Turizmi ilə
dünyanı valeh edən ölkə
Macarıstan
Mərkəzi
Avropada yerləşən Macarıstan Respublikası şimalda
Slovakiya, şərqdə Ukrayna və Rumıniya, cənubda
Xorvatiya və Serbiya, cənub-qərbdə Sloveniya və qərbdə
Avstriya ilə həmsərhəddir. Ölkənin dünya okeanına
birbaşa çıxışı yoxdur. Macarıstan Avropa
Birliyi (AB) və NATO ölkəsidir.
Mərkəzi
Avropada yerləşən
Macarıstan Respublikası
şimalda Slovakiya, şərqdə
Ukrayna və Rumıniya,
cənubda Xorvatiya və Serbiya, cənub-qərbdə
Sloveniya və qərbdə
Avstriya ilə həmsərhəddir.
Ölkənin dünya
okeanına birbaşa
çıxışı yoxdur. Macarıstan
Avropa Birliyi (AB) və
NATO ölkəsidir.
Ölkə
siyasi sisteminə görə, Parlamentli Respublikadır. Baş
nazir icraedici hakimiyyəti həyata keçirir və ölkə
siyasi kursunun təyin edilməsində mühüm rol
oynayır.
Tarixə
nəzər saldıqda macar millətinin təşəkkülündə
türk tayfaları olan hunların və xəzərlərin
böyük rolu olduğuna şahid oluruq. Bu gün isə
Macarıstan əhalisinin 90 faizini macarlar, 4 faizini
qaraçılar, 2,6 faizini almanlar, qalan hissəsini isə serblər,
rumınlar və digər millətlər təşkil edirlər.
Ölkənin və xalqın adı da macarların türk
soyundan olmasını təsdiq edən digər bir əhəmiyyətli
qaynaqdır. Belə ki, macarlar özlərini Hunqarian (hunlar
ölkəsinin sakinləri) adlandırırlar. Və heç
təsadüfi deyil ki, ingilis dilində də macar xalqı
Hunqarians, ölkə isə Hunqary adlanır. Əhalinin
böyük əksəriyyəti katolik olsa da, yəhudilərin,
həmçinin digər dinlərə mənsub olanların
sayı da az deyil.
Macarıstanın
şimal hissəsi əsasən dağlıqdır. Dağ
silsiləsi qərbə doğru uzanaraq Alp dağları ilə
birləşir. Paytaxt Budapeşt şəhəri Avropanın ən
gözəl şəhərlərindən biri sayılır.
Budapeştə gələn turistlər üçün daha
bir maraqlı məqam odur ki, qonşu Avstriyanın paytaxtı
Vyanaya avtomobillə cəmi iki saata getmək
mümkündür. Vyana ilə Budapeştin arası Bakı
ilə Şamaxı arasındakı məsafə qədərdir.
Macarıstan
Avropa Birliyi ölkəsi olsa da, hələ də milli
valyutasına - forintə sadiqdir. Amma yaxın gələcəkdə
ölkənin avroya keçəcəyi
proqnozlaşdırılır.
Budapeşt
obrazlı şəkildə desək, dünyanın ən
romantik şəhəri sayılır. Bu romantik mənzərənin
mərkəzində Dunay çayı dayanır.
Çayın üzərindəki körpülər
xüsusilə gecələr par-par yanır. Şəhərin
gecə mənzərəsi ən azı gündüzləri qədər
gözəldir. Şəhərin gözəlliyini seyr etmək
istəyən turistlər üçün ən ideal yer
Stedella təpəsidir. Budapeştin bu ən hündür təpəsindən
şəhərin həm Buda, həm də Peştə tərəfi
bütün gözəllikləri ilə insanın
ayağının altına sərilir.
Qıvrıla-qıvrıla axan Dunay çayı isə
Budapeşti iki yerə ayırır.
