Ziyalı ordusu hazırlayan 90 yaşlı təhsil ocağı          

 

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti -ADPU) bu günlərdə 90 ili tamam oldu. 26 avqust 1921-ci ildə hökumətin qəbul etdiyi 66 saylı qərarla alitəhsilli müəllim hazırlamaq üçün Azərbaycan Dövlət Pedaqoji İnstitutu təsis edildi.

 Mədəni iqtisadi cəhətdən çox geridə qalmış, keçmiş Rusiyanın müstəmləkəsi olan Azərbaycanın o zamankı şəraitində ana dilində orta məktəblərin təşkili belə qeyri-mümkün bir idi. Maarifpərvər demokrat şairimiz Seyid Əzim ŞirvaniHəsən bəyin hüzurunaşeirində hüsn təəssüflə yazırdı:

 

Məktəbin qeyrətin çəkən yoxdur,

 

  Toxmi-xoşbəxtlik əkən yoxdur,

 

  Bu nədəndir? Savadımız yoxdur,

 

  Elmə uçtihadımıs yoxdur”.

 

Öz  işini 1921-ci ilin noyabrında  auditoriyalarında 6 tələbə (ilin axırında tələbələrin sayı 40 nəfərə çatmışdır) 2-3 müəllimlə başlayan ADPU inkişaf yolundakı bütün çətinlikləri müvəffəqiyyətlə aradan qaldırmış qısa bir müddətdə 10-12 il ərzində, rus erməni bölmələri ilə 7 fakültəyə malik ən görkəmli qüvvətli bir ali məktəbə çevrilmişdir.

ADPU-nun 28 nəfərdən ibarət birinci buraxılışı 1924-  ildə oldu. Məzunların 14 nəfəri təbiət kimya, 9 nəfəri riyaziyyat fizika, 5 nəfəri isə Azərbaycan dili ədəbiyyat müəllimi idi.  O vaxt  bu ilk buraxılış mədəni-inqilab üçün böyük nailiyyət idi.

Günlər, aylar keçdikcə, respublikamızın mədəni-məişətində, elm ocaqlarında misilsiz tərəqqi başladı. İlk 25 il ərzində institut 7000 nəfər müəllim hazırladı. Yerli kadrlardan M. R. Əfəndiyev (riyaziyyatçı), F. Rzabəyli (təbiətçi), R. Məlikov (fizik), S. Hüseynov (kimyaçı), A. Ş. Talıbzadə (ədəbiyyatçı), rus alimlərindən A. O. Makovelski (fəlsəfə psixologiya üzrə), Amasov (riyaziyyatçı), B. B. Komarovski (pedaqogika), H. P. Fridolina (tarixçi) başqalarının pedaqoji kadrlar hazırlamaqda rolları böyük olmuşdur.

1927-ci ilə kimi respublikamız üçün alitəhsilli müəllimləri ADPU indiki BDU hazırlayırdı. Elmi qüvvələri mərkəzləşdirmək, tələbələrin bilik keyfiyyətini yüksəltmək ana dilində tədrisi genişləndirmək məqsədilə 1927-ci ilin payızında ADPU BDU-nun pedaqoji fakültəsi ilə birləşdirilir. 1929-cu ildə  YİK(b)P-nın MK-nın noyabr Plenumu hər bir sahənin kadr hazırlığını müvafiq komissarlığın ixtiyarına verməyi məqsədəuyğun hesab etdi. Beləliklə, 1930-cu ildə BDU-nun pedaqoji fakültəsi Maarif Komissarlığına verilərək ADPU bərpa edildi.

1934-cü ilə kimi institutda təhsil 3 illik olmuşdur. 1934-cü ildən isə o, 4 illik təhsilə keçirilmişdir. 1933-cü ildən institutun nəzdində aspirantura, 1935-ci ildən isə rus dili ədəbiyyatı üzrə Müəllimlər İnstitutu açılmışdır. 1938-ci ildən Müəllimlər İnstitutu ADPU-dan ayrılaraq müstəqil 2 illik rus dili ədəbiyyatı Müəllimlər İnstitutuna çevrilmişdir.

İnstitutun nailiyyətlərindən biri alman, fransız ingilis dili müəllimləri hazırlayan xarici dillər fakültəsinin təşkili  oldu. Bu fakültə 1948-ci ildə müstəqil instituta sevrildi.

ADPU-nun qiyabi şöbəsi olmuş o, sonradan Azərbaycan Dövlət Qiyabi İnstitutuna çevrilmişdir. Böyük Vətən müharibəsi başlandıqdan sonra ADPU S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti ilə birləşdirilmişdir. 1943-cü ilin sentyabrında isə yenədən ayrılaraq müstəqil institut olmuşdur. 1953-cü ildə ADPU-nun rus dili ədəbiyyatı fakültəsi M. F. Axundov adına İkiillik Müəllimlər İnstitutu ilə birləşdirilərək Pedaqoji İnstitutuna çevrilmişdir.

