Marsa
ekspedisiya: Qırmızı planet Yerin koloniyasına
çevrilə bilər (2)
Tədqiqatlar
uğurla başa çatdırılacağı halda, Marsa
daha az xərclə getmək və bu planetin tədqiqini
arzuedilən səviyyədə həyata keçirmək
mümkün olacaq. Pit Uorden hazırda NASA-nın bu məqsədlə
elektrik güc qurğularının təkmilləşdirilməsi
üzərində gecəli-gündüzlü iş
aparıldığını açıqlayıb.
Pit
Uordenin sözlərinə görə, hazırda tədqiqatçıların
əsas diqqəti az yanacaq sərf etməklə raketin daha səmərəli
fəaliyyətini təmin edəcək mühərriklərin
hazırlanmasına cəlb edilib və bu iş yüksək
templə davam etdirilir. Tədqiqatlar uğurla başa
çatdırılacağı halda, Marsa daha az xərclə
getmək və bu planetin tədqiqini arzuedilən səviyyədə
həyata keçirmək mümkün olacaq. Pit Uorden
hazırda NASA-nın bu məqsədlə elektrik güc
qurğularının təkmilləşdirilməsi üzərində
gecəli-gündüzlü iş
aparıldığını açıqlayıb. NASA-nın Marsa yeni kosmik gəmi göndərmək
üzərində iş aparması və oranı
koloniyalaşdırmağa başlamaq niyyəti ABŞ-ın məşhur
milyarderlərinin də diqqətini adıçəkilən
layihəyə cəlb edib. Bununla əlaqədar Pit Uorden deyir:
- Bu yaxınlarda məşhur “Google”-nin həmtəsisçilərindən
Larri Peyc məndən soruşdu ki, ilkin layihə işləri
neçəyə başa gələcək. Mən isə
bunun ən azı 10 milyard dollar tələb etdiyini ona söylədim.
Peyc isə layihə üzərində işin başa
çatdırılması naminə 1-2 milyard dollar ayıra
biləcəyini söylədi.
Amma Larri Peyc tək deyil və
hazırda, hələlik, adlarının gizli qalmasını
istəyən onlarla milyarder layihə üzərində
aparılan işlərin sürətləndirilməsi
üçün əlavə maliyyə vəsaiti
ayırmağa hazır olduqlarını bəyan edib. Bu isə
o deməkdir ki, Marsa içərisində insanlar olan ilk kosmik gəminin
göndərilməsi layihəsi uğurla həyata
keçiriləcək. Amma
insanların Marsa çatdırılması və orada səyyar
baza yaradılması ilə iş bitmir. Marsda bu məqsədlə
insan amilini nəzərə almaq onların yeməyi, içməyi,
Yerdə olduğu kimi oksigenlə nəfəs alması və
digər dah a çətin problemlərin həll edilməsi də
qarşıda duran ən çətin vəzifələrdən
biri kimi dayanır.
Mütəxəssislərin sözlərinə görə,
Marsa göndəriləcək astronavtların orada uzun müddət
yaşaya və fəaliyyət göstərə bilməsi
üçün elmin son nailiyyətləri əsasında
hazırlanmış texniki avadanlıqlardan, o cümlədən
kiçik nüvə reaktorundan istifadə ediləcək. Nüvə reaktoru və texniki vasitələrin
yardımı ilə astronavtların yad planetdə
yaşaması üçün zəruri olan oksigen, su və ərzaq
məhsulları əldə etmək mümkün olacaq. Üstəlik, Mars Yer
üçün əlverişli hesab edilən kosmik fəzaya
daxil olacağı təqdirdə, ora NASA yeni astronavtlar
göndərməyi planlaşdırır. Amma
bütün hallarda Marsın ilk sakinləri olacaq astronavtlar
öz qayğılarına özləri qalmalı olacaqlar.
Hazırda Arizona Universitetində və “Sadiler Machine” (ABŞ)
kompaniyasında gələcək Mars sakinlərinin
Qırmızı planetdə uzunmüddətli
yaşayışını təmin edə biləcək vasitələr
üzərində iş aparılır. Məsələn,
mühəndislər artıq bəzi ərzaq məhsullarını
yetişdirməyə imkan verən
açılıb-yığılan istixanalar üzərində
işi başa çatdırıblar. ABŞ Kənd Təsərrüfatı
və İdarəedilən Mühit Mərkəzinin
(
Psixolojı problemlər...
