gedən yolda xəyanət

 

Amma bu arada İsgəndərin atası ilə anası arasında anlaşılmazlıq baş verdi. Eramızdan əvvəl 337-ci ildə II Filipp ailə münaqişəsi əsasında İsgəndərin anası Olimpiadanı boşayaraq, Kleopatra adlı qadınla evləndi. İsgəndər anası ilə onun vətəni olan Epirə getməyə məcbur oldu. Amma bir müddət sonra İsgəndər geriyə, atasının yanına qayıtdı və onlar barışdılar. Lakin artıq ata və oğulun arasında bir soyuqluq hiss edilməkdə idi. Filippin o biri arvadı hamilə idi və onun tezliklə yeni vəliəhd dünyaya gətirəcəyi gözlənilirdi. Bu isə İsgəndəri taxt-tacdan məhrum edə bilərdi. Bu arada sarayda Kariya satrapı (rəhbəri) Piksodarın ailəsi ilə İsgəndərin qohum olması və onun adıçəkilən əyalət başçısının qızı ilə evlənməsi barədə danışıqlar gedirdi. Bu, İsgəndərlə atası arasında münaqişəyə səbəb olsa da, İsgəndər atasının əmrindən çıxa bilməyərək evlənməyi qərara aldı. Eramızdan əvvəl 336-cı ildə bütün Makedoniya və Yunanıstandan əyalət rəhbərləri Eqaxasgəndərin toyuna gəlmişdilər. Amma gözlənilmədən toyda Filippə sui-qəsd təşkil edərək öldürdülər. Sui-qəsddə İsgəndərin əli olduğu barədə çoxlu sayda ehtimallar var. Lakin inanmaq çətindir ki, Lisimax, Aristotel kimi müəllimlərdən və Leonid kimi mahir döyüş ustasından dərs alan və onların tərbiyəsi altında yetişən İsgəndər belə bir alçaqlığa əl atsın. Bununla belə, İsgəndərin həmin qəsddə əlinin olması ağlabatan idi. Çünki İsgəndər hakimiyyətə can atırdı və bu yolda yeni doğulan vəliəhdin onun qarşısında maneə olacağı aydın idi. Filipp, şübhəsiz ki, İsgəndəri deyil,yeni vəliəhdi özünün varisi elan edəcəkdi və o, sağ olduqca İsgəndərin hakimiyyətə gəlməsi mümkün olmayacaqdı. Bu baxımdan İsgəndərin anasının göstərişləri əsasında hərəkət edə biləcəyi, onun qisasını atasından almaq, həm də hakimiyyətə gəlmək üçün bu sui-qəsdin arxasında dayanması məntiqi cəhətdən ağlabatan görünür. Filippin  öldürülməsindən sonra İsgəndərin özünə rəqib bildiyi adamları  tələm-tələsik edam etdirməsi də  İsgəndərin ata qatili olması barədə şübhələri daha da artırdı.

 

İsgəndər taxta çıxır

 

Atasının öldürülməsindən sonra İsgəndərin taxt-taca gedən yolu yenə də bağlı idi. Çünki ondan başqa, taxt-taca sahib ola biləcək II Filippin Kleopatradan olan körpə oğlu Aminta da var idi. Ancaq İsgəndər ordunun köməyi ilə hakimiyyəti ələ keçirdi və ögey qardaşını öldürtdü. II Filipp öldürülməsi ərəfəsində İranla müharibəyə hazırlaşırdı. İsgəndər taxta çıxan zaman bu məqsədlə hazırlanan ordunun bir hissəsi bərələrlə Kiçik Asiyaya keçmiş və oradakı Qellespont adlı yerdə mövqe tutmuşdular. II Filippin öldürülməsindən sonra orduda çaşqınlıq əmələ gəlmiş, vaxtilə silah gücünə tabe etdirilmiş yunan şəhər dövlətləri müstəqillik eşqinə düşmüşdülər. Ölkənin şimalındakı dağlıq ərazilərdə yaşayan əhali də yenidən hökumət əleyhinə baş qaldırmışdı. Amma İsgəndər dərhal istənilən üsyanı silah gücünə və amansızcasına yatırdacağını nümayiş etdirdi. İsgəndərin bu qətiyyətini görən Yunanıstan dərhal yumşalmağa məcbur oldu və onu İrana qarşı mübarizədə dəstəkləyəcəklərini bəyan etdi. Korinf şəhərində keçirilən Şurada yunanlar İsgəndəri baş komandan kimi tanıdıqlarını bəyan etdilər. Eramızdan əvvəl 335-ci ildə İsgəndər Makedoniyadan Balkanlara keçərək üsyan qaldıran dağlı qəbilələri darmadağın etdi. Bu döyüşlərdə qeyri-adı sərkərdəlik qabiliyyəti nümayiş etdirən İsgəndər sonra triballar ölkəsi (Rumeli) vasitəsilə Dunaya yürüşə çıxdı və buradakı tayfaları özünə tabe etdi. İsgəndər buradakı qetlərin şəhərini yandırdı. Bu arada isə illiriyalılar üsyan qaldırdılar. İsgəndər illiriyalıların da üsyanını yatırdı, onların Peliy şəhərini  yandırdı. Amma bu dəfə fivalılar İsgəndər əleyhinə baş qaldırdılar. İsgəndər qoşunu geriyə çevirərək, Fivanı da darmadağın etdi və şəhəri ələ keçirərək yandırdı. Bundan sonra İsgəndər arxada sakitliyi təmin etdi və qoşunlarının üzünü İrana qarşı çevirdi.

 

 

Zaman.- 2010.- 15 yanvar.- S. 15.