Atom
elektrik stansiyaları:
təhlükə, yoxsa tərəqqi
mənbəyi? (2)
SSRİ- də də analoji qəzalar
demək olar ki, hər il baş verirdi. Məsələn,
1957-ci il, sentyabr ayının 29-da Çelyabinsk
yaxınlığındakı AES reaktorlarından birində qəza
baş verdi. Bunun ardınca yüksək
radioaktiv tullantılar saxlanılan beton anbarda soyutma sistemi
gözlənilmədən sıradan çıxdı. Nəticədə
radioaktiv maddələr atmosferə sızdı. Böyük
bir ərazi radiasiyaya məruz qaldı
SSRİ- də
də analoji qəzalar
demək olar
ki, hər
il baş verirdi.
Məsələn,
1957-ci il, sentyabr ayının
29-da Çelyabinsk yaxınlığındakı
AES reaktorlarından
birində qəza
baş verdi. Bunun
ardınca yüksək
radioaktiv tullantılar
saxlanılan beton
anbarda soyutma sistemi
gözlənilmədən
sıradan çıxdı.
Nəticədə
radioaktiv maddələr
atmosferə sızdı.
Böyük
bir ərazi radiasiyaya məruz qaldı.
Həmin ərazilərdə
əsasən etnik
tatarlar məskunlaşmışdılar. Nəticədə
on minlərlə
insan ilk andaca
radiasiya qurbanına
çevrildi. Yarım
milyondan artıq
adam isə şüalanmaya məruz qaldı.
Onları təcili
şəkildə digər
yerlərə köçürdülər. Amma
şüalanmaya məruz
qalan minlərlə
insan sonrakı illərdə
də ölməkdə
davam edirdi. İnsan
tələfatı
o qədər
böyük
idi ki, baş
verən qəza
zamanı ölənlərin
dəqiq sayı
barədə məlumat
bu gün
də gizli saxlanılır.
1966-cı
il, may ayının 7-də Melekesse şəhərindəki
AES-in reaktorunda qəza baş verdi. Qəzanı təcili
şəkildə aradan qaldırsalar da, böyük bir ərazi
radioaktiv şüalanmaya məruz qaldı. AES-də
çalışanların isə hamısı yüksək
şüalanmanın qurbanlarına çevrildi. Onları təcili
şəkildə başqaları ilə əvəz etməli
oldular.
1964-1979-cu
illərdə dəfələrlə Beloyarsk AES-in birinci
blokunun yanacaq saxlanılan hissəsində
sızma baş verirdi və bu da stansiyaya xidmət edən
insanların normadan qat-qat artıq radioaktiv şüalanmaya məruz
qalmasına səbəb olmuşdu. Amma bununla hesablaşan yox
idi. Yalnız 1979-cu ildə bununla ciddi məşğul olaraq qəzanı
aradan qaldırdılar.
AES-lərdə ardıcıl qəzalar
Nə
qədər qəribə olsa da, ötən əsrin 70-ci illərinin
ortalarından başlayaraq, Leninqrad AES-də bir-birinin ardınca
qəzalar baş verməyə başladı. Məsələn,
1974-cü il, fevral ayının 6-da Leninqrad AES-in birinci blokunda
qəza baş verdi. Nəticədə 3 nəfər yerindəcə
həlak oldu, ətraf isə radioaktiv şüalanmaya məruz
qaldı. Amma bunu ictimaiyyətdən gizli saxladılar.
Bundan bir il sonra, 1975-ci ilin oktyabr
ayında Leninqrad AES-də yeni bir qəza baş verdi. Ətrafa
yarım milyon küri həcmində yüksək
şüalanmaya malik radioaktiv nukledlər dağıldı. Bu
qəzanı da uzun illər boyu ictimaiyyətdən gizlətdilər.
Bəzi
məlumatlara görə, Leninqrad AES-də bir-birinin ardınca
baş verən qəzalar zamanı 10 milyona yaxın adam
müxtəlif dərəcəli radioaktiv şüalanmaya məruz
qalıb.
1977-ci
ildə Beloyarsk AES-də yeni bir qəza baş verdi. Nəticədə
ətrafa külli miqdarda radioaktiv maddələr sızdı.
Bu qəzanı aradan qaldırmaq üçün bir il vaxt
lazım gəldi. 1978-ci il, dekabr ayının 31-də
adıçəkilən AES-də daha bir qəza baş verdi.
