İlham Əliyev
- Azərbaycanı yeni üfüqlərə aparan lider
2003-cü ildə
keçirilən Prezident seçkilərində qələbə
qazanan İlham Əliyevin hakimiyyətə gəlməsi ilə
müasir Azərbaycan dövlətçiliyinin tarixində yeni keyfiyyət mərhələsi
başladı. Bu mərhələnin
özünəməxsusluqları hansılardır?
İlham Əliyevin prezidentliyinin ötən 8 ili
idarəçilikdə, daxili və xarici siyasətdə
hansı forma və metodlarla səciyyələnir?
Ötən illər Azərbaycanın
daxili ictimai-siyasi, iqtisadi, mədəni həyatı və xarici siyasəti
bir sıra özünəməxsusluqlarla əlamətdardır.
2003-cü ildən sonrakı illər Azərbaycan
Respublikasının inkişafında varisliyin, böyük
dövlət və siyasət adamı, ulu öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi strateji xəttin
davam etdirilməsi, müasirləşməsi,
çağdaşlaşması, onun tərkib hissəsi kimi
modernləşməsi illəridir. Hakimiyyətə
gəldikdən sonra Azərbaycan Prezidenti ölkənin
müasirləşdirilməsini bir vəzifə olaraq
qarşıya qoydu. Belə bir sual edilir: Azərbaycana
müasirləşmə nə üçün
lazımdır? Bu suala cavab vermək
üçün tarixi keçmişə qısa bir nəzər
yetirməkdə fayda vardır. Məlum olduğu kimi, uzun tarix
boyu mövcud olmuş
xalqların və ölkələrin bir çoxu məhz
zamanla ayaqlaşa, ona uyğunlaşa bilmədikləri
üçün hazırda dünyanın siyasi səhnəsində
mövcud deyillər. Zamanla ayaqlaşmayan,
dövrün şərtlərinə uymayan və özü
yaşayış şərtlərini irəli sürməyən
xalqların çoxu hazırda söz sahibi deyillər.
Ötən
müddət tarix baxımından qısa olsa da, həyata
keçirilən tədbirlər, islahatlar və inkişaf
baxımından bir sıra ölkələrin keçdikləri
yüz illərə bərabərdir. Bunu dərk etmək üçün, hər
şeydən əvvəl, Azərbaycanın daxili həyatında
baş verən əsaslı dəyişikliklərə
müqayisəli nəzər yetirmək faydalı olardı.
Belə ki, bir zamanlar Azərbaycan qaz təchizatı
sarıdan digər ölkələrdən asılı vəziyyətdə
idi. Həmin dövlətlər istədikləri
vaxt Azərbaycana satdıqları qazı dayandırar və
ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə
çalışardılar. Ötən
müddət ərzində Azərbaycanda yürüdülən
siyasət nəticəsində bu vəziyyətə son
qoyuldu. Ərazisi baxımından kiçik, əhalisinin
sayına görə bir çox ölkələrdən az
olmasına baxmayaraq,
Azərbaycan ölkənin qaz təchizatını
nəinki təmin etdi, eyni zamanda dünyanın tələbatının
ödənilməsində mühüm rol oynayan bir ölkəyə
çevrildi. Bakı-Tbilisi-Ceyhan
neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri təkcə
iqtisadi deyil, böyük siyasi və strateji əhəmiyyət
daşıyan, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində
mühüm rol oynayan kəmərlərdir.
Böyük
ipək yolu, Bakı-Tbilisi-Kars dəmir yolu kimi layihələr
Azərbaycanı yenidən dünyanın tranzit, nəqliyyat və
ticarət mərkəzlərindən biri halına gətirir. Azərbaycan artıq nəqliyyat
təhlükəsizliyini təmin edən bir ölkədir.
Bir
zamanlar Azərbaycan qonşu və bəzi uzaq ölkələrin
ucuz kənd təsərrüfatı malları
üçün əlverişli satış bazarına
çevrilmişdi. Heç şübhəsiz, dünya ölkələri
ticarətsiz inkişaf edə bilməz. Onların
inkişafının şərtlərindən biri, dövlətin
qüdrətini müəyyənləşdirən amillərdən
biri ticarəti
bacarıb-bacarmamalarıdır. Ötən illər
ərzində Azərbaycan uğurlu xarici ticarət siyasəti
həyata keçirərək nəinki ərzaq təhlükəsizliyini
təmin edən bir ölkəyə çevrildi, eyni zamanda
xarici ölkələrə kənd təsərrüfatı məhsulları
ixrac etməyə başladı. Azərbaycan
ənənəvi bazarlardan əlavə, yeni bazarlarda yer tutdu.
