Antarktida - sirli və müəmmalı qitə

 

Günümüzdə çoxlu sayda müəmmalı, izahı qeyri-mümkün olan hadisələr baş verir. Bizi əhatə edən aləmdə hələ də sirrini qoruyub saxlayan əsrarəngiz yerlər var. Onlardan biriAntarktida qitəsidir.

Günümüzdə çoxlu sayda müəmmalı, izahı qeyri-mümkün olan hadisələr baş verir. Bizi əhatə edən aləmdə hələ də sirrini qoruyub saxlayan əsrarəngiz yerlər var. Onlardan biriAntarktida qitəsidir.

Yer kürəsinin 6-cı olduqca unikal, təkraredilməz qitəsi hesab edilən Antarktida sivilizasiyamız üçün hələ kəşf  edilməmiş bir ada olaraq  qalmaqdadır. Coğrafi baxımdan həm Atlantik, həm Hind, həm Sakit okeanlarına birbaşa çıxışı olan əbədi buzlaqlar qitəsi kimi tanınan Antarktida digər qitələrdən daha bir özünəməxsusluğu ilə seçilir. Bu qitədə bütün saat qurşaqları mövcuddur bununla da digər 5 qitədə olan zaman ölçülərini özündə qovuşdurmaqla sanki bir daha unikallığını nümayiş etdirir. Antarktida qitəsi həm ən gec kəşf edilən qitələrdən biridir. 1820-ci ildə məşhur dəniz səyyahı Bellinsqauzen tərəfindən aşkar edilən əbədi buzlaqlar qitəsi bundan sonra sanki unuduldu. Lakin ötən əsrin 30-cu illərindən başlayaraq, Antarktida tədqiqatçıların diqqətini yenidən özünə cəlb etdi. İkinci Dünya müharibəsindən sonra isə bu sirli müəmmalı qitəyə dünya ağalığı uğrunda mübarizə aparan SSRİ ABŞ tərəfindən yeni ekspedisiyalar təşkil edilməyə başladı. Nəticədə, əvvəlcə, Antarktidada müvəqqəti, sonra isə il boyu işləyən elmi ekspedisiyalar fəaliyyətə başladı.

Qeyd edək ki, Antarktida Yer kürəsinin ən soyuq qitəsidir burada hətta yayda temperatur sıfır dərəcədən yuxarı qalxmır. Qitənin 99 faizi 5 kilometr qalınlığı buzla örtülüdür. Burada ilin bütün fəsillərində güclü qasırğalar küləklər ağalıq edir. Məhz bu səbəbdən bu qitədə insanlar daimi məskunlaşmayıblar. Bununla belə, hər il yayda Antarktidaya turist kimi gedənlərin sayı

artmaqdadır. Son bir neçə ildə yayda Antarktidaya 4 min nəfərdən artıq turist gəlib. Yaxın illərdə əbədi buzlaqlar qitəsinə gələn turistlərin sayının 50-60 min nəfərə çatacağı gözlənilir. Antarktidada turistləri cəlb edən ən önəmli amil buranın ekoloji baxımdan Yer kürəsinin ən təmiz qitəsi olmasıdır. Tədqiqatçıların fikrincə, qitənin havası on min illər bundan əvvəl olduğu kimi qalmaqdadır bu baxımdan onu əl dəyməmiş bir ekoloji təmizlik xəzinəsinə bənzətmək olar. Bundan əlavə, qitənin havası bir çox xəstəliklərin müalicəsinə  olduqca effektiv təsir göstərir.

Turistləri tədqiqatçıları Antarktidaya cəlb edən bir məsələ qitənin açılmamış sirləridir. Bu baxımdan da Antarktida ətrafında çoxlu sayda əfsanə rəvayətlər dolaşmaqdadır.

 

Antarktida, yoxsa Atlantida?

 

Əbədi buzlaqlar qitəsi ilə bağlı son 50-70 illərdə irəli sürülən ən maraqlı ehtimallardan biri adı əfsanələrdə yaşayan Yer kürəsinin hər nöqtəsində izi axtarılan Atlantida ilə bağlıdır. Hələ yarım əsr bundan əvvəl İtaliyada nəşr edilənEuropeo  jurnalında Amerika alimləri tərəfindən Atlantidanın izlərinin Antarktidada tapılması barədə məlumat getmişdi. Bu məlumat o vaxt bütün dünyada, o cümlədən tanınmış alimlər tədqiqatçılar arasında bir şok effekti əmələ gətirmişdi. Atlantidanın izlərinin məhz Antarktidaya gedib çıxması barədə Amerika alimlərinin səsinə səs verən italiyalı tədqiqatçı Barbiyero Flavio Atlantida Antarktida barədə deyilənləri toplayaraq, “Buzlaqlar altındakı sivilizasiyaadlı kitab nəşr etdirdi. Barbiyero Flavioya görə, əfsanəvi atlantların dövləti vətəni olan Atlantida indiki Antarktidanın buzlaqları altındadır. Alimin fikrincə, Antarktida 10-15 min il bundan əvvəl mülayim iqlimə malik olub. Atlantlar məhz bu qitədə yaşayaraq dünyanın bu günə kimi həsəd apara biləcəyi yüksək sivilizasiya qurublar.

