“CTV-nin hədəfi dünyaya yayımlanmaqdır”
Ötən
3 ildə CTV tamaşaçılarımızın kanalı
olmağa çalışıb. Buna
da, fikrimcə, nail olub. Hər halda, həm tamaşaçı zəngləri,
həm də ünvanımıza gələn
məktublar bunu deməyə əsas verir. Onu da
qeyd edim ki, tənqidlərə açıq olan CTV həmişə sosioloji sorğular nəticəsində
işləyir və öz fəaliyyətini tamaşaçının istəkləri,
arzuları əsasında
qurur.
Bu
yaxınlarda ölkəmizin
üçdə bir hissəsində yayımlanan
və Cənub bölgəsinin yeganə televiziya kanalı olan “Cənub” televiziyasının (CTV) 3 yaşı
tamam oldu. Az zaman kəsiyində
bölgələrdə yaşayan
vətəndaşların sosial
problemləriniişıqlandırmaqla, canlı verilişlər hazırlamaqla böyük
tamaşaçı ordusu
toplamış CTV ilə
bağlı bizi maraqlandıran suallarla bu qurumun icraçı
direktoru Eltən Qədimbəyliyə müraciət
etdik.
-
Geridə qoyduğunuz
üç ildə hansı nailiyyətlərə
imza atdınız?
-
Ötən 3 ildə
CTV tamaşaçılarımızın
kanalı olmağa çalışıb. Buna da,
fikrimcə, nail olub. Hər halda, həm tamaşaçı
zəngləri, həm
də ünvanımıza
gələn məktublar
bunu deməyə əsas verir. Onu da qeyd
edim ki, tənqidlərə açıq
olan CTV həmişə
sosioloji sorğular nəticəsində işləyir
və öz fəaliyyətini tamaşaçının
istəkləri, arzuları
əsasında qurur. Cünki onların fikirləri bizim üçün önəmlidir.
Təbii ki, CTV-nin əsas funksiyalarından
biri zövqü formalaşdırmaqdır, amma
insanlar sizi özününkü kimi
qəbul edəndə,
sizi özününkü
kimi dinləyirlər.
Bizim fəlsəfəmiz
də, strategiyamız
da tamaşaçını
inandırmaqdır ki,
biz, həqiqətən, onların
özlərinin kanalıyıq,
onların fikirləri
bizim üçün
önəmlidir, vacibdir.
Ötən 3 ildə
biz buna nail olmuşuq.
Elə bu səbəbdən də telekanalımız qısa
müddətdə regionda
böyük tamaşaçı
auditoriyası toplayaraq,
ictimai həyatın güzgüsünə çevrilə
bilib. Bu işdə, təbii ki, kollektivin hər birinin özünəməxsus
əməyi olub. Hazırda ölkənin 12
rayonuna yayımlanan
CTV internet üzərindən “onlayn” yayımına başlayandan, daha doğrusu, daha geniş tamaşaçı
kütləsi qarşısına
çıxdıqdan sonra
özünə daha çox tamaşaçı
kütləsi toplaya biləcək. Mən buna da əminəm.
-
Digər televiziyalardan
fərqli olaraq hansı layihələri həyata keçirirsiniz?
-
Bizə yaxın və yaxın olmayan müxtəlif ölkələrin telekanallarını
izləyirik və müəyyən monitorinqlər
aparırıq. Onların
buraxdığı səhvləri
görürük, bir
peşəkar kimi yanlışlıqları təkrarlamamağa
çalışırıq. 22 veriliş istehsal edən CTV-nin özünəməxsus bir
neçə proyekti də mövcuddur. Bunlardan “Xalq nəzarəti” layihəsini
misal göstərə
bilərik. Bu layihədə
sırf istehlakçının
hüquqları qorunur.
