“Füzuli”
və “Şuşalı qız” məni yaman yandırır
Onun tablolarında doğma yurda, torpağa
bağlılıq əks olunub.
Elə bu mövzularda çəkdiyi
boyakarlıq və qrafika əsərləri ona plakat və
portret ustası kimi şöhrət qazandırıb.
Onun
tablolarında doğma
yurda, torpağa
bağlılıq
əks
olunub. Elə bu
mövzularda çəkdiyi
boyakarlıq və
qrafika əsərləri
ona plakat və
portret ustası kimi
şöhrət qazandırıb. Həmsöhbətimiz
tanınmış yazıçı
Seyid Hüseyn
və şair Ümgülsüm
xanımın
övladı, ömrünün 5 ilini
sürgündə
keçirmiş, bu
günlərdə
90 yaşı tamam olmuş
xalq rəssamı,
"Şöhrət" və
"Şərəf" ordenli
Oqtay Sadıqzadədir.
Qeyd edək
ki, o, sonuncu
mükafata bu
ilin fevralında
layiq görülüb. Oqtay
müəllim ölkə
başçısının
ona diqqətini
yüksək
dəyərləndirdi
və belə mükafatların
bir rəssam
kimi yaradıcılığına
əlavə
stimul verdiyini dedi.
Onunla söhbətimizi
70 il öncəki
həyat səhifələrini
vərəqləməklə
davam etdik. Bu
da səbəbsiz
deyildi, çünki bu
il onun
həbsindən
70, azadlığa çıxmasından
65 il keçir.
- Rəssamlıq
fəaliyyətimə
başladığım
Nizami Gəncəvi
adına Azərbaycan
Ədəbiyyatı
Muzeyində Nizaminin əsərlərinə
çəkdiyim və Bədii
Şura tərəfindən
bəyənilmiş
tablomun sevincini yaşamağa
imkan tapmamış "xalq düşməni"nin
oğlu kimi
katorqa cəzasına
məhkum olundum.
"İşçi batalyonu"nun tərkib-ində
Altay vilayətinin
Robsovsk şəhərində
tank zavodunun özülünün
salınmasında
çalışmağa
başladım. İnanın, elə
soyuq idi ki...
Torpaq şaxtadan elə
donurdu ki, külünglə
kiçik qəlpələr
belə qorarmaqda çətinlik
çəkirdim. Özümüz
də "zemlyanka"larda,
yəni yeraltı
"evlər"də
qalırdıq. Yeməkdən, yatıb-durduğumuz
yerdən danışmağa
dəyməz. Çünki
orada hər
şey insan əleyhinə
idi. Sözün
düzü, arıq
vücudumla belə
çətin şəraitdə sağ
qalacağıma heç
ümidim yox idi. Məni Allah
qorudu. İnanın, heç
xəstələnmədim
də...
- Nə əcəb
ordu sıralarına
yazılmaq fikrinə
düşmədiniz?
- Cəhd
etdim. Amma mənə
dedilər ki, istəyirsən
cəbhəyə
gedib faşistlərə
tərəf
keçəsən?! Bunu
ağlından
çıxart! Təbii
ki, ata-anamın
repressiya qurbanı olmalarından
onların xəbərləri
vardı. Yoxsa məni
belə təhdid
etməzdilər
ki?
- Bəs
orada sizin yaradıcılığınızdan
istifadə etmək
istəmədilər?
- O illərdə
rəssamlıq
sovet dövlətinin
əsas
təbliğat
vasitələrindən
birinə çevrilmişdi. Həmin şəhərdə
də yeganə rəssam
mən idim. Amma nədənsə
məndən
istifadə etmək
istəmirdilər. Lakin 1944-cü ildən
rəssam kimi
fəaliyyətimə
şərait yaratdılar. İşim siyasi
şüarlar yazmaq, divar
qəzetlərinə
tərtibatlar verməkdən
ibarət idi.
Bu təyinatdan az sonra
məni emalatxana ilə də təmin
etdilər. Təbii ki, bundan
sonra işim
bir qədər
asanlaşdı, yəni
daha səhər
tezdən durub
yer qazmağa
getmirdim.
- O illərdə
partiyaya keçmək
sanki bir ənənəyə
çevrilmişdi. Siz də bu
"axına" düşdünüzmü?
- Sözün
düzü, istəyirdim.
