Maksim Qorki -həyatın
dibindən zirvəsinə (2)
Stalinlə
çox yaxın olmasına baxmayaraq, həyatının son
illərində Qorki olduqca ehtiyatlı şəkildə ona
qarşı müxalifətə keçmiş, xüsusilə
ölkədə hakimiyyətin rusların əlinə
keçməsinin qızğın tərəfdarı olan millətçi
Sergey Kirovla dostlaşmışdı. Kirovun fəaliyyəti açıq
şəkildə Stalinə
qarşı çevrilmişdi
və bundan sonuncunun xəbəri vardı. Kirovla Qorkinin yaxın
münasibətlərdə olmasından isə, şübhəsiz ki,
Stalin və ətrafındakılar
xəbərdar idi.
Düzdür, Qorki açıq
şəkildə Stalinin
əleyhinə çıxmırdı.
Amma bütün hallarda Qorkinin Kirovla sıx münasibətdə
olması, əvvəlcə,
oğlunun, sonra isə onun özünün
faciəli şəkildə
öldürülməsinə yol açdı.
Qorki qəzəblə yazırdı
ki, bütün bunlar uşaqların gözləri önündə
baş verir və bu da
onların psixologiyasında
vəhşilik formalaşdırır:
“Axı bu uşaqlar bizim gələcəyimiz olacaq
işıqlı dünyanın
qurucularıdır. Belə getsə,
insan həyatının
bir qəpik də qiyməti olmayacaq. Axı insan bu dünyada yaradılanların
ən yaxşısıdır.
Müharibə insan həyatını
bir güllədən
də ucuz edir. Halbuki biz həmişə buna görə imperialistləri lənətləmişlik.
Belə isə bu gün,
inqilab zamanı insanların vəhşicəsinə
öldürülməsinə görə bəs kimi lənətləyək”.
Bolşevikləri tənqid və
cəzasızlıq
Amma Qorki bununla kifayətlənmək
niyyətində deyildi. O, 1918-ci idə
Leninin inqilabi siyasətini kəskin şəkildə pisləyən
“Vaxtı çatmamış
düşüncələr” adlı publisist kitabını nəşr
etdirdi. Bu kitabda
Lenin tərəfindən inqilabın
vaxtından əvvəl
həyata keçirilməsi
və onun cəmiyyətə gətirdiyi
dağıdıcı nəticələr
yazıçı tərəfindən
sərt şəkildə
qamçılanırdı. Tənqidə dözümsüz olan və buna
görə əleyhdarlarını
amansızcasına cəzalandıran
bolşeviklər nə
üçünsə hətta
Lenini belə sərt şəkildə tənqid edən Qorkiyə dəyib-dolaşmırdılar.
Buna səbəb kimi isə Qorkinin Sverdlovla yaxın dost olması göstərilir.
Qorki Sverdlovun qardaşlarından
birini oğulluğa götürmüşdü. Bəzi məlumatlara görə, gəncliyində Qorki Sverdlovlar ailəsi ilə yaxınlıq edib və oğulluğa
götürdüyü qardaşlardan
biri onun qeyri-qanuni övladı olub. Onu da deyək ki,
məhz Sverdlovla yaxınlığından istifadə
edərək, Qorki həmin dövrdə E.
İ. Zamyatin, A.M. Remizov,
V. F. Xodaseviç, V. B. Şklovski
və digər tanınmış ziyalıların
bolşeviklər tərəfindən
güllələnmə təhlükəsindən
xilas etmişdi. 1921-ci ildə Qorki
Leninin israrlı tələbləri ilə
İtaliyanın Sorrento şəhərinə
getdi. O burada 7 il ərzində
müalicə olundu. Buna baxmayaraq, ədib
Rusiya, o cümlədən
yeni nəsil sovet yazarları, həmçinin köhnə
dostları olan yazıçılarla sıx
əlaqələr saxlayırdı.
Sorrentoda
Qorki “Artamanovların işi” romanını və bir çox
hekayələrini yazdı.
İtaliyada o həmçinin “Klim Samginin həyatı”
romanı üzərində
işə başladı.
Amma
Sorrento həyatı Qorkini
dəyişdirmişdi və
o, əvvəlki kimi bolşevikləri daha tənqid etmirdi. 1928-ci ildə Qorki
Stalinin təşəbbüsü
ilə SSRİ-yə qayıtdı. Stalin dərhal onu SSRİ-ni gəzməyə göndərdi. Qorki ölkədə
baş verən tikinti-quruculuq işləri
ilə əlaqədar
Stalini tərifləməyə
başladı. Onun Stalini
tərifləyən məqalələri
beynəlxalq aləmdə
də böyük maraqla qarşılanırdı.
