Pirəbədilxalçası- dillər əzbəri

 

Azərbaycan xalçaçılığında Quba-Şirvan xalçaları arasındaPirəbədilçeşnili xalça özünəməxsus yer tutur. Bu çeşnili xalçanın toxunulmasının Pirəbədil (Pirəbədil kəndi 1930-cu illərə qədər Quba qəzasının Pirəbədil nahiyəsi adlanırdı) adını daşımasının çox maraqlı tarixçəsi var.

Bu barədə bizə məlumat verən Şabran Rayon Tarix Diyarşunaslıq Muzeyinin elmi işçisi Gülnarə Əzimovanın sözlərinə görə, XX əsrin əvvələrində Bakı şəhərində dövlət qulluğunda çalışan Məhəmməd Əfəndiyev (o, Qəzənfər Musabəyovun əmisi olub) 1910-cu ildə Sankt-Peterburqdan Bakı qubernatorunun adına sərgidə nümayiş etdirmək üçün parça üzərində xalça eskızi gətirir: “Həmin çeşnini Məhəmməd Əfəndiyevə verirlər ki, onu Qubaya göndərib xalça toxutdursun. Məhəmməd Əfəndiyev çeşnini Pirəbədilə gətirir, atası Mahmud kişi (Qəzənfər Musabəyovun babası) ilə məsləhətləşir. Diba xanım Musabəyova (Qəzənfər Musabəyovun anası) işdən xəbərdar olanda öz qayınlarının arvadları - Münəvvər, Gülər, Vəsixanım Əfəndiyevalarla həmin xalçanı toxumaq qərarına gəlirlər. Hazırlıq işlərini Diba xanım üzərinə götürür. Xalçanın sapının əyrilməsi, boyanması, bir sözlə, onun hazırlanması bir il çəkir. Həmin xalça 1912-ci ildə Sankt-Peterburqda keçirilənXalça simpoziumundaiştirak edir qızıl medala layiq görülür. Onu da deyim ki, çeşni ilk dəfə Pirəbədil kəndində toxunduğuna görəPirəbədiladını daşıyır”.

 Pirəbədilxalçasını yerli xalça ustaları “Burma” da adlandırırlarsözləri ilə söhbətini davam etdirən Gülnarə xanım dedi ki, indi dünyanın əksər ölkələrinin muzeylərindəPirəbədilxalçaları saxlanılır. Yeri gəlmişkən, Londonda yaşamış   pirəbədilli Hacı Kərim Əhmədov (o, dünyasını dəyişib) deyirdi: “Mən London şəhərində ən böyük muzey olan Viktoriya muzeyinin yaxınlığında yaşayıram. Bu muzeydə müxtəlif vaxtlarda gətirilmiş ikiPirəbədilxalçası vardır. Mən həmişə bu xalçalara baxarkən fəxr edirəm ki, ana vətənim Pirəbədil bu xalça sayəsində dünyada tanınır”. Zənnimcə, xalçalarımızın dünyada şöhrət qazanmasının başlıca səbəbi onların milli ənənələrlə bağlı xarakterik cəhətləri, bədi xüsusiyyətləri, texnologiyalarının bənzərsizliyi bu sənətin orjinal etimologiyasıdır. Bir məsələni vurğulamaq istərdim. “Pirəbədilxalçasının adı, şöhrəti şeirlərdə tərənnüm olunub. Səhv etmirəmsə, tanınmış şairimiz Hüseyn Arif bir şeirində deyirdi: “Çiçi”, “Pirəbədildillər əzbəri...”

Məlumat üçün bildirək ki, hazırda ŞabrandaPirəbədil xalça” MMC tərəfindən xalçaçılıq inkişaf etdirilməkdədir. Bu müəssisə, sözün həqiqi mənasında, əsl sənət ocağını xatırladır. 

 

 

Gülnarə Əzimova

 

Zaman.- 2011.- 29-31 dekabr.- S. 5.