Amma məni
bu fikrimdən
koloniyanın komsomol katibi daşındırdı. Bu
məsləhətinə
görə sonradan onun ölülərinə
o qədər
rəhmət
oxudum ki...
- Bəs
bu zülmdən
necə qurtuldunuz?
- Müharibə
qurtarandan sonra xüsusi
şöbədə çalışan
bir nəfər
məni başa
saldı ki, əgər
Azərbaycan Rəssamlar
İttifaqı məktub
yazıb, sənə
ehtiyacları olduğunu
bildirsə, bu zülmdən
azad ola bilərsən. O
zaman bizim ittifaqa Yuqoslaviyaya qədər
döyüş yolu
keçmiş "Qırmızı
ulduz" ordenli Mürsəl
Nəcəfov
rəhbərlik
edirdi. Belə bir
müraciətim
müsbət
qarşılandı. Beləcə, 1946-cı
ilin martında
sürgündən
evə qayıtmağım
üçün mənə
arayış verildi. Yoxsa
kim bilir,
taleyim necə olacaqdı?
Bir sözlə,
o məktubun
mənə böyük
köməyi
oldu.
-
O illərdə ata-ananızla məktublaşa bilirdinizmi?
-
Anamdan arabir məktub alırdım. Atamdan isə
heç bir soraq çıxmadı. Onu da
deyim ki, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd
Əmin Rəsulzadə xalamın yoldaşı, həm də
anamın əmisi oğlu idi. Zənnimcə,
elə yaxınlarımın xalq düşməni kimi həbs
olunmalarında, güllələnmələrində bu amil əsas
oldu.
-
Onların həbsi ilə bağlı bir xatirəniz varmı?
-
O zaman 16 yaşım vardı. Yay günü
idi. Novxanıda - xalamgilin bağında
idim. Xalamın böyük oğlu Rəsulu
elə mənim gözlərim qabağında həbs etdilər
(3 gün sonra da güllələdilər). Elə həmin gün də Şüvəlandakı
bağımızda atamı tutdular.
"Təhsilimi davam etdirə bilmədim"
-
Sürgün həyatından sonra həyata uyğunlaşmaq
sizə çətin oldu?
-
Çox çətinliklərlə üzləşdim... İndi onları yada salanda istər-istəməz
kövrəlirəm. Maddi imkansızlıq, ailəmizin
qayğısı... Onu da deyim ki, ailəmizdə
3 qardaş, bir bacı idik. O zaman kiçik
qardaşım Cığatay da xalq düşməninin
oğlu kimi həbs olunmuşdu. O, işçi batalyonundan xəstə
qayıtdığı üçün vəfat etdi. Heç anamı da görmək mənə nəsib
olmadı. Belə ki, o, sürgündən
qayıtdıqdan 3 ay sonra dünyasını dəyişmişdi.
Bu xəbəri də katorqa həyatımdan
sonra aldım.
-
Elə bu kimi çətinliklər ucbatından təhsilinizi
də davam etdirə bilmədiniz?
-
Bəli... (Bir qədər
düşündükdən sonra əlavə edir). O
zaman məni oxuduğum Əzim Əzimzadə adına
Rəssamlıq Məktəbindən də qovdular. Məktəbə bərpa olunmağım haqqında
bir neçə dəfə Mədəniyyət İdarəsinə
müraciət elədim. Amma iş elə gətirdi ki,
bu məsələ ilə bağlı təşkil olunmuş
komissiyanın rəhbəri Ruhulla Axundov, daha sonra Davud Rəsulzadə
də həbs olundular. Sonradan Mirzə
İbrahimovun köməyi sayəsində məktəbə bərpa
olundum. O zaman o komissiyanın tərkibinə Üzeyir bəy
də daxil idi. Nə isə, sonradan üzləşdiyim
əziyyətlərdən sonra daha məktəb qapısı
döymədim. İndi məktəbdən söz
düşəndə yarızarafat, yarıgerçək deyirəm:
"Mən Sibir akademiyasını bitirmişəm". Bir də,
hər şeyi oxumaqla öyrənmək olmur ki... Gərək istedadın olsun. Eh, o qədər
işini bilməyən ali
savadlılarımız var ki... Bala, mənim məktəblərim
çalışdığım muzeylər olub.
"Onun taleyinecə
olacaq?"
-
Oqtay müəllim, indi hansı əsər üzərində
işləyirsiniz?
