Çingiz Abdullayev: “Elə yaşayın ki, qocalandaömrüm yuxu kimi keçdideməyəsiniz

 

Bu günlərdə dünya şöhrətli  detektiv yazar, xalq yazıçısı Çingiz Abdullayevlə görüşüb söhbət etdik. Görüş zamanı əsərləri ilə bağlı müxtəlif məsələlərə, barəsində gəzən söz-söhbətlərə toxunduq. Əlbəttə, maraqlı söhbətimiz oldu. Ancaq bu görüş  mənim yadımda daha çox Çingiz Abdullayevin gənclərə nəsihəti ilə  yadda qaldı. O, dönə-dönə gəncləri kitab oxumağa səslədi. “Mən həmişə gənclərə deyirəm ki, bu dünyada heç  kəs qalmayacaq, hamı köçüb gedəcək. Elə yaşayın ki, qocalanda “ömrüm yuxu kimi keçdi” deməyəsiniz”,  - deyən tanınmış yazar ağıllı insanların kitablarını oxumağı məsləhət görür. Kitabları 28 dilə tərcümə olunan,  MDB və Baltikyanı ölkələrdə, eləcə də ABŞ, Fransa, İsveç, Norveç, Türkiyə, Albaniya, İsrail və digər ölkələrdə nəşr edilən,  kitablarının ümumi tirajı 20 milyonu ötən Çingiz Abdullayevlə söhbətimizi diqqətinizə çatdırırıq.

- Çingiz müəllim, bir detektiv yazar kimi sizin haqqınızda çox söz-söhbətlər gəzir. Bu söz-söhbətlər əsasən sizin xüsusi xidmət orqanlarında fəaliyyətinizlə bağlıdır. Bu barədə nə deyə bilərsiniz?

- Mənim xüsusi xidmət orqanlarında işləməyim haqqında gəzən şayiələr yalandır. Əgər insanların nəzərdə tutduqları mənim “KQB”də işləməyimdirsə, bu, doğru məlumat deyil. Mən bu qurumda işləsəydim, bunu fəxrlə deyərdim. Ancaq hərbi sahədə müəyyən müddət işləmişəm. Daha sonra dövlət təhlükəsizlik orqanlarının kuratoru olmuşam. Sonuncu dəfə isəKQB”nin kuratoru vəzifəsində çalışmışam. Şübhəsiz, bu orqanlardakı fəaliyyətim yaradıcılığıma böyük köməklik göstərib.

 

Mən Dronqonu görmüşəm

 

- Sizin bir çox detektiv romanlarınızın qəhrəmanıDronqo”dur. “Dronqoadından istifadə etməyinizin xüsusi bir səbəbi varmı?

- Sözsüz ki, var. Mən SSRİ vaxtındaCeyms Bond” kimi bir qəhrəman formalaşdırmaq istəyirdim. Həmin qəhrəmanın SSRİ- yaşayan bütün millətlər tərəfindən qəbul edilməsini qarşıma məqsəd qoymuşdum. Mən, doğrudan da, buna nail oldum həmin qəhrəmanaDronqoadını verdim. İndi fəxrlə demək olar ki, gürcülər , tatarlar da, ləzgilər , ruslar daDronqo”nu öz qəhrəmanları kimi qəbul edirlər.

- “Dronqosözünün mənasını izah edərdiniz?

- Dronqo quş adıdır. Bu quş heyvanları təqlid etməyi bacaran heç nədən qorxmayan balaca bir quşdur. Mən özüm həmin quşu görmüşəm.

- Sizin solaxay killerin həyatından bəhs edən kitablarınız var. O kitabların qəhrəmanı qatil olsa da, oxucuların təsəvvüründə müdrik bir obraz kimi canlanıb. Doğrudan da, belə müdrik qatil olubmu?

- Bəli, belə bir qatil olub. Ancaq o, kitabda yazılan kimi yox, ona oxşar birisi idi. Onun həyatından bəhs edən kitab Amerikada digər ölkələrdə geniş oxucu kütləsi qazanıb. Nəzərinizə çatdırım ki, Rusiyanın tanınmış aktyoru Yevgeni Mironov bu qatil haqqında film çəkmək üçün məndən icazə alıb yaxın günlərdə çəkilişlərə başlayacaqlar.

