Seyid Cəfər Pişəvəri -azadlıq və müstəqillik fədaisi (3)

 

Amma S.C. Pişəvərinin başçılığı ilə 1945-ci ilin sentyabrın 3-də (12 şəhrivər) yaradılmış Azərbaycan Demokrat Firqəsi (ADF) Moskvanın xəyanəti ilə barışmaq niyyətində deyildi. Bütün bunlarla bərabər, yaranan ağır vəziyyətdən çıxış yolu axtaran Pişəvərinin manevr etməkdən Tehranın danışıqlar təklifini qəbul etməkdən başqa çarəsi qalmadı.

Onu da deyək ki, Qəvamülsəltənə bu məqsədlə 1946-cı ilin aprel ayında əslən azərbaycanlı olan Fətəli İpəkçianın başçılığı altında Təbrizə xüsusi nümayəndə heyəti göndərmişdi. İpəkçian Pişəvəriyə rəğbət bəsləyirdi təkbətək görüşündə ona demişdi ki, Qəvamülsəltənə SSRİ-nin Tehrandakı səfiri Sadçikovla gizli görüşərək, Moskvanı Pişəvəri rejimini dəstəkləməməyə razı sala bilib. Bu, SSRİ-nin Cənubi Azərbaycana xəyanəti demək idi. Bunu görən Pişəvəri İpəkçianın təklifi ilə danışıqları Tehranda davam etdirməyə razı oldu.

1946-cı il aprel ayının 29-da Pişəvəri Tehrana gedərək orada qarşı tərəflə danışıqlara başladı. Lakin iki həftə davam edən danışıqlar uğurla nəticələnmədi. Çünki İran Cənubi Azərbaycanın muxtariyyət tələbini qəbul etmirdi. Danışıqların uğursuz nəticələnməsi ilə eyni vaxtda, yəni 1946-cı il may ayının 9-da sovet qoşunları Cənubi Azərbaycandan çıxarıldı. Bununla da Azərbaycan başdan-ayağa silahlanan fars qoşunları qarşısında tək köməksiz qaldı. Sovet qoşunlarının Cənubi Azərbaycanı tərk etməsindən 4 gün sonra, mayın 13-də isə Pişəvəri Təbrizə qayıtdı. Amma hələ o, Tehranda ikən Stalindən məktub almışdı. Stalin həmin məktubunda İranda inqilabi vəziyyətin olmadığını yazır guya İrandan qoşunlar çıxarılmasa, bunun SSRİ-nin nüfuzuna zərər verəcəyini bildirirdi. Eyni zamanda Stalin hiyləgər Qəvamülsəltənəni demokrat adam kimi qələmə verirdi. Pişəvəri onun bu məktubundan dərhal Stalinin azərbaycanlıları meydanda tək qoyduğunu xəyanət yolu tutduğunu anladı. Ancaq artıq geriyə yol yox idi. Bundan sonra Tehranla aparılan danışıqlarda o, az da olsa geri çəkilmək məcburiyyətində qaldı.  Bu arada isə Cənubi Azərbaycanda baş verən hadisələr Mircəfər Bağırovun da xüsusi diqqət mərkəzində idi. Ona görə danışıqlar yolu ilə Qəvamülsəltənənin Azərbaycanı qan içində boğmaq üçün fürsət gözlədiyini anlayan Azərbaycan KP MK-nın I katibi Mircəfər Bağırov 22 oktyabr 1946-cı ildə Stalinə xüsusi məktubla müraciət etdi. Məktubda Bağırov vəziyyətin ciddiliyini Stalinə çatdıraraq, Cənubdakı soydaşlarımızı müdafiə etmək üçün onlara, heç olmasa, hərbi maliyyə yardımları göstərilməsini xahiş edirdi. Amma Moskva bu barədə susmağa Bağırovun məktubunu cavabsız qoymağa üstünlük verdi. Bir artıq iş-işdən keçmişdi. Moskvanın xəyanətindən sonra, 1946-cı il iyun ayının 14-də Cənubi Azərbaycan Milli Məclisi öz fəaliyyətini dayandırdı onu Tehranla daha yumşaq davranan Əncümən əvəz elədi. İyunun 16-da isə Pişəvəri Baş nazir postundan istefa verdi. Amma o, faktiki olaraq qeyri-rəsmi şəkildə ölkəyə rəhbərliyi həyata keçirirdi. Yaranmış vəziyyətdən istifadə edən şah qoşunları 1946-cı il noyabrın 12-də Zəncana hücum edərək, orada xalqa divan tutmağa başladı. On minlərlə dinc sakin şah qoşunları tərəfindən vəhşicəsinə qətlə yetirildi. Onların arasında çoxlu sayda qadın  uşaq da vardı. Belə bir vəziyyətdə Pişəvəri yenidən Stalinə məktubla müraciət edərək, heç olmasa, xalqı qırğından qorumaq üçün silahla yardım göstərilməsini xahiş etdi. 1946-cı il dekabr ayının 5-də Mircəfər Bağırov da eyni xahişlə Stalinə müraciət etdi. Ancaq Stalinin onlara - Pişəvəriyə Bağırova cavabı qısa oldu: “Mən 5 milyonluq Azərbaycana görə III Dünya müharibəsinə başlaya bilmərəm”.