-
Qucağında körpə tutmuş ana təsviri olan, onun gələcək
taleyinin necə olacağını düşünən və
təxmini ad verdiyim "Onun taleyi necə olacaq?" tablosu
üzərində çalışıram. Amma nə gizlədim,
3-4 aydir ki, işləyə bilmirəm: gözlərim incidir, əlim
yaxşı işləmir. Hərdən mənə elə gəlir
ki, bu əsəri tamamlamağa ömür vəfa etməyəcək...
-
Niyə belə fikirləşirsiniz?
-
Artıq yaş da öz sözünü deyir... Bir şeyi də deyim. Deyirlər
ki, insan qocalanda müdrik olur. Amma mən bu
fikirlə razılaşmıram. Belə
ki, bu yaşda maraq dairən məhdudlaşır, səhvlərini
görə bilmirsən. Hərdən deyirəm, nə
yaxşı ki, çoxlu tələbələrim var... Şişirtmədən deyirəm ki, məni ayaqda
saxlayan onlardır. O gün olmasın ki, bu və ya digər
tələbəm qapımı döyməsin, yaxud zəng etməsin...
Mən də onlardan öz köməyimi əsirgəmirəm.
-
Maddi durumunuz necədir?
-
Allaha şükür yaxşıdır! Prezident
təqaüdü də alıram.
-
Bugünkü rəssamlığımızın
inkişafı sizi qane edirmi?
-
Bu gün sənətə münasibət dəyişib. Yeni üslublar realizmi üstələyib. Mən klassik üsluba üstünlük verirəm.
Heç yeni üslublara can atmıram. Bilirsinizmi, indiki rəssamların
öz prinsipləri var. Konseptual rəngkarlıq var... Burada şəkil çəkmək əsas deyil.
Vacibi ideyadır. O ideyanı necə
bacarırlar o formada çatdırmağa
çalışırlar. Nə gizlədim, belə
əsərlərdən zövq ala bilmirəm.
"Tarixi-ədəbi mənzərə
canlandırmaq çətindir"
-
Səhv etmirəmsə, siz İngiltərə
kraliçası II Yelizavetanın da portretini çəkmisiniz?
Onu II Yelizavetaya çatdırılacağı
barədə söhbətlər də dolaşırdı.
Bəs o tablonun taleyi necə oldu?
- Heydər Əliyev II Yelizavetanın
taxta çıxmasının 50 illiyi münasibəti ilə
təşkil olunacaq mərasimdə həmin tablonu ona
bağışlamalı idi. Lakin həmin tədbir
baş tutmadı, nəticədə tablo sahibinə
çatdırılmadı. Odur ki, onu
Dövlət İncəsənət Muzeyinə verdim. Daha doğrusu, muzey aldı.
- Siz Heydər Əliyevin, onun xanımının da portretlərini
çəkmisiniz? Heydər
Əliyevlə şəxsi tanışlığınız
var idi?
-
Heydər Əliyevlə ilk görüşüm 1985-ci ildə
onun bir qrup sənət adamı ilə hansısa rayonlardan
birinə gəlişi zamanı olub. Onu da deyim
ki, o, mənim yaddaşımda çox məlumatlı, həm
də xeyirxah bir şəxsiyyət kimi qalıb.
- Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində neçə-neçə
tematik tablonuz var... Belə əsərlər
yaratmağın çətinliyi nədədir?
-Doğrudan
da, tarixi-ədəbi mənzərələri canlandırmaq
çətindir. Odur ki, bu və ya digər mövzu üzərində
işləyərkən onlarla kitab mütaliə edir, nəinki
yaratdığım obrazın, həm də onun zəmanəsi
ilə yaxından
-
Oqtay müəllim, atanız yazıçı, ananız
şair olub... Bəs necə oldu ki, bu sənəti
seçdiniz?
-
Atamın rəssamlıq qabiliyyəti də vardı. Hərdən rəsmlər çəkərdi.
Amma bu sənəti necə seçməyimi,
heç şəkil çəkməyə nə vaxt
başladığımı deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, bəlkə də,
onun bu bacarığı məni bu sahəyə həvəsləndirib.
Odur ki, səkkizinci sinfi bitirib Rəssamlıq Məktəbinə
daxil oldum…
"Onun varlığı günlərimə
yeni rəng qatdı"
-
Oqtay müəllim, sizin həyat yoldaşınız Elmira
Şahtaxtinskaya da rəssam olub... Bəlkə,
onu da xatırlayaq?