Nəticədə reaktor sıradan çıxdı. Yenə
də ətraf mühit yüksək dərəcədə
radioaktiv şüalanmaya məruz qaldı. Rəsmi məlumata
inansaq, cəmisi 8 nəfər şüalanmışdı.
Amma bu olduqca gülünc təsir
bağışlayır. Çünki söhbət AES-in
ürəyi və beyni hesab edilən reaktorun sıradan
çıxmasından gedirdi. Reaktorun sıradan
çıxması isə ən böyük qəza
anlamına gəlir.
Yenə
də SSRİ rəhbərliyi milyonlarla adamın həyatını
təhlükə altında qoyan qəza barədə
susmağa üstünlük verdi.
1982-ci
ilin oktyabr ayında Ermənistan AES-in birinci blokunun generatorunda
partlayış baş verdi. Qəzanın həcmi o qədər
böyük idi ki, təcili şəkildə digər AES-lərdən
Ermənistana yardım göndərildi. Qəzanı çox
çətinliklə aradan qaldırmaq mümkün oldu.
1985-ci
il, iyun ayının 27-də Balakovo AES-də daha bir qəza
baş verdi. Nəticədə 14 nəfər həlak oldu. Qəzaya
səbəb kimi isə təmir
işlərinin tələsik aparılması göstərilir.
Əslində
bütün bu qəzalar SSRİ rəhbərliyi
üçün bir siqnal olmalı və adıçəkilən
sahəyə məsul şəxslərdən bununla
bağlı izahat tələb edilməli idi. Ancaq bu, baş
vermədi və əksinə, AES-lərdəki qəzalarla
bağlı məlumatlar əhalidən gizli saxlanıldı.
Nəticədə bu, dünya tarixində ən böyük qəzalardan
hesab edilən Çernobıl AES-in fəlakətinə gətirib
çıxardı.
Çernobıl dəhşətləri
SSRİ
Atom Energetikası Nazirliyi həmin dövrdə AES-lərdə
baş verən qəzaları təsadüfi hal kimi dəyərləndirir
və bunun bir daha təkrar olmayacağı barədə
ölkə rəhbərliyinə dönə-dönə vədlər
verirdi. Bu isə tez-gec böyük bir fəlakətə gətirib
çıxarmalı idi. Elə də oldu. 1985-ci ilin sentyabr
ayında Çernobıl AES-in birinci blokunda yanacaq
yığılan mərkəz gözlənilmədən
dağıldı. Buna səbəb isə AES-də
çalışanlar tərəfindən buraxılan səhv
oldu. Qəza zamanı ətrafa külli miqdarda radioaktiv maddələr
dağıldı. AES-ə bitişik zonalar, o cümlədən
yaxındakı Pripyat şəhəri güclü radioaktiv
şüalanmaya məruz qaldı. Amma AES rəhbərliyi və
müvafiq qurumlar tələm-tələsik qorxulu heç nə
baş vermədiyini və şüalanmanın insan orqanizmi
üçün təhlükəli olmadığını
bildirib, əhalini sakitləşdirdilər.
Bu
isə göz görə-görə milyonlarla insanı
ölümə göndərmək demək idi. Məhz AES-lərdə
baş verən qəzalara belə laqeyd və məsuliyyətsiz
yanaşılması Çernobıl fəlakətinin əsasını
qoydu. 1986-cı il, aprel ayının 26-da dünya
Çernobıl AES-də baş verən qəza ilə,
sözün əsl mənasında, silkələndi. Qəza
Çernobıl AES-in 4-cü blokunu işə salmaq istəyərkən
baş verdi. Qəzanı aradan qaldırmaq istəyən
operator nüvə reaksiyası gedən reaktoru dayandırmaq
istədi. Lakin qəza zamanı reaktorun avtomatik dayanmasına
xidmət edən mühafizə sistemləri qəfil
sıradan çıxdı. Bunu görən operator
çıxış yolunu qəza vəziyyətində
reaktorun işinin dayandırılmasına xidmət edən
qırmızı düyməni basmaqda gördü. Bu isə
güclü partlayışa səbəb oldu. Nəticədə
bir anda ətrafı qatı radioaktiv toz bürüdü.
