“Dost və
qardaş ölkələrik, mediamız bunun daha çox fərqində
olmalıdır”
Türkiyənin
ölkəmizdəki səfirliyinin mətbuatmüşaviri Həbib
Kaya fevral ayının 26-da Azərbaycanı tərk edərək,
Türkiyəyə qayıdacaq. O, bundan sonrakı fəaliyyətini
qardaş ölkənin Media və İnformasiya Baş İdarəsində
davametdirəcək. Səfirlikdəki vəzifəsində isə
onu Yavuz Bayram Manaş əvəz edəcək. 7 ay ölkəmizdə
çalışan Həbib Kaya ilə görüşüb,
onun Azərbaycan mediası ilə bağlı fikirləriniöyrəndik.
Onun fikrincə, Azərbaycan mediası bəzi
çatışmazlıqları olmaqla yanaşı,sürətlə
və müntəzəm şəkildə inkişaf etməkdədir.
H. Kaya deyir ki, Azərbaycan və Türkiyə mediası məsələlərə
iki qardaş ölkənin mənafeləri prizmasından
yanaşmalıvə fəaliyyətlərini iki qardaş
ölkə reallığına uyğun qurmalıdırlar:
“Biz hər şeydən əvvəl, dost və qardaş
ölkələrik. Mediamız bunun daha çox fərqində
olmalıdır. Bir-birimizin əleyhinə olan xəbərləri
işıqlandırmamalıyıq.
Hazırladığımız xəbərlərdə ölkələrimizin
mənafelərini daima öndə tutmalıyıq. Hər iki
ölkənin prioritet məsələləri var və
mediamız da bu istiqamətdə fəaliyyət göstərməlidir”.
- Həbib
bəy, Azərbaycandan ayrılırsınız. Azərbaycan
mediası ilə bağlı
təəssüratlarınızı
bölüşməyinizi
xahiş edirik.
- Yeddi aydır
ki, Azərbaycandayam.
Bu müddət
ərzində
Azərbaycan mediasını
yaxından tanımaq
imkanım oldu.
Ümumi götürdükdə, Azərbaycan
mediası durmadan inkişaf edir və müntəzəm şəkildə
özünü yeniləməkdədir, yeni texnologiyaları tətbiq
etmək üçün bütün imkanlardan istifadə
edir. Bunun üçün jurnalistlər beynəlxalq
konfranslarda iştirak edir, beynəlxalq təcrübədən
faydalanmağa çalışırlar.
Diqqətimi
çəkən məqamlardan biri burada bəzi qəzetlərin
həftəlik və ya aylıq çıxmasıdır. Belə
mətbu orqanlarda çıxan xəbərlər bəzən
köhnəlmiş, gündəmdən düşmüş və
daha əvvəl yayımlanmış xəbərlər olur.
-
Bizim medianın Türkiyə mediasından çox fərqi
varmı?
-
İlk dəfə Azərbaycanda qəzetləri əlimə
alanda, bir az təəccüblənmişdim. Xüsusilə də
forma baxımından Türkiyə və Azərbaycan qəzetləri
arasında ciddi fərqlər var. Burada qəzetlərin
formatının balaca və səhifələrin rəngsiz
olması, o cümlədən dizaynı diqqəti dərhal cəlb
edir. Açığını desəm, ilk vaxtlar bu qəzetləri
oxumaqda çətinlik çəkirdim,
sıxılırdım. Çünki öyrəşdiyim
Türkiyə qəzetlərindən çox fərqlənirdi.
Ancaq vaxt keçdikcə buna öyrəşdim.
İnanıram ki, yaxın gələcəkdə Azərbaycan
mətbuatı daha yaxşı olacaq, hər baxımdan
inkişaf edəcək və ən müasir media
standartını mənimsəyəcək.
Ancaq
onu da deyim ki, burada jurnalistlərlə ünsiyyətimizdə
heç bir problem yaşamadım. Onlarla bütün
mövzuları müzakirə edə bildim.