- "Azərnəşr"də bədii redaktor
işləyirdim. Əslən
Naxçıvandan olan Elmiranın da təyinatını sonradan
ora verdilər. O, mənim rəhbərliyim altında
plakat şöbəsinə rəhbərlik edirdi. Onun gəlişi ilə 34 yaşlı Oqtayın
sankı dünyası yeniləndi, günlərinə yeni rənglər
qatıldı. Amma evsiz olduğuma görə
birdən-birə evlənmək barədə qərar vermədim.
Ev aldıqdan sonra ona evlənmək təklifi elədim.
-
İki rəssam bir damın altında... Ən
çox mübahisələriniz nə üstündə
olardı?
-
Nə qədər qəribə görünsə də,
söz-söhbətimiz daha çox rəssamlığa
görə düşərdi. O, hansısa əsəri bəyənərdi,
mən isə yox. Məsələn, mən
klassik alman rəssamlarının əsərlərini bəyənmirdim.
Elmiranın isə onların yaratdığı əsərlərdən
xoşu gəlirdi... Lakin həyat elə gətirdi ki, (kövrək
səslə) 1996-cı
ildə Elmiram dünyasını dəyişdi
-
Bəs darıxanda kimlərlə həmsöhbət olursunuz?
-
Hazırda yaşadığım binada bir zamanlar söhbətim
tutanların sayı çox idi. Onlarla həmsöhbət
olurdum. Yaşıdlarım bir-bir bu
dünyadan köçüb-gedirlər. Mikayıl
Abdullayevi və Böyükağa Mirzəzadəni deyirəm...
İndi bizim binada bir vaxtlar yoldaşlıq elədiyim
adamların ya övladları, ya da nəvələri
yaşayırlar. Nədənsə onlarla
dil tapmaqda çətinlik çəkirəm. Görünür, bu, elə yaşdan irəli gəlir.
Yaş öz sözünü deyir. Hə, bir də, son vaxtlar Tofiq Ağababayevlə,
Oqtay Şıxəliyevlə, Altay Hacıyevlə dərdləşirəm.
- Oğlunuz Altay da sizin sənətinizin davamçısı
oldu?
-
Altaya nə mən, nə də anası "rəssam ol"
demədik. Sadəcə, göz
açdığı mühit özü onu bu sahəyə gətirdi.
Onu da deyim ki, onun özünəməxsus dəst-xətti
var. Yəni o da müasirliyə meyillidir.
"İçərişəhəri
çəkərdim"
-
Son illər Bakı çox dəyişib. Əgər
sizdən Bakı ilə bağlı bir tablo çəkməyinizi
xahiş etsələr, bir köhnə bakılı kimi bu
şəhərin hansı guşəsini çəkərdiniz?
-
O vaxt Bakının öz sifəti var idi. İndi köhnə
Bakıdan heç nə qalmayıb ki... Evlər az qalır bir-birinin içinə girsin.
İnsafən inkişaf da var. Amma Bakı daha yaxşı ola bilərdi. Nə isə, indi
şəhər o qədər dəyişib ki, hərdən
tam başqa bir şəhərdə
yaşadığımı zənn edirəm. Amma mənim üçün dəyişməyən
yalnız anadan olduğum, boya-başa çatdığım,
hər daşına, hər dalanına bələd olduğum
İçərişəhərdir. Doğrudur,
İçərişəhər də bir qədər dəyişib.
Amma mənim gözlərimdə İçərişəhər
sankı əvvəlki İçərişəhərdi.
Oradan bir tablo məmnuniyyətlə işləyərdim.
-
Oqtay müəllim, nə vaxtsa xatirələrinizi yazmaq niyyətiniz
varmı?
-
Sözün düzü, bir zamanlar belə bir fikrim var idi. Amma indi... yaza bilmirəm.
-
Hansısa əsərinizin taleyindən narahatsınız?
- İki əsərimin taleyi məni indi də
düşündürür.
Onlardan biri Füzulinin portretidir ki, bir vaxtlar onu
Füzuli rayonuna bağışladım. İndi
ondan heç bir xəbər yoxdur. Görünür,
düşmən tapdağı altında qaldı... İkincisi də "Şuşalı
qız"dır ki, onu da bir kiprliyə verdim. Gərək
verməyəydim... Bu iki əsərin taleyi məni
indi də yandırır.
Qvamı Məhəbbətoğlu
Zaman.- 2011.- 12-13 aprel.- S.13.