Milyonlar
səltənəti...
Məlumdur ki, Azərbaycan dünyada
özünün zəngin neft-qaz yataqları ilə
tanınıb. Təsadüfi deyil ki, ötən il ümumi
daxili məhsulun (ÜDM) 55,7%-i neft-qaz sektorunun payına
düşüb. Ölkəmizin təsdiq edilən qaz
ehtiyatlarının həcmi 2 trilyon kubmetr təşkil edir.
Qeyd edək ki, bu, dünyadakı ümumi qaz
ehtiyatlarının təqribən 1%-i deməkdir. Təsdiq
olunan neft ehtiyatlarımızın həcmi isə
dünyadakı ümumi ehtiyatların təqribən 0,8%-nə
(1,5 milyard ton) bərabərdir. Lakin ölkəmizin təbii sərvətləri təkcə
neft və təbii qazdan ibarət deyil. Azərbaycan ərazisində
sənaye ehtiyatları təsdiq olunan çoxsaylı zəngin
faydalı qazıntı yataqları mövcuddur. Ölkəmiz
qara, əlvan, nadir və nəcib (qızıl) metallar, həmçinin
qeyri-filiz faydalı qazıntıları və tikinti-inşaat
materialları ilə də zəngindir.
Rabitə Kutusu
Qara
metallar əsasən
dəmir filizi
və xromit filizi
təzahürləri (digər
faydalı qazıntıların
tərkibində) şəklində
mövcuddur. Ekologiya və Təbii
Sərvətlər
Nazirliyinin məlumatına
görə, hazırda
ölkə ərazisində 3 dəmir
filizi yatağının
ehtiyatları təsdiq
edilib. Bunlar Daşkəsən
rayonunda yerləşən “Daşkəsən”,
“Cənubi Daşkəsən” və
“Dəmir” yataqlarından
ibarətdir. Qeyd etmək
lazımdır
ki, Daşkəsən
qrupuna daxil olan
yataqların bazasında
son illərə
qədər
Filizsaflaşdırma
Kombinatı fəaliyyət
göstərib. Belə
hesab olunur ki, əgər
Daşkəsən
filizsaflaşdırma
kombinatının
fəaliyyəti
bərpa edilərsə,
bu yataqlar onu
70-80 il müddətində
ehtiyatla təmin
edəcəkdir.
Xromit filizi
təzahürləri
isə Kəlbəcər (Göydərə
qrupu) və Laçın
rayonu (İpək
qrupu) ərazisində yerləşir. Göydərə
xromit təzahürləri
350 m-dən çox
məsafədə
yayılıb
və onların
qalınlığı 0,5 m-dən 15
m-ə qədərdir.
İpək xromit
təzahürlərinin
yayılma sahəsi
500 kv. km-ə, qalınlığı
0,5 m-dən 3-5 m-ə
qədərdir.
“Filizçay” - Avropanın ən nəhəng
polimetal yatağı
Böyük və Kiçik Qafqazın Azərbaycan ərazilərinə
düşən hissəsində əlvan metallardan mis,
qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin
yataq və təzahürləri geniş yayılıb. Mis ehtiyatları əsasən Balakən-Zaqatala,
Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmlənib.
Qarabağ mis-porfir yatağının ehtiyatları ümumi
filiz ehtiyatlarının 4,7%-ni təşkil
edir. Polimetal filiz (qurğuşun və sink) yataqları isə
əsasən Balakən, Qazax və Ordubad rayonları ərazisində
yerləşib. Avropada ən nəhəng yataq
hesab olunan və dünyanın ən iri yataqları
sırasına daxil olan “Filizçay” kolçedan-polimetal
yatağının (Balakən rayonu) dəqiq kəşfiyyatı
başa çatdırılıb və sənaye ehtiyatları
təsdiq edilib. Yataq 95 milyon ton filiz
ehtiyatına malikdir. Filizdə əsas qiymətli
komponentlər mis (filizdə orta miqdarı 0,59%),
sink (3,63%), qurğuşun (1,43%), gümüş (44,2 q/t),
bismut, kadmium, kobalt, selen, tellur, indium və s. ibarətdir. Hesablamalara görə, “Filizçay”
yatağının ehtiyatları dağ-mədən müəssisəsinin
yüksək rentabelli fəaliyyətini 60 ildən artıq
müddətə təmin edə bilər. Kobalt ehtiyatları Daşkəsən filiz rayonunda -
“Hamamçay” və “Dəmir” dəmir filizi yataqlarında və
“Filizçay” kolçedan-polimetal yatağında cəmlənib.
Qeyd etmək lazımdır ki, uzun illər ərzində
Daşkəsən yatağının istismarı nəticəsində
Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantı yığılıb
ki, bu tullantıların tərkibində külli miqdarda qiymətli
kobalt vardır.
Vanadium və qallium kimi metallarımız
da var
Ordubad filiz rayonunda geoloji-axtarış işləri nəticəsində
bir sıra mis-kobalt təzahürləri aşkar edilib. Bu təzahürlərin yer səthində
qalınlığı 20-80 m, filizləşmə zonası isə
2,5 km məsafədə yayılıb.
Filizləşmə daxilində kobaltın miqdarı 0,06-0,3%, nikel 0,1%, mis 0,3-1,12% arasında dəyişir.
