Parçada açan güllər
Bədii tikmələr arasında təkəlduz
tikmələri daha geniş
yayılmışdı. XIX əsrdə təkəlduzçuluğun
mərkəzi Şəki şəhəri idi.
Bədii tikmələr
arasında təkəlduz tikmələri daha geniş yayılmışdı. XIX əsrdə təkəlduzçuluğun
mərkəzi
Şəki
şəhəri idi. Təkəlduzçuluq
üçün material kimi qırmızı, qara və tünd göy rəngli məxmər
və mahud işlədilirdi.
Təkəlduz bədii tikmələri qadınların
məşğuliyyəti olsa da, kişilər
də tətbiqi incəsənətin bu sahəsində öz
məharətlərini göstərirdilər. Dəzgahda dartılmış
parçada usta, əvvəlcə, rəsmin konturlarını çəkir,
sonra onun bütün daxili sahəsini doldururdu. Bu
tikmələr
üçün işlədilən iynə “qarmac” adlanırdı. Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların
üzlükləri,
mütəkkələr və örtüklərə bəzək vurulurdu.
Bədii tikmələrdə
geniş tətbiq edilən digər texnika saya tikmə
idi və bu tikmədə adətən parlaq olmayan, çox vaxt qızıl saplarla uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. İki növü olan (birtərəfli və ikitərəfli) saya bədii tikmə
üsulu ilə geyimlərə,
divar bəzəklərinə,
üz örtüyünə,
pərdələrə
və s. naxışlar vurulurdu.
Bədii tikmələrin geniş
yayılmış
növlərindən
biri də
“quş gözü”
- ağ və ya rəngli ipəklə vurulan bəzəklər idi.
“Düymələmə”
bədii tikmələrinə araqçının,
şəbkülahın (gecə baş
geyimi), yun geyimlərin bəzəklərində rast gəlinir. Mirvari və
muncuqlarla bədii tikmələr
böyük
marağa
səbəb
olurdu və
kostyum elementlərini,
məişət
əşyalarını bəzəyirdi.
Parıltılı bəzəklə, muncuqlarla bədii tikmə
- onları parçaya rəngli ipək
saplarla çəkilmiş rəsmin konturları
boyunca tikməkdir;
qurama və
spiral bədii tikmənin nisbətən
gənc üsullarıdır.
Bu gün
də ölkəmizin bir
çox şəhərlərində kökü daha qədim olan bədii tikmə
məktəbi qorunub saxlanmaqdadır və
Azərbaycan ustalarının
əl
işləri beynəlxalq sərgilərin,
muzeylərin ekspozisiyalarını bəzəməkdədir. Son
Zaman.-2011.-12-13
aprel.-S.11.