“Bacarıqlı mütəxəssis göydən düşmür, hazırlanır”

  

Mingəçevir Turizm Kolleci Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təşkil olunub.

 

Mingəçevir Turizm Kolleci Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təşkil olunub. Fəaliyyət göstərdiyi 5 il müddətində kollec müxtəlif istiqamətlər üzrə əhəmiyyətli uğurlar əldə edib. Bəs bu qısa zaman kəsiyində kollec bu kimi nailiyyətlərə necə nail olub? Elə Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovla söhbətimiz də bu mövzudadır.  

 

Əyyub müəllim bizimlə söhbətə bu sözlərlə başladı: “Respublikamızın həm təbii coğrafi, həm müasir dünyada tutduğu mövqeyi onu turistlər üçün maraqlı məkana çevirib. Odur ki, dövlətimiz bu sahənin inkişafında vacib addımlar atır atmaqdadır. Elə son illər turizm sahəsinə diqqətin artırılması, bu sahə üzrə iki təhsil müəssisəsinin - mütəxəssislər hazırlayan Turizm İnstitutu Mingəçevir Turizm Kollecinin təsis edilməsi bu addımların tərkib hissələrindəndir”. O, cari ilinTurizm ilielan olunmasını bu sahənin diqqət mərkəzində olmasının bariz nümunəsi kimi dəyərləndirdi. Son illər bu sahə ilə bağlı müxtəlif obyektlərin inşa olunduğunu bildirən həmsöhbətimiz bu təhsil ocaqlarının vacibliyini xüsusi vurğuladı: “Təkcə yüksək səviyyəli otellər inşa etməklə bitmir, turizm sektorunun inkişaf etdirilməsi üçün mütəxəssislərin olması vacib şərtlərdəndir”.

Daha sonra Əyyub müəllim Mingəçevir Turizm Kollecinin rəhbəri kimi fəaliyyətlərinin ilk illərində qarşılaşdıqları problemlərdən söz açdı: “Həmin çətinliklər ölkəmizdə bu sahə üzrə mütəxəssislərin olmamasından qaynaqlanırdı. Axı sovet dönəmində ölkəmizdə turizm üzrə mütəxəssislər hazırlanmamışdı. Ancaq respublikamız müstəqillik əldə etdikdən sonra bu problemlər tədricən aradan qalxmağa başladı”. Elə bu kimi səbəblərdən xaricilərin bu sahədəki təcrübəsindən yararlanmaq məcburiyyətində olduqlarını vurğulayan Əyyub müəllim bu məqsədlə, ilk növbədə, Türkiyə, Rusiya, Ukrayna, Belarusa üz tutduqlarını dilə gətirdi. Daha sonra Şotlandiyanın Edinburq şəhərindəki Stevenson Kolleci ilə əlaqələrdən söz açan Əyyub müəllim dedi ki, bu gün onun rəhbərlik etdiyi təhsil müəssisəsinin beynəlxalq əlaqələri daha genişdir: “Yəni 5 ildə turizm üzrə mütəxəssis hazırlığını Böyük Britaniya imkanları səviyyəsində öyrəndik, onların təcrübəsindən yararlandıq. Biz bununla kifayətlənmirik. Artıq Rumniyanın Braşov şəhərində fəaliyyət göstərən  Andreyev Barsiano Kolleci ilə üçillik müqavilə imzalamışıq. Rusiyanın Moskva Biznes İqtisadiyyat Kolleci Moskva Humanitar Kolleci ilə əməkdaşlıq üçün razılıq əldə etmişik”.

Əyyub müəllim Mingəçevir Turizm Kollecinin turizm şirkətləri ilə əlaqələrindən söz açdı. Bildirdi ki, son vaxtlar bu əlaqələr daha da intensivləşib: “Tələbələrimiz turizm şirkətlərində təcrübə keçirlər. Artıq bizim məzunlara ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərində rast gəlmək mümkündür. Onu da deyim ki, hazırda ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin ixtisaslı mütəxəssislərə tələbatı çoxdur”. Onun sözlərinə görə, kollecin Mingəçevirdə fəaliyyət göstərən “River Side” ilə əlaqələri daha möhkəmdir: “Təhsil müəssisələrinin işəgötürənlərlə sıx əlaqələri olmasa, əsl mütəxəssislər hazırlamaq çətin olar. Bu sahə üzrə kadrlara ehtiyacı olan obyektlər yaxşı mütəxəssisin hazırlanmasında səylə çalışmalıdır. Bu mənada yaxşı kadr hazırlığı hər iki tərəfin maraq dairəsində olmalıdır. Bir sözlə, bacarıqlı mütəxəssis göydən düşmür, hazırlanır”. Həmsöhbətimiz bizimlə söhbətində bu sahənin inkişafında peşə məktəblərinin açılmasına da ehtiyac olduğunu vurğuladı. Əyyub müəllimin sözlərinə görə, hazırda kollecdə 200-ə yaxın professor, müəllim heyəti çalışır ki, bunun da 80 faizindən çoxu gənclərdir. Kollecdə 2000-dən yuxarı tələbə təhsil alır, 13 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Əyyub müəllim söhbətinin sonunda maraqlı bir məqama da toxundu. Dedi ki, artıq kollecimizin məzunları da turizm sahəsinin uzmanları kimi təhsil müəssisəmizdə fəaliyyətə başlayıblar: “İnanıram ki, onlar bu sahənin inkişafına öz töhfələrini verəcəklər”.  Müsahibim onu da qeyd etdi ki, turizm respublikamızda yeni, eyni zamanda inkişafda olan bir sahədir. Turizmin inkişafı artıq ölkə iqtisadiyyatının bir çox sahələrinə təkan verməkdədir: “Şübhəsiz, bu amil ölkədə işsizlik probleminin tədricən aradan qaldırılmasına da müsbət təsirini göstərəcək. Ə. Əyyubov Mədəniyyət Turizm Nazirliyinin Azərbaycanda turizm sahəsinə xüsusi diqqət yetirdiyini vurğuladı.

Qeyd edək ki, Əyyub müəllim 23 kitab 300-ə yaxın elmi məqalənin müəllifidir. Hazırda o, “Ümumi turizmdərsliyi üzərində işləyir.Belə bir kitabın hazırlanması hansı zərurətdən irəli gəldi?” sualına isə o, belə cavab verdi: “Etiraf etmək lazımdır ki, son illər bu sahəyə aid ədəbiyyat, dərsliklər çap olunub. Mənim fikrimcə, onlar yetərli deyil. Odur ki, Türkiyənin, Rusiyanın, Böyük Britaniyanın təcrübələri əsasında yeni bir dərslik hazırlamağı qərara aldım”.

 

 

ESMIRA HİDAYƏTOVA

 

Zaman.- 2011.- 16-17 avqust.- S.8.