Əqidə dostluğunu yüksək qiymətləndirərəm

 

  Əli Əmirli,yazıçı-dramaturq İnsanların hörmətini qazanmaq, ləyaqəti qoruyub saxlamaq çox çətin, onların hər ikisini  itirmək isə çox asandır 

- Sizə görə həyatda ən asan ən çətin şey nədir?

- İnsanların hörmətini qazanmaq, ləyaqəti qoruyub saxlamaq çox çətin, onların hər ikisini  itirmək isə çox asandır.

- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

- Uzun illər kənddə yaşayan Azərbaycan müəllimlərinin təcrübəsindən istifadə edərdim: məktəbdə dərs deməklə bərabər torpaqda işləyib ruzimi qazanardım.

- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

- Bir qayda olaraq keçmişə boylanmağı sevmirəm, onu təftiş etməyi . Hesab edirəm ki, kim necə yaşayırsa ona layiqdir.

- Valideyn müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?

- Allahdan başqa heç kəsə, o cümlədən valideynlərimə müəllimlərimə özümü borclu hesab etmirəm, onlara sayğım, məhəbbətim var.

- Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

- Bu suala dəqiq cavab verə  bilmərəm, hər şey situasiyadan asılıdır.

- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

- Mən yazıçı olmağı seçməmişəm, bu, Allahın mənə lütfüdür, onu yüksək qiymətləndirirəm. Sevmədiyim işlə məşğul olmamağa çalışıram.

           - Üzr istəmək sizə ağır gəlmir ki?

- Əgər üzr istəmək öz istəyimlədirsə, çətinlik çəkmirəm.

- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

- Sabir zərbi-məsələ çevrilmiş bu kəlamı bir şair kimi  məqamında yaxşı işlədib, amma unudub ki, kişi insandır, onun da qəlbi var.

- “Kaş ki... ölkədə doğulaydım, ... xalqın nümayəndəsi olaydımdediyiniz olurmu?

- Həyat hadisələrinə  real mövqedən yanaşdığıma görə mənkaş ki...” sözünü demək olar ki, işlətmirəm.

- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

- Əlbəttə, bizim ailədə inciklik, söz-söhbət olur,  çox vaxt da təxribatçı mən oluram. Barışmaq məsələsinə gələndə, burada dəqiq resept yoxdur, hər şey məqamından o məqamın yaratdığı ovqatdan asılıdır.

- Özünüzü kimin qarşısında günahkar bilirsiniz kiminsə günahını bağışlamısınızmı?

- İnsan öz əməllərini, günahlarını axıracan obyektiv qiymətləndirə bilmir, bəraət üçün həmişə bir səbəb tapır, mən o cümlədən. Başqasının mənə münasibətdə günahını ya qəbahətini isə əksər hallarda bağışlayıram, bu mümkün olmayanda o adamdan aralı olmağa çalışıram.

- Sizcə azadlıq, istədiyini eləməkdir, yoxsa istəmədiyini?

- İstədiyini eləmək daha çox cismani azadlıqdır, vacib olan ruhun azadlığıdır, onu qazanmaq çox çətindir.

- Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

- Əlbəttə ki sevgi xoşbəxtlikdir.

- Ən çox zaman utanırsınız?

- Yarınmaqdan yaltaqlanmaqdan utanıram.

- Ölüm nədir?

- Ölüm həm qurtuluşdur, vaxtında gələn ölüm isə gözəldir.

- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

- Çoxlu pulum olsaydı, imkansız gənclərin yüksək təhsil almalarına sərf edərdim.

- “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaqdüşüncəsi nəyi ifadə edir?

- Yumşaq desək, bəd əmələ bəraət qazandırmaq üçün uydurulmuş arqumentdir.

- Həyatda ən böyük təsəlliniz?

- Bu barədə düşünməmişəm, görünür təsəlliyə ehtiyacım olmayıb.

- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

- İstəmədiyim suala onsuz da cavab vermirəm.

- Yubiley ad günlərində özünüzü necə hiss edirsiniz?

- Ad günümü adi günlərdən o qədər seçmirəm, amma təbriklər eşidəndə könlüm xoş olur.

- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, yazardınız?

- Dünyanın hər yerindən görünə biləcək lövhəyə  Mərhəmətli olun!” nəsihətini yazardım.

