“Azərbaycan
turizmdən milyonlar qazanacaq”
Mütəxəssislər hesab edirlər
ki, əlverişli coğrafi mövqeyi, flora və
faunasının zənginliyi, dəniz sahilində yerləşməsi,
mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək
qonaqpərvərlik ənənələri ölkəmizdə
turizmin inkişafı üçün böyük perspektivlər
yaradır. Onların fikrincə, 2011-ci ilin “Turizm ili” elan edilməsi
bu sektorun inkişafında mühüm rol oynayacaq ki, bu da ölkəmizin milyonlar
qazanmasına gətirib çıxaracaq
Prezident İlham
Əliyevin
təşəbbüsü
ilə 2011-ci il
ölkəmizdə “Turizm
ili” elan edilib.
Dövlət
başçısı deyib
ki, bu sektoru
inkişaf etdirməklə
ölkəmizə yeni
investisiyaların cəlbi,
minlərlə, onminlərlə
yeni iş yerlərinin
açılması mümkündür. “Elə
etmək lazımdır
ki, 2011-ci ildə
turizmin inkişafına
böyük
təkan verilsin,
bu sahədə
böyük
və gözəl
nəticələr
görək”,-deyə
dövlət
başçısı qeyd
edib. Məlumat
üçün qeyd
edək ki, bu
il Bakıda
beşulduzlu 5 otel
istifadəyə veriləcək. Millət
vəkili Nizami
Cəfərov
deyir ki, əlverişli
coğrafi mövqeyi,
doqquz iqlim qurşağı,
flora və faunasının
müxtəlifliyi
və zənginliyi,
dəniz sahilində
yerləşməsi, mədəni-tarixi
irsi, ləziz
mətbəxi, yüksək
qonaqpərvərlik
ənənələri
ölkəmizdə turizmin inkişafı
üçün böyük
perspektivlər yaradır. Respublika Turizm və
Ekskursiyalar Şurası sədrinin
müavini Sabir
Rəhimov isə
hesab edir ki, birinci
növbədə
mükəmməl
turizm infrastrukturu yaradılmalıdır. “Caspian
Travel” şirkətinin
daxili turizm şöbəsinin
müdiri Fuad
Rəsulov isə
deyir ki, 2011-ci
ilin “Turizm ili”
elan edilməsi
ölkəmizdə bu
sektorun inkişafında
mühüm
rol oynacaq. Onun
sözlərinə
görə, Azərbaycanda bu sahəni
inkişaf etdirməklə
digər sektorların
da inkişafına
nail olmaq mümkündür: “Turizm
sektoru inkişaf
etsə, Azərbaycan
milyonlar qazanacaq, yeni-yeni
iş yerləri
açılacaq”. 1SOSİAL
HƏYAT 05
Prezident İlham
Əliyevin
2011-ci ilin “Turizm
ili” elan edilməsi
təklifi, yəqin
ki, bundan sonra
da müzakirə
obyekti olacaq. Ən
azı ona görə
ki, bu sektoru
inkişaf etdirməklə
ölkəmizə yeni
investisiyaların cəlbi,
minlərlə, on
minlərlə yeni
iş yerlərinin
açılması mümkündür. Dövlət
başçısı deyib
ki, bizim gözəl
təbiətimiz
var, Xəzər
dənizimiz, gözəl
dağlarımız,
çaylarımız, meşələrimiz
bizim böyük
sərvətimizdir.
Elə etməliyik
ki, 2011-ci ildə
turizmin inkişafına
böyük
təkan verilsin,
bu sahədə
böyük
və gözəl
nəticələr
görək.
Bəs
Azərbaycanın
turizm ölkəsinə
çevrilməsi üçün
hansı işlərin
görülməsinə
ehtiyac var? Mövzu
ilə bağlı
jurnalistlərin suallarını
cavablandıran millət
vəkili Nizami
Cəfərov
deyib ki, “Mədəniyyət
haqqında” qanunda
çox ciddi dəyişikliklər
edilməlidir. Onun
sözlərinə
görə, bu
gün Azərbaycan
təbiətinin
çox gözəl
olduğu elə
yerlər var
ki, orada tarixi
abidələr
bərpa olunmalıdır. Məsələn, Azərbaycanın
Kür-Araz
sahillərində çox
böyük
tarixi hadisələr
baş verib ki, onlar
dünyanın
böyük
tarixçilərinin
əsərlərində
əksini tapıb. Ona
görə həmin
yerlərdə qazıntı
işlərinin
aparılması, orada
tarixi abidələrin
ortaya çıxarılması,
onların dünyaya
təqdim edilməsi
lazımdır”. N.Cəfərovun
sözlərinə
görə, bir
çox rayonlarda bu
cür işlər
görülüb, amma
bu yetərli
deyil: “Elə regionlar var ki, orada
dağ, çay yoxdur,
amma qazıntılar
aparılsa, müxtəlif
mədəniyyət
abidələri
üzə çıxar. Azərbaycan
nadir təbii,
mədəni, milli,
etnoqrafik obyektlər
kompleksinə malikdir. Əlverişli
coğrafi mövqeyi,
doqquz iqlim qurşağı,
flora və faunasının
müxtəlifliyi
və zənginliyi,
dəniz sahilində
yerləşməsi, mədəni-tarixi
irsi, ləziz
mətbəxi, yüksək
qonaqpərvərlik
ənənələri
ölkəmizdə turizmin inkişafı
üçün böyük
perspektivlər yaradır”.