İlk günlər qəza ilə bağlı məsələnin
böyüdülməməsi qərara
alınmışdı. Üstəlik, qarşıdan 1 may
şənlikləri gəlirdi. Hər gün on minlərlə
insan fəlakətdən xəbərsiz Kiyevin mərkəzi
meydanında 1 may bayramının məşqini keçirirdi.
Həmin vaxt onların heç birinin normadan yüz dəfə
çox radioaktiv şüalanmaya məruz qalmalarından xəbəri
yox idi. Amma baş verən fəlakətdən artıq xarici
ölkələr xəbər tutmuşdular. SSRİ-də isə
ictimaiyyət bu fəlakət barədə yalnız xarici
radiostansiyalardan məlumatlar ala bilirdi. Dərhal Ukrayna və
ona qonşu ölkələrin əhalisi arasında
güclü həyəcan əmələ gəldi. Hətta
bu fəlakətli anlarda belə, müvafiq qurumlar, o cümlədən
SSRİ rəhbərliyi baş verən dəhşətləri
ört-basdır etməyə və şüalanmanın əhali
üçün təhlükəli olmadığını
göstərməyə çalışırdılar. Sovet təbliğat
maşını gecə-gündüz əhalini sakitləşdirmək
üçün var gücü ilə işləyir,
televizorlar AES-də baş verən qəzanı aradan
qaldıranların guya təhlükəsiz şəraitdə
işlədiklətrəni göstərən
görüntülər yayımlayırdılar. Amma fəlakətin
nəticələri çox ağır idi və onu bu dəfə
gizlətmək mümkün olmadı. Rəsmi mənbələr
qəza nəticəsində 23 min kvadratkilometr ərazinin
güclü radioaktiv şüalanmaya məruz
qaldığını və oranın ölü zonaya
çevrildiyi barədə məlumatlar vermişdilər. Ancaq
faktiki olaraq, qəza zamanı Avropa ölkələri, o
cümlədən Qafqaz, Anadolu, Balkanlar müxtəlif səviyyələrdə
radioaktiv şüalanmaya məruz qalmışdılar. Külək
hətta radiasiyanı Skandinaviyaya belə aparıb çıxarmışdı.
Bir sıra otlaqların üzərinə radioaktiv toz
çökmüşdü. Təxminən 10 milyondan
yuxarı adam müxtəlif dərəcələrdə
radioaktiv şüalanmanın qurbanı olmuşdu. Qəzadan
sonra Ukraynada, Belarusda və digər Avropa ölkələrində
əhali arasında şüalanma xəstəliyinə
tutulanların, o cümlədən xərcəng xəstələrinin
sayı kosmik sürətlə artmışdı.
Şüalanmanın
qarşısını almaq üçün
Çernobılı xüsusi sarkofaqla örtdülər.
Lakin bu gün də Çernobıl AES-dən ətrafa
radioaktiv şüalar yayılmaqdadır. Alimlərin
hesablamalarına görə, Çernobılətrafı
zonalar yalnız 3 min ildən sonra yaşamaq üçün
yararlı olacaq.
AES-də qəzalar təhlükəsi olsa
da...
AES-lərin
ətraf mühit üçün böyük fəlakətlər
mənbəyi olmasına baxmayaraq, onların inşası davam
edir. Məsələn, qardaş Türkiyədə bu ayda ilk
AES-in bünövrəsi qoyulacaq. Ümumiyyətlə,
Türkiyədə yaxın 12 il ərzində 3 AES-in
inşası nəzərdə tutulub. İranda cüzi istisnalarla AES
istifadəyə hazırdır. Digər müsəlman ölkələrində
də yeni AES-lərin inşa ediləcəyi istisna edilmir.
Bunun da səbəbləri aydındır. Hazırkı mərhələdə
AES-də alınan nüvə yanacağı kosmosa göndərilən
peyklər və kosmik aparatlar üçün olduqca vacibdir.
Bir sözlə, AES-lər texniki tərəqqi mənbəyidir
və ondan istifadədən imtina etmək geriyə doğru
atılan addım ola bilərdi. Ən önəmlisi AES-lərin
təhlükəsiz işləməsinin təmin edilməsi və
baş verə biləcək qəzaların
qarşısının öncədən alınmasına
imkan verəcək daha etibarlı mühafizə sistemlərinin
yaradılmasıdır. Son
Əziz Mustafa
Zaman.-2011.- 2-4 aprel.- S.7.