- Sizə görə insanda ən yaxşı ən pis xarakter hansılardır?

- İnsanda ən ali keyfiyyət ədalətli olmaqdır, ən mənfi  keyfiyyət isə adamı rəzil eləyən acgözlük görməmişlikdir.

- vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq   olmusunuzmu?

- Uşaqlıq gənclik illərimdə çox davamlı məhəbbətlə sevdiyim bir kinoaktrisa olub - Nərgiz, məşhur Rac Kapurun tərəf-müqabili. Dünyasını çoxdan dəyişib, amma onun əsas qadın qəhrəmanlarını ifa etdiyiAvara”, “Cənab-420” filmlərini indi görəndə xoş duyğular keçirirəm, ilk dəfə onu ekranda gördüyüm 1956-cı ili xatırlayıram, onda mənim səkkiz yaşım vardı.

- Övladlarınız sizi atsalar, onlara deyərdiniz?

- Valideyn-övlad məsələlərinə  münasibətdə mənim mövqeyim birmənalıdır: valideyn övlada verdiklərinin əvəzini gözləməməlidir. Həyat sonu olmayan estafetdir, sən övladına verirsən, övladın da öz övladına. Heç kəsin heç kəsə möhtac olmadığı sosial müdafiəsi güclü ölkələrdə valideyn-övlad münasibətləri daha isti, daha səmimidir.

- Ən çox sevdiyiniz sevmədiyiniz sözlər?

- “İnsafsözünün həm mənasını, həm səslənməsini çox sevirəm. Sevmədiyim sözlər var, amma onları səsləndirmək istəməzdim.

- Fürsət olsa, ölümqabağı vəsiyyət edəcəksiniz

- Vəsiyyətim yoxdur, ümumiyyətlə, buyurmağı, nəsihət eləməyi sevmirəm. Öləndə heç kəsə tapşırıq vermək niyyətində deyiləm.

- Ən çox nədən qorxursunuz?

- Həyasız adamlardan qorxuram, onlardan uzaq olmağa çalışıram, bu mümkün olmayanda ehtiyatla davranıram, çalışıram quyruğunu bastalamayım.

- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

- Xoşbəxtlik daimi deyil, dəyişəndir, itəndir. İndiki vəziyyətimdə dar mənada mən özümü xoşbəxt hesab edirəm, geniş mənada xoşbəxt    olmaq üçün isə mənə Ağdamın, dünyaya göz açdığım Novruzlu kəndinin işğaldan azad edilməsi gərəkdir.

- Sizin kimlərə kimi xeyriniz var?

- Əslində bu suala mənim cavab verməyim  düzgün olmazdı.

- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona deyərdiniz?

- Bütün yaxşılıqlara pisliklərə baxmayaraq, haqqın həmişə qalib gəldiyi bu dünyada elə bir harmoniya, elə bir mizan var ki, o  bir insan şəklində qarşımda dayansaydı, ona heyran olduğumu bildirər Sükanı belə saxla!” deyərdim.

- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

- Xoşbəxtlikdən mən, demək olar ki,  heç vaxt istəməmişəm, mənə həmişə təklif ediblər, qəbul etdiklərim olub, imtina etdiklərim , amma yaxşımı eləmişəm, pismi - demək çətindir.

- Gənclik hansı yaşda bitir?

- Müdriklərdən biri deyib ki, qırx yaş gəncliyin qocalığıdır, əlli yaş isə qocalığın gəncliyidir. Deməli, qırx tamam olana qədər gəncsən,qırxdan sonra isə mənim ədəbi qəhrəmanlarımdan birinin dediyi kimi, hərdən hasarın bizə məlum olmayan o üzü haqqında da düşünmək lazımdır.

- Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

- Üzeyir bəyin qəhrəmanı demişkənÇelovek - jivotnoye obşestvennoye”, başqa sözlə, insan... ictimai varlıqdır. Deməli, onun dosta, yoldaşa, kollektivə ehtiyacı var. Əqidə, məslək, dünyagörüşü birliyindən, bir sözlə, mənəvi ehtiyacdan yaranan dostluğu yüksək qiymətləndirsəm , etiraf etməliyəm ki, dostum azdır,  təqsir mənim özümdədir.

 

 

Zaman.- 2011.-7-8 aprel.-S.7.