 

Heç vaxt şeir yazmamışam

 

- Kitab yazmaq üçün faktları necə əldə edirsiniz?

- Faktları toplamaq üçün müəyyən görüşlər keçirirəm, sənədlərlə tanış oluram. Qeyd edim ki, mənim arxivdən faktları əldə etməyə icazəm var, həmçinin oradan da topladığım faktlardan kitablarımda istifadə edirəm.

- Yazıçılıq fəaliyyətinizə vaxtdan başlamısınız?

- Mən yazıçılığa hələ məktəb illərindən başlamışam. Hələ o vaxtdan isə yazmağa çalışırdım. Sonra hüquq fakültəsinə daxil oldum. Ali təhsil aldığım müddətdə mənKomsomol projektoruqəzetinin baş redaktoru işləyirdim. Orada da çox yazılarım çıxıb həmin vaxtdan 40 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, dostlarım yazılarımı indiyə kimi saxlayırlar.

- Ailə həyatınız haqqında məlumat verməyinizi xahiş edərdik?

- Evliyəm iki övladım var. Övladlarım da kitablarımı oxuyurlar, xoşlarına gəlir.

- Maraqlıdır, detektiv yazar kimi tanınan Çingiz Abdullayev vaxtsa lirikaya müraciət edibmi?

- Bəli, bir neçə lirik hekayə yazmışam, indi yazıram. Ən uğurlu hekayələrimdən biri, “Bir toyun əhvalatı”dır. Yeri gəlmişkən, həmin hekayə Azərbaycan dilinə tərcümə olunub. Bu hekayəni oxucularım çox bəyənib. Onların sözlərinə görə, “Bir toyun əhvalatı” XX əsrin üç ən yaxşı hekayəsindən biridir. Şeir isə heç vaxt yazmamışam.

- Fərqli bir janrda kitab yazmısınızmı?

- Sezardan bəhs edən tarixi roman yazmışam. Böyük bir romandır. Roman ingilis fransız dillərinə tərcümə edilib. Bu romanı 10 ilə yaxın bir müddətdə yazmışam. Qeyd edim ki, onu Azərbaycan dilinə tərcümə etmək üçün ən azı 2-3 il vaxt lazımdır. Tərcüməçilər, hələlik, bu məsuliyyətli işə başlamağa çəkinirlər.

- Hazırda Azərbaycanda, demək olar ki, ən çox oxunan janr detektivdir. Sizcə, bunun səbəbi nədir?

- Mən sizə deyim ki, təkcə Azərbaycanda yox, bütün dünyada detektiv janrda yazılmış əsərlər çox oxunur. Ən çox baxılan filmlər detektiv janrda çəkilən filmlərdir. Bunun əsas səbəblərindən biri həmin janrda yazılan kitabların, yaxud çəkilən filmlərin real hadisələrdən götürülməsidir. Eyni zamanda bu janrda yazılan əsərlərin fərqli maraqlı süjet xətti olur. Bu da oxucuların marağına səbəb olur.

 

Mən istərdim ki, Qarabağdan, Xocalıdan, Şuşadan yazım...”

 

- Elə mövzular olurmu ki, haqqında yazmaq istəyəsiniz, ancaq yaza bilməyəsiniz?

- Əlbəttə, indi senzura yoxdur istədiyini yaza bilirsən. Ancaq elə mövzular da var ki, onlara müraciət etmək hələ tezdir. Məsələn, mən istərdim ki, Qarabağdan, Xocalıdan, Şuşadan, Bakıda baş vermiş hadisələrdən ətraflı yazım. Ancaq hələ müharibə qurtarmayıb. Müharibə başa çatmamış hər şeyi yazmaq olmur. Ona görə yox ki, mən nədənsə qorxuram ya çəkinirəm. Ona görə ki, bu müharibədə bizim səhvlərimiz, nöqsanlarımız olub. İndi hamısını açıq-aşkar yazmaq, düşünürəm ki, düzgün deyil. Ancaq müharibə qurtarandan sonra bütün faktları yavaş-yavaş yazacağıq.

- Kitablarınız 28 dilə tərcümə olunub. Daha hansı dillərə tərcümə olunacağı gözlənilir?