-
Sizcə, Azərbaycan mediasında Türkiyə gündəmi
kifayət qədər öz əksini tapa bilirmi?
-
Müşahidələrimə əsaslanaraq deyə bilərəm
ki, Türkiyə ilə bağlı xəbərlərdə əsasən
hazır, yəni internetdən və ya televiziyalardan
götürülmüş xəbərlərə
üstünlük verilir. Başqa sözlə, Türkiyədə
yayımlanmış xəbərlər burada yenidən
oxuculara təqdim olunur. Jurnalist dostlarım inciməsinlər,
məncə, bu, yaxşı hal deyil. Jurnalistlərlə
görüşlərimdə də mən bu fikrimi onlarla
bölüşdüm. Düşünürəm ki,
buradakı jurnalist dostlarımız Türkiyə gündəmi
ilə bağlı öz xəbərlərini istehsal etsələr,
daha yaxşı olar. Bunun üçün də Azərbaycan
media qurumlarının Türkiyədə təmsilçilikləri
açılmalıdır.
Bəzən
də elə hallarla rastlaşırıq ki, tamamilə
Türkiyənin daxili işləri ilə bağlı məsələlər
burada mediada geniş şəkildə
işıqlandırılır. Halbuki belə xəbərlərə
ehtiyac yoxdur. Yaxud da əksinə, Azərbaycanın daxili
işləri ilə bağlı məlumatların xəbər
formasında Türkiyə ictimaiyyətinə
çatdırılmasına ehtiyac yoxdur. Belə xəbərlər
bir çox hallarda anlaşılmazlıq əmələ gətirir.
Ümumiyyətlə
isə, deyə bilərəm ki, Azərbaycan mediası
Türkiyənin gündəmini yaxından izləməyə
çalışır və əlindəki imkanlar çərçivəsində
bunu öz səhifələrində və ya ekranlarında əks
etdirməyə cəhd göstərir.
-
Türkiyə gündəminin Azərbaycan mediasında daha
yaxşı əks olunması baxımından nələri
tövsiyə edərdiniz?
-
Hər gün 20-25 qəzetə baxıram. Ümumi
götürdükdə, Türkiyə ilə bağlı
yazılara az yer verildiyini deyə bilərəm. Əlbəttə,
bu, gündəmdən asılıdır. Yerli-yersiz xəbərlərin
səhifələrə doldurulmasının da tərəfdarı
deyiləm. Ancaq yenə də, məncə, Türkiyə ilə
bağlı yazıların sayını və keyfiyyətini
artırmaq olar.
Diqqətimi
çəkən əsas çatışmazlıq Türkiyənin
perspektivləri və gələcəkdə görəcəyi
işlər barədə Azərbaycan mediasında çox az
yazıların və analizlərin öz əksini
tapmasıdır. Ancaq digər ölkələrin prioritetləri
ilə bağlı yazılara daha çox rast gəldim.
Əlbəttə,
bəzən müstəqil analizlərə və xəbərlərə
də rast gəlirik. Ancaq bu, nadir hallarda olur. Məncə, belə
yazıları çoxaltmaq, Türkiyə ilə bağlı
Azərbaycan ictimaiyyətini daha yaxşı məlumatlandırmaq
mümkündür.
-
Türkiyə ilə bağlı gedən yazıları
obyektivlik baxımından necə qiymətləndirirsiniz?
-
Ümumi götürdükdə, Türkiyə ilə
bağlı qərəzli xəbərlərin şahidi
olmadım. Jurnalistlər öz yazılarında Türkiyənin
mənafelərini qorumağa çalışırlar.
Yazılar Türkiyənin xarici siyasətinə zidd olmamaqla
yanaşı, onun daxili işlərinə də müdaxilə
xarakterli olmayıb.
-
Azərbaycan mediasından incik qaldığınız,
“kaş ki olmasaydı” dediyiniz məqamlar oldumu?