Turistlərin
marağına səbəb olan digər bir abidə isə
Budapeştin ən böyük meydanı olan Qəhrəmanlar
meydanıdır. Bu meydanda tarixi şəxsiyyətlərin
heykəllərini görə bilərsiniz. Macar qəhramanları
içində Hun imperiyasının əfsanəvi imparatoru
Atillanın ən öndə dayanması diqqəti cəlb
edir. Hətta Atilla yeni doğulan macar oğlan uşaqlarına
ən çox verilən adlardan biridir.
Avropanın
ən gözəl şəhərləri sırasında olan
Budapeştin füsunkar təbiəti ilə yanaşı,
tarixi memarlıq abidələrilə də çox zəngindir.
Şəhərdə ilk olaraq gözə çarpan qeyri-adi
üslubda inşa edilən parlament binasıdır. Bu möhtəşəm
sənət əsəri həm də Avropanın ən
böyük parlament binalarından biridir. Turizmə çox
böyük əhəmiyyət verən macarlar hətta
parlament binasının qapılarını belə, turistlərin
üzünə açmaqdan çəkinmirlər. Macar krallarının
1000 illik tacı da bu binada qorunur. Tarixi macar ənənələrinə
görə bu tacı qoymayan kralın krallığı
sayılmazmış. Ona görə də krallar bu tarixi
simvolu öz gözləri kimi qoruyublar. Ancaq buna baxmayaraq,
hardasa ölkənin dövlət simvolu sayılan tac dəfələrlə
oğurlanıb. Sonuncu dəfə İkinci Dünya müharibəsi
vaxtı ABŞ-a qaçırılan tac 1975-ci ildə geri
qaytarılıb. Dəfələrlə qaçırılan
tac əldən-ələ o qədər gəzib ki,
üstündəki xaç əyilib. Macarların
böyük əhəmiyyət verdiyi bu tac 2000-ci ildən
parlament binasında saxlanılır.
Macarıstan
dünyanın ən böyük 15 turizm ölkəsindən
biridir. 10 milyon əhalisi olan ölkəyə milyonlarla turist gəlir
və bu rəqəm hər il artmaqdadır. Azərbaycanda da
2011-ci ilin “Turizm ili” elan olunduğunu nəzərə alsaq,
İkinci Dünya müharibəsi zamanı yerlə yeksan
edilmiş 2 milyon əhalisi olan Budapeşti bir cazibə mərkəzinə çevirən macarların bu
nailiyyəti diqqətlə öyrənilməlidir. Şəhərin
mərkəzində bir dənə də olsun hündür
binanın tikilməməsi macarların tarixlərinə nə
qədər önəm verdiklərini göstərən ən
böyük sübutdur.
Şəhərdə
turistlərin ən çox maraq göstərdikləri tarixi
memarlıq nümunələrindən biri də Dunay
çayının üzərindəki Aslanlı
körpüdür. Bu körpünün maraqlı bir rəvayəti
də var. Rəvayətə görə, körpünü tikən
memar bu körpüdə bir dənə də olsun səhv
tapılarsa, özünü körpüdən atıb
öldürəcəyini bildirir. İlk baxışda xalq
körpüdə heç bir çatışmazlıq
görmür. Ancaq bir balaca uşaq memarın axırına
çıxan bu sözləri deyir: “Aslanların dilləri
yoxdur”. Və memar özünü körpüdən ataraq
öldürür.
Dunay
çayının bütün gözəlliklərindən
maksimum şəkildə istifadə etməyi
qarşısına məqsəd qoyan macarlar bu istəklərinə
nail olublar. Turist qrupları saatyarımlıq gəmi səyahətilə
şəhəri daha yaxından tanıya bilərlər.
Çayın üzərindəki Marqarit adası şəhərin
ən görməli yerlərindən biridir. Şəhərin
səs-küyündən bezənlər bu füsunkar adada
rahatlıqla yorğunluqlarını çıxarırlar.
Macarıstanın
məşhur termal otellərində macar vannasını qəbul
eləmək üçün dünyanın dörd bir tərəfindən
insanlar bu ölkəyə axışır.