- Kitablarım artıq 29-cu dilə - Çin dilinə tərcümə olunacaq. Onlar tərcümə üçün məndən icazə alıblar. Kitab hələ çıxmayıb, ancaq hazırda tərcümə işləri gedir. Kitablarım sonuncu dəfə Rumıniya, Estoniya Ukraynada tərcümə olunub. Bu yaxınlarda isə Türkiyə Danimarkada yeni kitablarım çıxıb. Qeyd edim ki, bu ilin may ayında Rumıniyada, iyul ayında isə Almaniyada olmalıyam. Bu ölkələrin nüfuzlu təşkilatlarından mənə dəvətlər gəlib. Hər halda mənə mükafat verməyi düşünürlər. Bunlar onu göstərir ki, xaricdəki oxucularım əsərlərimi bəyənirlər.

- Yazdığınız kitablar əsasında 9 film çəkilib. Yeni filmlərin çəkilişi gözlənilirmi?

- Axırıncı dəfə kitablarımın əsasında iki Azərbaycan kinosu çəkilib. Bunlardan biri Mehriban Ələkbərzadənin çəkdiyiMəhkumlarfilmidir ki, bu, ictimaiyyətə məlumdur. Bu yaxınlarda isəÇevrilmiş dünyaadlı təzə filmin təqdimatı keçiriləcək. Bu filmin rejissoru Ənvər Əblucdur. Qeyd edim ki, bu, ilk Azərbaycan-İran filmidir burada iranlı aktyorlar da rol alıblar.

 

“Bu dünyaya nəyə görə gəldiyimizi, nəyə görə yaşadığımızı necə yaşamalı olduğumuzu bilməliyik

 

- Son olaraq gənclərə tövsiyə edərdiniz?

- Kitab oxusunlar. Şərt deyil ki, mənim kitabımı oxusunlar, ümumiyyətlə, kitab oxusunlar. Bəziləri elə fikirləşirlər ki, bazarda ya dükanda nəsə satmaq üçün kitaba ehtiyac yoxdur. Ancaq mənim belələrinə yazığım gəlir. Kitabsız bu dünyanı tanımaq, dərk etmək mümkün deyil. Ona görə kitab oxumaq mütləq lazımdır. Çalışın, çox şey öyrənəsiniz, biləsiniz. Mən həmişə gənclərə deyirəm ki, bu dünyada heç kəs qalmayacaq, hamı köçüb gedəcək. Elə yaşayın ki, qocalandaömrüm yuxu kimi keçdideməyəsiniz. Mən çox adam tanıyıram, yaşlananda deyirlər ki, “heç özüm başa düşmədən ömrüm yuxu kimi keçib getdi”. Ancaq bu dünyaya nəyə görə gəldiyimizi, nəyə görə yaşadığımızı necə yaşamalı olduğumuzu bilməliyik.

 

Yaxşı kitabı seçib oxumaq ağıllı insanlarla ünsiyyətdə olmaq deməkdir

 

- Hansı kitabları oxumağı məsləhət görürsünüz?

- Əlbəttə, kitablar arasında seçim etməyi bacarmaq lazımdır. Yaxşı kitabı seçib oxumaq ağıllı insanlarla ünsiyyətdə olmaq, onların dəyərli fikirlərindən faydalanmaq deməkdir. Baxın, Nizaminin yaşadığı dövrdən 1000 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, hələ onun əsərlərini milyonlarla insan oxuyur. Bu artıq sübutdur ki, o, qiymətli əsərlər yazıb. Füzuli belə yazıçılardan olub. Mən Kərbəlada olanda bu dahi şairin qəbrini ziyarət etdim. Onu İmam Hüseyin məscidində dəfn ediblər. Maraqlıdır ki, Füzulinin orada dəfn olunmasından təxminən 500 il keçib, ancaq həmin məsciddə başqa kimsəni dəfn etməyiblər. Görün, o necə yazıçı olub ki, ona belə hörmət bəsləyirlər. Onları oxumaq, öyrənmək lazımdır. Qeyd edim ki, Tolstoyu, Dostoyevskini Balzakı da milyonlarla insan oxuyur.

 

 

Ruslan Çingizoğlu

 

Zaman.- 2011.-23-25 aprel.- S. 4.