Bundan başqa, 1993-cü ilə qədər ehtiyatları qismən
istismar edilən “Şimali Daşkəsən” kobalt yatağında
axtarış işləri nəticəsində kobaltın
yüksək miqdarı tapılıb. Molibden
ehtiyatları əsasən Ordubad rayonunda yerləşən
“Parağaçay” yatağında cəmlənib. Alüminium xammalı hesab olunan alunit filizləri isə
“Zəylik” yatağında aşkar edilib. Yataq
Daşkəsən rayonunda yerləşir. Alunit
filizləri əsasən alunitdən və kvarsdan ibarətdir.
Alunitin miqdarı 10-80% arasında dəyişməklə,
yataq üzrə orta miqdarı 53%-dir. Alunit filizləri ölkə
üzrə ümumi filiz ehtiyatlarının 29,7%
-ni təşkil edir. Zəylik alunit
yatağı Gəncə Gil-Torpaq Kombinatının
mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur.
Sovetlər Birliyi dönəmində hər il alunitdən 200
min ton gil-topraq, 385 min ton sulfat turşusu, 78 min ton kalium
gübrəsi alınıb. Bu yatağın ən cəlbedici amillərindən
biri də odur ki, alunit filizlərinin tərkibində nüvə
reaktorlarında, təyyarə və raket texnikasında, ərinti
birləşmələrində istifadə edilən vanadium və
qallium metalları var. Kəlbəcər filiz rayonunda yerləşən
“Levçay” yatağında isə civə mövcuddur. Həmin rayonda yerləşən digər civə
yatağının (“Ağyataq”) ehtiyatları istismar nəticəsində
tükənib. “Levçay” civə yatağında filiz
kütlələrinin uzunluğu 20 m-dən 70 m-ə qədər,
qalınlıqları isə 2,5 m-dən 6,5 m-ə qədərdir.
Filizdə civənin orta miqdarı 0,261-0,497%
arasında dəyişir.
Dünyaya “Ayrım” brendli qızıl
ixrac edirik
Hazırda dövlət balansında kəşfiyyatı
aparılan və sənaye ehtiyatları təsdiq edilən
üç qızıl yatağı - “Qızılbulaq”, “Vejnəli”
və “Zod” (Söyüdlü) yataqları qeydə
alınıb. Bundan
başqa, “Filizçay”, “Katex” və “Kasdağ” polimetal, həmçinin
“Qaradağ” mis-porfir yataqlarının filizlərində
yanaşı komponent kimi qızıl ehtiyatları
mövcuddur. Bunlardan əlavə, “Qoşa”, “Ağyurd”,
“Pyəzbaşı”, “Dağkəsəmən”, “Gədəbəy”
və “Ağduzdağ” yataqlarında da qızıl
ehtiyatları var. Hazırda böyük ehtiyatları olan
qızıl yataqlarından - “Zod”, “Qızılbulaq” və
“Vejnəli” ermənilərin işğal etdikləri ərazilərdə
yerləşir. Qeyd edək ki, ölkəmizdəki
qızıl yataqlarının işlənməsilə bir
neçə ildir ki, “R.V. İnvestment Group Services, LL
Tikinti-inşaat materialları və
qeyri-filiz faydalı qazıntılarımız
Aparılan geoloji-kəşfiyyat işləri nəticəsində
ölkəmizin bir sıra bölgələrində müxtəlif
növ tikinti-inşaat materialları və qeyri-filiz faydalı
qazıntı yataqları aşkar edilib. 2006-cı ilə qədər dövlət balansında
303 tikinti-inşaat materialları yataqları, o cümlədən
59 mişar daşı (48-i əhəngdaşı, 9-u tuf və
tuf qumdaşı, 1 qumdaşı, 1 travertin), 22 üzlük
daşı, 95 gil, 10 sement xammalı, 27 tikinti daşı, 71
qum-çınqıl, 14 qum, 3 bitumlu süxurlar və 2 perlit,
pemza yataqları qeydə alınıb. Dövlət
balansında qeydə alınan qeyri-filiz xammal ehtiyatları isə
31 yataqda cəmlənib. Bunlar əsasən gips, anhidrit, gəc
(7 yataq - 5 gəc, 2 gips və anhidrit), bentonit gilləri (2
yataq), xörək duzu (4 yataq), dolomit (2 yataq), kvarsitlər (2
yataq), flyus və soda üçün əhəng daşı
(2 yataq), keramika xammalı kimi çini daşı
yatağı (1 yataq), mineral boya (2 yataq), kvars qumları (5
yataq), barit (2 yataq) və digər yataqlardan ibarətdir.
Təbii sərvətlərimiz də
“işğal” olunub
Məlumat üçün bildirək ki, bu gün bir
çox zəngin faydalı qazıntı yataqlarının
mövcud olduğu ərazilərimiz erməni
işğalı altındadır.
Bunların arasında Laçın və Kəlbəcər
rayonunda xromit filizi və civə, Ağdərə rayonunda
(“Mehmana” yatağı) qurğuşun və sink, Zəngilan, Kəlbəcər
və Ağdərə rayonlarında qızıl yataqları
var. Eyni zamanda işğal olunan ərazilərimiz
tikinti-inşaat materialları və çoxsaylı qeyri-filiz
faydalı qazıntılarla da zəngindir. Hazırda
işğal olunan rayonlarımızda əhəngdaşı,
üzlük və tikinti daşları kimi qiymətli təbii
sərvətlərimiz ermənilər tərəfindən vəhşicəsinə
talan edilir.
ALLAHVERDİ CƏFƏROV
Zaman.-2011.-8-9 fevral.- S.9.