-
Yox. Mən Azərbaycana istəyərək gəldim. Pis bir
sürprizlə qarşılaşmadım. Heç nədən
də incimədim. Azərbaycanlı bacı və
qardaşlarımı çox istiqanlı gördüm. Eyni
qanın daşıyıcılarıyıq.
-
Azərbaycan mediasında çatışmayan cəhət
kimi ən çox nə diqqətinizi çəkdi? Bu
baxımdan dostca təklifiniz nələr olardı?
-
Azərbaycan mediası, o cümlədən jurnalistlər
müntəzəm şəkildə inkişaf edirlər.
Ancaq, qənaətimcə, Azərbaycan dünyanın
inkişaf etmiş ölkələrinin medialarını
özlərinə nümunə kimi götürərək, bu
inkişafa daha sürətlə nail ola bilər.
Məncə,
Azərbaycanın kütləvi informasiya vasitələri
qonşu ölkələrin gündəmlərinə daha
çox yer ayırsalar, daha yaxşı olar. Yəni media
yalnız xəbər janrında informasiyalar verməklə
kifayətlənməməli, eyni zamanda analiz yazılarına
da xüsusi yer ayırmalıdır. Çünki bəzən
ictimaiyyəti hansısa informasiya barədə daha ətraflı
məlumatlandırmaq zərurəti ortaya çıxır.
Bunun ən yaxşı yollarından biri də analiz və
şərhlərə geniş yer ayırmaqdır.
Digər
tərəfdən, qəzetlərin müasir standartlara daha
sürətlə yaxınlaşmasını, modernləşməsini
arzu edirəm. Xüsusilə
də vizual baxımdan dizaynlarını yeniləsələr,
çox yaxşı olar. Müşahidələrimə
görə, bu məsələdə televiziyalar daha irəlidədir.
-
Azərbaycan-Türkiyə münasibətləri ilə
bağlı Azərbaycan mediası hansı məsələlərə
daha çox diqqət yetirsə, sizcə, daha yaxşı
olar?
- Biz hər şeydən əvvəl,
dost və qardaş ölkələrik. Mediamız bunun daha
çox fərqində olmalıdır. Bir-birimizin əleyhinə
olan xəbərləri işıqlandırmamalıyıq.
Hazırladığımız xəbərlərdə ölkələrimizin
mənafelərini daima öndə tutmalıyıq. Hər iki
ölkənin prioritet məsələləri var və
mediamız da bu istiqamətdə fəaliyyət göstərməlidir.
-
Ancaq Azərbaycan tərəfinin də Türkiyə
mediasına müəyyən iradları var. Xüsusilə də
ölkəmizlə bağlı yazılara Türkiyə
mediası az yer ayırır. Buna münasibətiniz necədir?
- Razıyam. Türkiyə
mediasında Azərbaycanla bağlı yazılar kifayət qədər
olmur. Bu məsələdə hər iki tərəfin
günahı ola bilər. Yaxşı olardı ki, bu problem də
aradan qaldırılaydı. Arzu edərdim ki, Türkiyənin
bütün media quruluşlarının Azərbaycanda təmsilçilikləri
olsun. Bu, təzə xəbərlərin müntəzəm
şəkildə Türkiyəyə göndərilməsinə
xidmət edər.
- Azərbaycan mediası sizin
yaddaşınızda hansı xüsusiyyəti ilə qalacaq?
-
Azərbaycan jurnalistlərinin hamısını özümə
dost bildim. Bir çoxlarını ofislərində ziyarət
etdim, bəzilərini isə vaxt çatdıra bilmədiyim
üçün ziyarət edə bilmədim. Hər zaman azərbaycanlılara
bacı-qardaşım kimi baxdım, elə qəbul etdim. Bir
ailədə belə, söz-söhbət olur. Türkiyə və
Azərbaycan da bir ailə kimidir. Aramızda nəyin baş
verməsindən asılı olmayaraq, biz bir ailəyik.
Mediamız da, oxucularımız da məsələyə belə
yanaşmalıdırlar.
Natiq Pənahlı
Zaman.-2011.-22-23 fevral.-S.13