ADPU-nun əsas fakültələrindən biri dil ədəbiyyat fakültəsidir. Bu, tarix-ədəbiyyat fakültəsi kimi ta 1931-ci ilə qədər davam etmişdir. 1931-ci ildə isə müstəqil dil ədəbiyyat fakultəsi kimi öz fəaliyyətinə davam etmişdir. Dil ədəbiyyat fakültəsinin işi çoxcəhətli olmuşdur. Hər şeydən əvvəl, o, Azərbaycan məktəblərini yüksək ixtisaslı dil ədəbiyyat müəllimləri ilə təmin etmişdir. İkinci tərəfdən, dil ədəbiyyat fakültəsinin məzunları, aldıqları yüksək bilik sayəsində ali məktəblərdə müəllim, elmi-tədqiqat institutlarında elmi işçilər kimi çalışırdılar.

Nəhayət, dil ədəbiyyat fakültəsi Azərbaycan pedaqoji elminin baş ocağı olmuşdur. Əsl mənada Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan folkloru, Azərbaycan dilinin tarixi, Azərbaycan dialektologiyası, müasir Azərbaycan dili fənləri burada mükəmməlləşmişdir. Dil ədəbiyyat fakültəsinin məzunlarından olan gənc elmi qüvvələrdən bir qismi - dosent Həmid Araslı, dosent M. H. Təhmasib, dosent M .F. Qasımzadə, dosent M. C. Paşayev, dosent M. Arif Dadaşzadə ikicildlik Azərbaycan ədəbiyyatı tarixi yazaraq, həm orta məktəblərimizə, həm ali məktəblərimizə təqdim etmişlər. Dosent H. Araslı Azərbaycan ədəbiyyatının qədim dövrünü tədqiq etməklə şöhrət qazanmışdır. O, Füzuli Vaqif kimi böyük Azərbaycan klassiklərinin mükəmməl külliyyatlarını hazırlayıb, çap etdirmişdir. Dosent M. C. Paşayev,  XX əsr ədəbiyyatı üzərində çalışmaqla bərabər XVI əsrin böyük şairi Füzulini tədqiq etmiş, “Füzulinin poetik xüsusiyyətləriadlı namizədlik dissertasiyası müdafiə etmişdir.

Arxiv sənədlərindən məlum olur ki, institutun yüzlərlə məzunu, tələbəsi elmi işçisi Böyük Vətən müharibəsinin ilk günlərindən cəbhədə olmuşdur. Onların çoxu orden medallarla təltif edilmişlər. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun yetirməsi olan Xıdır Mustafayev Səlahətdin Kazımov Sovet İttifaqı Qəhrəmanı adını almışlar. İnstitutun kollektivi cəbhəyə yardım işində ləyaqətli iştirakına görə dövlət tərəfindən təşəkkür almışdır.

1953-cü ildə Quba Naxçıvan İkiillik Müəllimləri institutları ADPU-ya birləşdirildikdən sonra burada tarix, dil ədəbiyyat, fizika riyaziyyat, təbiət, coğrafiya bədən tərbiyəsi fakültələri üzrə müəllimlər hazırlanmışdır. 1956-cı ilin noyabr ayından bədən tərbiyəsi tarix fakültələrinin rus bölmələrinin II kursu istisna olmaqla, institut beşillik təhsilə keçirilmişdir. 1958-ci ilin sentyabr ayından institutda yeni - ibtidai sinif müəllimi hazırlayan fakültə açılır. 

Sənədləri vərəqlədikcə bir əmin oluruq ki, Azərbaycan Dövlət Pedaqoji İnstitutu respublikamızın ən böyük ali məktəblərindən biridir. Sevindirici haldır ki, respublikanın ən qabaqcıl elm xadimləri, rəhbər işçilər, şairlər, yazıçılar 6 nəfərə təhsil verməklə fəaliyyətə başlayan ADPU-nun yetirmələridir. S. Vurğun, S. Rüstəm, S. Rəhimov, M. İbrahimov, M. Dilbazi, M. Rahim, görkəmli filosov H. Hüseynov, professorlar Y. Məmmədəliyev, A. Qarayev, M. Arif Dadaşzadə, Z. Şahtaxtinskaya, Ş. Mehdizadə, Ə. Dəmirçizadə, İ. Hüseynov b. bunlardan bir qismidir.

İnstitut bərqərar olunarkən kadrları arasında bir nəfərdə alimi olmayan  ADPU  bu günə kimi saysız-hesabsız professorlar,  dosentlər, elmlər namizədləri, akademiyanın müxbir üzvləri s. elm xadimləri hazırlamışdır.

İnanmaq istərdik ki, ADPU-nun kollektivi bundan sonra da respublikamızın məktəbləri üçün yüksək keyfiyyətli müəllimlər hazırlamaq işini layiqincə yerinə yetirməyə davam edəcək yeni uğurlar qazanacaqdır.

Universitetin bütün professor-müəllim heyətini tələbələrini yubiley münasibətilə təbrik edirik.

      

         Sima Babayeva,

 

Azərbaycan Respublikası Dövlət Arxivinin direktor müavini, filologiya elmləri namizədi.

 

Zaman.- 2011.- 17-19 dekabr.- S. 12.