“Çıraqqala”- tariximizin daş
yaddaşı
Çıraqqala V-VI əsrlərdən
günümüzə gəlib çatan ölkəmizin
ümumdünya əhəmiyyətli nadir yerüstü abidələrindən
biridir. Ümummilli lider Heydər
Əliyevin 23 iyun 2003- cü il tarixli sərəncamı ilə
“Çıraqqala” Tarixi Memarlıq Qoruğu elan olunub.
Qoruğun fond müdiri Əfruz Fərzəliyeva son illər
burada görülən işlər barədə də ətraflı
məlumat verdi.
Həmsöhbətimiz əvvəlcə “Çıraqqala”dan söz
açdı: “Çıraqqala”nın yerləşdiyi
möhtəşəm Gilgilçay
səddi, bəzi mənbələrə görə,
məşhur Çin
səddindən sonra dünyada ikinci nəhəng müdafiə
istehkamıdır. Bu sədd
faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün
olan bütün yolları bağlayır. Səddin üzərində
hər 32,5 metrdən bir bürc və
ya qüllə ucaldılıb. Səddə
ən böyük bürcün hündürlüyü
14,7, eni isə 7,2 metrdir. Divarlar və bürclər əsasən bişmış
və çiy kərpicdən hörülüb.
Hündürlüyü təxminən
150 metr olan sıldırım qayanın
zirvəsində ucalan
Çıraqqala memarlıq
baxımından nadir sənət
incisidir. Çıraqqala
mərkəzi qala da daxil olmaqla
17 bürcdən ibarət
düzbucaqlı formasındadır.
Nə yazıq ki, bu tarixi
abidə uzun müddət baxımsız
qalıb”.
Əfruz Fərzəliyevanın sözlərinə görə,
son illər qoruğun
mühafizəsi və
təbliği sahəsində
müəyyən işlər
görülür. Belə
ki, 2010-cu ildə “Çıraqqala” tarixi abidələr kompleksi Mədəniyyət və
Turizm Nazirliyinin tabeçiliyinə verilib:
“Mədəniyyət və
Turizm Nazirliyi işimizi günün tələbləri səviyyəsində
təşkil etmək
məqsədi ilə qoruğumuzu minik avtomobili, kompyuterlər, printer, kserkslə
təmin edib. Bu istiqamətdə görülən
bu kimi işlər
bizim məsuliyyətmizi
birə-on artırıb.
Odur ki, biz də bu unikal
sənət əsərinin
gələcək nəsillərə
çatdırmaq üçün
əlimizdən gələni
əsirgəmirik. Belə
ki, başqa muzey və qoruqların
təcrübəsindən bəhrələnməklə
işimizi günü
tələbləri səviyyəsində
qurmağa çalışırıq.
Daxili imkanlardan yararlanaraq, buklet çap etdirmişik, “Qoruq Muzeyin Dostları”
Birliyini formalaşdırmışıq.
Fond materiallarını zənginləşdirmək
məqsədilə qalaətrafı
kəndlərin sakinləri
ilə söhbətlər
edir, əldə etdiyimiz eksponatları ofis otağımızda cəmləşdiririk. (Hələlik
muzey otağımız
yoxdur). Qoruq əməkdaşları qoruğa
gələn turistlərin
də siyahısını
aparırırlar. Onların
arzu və təkliflərıni toplayırlar.
Əməkdaşlarımız fond materialları əsasında
sərgilər təşkil
edir, foto-albomlar düzəldirlər. Əməkdaşlarımız
qoruqboyu - Gilgilçay
səddi də daxil olmaqla ekskursiya
mətni hazırlayıblar.
Bu mətnə əsasən
turustlərə qala barədə dolğun məlumatlar verilir. Hər il burada
müxtəlif tədbirlər
təşkil edilir. Bir sözlə, “Çıraqqala” həmişə
diqqət mərkəzindədir.
Çalışırıq və çalışacağıq
ki, ata babalarımızın
bizə qoyub getdiyi daş yaddaşımızı əbədi
qoruyub saxlayaq”.
Amil Tağıyev
Zaman.- 2011.- 29-31 dekabr.- S. 3.