Cənubi
Qafqaz iqtisadiyyatının təqribən 75%-i Azərbaycanın
payına düşür. Azərbaycan iqtisadiyyatının neftdən
asılılığının azalmasına yönələn
siyasət genişləndirildi. Ərazisinin
20%-nin Ermənistanın işğalı altında olmasına
baxmayaraq, Azərbaycan tikinti-quruculuq meydanına çevrildi.
Ölkədə geniş inşaat işləri
aparıldı, yeni iş yerləri, qaçqın və məcburi
köçkünlər üçün evlər tikildi.
Ötən illər ərzində
Azərbaycan borc alan ölkədən borc
verən, kapital ixrac edən ölkəyə çevrildi. Digər
ölkələrə
yatırım qoyan bir ölkə oldu.
Azərbaycan
dövləti ölkəni xarici hərbi müdaxilədən
qorumaq qabiliyyətində olan güclü ordu və müasir
hərbi-sənaye kompleksi yaratdı. Azərbaycan beynəlxalq silah sərgilərində
özünəməxsus yer tutdu.
Azərbaycanda
ictimai həyatın bütün sahələrində geniş
islahatlar həyata keçirildi. Vətəndaşın daha yaxşı
yaşayışını təmin etməyə yönələn
qanunlar qəbul edildi və reallaşdırıldı. Sosial dövlətin qurulması üçün
qısa müddətdə başlanan islahatlar dərinləşdirildi.
Bərabər imkanların yaradılması
üçün ciddi tədbirlər həyata keçirildi.
Xalqın həyat şəraiti
yaxşılaşdı. Yoxsulluğun səviyyəsi
aşağı salındı. Azərbaycan
kasıblar ölkəsindən imkanlılar ölkəsinə
çevrilmişdir.
Demokratikləşdirmə,
vətəndaş cəmiyyətinin qurulması məqsədi
ilə geniş islahatlar həyata keçirildi. Çoxpartiyalı sistemin əsasları
möhkəmləndirildi. Azad mətbuat
formalaşdı. Azərbaycan bütün
postsovet məkanında islahatların ən geniş və
uğurla aparıldığı bir ölkədir.
Sual olunur: bəs bütün bunlara
necə nail olunmuşdur? Axı Azərbaycanın
coğrafiyası, təbii sərvətləri və insanı
əvvəlki illərdəki kimi idi. Heç
şübhəsiz, bütün bunlar göydəndüşmə,
birdən-birə olmadı. İndiki vəziyyətə gətirən yol asan və
rahat olmadı, ona nail olmaq üçün böyük səylər
sərf edildi. Bu səviyyəyə yalnız təbii
sərvətlərin hesabına deyil, onun milli sərvətə
çevrilməsi və səmərəli istifadə edilməsi
nəticəsində nail olundu. Bunlar isə
bilavasitə dövlət idarəçiliyi ilə
bağlı məsələlərdir.
Ölkənin indiki
inkişaf səviyyəsinə gəlib çıxması Azərbaycan
Prezidenti İlham Əliyevin planetar təfəkkürünün,
geniş və yorulmaz fəaliyyətinin, ona məxsus olan
yaradıcı iş üslubunun nəticəsidir. İlham Əliyevin fəaliyyəti göstərdi
ki, o, milli-mənəvi köklərə dayanaraq ölkəsinin
müasir dünya ilə ayaqlaşması üçün ən
səmərəli və faydalı tədbirləri
düşünən və həyata keçirən
yenilikçi, dərin islahatçı dövlət xadimidir.
Problemlərin həlli üsullarını dəqiqliklə
bilən İlham Əliyev yürütdüyü siyasət nəticəsində
Azərbaycanı rəqabətə davamlı bir ölkəyə
çevirdi. Ötən illər göstərdi
ki, daxili siyasət sahəsində Azərbaycan Prezidentinin
başlıca məqsədlərindən biri xalqının
daha yaxşı yaşaması üçün bərabər
imkanlar yaratmaqdır. Onun verdiyi göstərişlərin
və apardığı islahatların başlıca məqsədi
xalqın daha yaxşı yaşaması, dövlətin
güclü olması niyyətlərini güdür.
Tələbkarlıq,
ciddiyyət və qayğıkeşlik Azərbaycan Prezidentinin
iş üslubunun tərkib hissələrindən biridir. Dövlət rəhbəri məmurlara qarşı nə
qədər tələbkar və ciddidircə, sadə xalqa
münasibətdə bir o qədər sadə və təvazökardır.
O, təkcəölkə daxili işlərini mükəmməl
bilən böyük bir dövlət xadimi deyil, eyni zamanda əsl
xalq adamıdır.