Ölkəmizin teleməkanında
belə bir telelayihə yoxdur. Əhalinin maarifləndirilməsi
istiqamətində “TV ensiklopediya”
layihəmiz fəaliyyət
göstərir. Uşaqlar
üçün
“Bil-bilməcə” adlı
telelayihəmiz isə
kloun və aktyorların aparıcılığı
ilə məlumatlar verən bir layihədir. Bunun kimi 10-a yaxın layihələrimiz mövcuddur
ki, tamaşaçılar
onları yalnız
CTV-dən izləyə
bilərlər.
“Etimadı doğrultmağa çalışırıq”
-
Bu 3 ildə üzləşdiyiniz ən çətin
anınız və ən yaddaqalan gününüz barədə
nə deyə bilərsiniz?
-
Biz CTV-ni qurmağa başlayanda çox böyük çətinliklərlə
üzləşdik. Belə ki, kadr, texniki problemlərlə
baş-başa qaldıq. Amma həvəsdən düşmədik.
İşimizə daha ürəkdən
bağlandıq. Nəticədə
qısa bir vaxtda bu kimi
problemlərin öhdəsindən
gəldik. Mən o günləri çətin
anlar kimi dəyərləndirərdim. Ən
sevindirici əlamətdar
gün isə möhtərəm Prezident
İlham Əliyev cənablarının bizim
yeni binanın açılışını etməsi olub. Prezidentin xeyir-duası ilə fəaliyyətə
başlamaq hər kanala nəsib olmur, ona görə
bu, bizə ayrı bir qürur
verir. Biz işimizlə
onun etimadını da doğrultmağa çalışırıq.
-
Məhz Lənkəranda
belə bir televiziya kanalını açmaq ideyası necə formalaşdı?
-
Hər şey zərurətdən başlayır,
zərurət olmazsa, heç bir şey yaranmır. Bildiyiniz kimi, bu region hər mənada ölkəmiz üçün strateji cəhətdən çox
vacib bir məkanda yerləşir.
Son illər regionların
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı
əsasında bu bölgənin də gündən-günə inkişaf
etməsi, onun digər imkanları ilə yanaşı, turizm potensialının artması burada belə bir televiziya
kanalının açılması
üçün münbit
bir şərait yaratdı. Buranın gələcəkdə çox
gözəl turizm məkanı olacağına
inanırıq. Onu da deyim ki,
biz bu bölgənin bütün iqtisadi potensialını, təbii
ki, həm də Azərbaycan həqiqətlərini dünyaya
da çatdırmaq niyyətindəyik. Bu mənada
gələcəkdə CTV dünyaya
yayımlanmaq hədəfindədir.
Onu da deyim
ki, bu ilin
ikinci yarısında televiziyanın peyk vasitəsilə yayımlanması
nəzərdə tutulub.
Bu isə CTV-ni təkcə respublikada deyil, dünyanın istənilən yerindən
izləmək imkanı
yaradacaq.
-
Bəs hansı yeni layihələriniz var?
-
Hazırda CTV 22 veriliş
istehsal edir. Biz əldə olunan nailiyyətlərlə kifayətlənmək
fikrində deyilik. Yeni-yeni layihələr üzərində işləyirik.
Yaxın vaxtlarda tamaşaçıların görüşünə
daha bir neçə maraqlı proqramla gələcəyik.
Onu da deyim
ki, CTV Regional Televiziyanın
digər kanalları ilə də layihə mübadiləsi həyata keçirir.
-
Eltən müəllim,
CTV-nin nəzdində hansı studiyalar fəaliyyət göstərir
-
Hazırda CTV-də Təlim-Tədris Mərkəzi
fəaliyyət göstərir.
Burada kanalımız üçün texniki işçilər hazırlanır.
“Uşaq studiyası”,
eləcə də “Gənclər studiyası”
vasitəsi ilə gələcəyin
televiziya əməkdaşlarını
yetişdirməyə, həm
də tapmağa çalışırıq.
-
Bəs reklam bazarınız formalaşıbmı?
-
Bilirsinizmi, bizdə reklama münasibət birmənalı olmayıb.