Əslində isə Stalin bununla da Azərbaycana xəyanətinin üstünü ört-basdır etmək istəyirdi. Çünki həmin dövrdə Stalin ABŞ-ın atom bombasından qorxmayaraq, Şərq Avropada işğal siyasəti həyata keçirməkdə idi. Bu arada Zəncanı qan içində boğaraq yolüstü kəndləri xarabazara döndərən şah qoşunları noyabrın 24-də Təbrizə doğru irəliləməyə başladı. Hadisələrin təhlükəli vəziyyət aldığını görən  S.C. Pişəvəri əsl milli azadlıq hərəkatı rəhbərlərinə xas olan bir xarakter nümayiş etdirdi. Bunu Azərbaycan milli azadlıq mücadiləsi fədaisininAzərbaycanqəzetində çap etdirdiyiHara  üçün  gəlirlər?”  adlı məqaləsi sübut edir. O, həmin məqaləsində yazırdı: “Olsun! Biz buna təəssüf etmirik, təəssüfümüz bunadır ki, ağaye Qəvamülsəltənənin ğərəz olud (qərəzli) irticai siyasəti nəticəsində vətənimizdə böyük qanlı  macəralar hazırlanır. Biz içdiyimiz anda sadiq qalıb, Azərbaycan torpağına silah ilə soxulub, azadlığımızı sərneyzə (süngü) gücü ilə aradan aparmaq istəyənləri, kim olursa-olsun xalqımızın qolunun gücü ilə əzib  geri  qaytaracağıq.

Bu isə bizim əvvəl axır sözümüzdür: Öldü var, döndü yoxdur” 209. 4.IX.1325 (Əkrəm RəhimliMübarizə burulğanlarında keçən ömür”).

 

1946-cı il dekabrın 4-də İran qoşunları Azərbaycana genişmiqyaslı hücuma başladılar.

 

Belə bir vəziyyətdə son nəfəsə kimi döyüşməyi qərara alan Pişəvərinin rəhbərliyi altında Müdafiə Komitəsi yaradıldı. MK-ya Pişəvəridən əlavə, M. Şəbüstəri, Padigan Qulamyəhya, Qazı Məhəmməd Pənahian daxil idi. Dekabrın 8-də könüllülərdən ibarət xalq qoşunları fədai dəstələri Miyan Tkab istiqamətində əks-hücuma keçərək, düşməni geri çəkilməyə məcbur etdilər. Lakin hücumu davam etdirmək üçün silah yox idi. Moskvanın Cənubi Azərbaycan Pişəvəriyə xəyanətinə baxmayaraq, firqə rəhbərliyi hələ Stalindən az da olsa yardım almağa, onu insafa gətirməyə ümid edirdi. Ona görə Cənubi Azərbaycana rəhbərlik edənlər başda Pişəvəri olmaqla 1946-cı il dekabrın 8-də yaranmış ağır vəziyyət haqda geniş məktubla Stalinə təkrar müraciət etdilər.

