Sevinirəm ki, namuslu bir həyat yaşamışam

 

- Sizə görə həyatda ən asan və ən çətin şey nədir?

- Asan şey tez-tez sifətini dəyişmək, ən çətin şey isə sifətini qoruyub saxlamaqdır.

- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

- O cür vəziyyətə düşsəm, yerində qərar verərdim. İndi olmayan şey haqqında desəm, səmimi olmaz.

- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

- Əlbəttə, məmnun qaldığım məqamlar da var, razı olmadığım da. Amma sevinirəm ki, normal, namuslu bir həyat yaşamışam, ailəmdən, övladlarımdan razıyam. Üzülürəm ki, bəzən vaxtımı boş işlərə sərf eləmişəm, halbuki həmin vaxt ərzində daha faydalı, səmərəli işlər görə, yazılar yaza bilərdim.

- Valideyn müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?

- Bütün gözəl insanlara özümü borclu bilirəm, bir oxuduğum kitablara, bilgilərə...

- Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

- Gurultulu səslənsə , Vətənim Ana dilim.

- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

- Seçdiyim, ağlım kəsəndən bəri məşğul olduğum işdə, yəni ədəbiyyatda.

- Üzr istəmək sizə ağır gəlmir ki?

- Üzr istəməli olduğum məqam varsa, heç ağır gəlmir.

- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

- Elə məqamlar olur ki, qeyrətli kişilər ağlamalı olurlar, ağlayırlar, amma onlar göz yaşlarını içinə axıdırlar.

- “Kaş ki filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydımdediyiniz olurmu?

- gizlədim, bəzən küsəndə, bezəndə belə olur.

- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

- Hərdən olur evin kişisi kimi barışa ilkin təşəbbüsü mən göstərirəm.

- Özünüzü kimin qarşısında günahkar bilirsiniz kiminsə günahını bağışlamısınızmı?

- Kimsənin qarşısında özümü günahkar hesab eləmirəm. Özümə qarşı edilən haqsızlığı bağışlaya bilərəm, amma yaxınlarıma, əzizlərimə, dünyasını dəyişmiş klassiklərimizə qarşı təcavüzü bağışlamıram.

- Sizcə azadlıq, istədiyini eləməkdir, yoxsa istəmədiyini?

- Təbii ki, azadlıq istədiyini eləməkdir, amma bir şərtlə ki, məsuliyyəti unutmayasan.

- Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

- Sevgi elə bir az ümiddir, bir az qorxudur, bir az da xoşbəxtlik.

- Ən çox zaman utanırsınız?

- Yanımda biri yalan danışanda onun yerinə utanıram.

- Ölüm nədir?

- Qaçılmazlıq.

- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

- Xeyriyyəçilik edərdim, bir xalqım üçün lazim bildiyim kitabları çap edərdim.

- “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaqdüşüncəsi nəyi ifadə edir?

- Eqoistliyi, məncilliyi.

- Həyatda ən böyük təsəlliniz?

- Balalarım.

- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

- Heç bir sualdan qorxmuram. Hər suala cavab verməyə hazıram.

- Yubiley ad günlərində özünüzü necə hiss edirsiniz?

- Bir ilin keçib getdiyinin acısını duya-duya yaşayıram o günləri.

- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, yazardınız?

- İnsanlar, bir-birinizi başa düşməyə çalışın!

- Sizə görə insanda ən yaxşı ən pis xarakter hansılardır?

- Pislərdən başlayaq: böhtan, yalan, paxıllıq, qorxaqlıq, yaltaqlıq... Yaxşı isə bunlardan uzaq olmaqdır.

- vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq   olmusunuzmu?

- Bülbülün sənətinin heyranı olmuşam.

- Övladlarınız sizi atsalar, onlara deyərdiniz?

- Bu, mümkün olan deyil. Ona görə bu haqda heç düşünmək istəmirəm.

- Ən çox sevdiyiniz sevmədiyiniz sözlər?

- Ən çox sevdiklərim şeir misralarıdır, sevmədiyim isə yalan, bayağı sözlər...

- Fürsət olsa, ölümqabağı vəsiyyət edəcəksiniz?

- Biz dünyadan gedər olduq, qalanlara salam olsun!

- Ən çox nədən qorxursunuz?

- Xalqımın, Vətənimin başına gətirilə biləcək bəlalardan qorxuram.

- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

- Vaxtım, ömrüm.

- Sizin kimlərə kimi xeyriniz var?

- Bu suala mənim yardım etdiyim, himayə etdiyim adamlar daha dürüst cavab verə bilərlər.

- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona  deyərdiniz?

- Allah səni gözəl yaradıb, amma heyif ki, biz insanlar sənin qədrini yetərincə bilmirik.

- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

- Çox şeydən, o cümlədən yüksək vəzifələrdən imtina etmişəm.

 

Gənclik hansı yaşda bitir?

 

- İnsan qədər ki qocalmayıb, özünü qoca kimi hiss eləmir, gəncdir.

- Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

- Dostlarım çoxdur. İnsanlar müxtəlif səbəblərdən dost olurlar. Kiminləsə gənclikdən dost olursan, sonradan əqidə, peşə dostları tapırsan. Əsas odur ki, dostluqda etibarlı olasan.

 

 

Zaman.- 2011.- 28-29 aprel.- S.13.