“Görüləcək işlər hələ çoxdur”
Respublika Turizm
və Ekskursiyalar Şurası
sədrinin müavini
Sabir Rəhimov
isə hesab edir
ki, respublikamızda
turizm sahəsini
daha yüksək
səviyyəyə
qaldırmaq üçün
görüləcək
işlər
hələ çoxdur.
Onun sözlərinə
görə, birinci
növbədə
mükəmməl
turizm infrastrukturu yaradılmalıdır, xüsusilə
də kütləvi
turizmə üstünlük
verilməlidir: “Qiymətlər
münasib olsa,
kütləvi
turist axını
da olar. Maddi
imkanı olanlar həmin
qiymətə Türkiyə,
Kipr, Yunanıstana
üz tuturlar. Çünki
oralarda xidmət
səviyyəsi
daha yüksəkdir.
Turizmin inkişafı
üçün 2 və 3 ulduzlu
hotellərin sayını
artırmaq lazımdır”. Ekspert
deyir ki, turizm
marşrutlarına
daxil olan abidələrin
mühafizəsi
gücləndirilməli, bir
çox tarixi abidələrin
konservasiyasına və
bərpasına
diqqət yetirilməlidir.
S. Rəhimov
deyir ki, regionların
tanıdılmasına
xidmət edən
bukletlər, xəritə-sxemlər
çox azdır, ya
da heç yoxdur:
“Yeni tikilmiş obyektlər
haqqında məlumat
isə yox dərəcəsindədir.
İxtisaslı mütəxəssislər
çatışmır, ekskursiya bələdçiləri, təlimatçılar,
yerləşmə və
qida müəssisələrində
peşəkar xidmət
personalı olduqca azdır”. Ekspertin bildirdiyinə görə,
ölkəmizdə həm
yay, həm
də qış turizminin inkişafı
üçün əlverişli
imkan var.
“Caspian
Travel” şirkətinin daxili turizm şöbəsinin müdiri
Fuad Rəsulov isə deyir ki, Bakıya gələn turistlərin
böyük hissəsi Suraxanıdakı Atəşgaha, həmçinin
Qobustana gedirlər. Onun sözlərinə görə, ölkəmizə
gələn turistlər əsasən tarixi-mədəni abidələri
ziyarət etməyə meyillidirlər: “Şəki şəhərindəki
qədim Kiş məbədinə, Qax rayonundakı Hamam pirinə
mütəmadi gəzintilərimiz olur. Həmçinin Quba
rayonunun Xınalıq kəndinə və İsmayıllı
rayonunun Lahıc qəsəbəsinə təşkil etdiyimiz
etnoqrafiq turlar da turistlərin çox xoşuna gəlir”.
Müsahibimiz turistlərin marağını cəlb etməsi
baxımından Şəki şəhərinin bir çox cəhətlərdən
üstünlüklərinin olduğunu vurğuladı.
“Turizm ili” bu sektorun inkişafında
mühüm rol oynayacaq
Fuad
Rəsulov da bir çox tarixi abidələrin
restavrasiyasına ehtiyac olduğunu düşünür: “Məsələn,
vaxtilə Albaniya dövlətinin paytaxtı olmuş qədim
şəhərin hazırda bir hissəsi
uçub-dağılıb, bir qismi isə torpağın
altında qalıb. Qəbələ şəhərinin
hazırkı turizm imkanlarını nəzərə alsaq,
onun beş addımlığında yerləşən bu qədim
tarixi məkanın acı görüntüsü, sadəcə,
təəssüf doğurur”.
Fuad
Rəsulov da hesab edir ki, 2011-ci ilin “Turizm ili” elan edilməsi
ölkəmizdə bu sektorun inkişafında mühüm rol
oynacaq. Onun sözlərinə görə, Azərbaycanda bu sahəni
inkişaf etdirməklə digər sektorların da
inkişafına nail olmaq mümkündür: “Turizm sektoru
inkişaf etsə, Azərbaycan milyonlar qazanacaq, yeni-yeni iş
yerləri açılacaq”.
Dövlət qurumlarının
qarşısına yeni vəzifələr qoyulub
Sonda
onu da qeyd edək ki, bir müddət öncə Prezident
İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı” təsdiq olunub. Proqramda
qeyd olunur ki, ölkəmizdə fəaliyyət göstərən
mehmanxana və mehmanxana tipli müəssisələrin sayı
370-ə çatıb: “Hazırda respublikada 123 turizm müəssisəsi
lisenziya əsasında fəaliyyət göstərir”. Sənəddə bildirilir ki,
turizmin inkişafı və turizm sektorunun ölkə
iqtisadiyyatının aparıcı sahələrindən birinə
çevrilməsi ən mühüm vəzifə olaraq
qarşıda durur və dövlət proqramı buna yönəlib.
Onu da bildirək ki, proqramda dövlət qurumlarının
qarşısına müəyyən vəzifələr
qoyulub. Məsələn, sənədə əsasən, turizm
sahəsində kiçik və orta sahibkarlığın təşviqi
üzrə tədbirlərin həyata keçirilməsi
(2010-2014) İqtisadi İnkişaf, Mədəniyyət və
Turizm nazirliklərinin qarşısına vəzifə kimi
qoyulub.
Ölkəyə
gələn və ölkədən gedən turistlərin
sayı, məqsədləri və xərcləri barədə
statistik məlumatların əldə edilməsi (2010-2014)
Dövlət Statistika Komitəsinə, Dövlət Miqrasiya
Xidmətinə, Mədəniyyət və Turizm Nazirliyinə
və İqtisadi İnkişaf Nazirliyinə həvalə
olunub.
NİCAT İNTİQAM
Zaman.-2011.-8-9 fevral.- S.5.