S.C. Pişəvərinin silahdaşları ilə birlikdə Stalindən az miqdarda da olsa silah istədikləri məktubda deyilirdi: “...Əgər  biz  təslim  olsaq,  tarix  bizi  həmişə lənətləyəcək. Dünyada heç bir xalq öz qüdrətini öz əli ilə məhv etməz. Bütün xalq bizə müraciət  edib,  öz  azadlığını  qorumaq  üçün  cəbhəyə getməyə icazə verməyimizi  tələb  edir”.

Müraciətə cavab olaraq, Stalin daşnak A. Mikoyanın  məsləhəti ilə Pişəvəriyə silahlı müqavimətdən əl çəkməyi Tehranla dil tapmağı məsləhət bilmişdi. Bununla da Stalin ətrafındakılar Pişəvərini Cənubi Azərbaycanı şah rejiminə qurban vermək yolu seçdiklərini bir daha nümayiş etdirdilər.

Cənubi Azərbaycan əslində həmin dövrdə beynəlxalq müdaxilə təhlükəsi qarşısında tək  qalmışdı. Çünki ABŞ onun Qərbdəki müttəfiqləri Cənubi Azərbaycanda kütləvi şəkildə qətliam törədən, on minlərlə günahsız azərbaycanlını qəddarcasına qətlə yetirən fars şovinistlərinə yardım edirdilər: “Tehran qoşunları Azərbaycan üzərinə genişmiqyaslı hücuma keçərkən ABŞ Baş Hərbi Komandanlığı maddi köməkdən əlavə, müxtəlif növ ağır silahları, hərbi təlimatçıları  40  ədəddördmotorlu  bombardmançı  təyyarələri,  İkinci  Dünya müharibəsində Avropa Orta Şərqdəki döyüşlərdə fərqlənən dörd nəfər təlimatçı hərbi təyyarəçini İran ordusunun ixtiyarında qoymuşdu”. (Əkrəm RəhimliMübarizə burulğanlarında keçən ömür”).

Fədailərin silahlı müqaviməti davam etdirdiyini görən Stalin yenidən Təbrizdəki vitse-konsul Nuru Quliyev vasitəsilə Pişəvəriyə silahı yerə qoymaq təslim olmağı tövsiyə etdi. Lakin Pişəvəri son nəfəsə kimi vuruşmağı qərara almışdı. Ona görə o, Nuru Quliyevə xalqı belə bir vəziyyətdə meydanda tək qoya bilməyəcəyini ölənə kimi onlarla bərabər döyüş meydanında olacağını Stalinə çatdırmasını söylədi. Dekabrın 20-də Pişəvəri xalqa müraciət edərək, onları düşmənə qarşı son nəfəsə kimi döyüşməyə çağırdı. Bunu görən Moskva hiyləyə əl atdı. Stalinin tapşırığı ilə Pişəvəriniməsləhətləşməkadı ilə, əvvəlcə, Culfaya, oradan da Naxçıvana dəvət etdilər. Buradan isə onun yenidən Cənubi Azərbaycana dönməsinə imkan vermədilər. Nəticədə şah qoşunlari ilə döyüşə gedən fədailər rəhbərsiz qaldılar. Bu da döyüşün nəticəsinə öncədən təsir göstərdi. Amma fədailər sona kimi düşmənə qızğın müqavimət göstərdilər. Qızğın döyüşlərdən sonra dekabrın 12-13-də Təbrizi Cənubi Azərbaycanı işğal edən şah qoşunları təxminən 1 milyona yaxın azərbaycanlını qətlə yetirdilər.

 

 Əziz Mustafa

Zaman.- 2011.- 17-19 dekabr.- S. 12.