Azərbaycan
Prezidentinin siyasəti nəticəsində Azərbaycan
dövləti özündən böyük olan qonşu
dövlətlərə təsir edən bir güc halına gəlmişdir. Bir çox dövlətlər
məhz Azərbaycanla yaxınlaşaraq özlərinin bir
sıra problemlərini həll etmək və ya özlərini
qorumaqda maraqlıdırlar.
İlham
Əliyevin hakimiyyətinin ilk 8 ilində qədim və zəngin
Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gəldi. Azərbaycan maddi və qeyri-maddi irsinin bəzi
nümunələri YUNESKO-nun irs
siyahısına daxil edildi. Azərbaycan Prezidenti
xalqının dünya mədəniyyəti yaradan bir xalq
olduğunu bir daha sübut edərək, ona böyük
imkanlar yaratdı. Bu illər Azərbaycan mədəni
irsinin qorunması və mədəniyyətinin çiçəklənməsi
illəridir.
Yorulmazlıq
Azərbaycan dövlət rəhbərinə xas olan
başlıca keyfiyyətlərdən biridir. Azərbaycan Prezidentinin dəfələrlə
Bakıda beynəlxalq tədbirdə iştirak etdikdən və
nitq söylədikdən sonra rayonlara səfər etməsinin,
yeni inşa edilmiş sənaye, kənd təsərrüfatı,
təhsil, səhiyyə, mədəniyyət müəssisələrini açmasının, xalq ilə
görüşlərinin şahidi olmuşuq.
Azərbaycan
Prezidentinin fəaliyyətinin əsas istiqamətlərindən
biri dövlət bayrağına sevgidir. Ölkəmizin paytaxt şəhərində
Bayraq meydanı yaradıldı. Bununla da
ölkədə bayraq ənənəsi yaradıldı.
Ana dilinə
qayğı Azərbaycan Prezidentinin fəaliyyətinin sahələrindən
biri kimi əhəmiyyətlidir. Azərbaycan Prezidentinin ölkəmizin və
millətimizin birliyinin rəmzi olan dinimizə xüsusi
qayğı göstərməsi hamı tərəfindən rəğbətlə
qarşılanır. Din və dövlət ölkəni
dik saxlayan iki ayaqdır. Ölkə bunların
biri olmadan tək ayaqda qala bilməz. Dinimizə və
dini adət-ənənələrimizə qayğı dövlət rəhbərinin
fəaliyyətinin mühüm sahələrindən biridir.
Din ilə dövləti qarışdırmadan onlar arasında
qızıl ortanı müəyyənləşdirərək,
hər ikisini inkişaf etdirmək Azərbaycan Prezidentinin
böyük uğurlarından biridir.
Azərbaycan Prezidentinə
düşmənçilik, kin-küdurət
yaddır. O, ona səs verənin də, verməyənin də
prezidenti olmaqla Azərbaycan cəmiyyətinə yeni bir nəfəs
gətirdi. Məhz onun hakimiyyətinin ilk səkkiz
ilində keçmiş prezidentlər haqqında qanun layihəsi
müzakirə edilərək qəbul edildi. Bu, Azərbaycan cəmiyyətində islahatların
genişləndiyini göstərən faktlardan biridir.
Azərbaycan
Prezidentinin dünya işlərini həm nəzəri, həm
tarixi, həm də praktik baxımdan mükəmməl bilməsi
ölkənin xarici siyasətinə yeni uğurlar gətirdi. Azərbaycan heç bir
bloka qoşulmayaraq, bloklara qoşulmayan ölkələr hərəkatına
üzv oldu. Məhz bu uğurlu addımların nəticəsində
2011-ci ildə Azərbaycan BMT-nin 193 üzvündən 155-nin səsini
alaraq, Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvü seçildi. Bu, Azərbaycan dövlətinin
beynəlxalq nüfuzunun artmasının göstəricisi oldu,
eyni zamanda yeni imkanlar qazandırdı.
Ötən
illərin təcrübəsi göstərdi ki, Azərbaycanda
xalqın maraqlarına cavab verən bu davamlı sabit
inkişaf yolunun alternativi yoxdur. Ölkə və xalq xaos, anarxiya,
sarsıntılar, inqilablar deyil, islahatlar, təkamül yolu ilə
inkişaf etməlidir. Bu yol həmçinin qonşu və Azərbaycanda
maraqları olan bütün dövlətlərin də
marağına uyğundur.
P.S. Azərbaycan
Prezidentinin 50 yaşı tamam olur. Daha neçə-neçə
yubileylər, ölkəsini və xalqını inkişaf
etdirmək arzusu ilə Prezidentin doğum gününü də
təbrik edirik.
Zaman.- 2011.- 24 -26
dekabr.- S. 9.