Başqa planetlərə uçub getməyi bacaran atlantların ana vətənlərinin məhvinə səbəb kimi italiyalı tədqiqatçı nəhəng göy cismini göstərir. Onun ehtimalına görə naməlum göy cisminin, çox güman  ki, meteoritin Atlantida ilə toqquşması nəticəsində bu əfsanəvi qitə Yer üzərindən silinib. Barbiyero Flavio bu hadisənin eramızdan təxminən 10-12 min il əvvəl baş verdiyini iddia edir. O, Antarktidanın coğrafi baxımdan olduqca əlverişli məkanda, yəni onun  Afrika, Asiya Avropanın, həmçinin Atlantik, Hind Sakit okeanların arasında yerləşdiyinə diqqəti cəlb edib. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, vaxtilə şimal maqnit  qütbü Asiyanın şərqində yerləşib.  Nəticədə Antarktida qədim sivilizasiya məskənləri hesab edilən Mərkəzi Amerika, Messopotamiya (iki çay arası - Dəclə-Fərat), Hindistan Misirlə eyni iqlim qurşağında yer alıb. İtaliyalı tədqiqatçı belə hesab edir ki, baş verən dəhşətli hadisədən sonra şimal maqnit qütbü yerini dəyişib bu da nəticədə Atlantidada havaların kəskin soyumasına gətirib çıxarıb. Bunun ardınca qədim sivilizasiya mərkəzi buzlaqlarla örtülüb.  Sağ qalan atlantlar isə digər qitələrə köç etməyə məcbur olublar. Hələlik, Antarktidanın məhz əfsanəvi Atlantida olmasını sübut etmək mümkün olmasa da, adıçəkilən qitədə baş verən hansısa hadisə nəticəsində şimal qütbünün öz yerini dəyişməyə məcbur olması alimlər tərəfindən qismən sübuta yetirilib.

 Şimal maqnit qütbünün öz yerini dəyişməsinin bir səbəbi vaxtilə Antarktidada baş verən dəhşətli təbii kataklizmlərin, hətta nüvə müharibəsinin ola bilməsi ilə izah edilir. Çünki Yer kürəsinin oxunun yerini birdən-birə dəyişməsi ağlabatan görünmür. Adətən, belə hallar  nüvə müharibəsi ya təbii fəlakətlər nəticəsində baş verə bilir. Yeri gəlmişkən xatırladaq ki, ötən il əvvəlcə Haitidə, sonra isə Çilidə baş verən zəlzələlər nəticəsində yer oxunun yerini azacıq dəyişdiyi məlumdur.  Ötən ilin yayında İslandiyada vulkan püskürməsi bunun dünyanın bir çox yerlərində həyatı iflic halına salması, dekabr ayından başlayaraq isə Avropa Amerikanı donduran dəhşətli soyuqların da məhz yerin oxunun öz yerini dəyişməsinin nəticəsi kimi qəbul edilir. Ümumiyyətlə isə, alimlər son illərdə Yer kürəsindəki anormal hava şəraitinin - gah dəhşətli istilərin, gah soyuqların müşahidə edilməsi, gah da fəsillərin periodikliyinin pozulmasını məhz iki amillə - iqlim dəyişiklikləri silahı təbii fəlakətlərlə əlaqələndirirlər.

 

Başqa bioloji inkişaf...

 

Bəzi alimlərin fikrincə, Antarktidadakı buzlaqlar altında elmə məlum olmayan həyat növləri tamam başqa təkamülün nəticəsi ola bilər. Onların inkişafının da Yer kürəsinin digər yerlərindən fərqləndiyi ehtimal edilir. Bu məqsədlə alimlər, ilk növbədə, Antarktida gölünün öyrənilməsinə böyük ümidlər bəsləyirlər. Bu göl 500 kilometr uzunluğa 150 kilometr enə malikdir. O, dərin buz qatları altında gizlənib. Bu gölün varlığı barədə ilk dəfə 1972-ci ildə fikir söylənildi. 1997-ci ildə isə unikal qazma qurğuları vasitəsi ilə  gölün üstündə dərinliyi 3523 metrə çatan quyu qazıldı. Bununla belə, gölə çatmağa 200 metr qalmış qazma işləri dayandırıldı. Çünki qazma qurğuları, həmçinin insanlar vasitəsi ilə oraya hansısa qorxulu xəstəlik yayan bakteriyaların düşməsi ehtimalı vardı. Amma 3 min metr dərinlikdə quyudan götürülmüş buz parçalarında oksigen o qədər saf şəkildə qorunub saxlanılmışdı ki, alimlər heyrətə düşdüklərini gizlədə bilməmişdilər. Onlar bu buz parçalarını əbədi həyat eliksiri adlandırmışdılar.  Belə ki, buz parçaları ağızda olduqca xoş, bu günə kimi məlum olmayan, insanın ruhunu yerindən oynadan bir dad verirdi. Sanki insan bir andaca on il cavanlaşırdı.  Çox təəssüf ki, bununla əlaqədar tədqiqatlar hazırda olduqca gizli şəkildə aparılır bunun bir səbəbi kimi əbədi həyat eliksirinin axtarışı göstərilir.

 

 

Əziz Mustafa

 

Zaman.-2011.-19-21 fevral.- S.7.