Halbuki inkişaf etmiş ölkələrdə
reklam həm istehlakçının, həm
də istehsalçının
bilavasitə marağındadır.
Çünki onlar reklam vasitəsilə informasiya əldə edir, seçim edirlər. Ümumiyyətlə,
xarici ölkələrdə
həyatın bir çox sahələri reklam üzərində qurulur. Mən deyərdim ki, son vaxtlar bu sahədə
bizdə də bir irəliləyiş
hiss olunur. Belə ki, iş adamları
artıq reklamın onların fəaliyyətlərində
önəmli rol oynadığını dərk
etməkdədirlər. Bu prosesdə
son illər onların
xarici ölkələrə
səfərləri, eləcə
də xaricilərin bölgəmizə səfərləri
əhəmiyyət kəsb
edib. Halbuki əvvəllər onlar reklamı dəyərləndirə
bilmirdilər.
“CTV region kanalları arasında ilk bədii film
çəkmiş kanaldır”
-
Eltən müəllim,
xarici filmləri doğma dilimizə tərcümə edərək
yenidən ərsəyə
gətirən dublyaj sənəti kinonun ayrılmaz bir qoludur. Səsləndirilən
hər bir yad, əcnəbi obrazın xarakterini qavramaq, hisslərini tamaşaçıya çatdırmaq
xüsusi məharət
tələb edir. Keyfiyyətli dublyaj isə həmin telekanalın güclü maddi-texniki bazasından, rejissor peşəkarlığından
xəbər verir. Bəs dublyaj məsələsi sizdə
həllini necə tapır?
-
Bu sahədə problemimiz
yoxdur. Belə ki, Bakıda bizim dublyaj studiyamız
fəaliyyət göstərir.
Biz əvvəlcədən müəyyənləşdirdiyimiz filmləri məhz orada çalışan aktyorlarımızın iştirakı
ilə dublyaj edirik.
-
Sənədli filmlərin
istehsalında, yəqin
ki, probleminiz olmaz. Bəs maddi-texniki bazanız əsasında bədii filmlər çəkə
bilirsinizmi?
-
Bu yaxınlarda biz “Təkamül”
adlı ilk bədii filmimizi ərsəyə gətirmişik. Narkomaniyanın
bəlalarından bəhs
edən bu filmə televiziyamızın
baş rejissoru Şamil Muradov quruluş verib. Ssenari isə Bəxtiyar Axundova məxsusdur. Onu da deyim ki,
bizim CTV region kanalları
arasında ilk bədii
film çəkmiş kanaldır.
Elə bu faktın özü CTV-nin nəyə qadir olduğunun bariz nümunəsidir. Biz bu sahədə işimizi davam etdirmək niyyətindəyik. Yeri gəlmişkən, hazırda
bir neçə sənədli film çəkmək
də gündəmdədir.
-
İndi camaatın teleseriallara da marağı artıb...
-
Hə, yaxşı yadıma düşdü.
Biz yerli teleserial da çəkmək niyyətindəyik. Zənn
edirəm ki, bu layihəmizi də yaxın vaxtlarda gerçəkləşdirə
biləcəyik.
-
Səhv etmirəmsə,
siz Quba (Xəyal TV Regional Telekanalı),
Xaçmazın (Şimal
Regional Televiziyası) regional televiziyalarında da çalışmısınız. Bu sahənin uzmanı kimi, ümumiyyətlə,
bu və ya digər bölgədə
yeni kanal açılanda hansı amillərin ona yardımçı olduğunu
deyə bilərsiniz?
- Ümumiyyətlə, mədəniyyət,
təhsil ocaqlarının olması bu və digər bölgədə
telekanalların formalaşmasında mühüm rol oynayır.
Bu mənada Lənkəranda Dövlət Teatrının,
Dövlət Universitetinin olması, təbii ki, işimizi
günün tələbləri səviyyəsində
qurmağımızda əlimizdən tutdu.
Qvami Məhəbbətoğlu
Zaman.- 2011.- 15 fevral.- S. 13.