Budapeştə
xüsusi gözəllik verən sənət əsərlərindən
biri də Avstriya-Macarıstan imperiyasından qalan nəhəng
heykəllərdir. Şəhər buna bənzər çoxlu
qədim və möhtəşəm memarlıq abidələrinə
sahib olmaqla bərabər, təmiz
və səliqəli küçələri, gözəl
yolları ilə də diqqəti çəkir.
Macarıstanda
bir çox Osmanlı tarixi izlərini də görmək olar.
Qərblilərin Möhtəşəm Süleyman (Soliman The
Magnificent) adlandırdıqları Qanuni Sultan Süleyman Avropa
tarixində mühüm iz qoymuş Osmanlı dövlət
başçılarından biridir. Sultan Süleyman 1521-ci ildə
Belqradı tutaraq Orta Avropanı, 1526-cı ildə Rodos
adasını alaraq Aralıq dənizində Osmanlı hakimiyyətinin
qapılarını açmışdır. 1526-ci ildə cəmi
iki saat davam edən Moxac müharibəsilə macar ordusu məğlub
edilərək, Budapeşt və sonra bütün Macarıstan
Osmanlı tabeçiliyinə keçmişdir.
Budapeştdəki
Osmanlı yadigarlarından biri də tolerantlığın və
sevginin simvolu olan Gül Baba türbəsidir. Macar
xalqının da çox sevdiyi bu tarixi şəxsiyyət
16-cı əsrin əvvəllərində Qanuni Sultan
Süleyman zamanında Macarıstana gəlmişdir. Dərviş
olan bu nurüzlü insan başındakı
sarığında hər zaman gül
daşıdığına görə macarlar ona Gül Baba
adını veriblər. Qarşılaşdığı hər
bir macara gül verən Gül Baba qısa zamanda macarlar tərəfindən
çox sevilib. Ona görə də əsrlər keçsə
də, dərviş Gül Babanı macarlar hələ də
unuda bilməyiblər. 1541-ci ildə Budin müharibəsində
şəhid olan Gül Baba Budapeştin ən mötəşəm
mənzərəli təpəsində dəfn edilib. İkinci
Dünya müharibəsində türbəsi dağılan
Gül Babanın qəbri 1965-ci ildə hökumətin qərarı
ilə təmir edilərək təkrar əvvəlki gözəlliyinə
qovuşub.
Budapeştin
dünya mirası siyahısına salınan ən gözəl
parklarından biri də Hortobay parkıdır. 70 min
hektarlıq böyük bir ərazidə qurulan bu park şəhər
əhalisinin və turistlərin ən əyləncəli
istirahət məkanlarından biridir. Gözəl macar
otlağında salınan bu park bir-birindən fərqli və
dəyərli atları ilə də turistləri valeh edir. Həm
də qoruq kimi fəaliyyət göstərən parkda iki metrə
yaxın boyları və gözəllikləri ilə
seçilən macar atlarını görə bilərsiniz. Bu atların 100 min dollar və daha
artıq qiyməti var. Macarlar, digər Avropa ölkələrindən
fərqli olaraq, atları çox sevir və atlar qədim macar
ənənəsinin bir parçasıdır. Minlərlə
turist macarların at üzərindəki şousunu izləmək
üçün buraya axışır.
Macarların
kökünün türk soyundan gəldiyini sübut edən təkcə
atlara olan sevgiləri deyil. Macarlar həm də qədim
türk tayfalarına məxsus xüsusiyyəti olan
yırtıcı quş bəsləmə adətlərini də
davam etdirirlər. Başqa heç bir Avropa ölkəsində
belə bir adət yoxdur.
Bu
gün Azərbaycanla Macarıstan arasında ikitərəfli əməkdaşlığı
inkişaf etdirmək və dostluq münasibətlərini
gücləndirmək üçün Azərbaycan-Macarıstan
Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Həmçinin
Macarıstan Azərbaycan qazının “Nabukko” qaz kəmərilə
nəqlinə maraqlı olan Avropa ölkələrindən
biridir. Ardi
var
Vüqar Zülfüqarov
Zaman.- 2011.- 19-21 fevral.- S.8.