Marsın
ilk sakinləri qapalı şəraitdə yaşamaq
üçün lazım olan təcrübə qazanacaq və
bununla gələcəkdə adıçəkilən
planetin koloniyalaşdırılmasının əsasını
qoyacaqlar. Onlar özləri isə müəyyən
qədər üzərində təcrübə aparılan
canlı obyektlər rolunu oynayacaqlar. Bu isə,
təbii ki, Yer kürəsində müəyyən
narazılıqlara səbəb olacaq. Çünki etik
baxımdan insanları nəticəsi bəlli olmayan bir işə
cəlb etmək yolverilməz sayılır. Lakin tədqiqatçılar elm və texnikanın
inkişafı, bəşəriyyəti və Yer kürəsini
gələcəkdə gözləyən təhlükələrə
indidən hazırlamaq üçün başqa
çıxış yolunun olmadığı qənaətindədirlər.
Hazırda mütəxəssisləri daha
çox digər bir problem, Marsın ilk sakinlərinin uzun
müddət dünyadan, yaxınlarından təcrid
olunmuş vəziyyətdə yaşamağa və psixoloji
baxımdan buna hazır olub-olmamaları narahat edir. Marsın ilk sakinləri bir daha geriyə
qayıtmayacaqlarına və yaxınları ilə son dəfə
görüşdüklərinə özlərini psixoloji cəhətdən
hazırlaya biləcəklərmi və ekstremal şəraitdə
onların buna reaksiyaları necə olacaq? Ona
görə də hazırda NASA-nın tanınmış
psixoloqları və psixiatrları xüsusi şəraitdə
uzun müddət doğmalarından ayrı düşəcək
insanların buna reaksiyasını öyrənməklə məşğuldurlar.
Narahatlıq doğuran səbəblərdən biri də
ilk könüllü astronavtların “kosmik sürgün”də
özlərini necə aparacaqları ilə
bağlıdır. Tədqiqatçı
həkimlərin fikrincə, Marsın ilk sakinləri özlərini
vaxtilə Şimali Amerikada məskunlaşmağa başlayan
avropalılar kimi hiss edəcəklər. O vaxt Amerikada
yuva salan ilk avropalılar bir daha geriyə qayıdacaqlarına
və ailələri ilə əlaqə saxlayacaqlarına
inanmırdılar. Yeri gəlmişkən xatırladaq ki, məşhur
səyyahlar - Kolumb, Skott, Amundsen, Frobişer və digərləri
yeni torpaqların
axtarışına çıxarkən bir daha geriyə
qayıtmayacaqlarını və həyatlarını
böyük təhlükə altına atdıqlarını
çox yaxşı bilirdilər. Buna baxmayaraq, onlar riskə
gedərək yeni elmi kəşflərin və ərazilərin aşkar edilməsinin
əsasını qoydular. Kim bilir, bəlkə də,
“Yüzilliyin ulduz gəmisi” ilə Marsa göndəriləcək
astronavtlar da analoji funksiyanı adıçəkilən məşhur
səyyahlar kimi şərəflə həyata keçirəcəklər.
Əvvəlcə,
Marsin təbii peykinə...
Layihəyə əsasən, Marsın ilk sakinlərini
aparacaq kosmik gəmi birbaşa Qırmızı planetin səthinə
enməyəcək. Gəmi,
əvvəlcə, Marsın təbii peyklərindən birinin
üzərinə enəcək. Sonra oradan
telerobotlar vasitəsi ilə Marsın səthi və gəminin
enəcəyi ərazi diqqətlə öyrəniləcək.
Yalnız bundan sonra kosmik gəminin Marsın səthinə
enməsi barədə qərar qəbul ediləcək.
Yeri gəlmişkən xatırladaq ki, Marsla Yerin
arasındakı məsafə adıçəkilən planetlərin
kosmik fəzada yerləşməsindən asılı olaraq, 55,75-401
milyon kilometrdir. Bununla əlaqədar onu da deyək
ki, 2007-ci ilin avqust ayında Marsa göndərilən kosmik gəmi
Qırmızı planet ətrafına yalnız 2008-ci ilin may
ayında çatdı. Sonra isə kosmik gəmidən Foneks (
Əziz Mustafa
Zaman.-2011.-17-18
fevral.-S.6.