Şabran -“Əfsanələr paytaxtı

 

Zəngin tarixə malik Şabran Azərbaycanın siyasi mədəni həyatında mühüm iz qoymuş qədim şəhərlərimizdəndir. Tədqiqatçılar yazılı tarixi mənbələrə şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq burada hələ eramızın əvvəllərində yaşayış məskəni olduğunu müəyyən ediblər.

Şabranın Sasanilər sülaləsindən olan Şah Xosrov Ənuşirəvan tərəfindən qala-şəhər kimi tikdirildiyi bildirilir. Şabranda qaynar şəhər həyatı dövrü IX-XV əsrlərə təsadüf edib. Tarixən böyük savaşların meydanına çevrilən şəhər XIII əsrin ortalarında monqolların hücumu nəticəsində dağıdılıb.

 XVIII əsrdən etibarən Şabran tamamilə tənəzzülə uğrayıb bu günümüzə qədim şəhərin xarabalıqları gəlib çıxıb. Bu gün bu torpaqda yeni şəhər, yeni Şabran inkişaf edir, böyüyür. Amma qədim şəhərin xarabalıqları arasında tariximizin bir çox qatları, əfsanə rəvayətlər dolu olaylar qalıb. Onları öyrənib üzə çıxarmaq həm mədəni irsimizin bir sıra maraqlı səhifələrinə işıq salmaq deməkdir. Təsadüfi deyil ki, Mədəniyyət Turizm NazirliyininXalq yaradıcılığı paytaxtları proqramı”na əsasən, Şabran şəhəri 2011-ci ilinƏfsanələr paytaxtıelan edilib. Rayonun Şabran tarixi adının bərpa edilməsi kimiƏfsanələr Paytaxtıelan edilməsi Şabranın qədimliyinə verilən qiymətdir.

 Şəhərlə bağlı zaman-zaman müxtəlif əfsanələr yaranıb. Məsələn, deyilənə görə, bu yerlərdə 40 dəvə yükü qızıl da basdırılıb. Yayılan bu əfsanələr Şabranın qədim bir məskən olmaqla hələ sirrinin tam açılmadığını göstərir.

 

 

Zaman.- 2011.- 29-31 dekabr.- S. 3.