Çünki bu məqalələri yazan vaxtilə bolşeviklərin
iş metodlarını,
o cümlədən Lenini
sərt şəkildə
tənqid edən Qorki idi. Ötən əsrin
30-cu illərinin əvvəllərində
Qorkinin təşəbbüsü
və Stalinin razılığı ilə
Ədəbiyyat İnstitutu
(sonralar bu instituta Qorkinin adı verildi), 1934-cü ildə isə SSRİ Yazıçılar İttifaqı
yaradıldı. Ona sədrlik
isə Qorkiyə tapşırıldı.
Sirli ölüm, yoxsa
intiqam?
Stalinlə çox yaxın olmasına baxmayaraq, həyatının son illərində
Qorki olduqca ehtiyatlı şəkildə
ona qarşı müxalifətə keçmiş,
xüsusilə ölkədə
hakimiyyətin rusların
əlinə keçməsinin
qızğın tərəfdarı
olan millətçi
Sergey Kirovla dostlaşmışdı. Kirovun fəaliyyəti
açıq şəkildə
Stalinə qarşı
çevrilmişdi və
bundan sonuncunun xəbəri vardı.
Kirovla Qorkinin yaxın münasibətlərdə olmasından
isə, şübhəsiz
ki, Stalin və ətrafındakılar xəbərdar
idi. Düzdür, Qorki açıq
şəkildə Stalinin
əleyhinə çıxmırdı.
Amma bütün hallarda Qorkinin Kirovla sıx münasibətdə
olması, əvvəlcə,
oğlunun, sonra isə onun özünün
faciəli şəkildə
öldürülməsinə yol açdı. 1936-cı ildə qriplə xəstələnən
Qorki oğlu kimi gözlənilmədən
müəmmalı şəkildə
dünyasını dəyişdi.
Əvvəlcə, Qorkinin öz
əcəli ilə öldüyünü desələr
də, sonra onun öldürülməsi
barədə müxtəlif
məlumatlar səsləndirilməyə
başladı. Sovet rəsmi
mətbuatında gedən
yazılara görə,
Qorkini trotskiçilər
və sağlar öldürüblər. Stalin
öləndən sonra
Qorkinin ölümündə
onu da günahlandırmağa
başladılar. Bununla əlaqədar
belə bir fikir vurğulanmağa başladı ki, guya Stalin xalq daxili işlər komissarı Henrix Yaqoda və onun tabeçiliyində olanlar, o cümlədən
Qorkinin məşuqəsi
Mariya Budberq vasitəsilə onu aradan götürdüb.
Son illərdə Qorkinin
ölümü ilə
bağlı arxivlərdə
saxlanan gizli məlumatlar “Qorkinin ölümü ətrafında
(Sənədlər, faktlar
və ehtimallar) “ araşdırma işi ilə ictimaiyyətə açıqlanıb.
Həmin
sənədlərə əsasən,
Qorkinin ölümü
ərəfəsində baş
verənlər barədə
müəyyən bir təsəvvür əldə
etmək mümkündür.
Sənədlərə əsasən
xəstə Qorki ölümündən əvvəl,
1936-cı ilin may ayında
Krımda istirahət edirdi və Moskvaya gəlmək niyyətində deyildi. Amma o, tez-tez ətrafındakılara
nəvələri üçün
darıxdığını söyləyirdi. Gözlənilmədən ona məlumat verdilər ki, nəvələri xəstələnib.
Oğlu Maksimin müəmmalı şəkildə ölümündə
Yaqoda və onun əlaltılarından
şübhələnən Qorki dərhal yola çıxdı.
Halbuki ona birdən-birə havasını dəyişmək
olmazdı. O, mayın
27-də Moskvaya çatdı
və vaqondan çıxar-çıxmaz nəvələrini
soruşdu. O, evə çatan kimi həkimlərin etirazına
baxmayaraq, dərhal xəstə nəvələrinin
yatdığı otağa
girdi. İyunun 1-də o, ailə üzvləri ilə birlikdə Novodeviçye qəbiristanlığına gedərək,
orada uyuyan oğlunun xatirəsini yad etdi. Həmin gün hava soyuq
idi və güclü külək əsirdi. Axşam Qorkinin qızdırması
qalxdı. Əvvəlcə, bunun tezliklə keçib gedəcəyini
düşündülər. Ancaq üçüncü gün
məlum oldu ki, xəstəliyin fəsadları ağır
olacaq. Ona görə də
Yaqodanın göstərişi
ilə yazıçını
“müalicə” etmək
üçün Kremldən
həkimlər çağırdılar.
Qorkinin xəstəliyi ilə bağlı prosesi Yaqoda şəxsi nəzarəti altında saxlayırdı. Hadislərin gedişindən
belə başa düşmək olar ki, Qorkinin ölümü
öncədən iyunun
6-na planlaşdırılmışdı.
Həmin
gün Qorkinin ölümü ilə bağlı qəzetlərdə
başsağlığı da çıxdı.
Amma bunu yazıçıdan gizlətdilər. İyunun 6-da yazıçının orqanizmi
ona kənardan edilən müdaxilələrə
dözərək fəaliyyətini
davam etdirdi. Onu da deyək ki,
Kremldən gətirilən
həkim Levin tərəfindən
Qorkiyə “qriplə yoluxma ilə nəticələnən kəskin
bronxopnevmoniya” diaqnozu qoyulmuşdu.
Müəmmalı zərdab
Bu arada isə
SSRİ-nin Fransadakı
səfirliyinin konsul şöbəsinin rəhbəri
Biryukov Qorkini müalicə etmək üçün professor Onq-Qvae-Svyan
tərəfindən qrip
əleyhinə alınan
zərdabdan istifadə
edilməsi barədə
Kreml xəstəxanasının
rəhbəri Xodorovskiyə
məktub yazdı. Zərdabı
təcili şəkildə
SSRİ-yə gətirdilər
və ola
bilsin ki, ondan Qorkinin müalicəsində istifadə
etmişdilər. Çünki Levin Qorkinin xəstəlik kağızına bununla bağlı müvafiq sənədi də (Biryukovun məktubunu) tikmişdi. Zərdabdan
sonra Qorkinin vəziyyəti daha da ağırlaşdı və ona bu
dəfə “Ciyərlərin
infarktı “ diaqnozunu
qoydular.
Yeri gəlmişkən, onu da deyək ki, yazıçının ölümündən 8 gün sonra Kreml xəstəxanasının laboratoriya rəisi Borovski Xodorovskiyə yazmışdı ki, Fransadan gətirilən 9 ampul zərdabdan biri donuz üzərində sınaqdan çıxarılıb və yaxşı nəticə verib. Zərdabı Qorkinin ölümündən sonra sınaqdan çıxarmaq kimə və nəyə lazım idi? Ola bilsin ki, artıq Qorkinin ölümündə kənar əl olmasından şübhələnirdilər. Keçmiş çekist Koşenkov Qorki yaşayan evin komendantı funksiyasını həyata keçirirdi. Sonralar “Bizim uğurlar” jurnalının əməkdaşı olan Koşenkov Qorkinin və ailəsinin hər addımının izləndiyini və bundan onların özlərini olduqca pis hiss etdiklərini yazır. Koşenkov öz xatirələrində bildirir ki, iyunun 3-də Qorkinin arxivini çıxarıb hara isə apardılar. O vaxt Koşenkovu bir neçə saatlığa işdən evə göndərmişdilər. Ola bilsin ki, onun məsələ ilə bağlı Qorkiyə zəng edəcəyindən ehtiyat etmişdilər. Sonralar Koşenkov mayın 31-dən iyunun 8-nə kimi Qorkinin şəxsi telefonunun söndürüldüyündən və ya işləmədiyindən xəbər tutub. Qorkinin arxivini də çox güman ki, onun artıq öləcəyinə şübhə etmədikləri üçün aparıblar. Bunun da səbəbləri vardı: Qorki vaxtılə bolşevik hakimiyyətini, o cümlədən Lenini tənqid etmişdi. Ona görə də Yaqoda Qorkinin arxivində hökumətə qarşı hansısa ittiham dolu ifşaedici sənədlərin ola biləcəyindən və bunun yayılmasından ehtiyat edib.
Onu da deyək ki, Qorkinin xəstəliyi olduqca sürətlə inkişaf edərək, növbəti mərhələdə “ürək çatışmazlığı”na səbəb oldu. Bunun ardınca güclü qanaxma ürəyin və ciyərlərin fəaliyyətini iflic edib.
ƏZIZ MUSTAFA
Zaman.-2011.-1-2 dekabr.- S.13.