Antarktida sirli və müəmmalı qitə
(2)
“Quru vadilər”i fərqləndirən ən
mühüm amil adıçəkilən sahəyə iki
milyon ildən bəri yağışın düşməməsidir
Antarktidada
gölündən əlavə, tədqiqatçı alimlər
Antarktidanın “Quru vadilər” adlı yerində də
axtarışlarla məşğuldurlar. “Quru vadilər”i fərqləndirən
ən mühüm amil adıçəkilən sahəyə
iki milyon ildən bəri yağışın düşməməsidir.
Amma
demək olmaz ki, Antarktida quru torpaq sahəsi yoxdur. Nə qədər
qəribə olsa da, Antarktidanın 1 faizini məhz quru sahə
təşkil edir. Kilometrlərlə uzanan quru sahələrə
alimlər tərəfindən Viktoriya, Master və Teylor vadiləri
adları verilib. Bu vadilərdə buzun yoxluğuna səbəb
havanın çox quru olmasıdır. Alimlərin fikrincə,
adıçəkilən ərazilər dünyanın ən
quru yerləridir.
Antarktidada
insanları heyrətə salan maraqlı sahələr var.
Onlardan biri də Antarktika “vahə”ləridir. Bu “vahə”
1903-cü ildə amerikalı tədqiqatçı Robert Skott
tərəfindən kəşf edilib. Sonralar o bununla əlaqədar
yazırdı: “Biz bu “vahə”də hər hansı bir
canlıya rast gəlmədik. Hətta orada şibyə də
yoxdur... Əlbəttə, bu, İncildə adı çəkilən
Ölülər vadisidir”. Amma hər halda adı çəkilən
vadidə həyatın varlığı istisna edilmirdi.
Sonralar aparılan araşdırmalar da sübut etdi ki, “Quru
vadilər”də qeyri-adi orqanizmlər mövcuddur. Belə ki, 1978-ci
ildə Amerika bioloqları orada dəniz bitkiləri, göbələk,
hətta daşların daxilində bakteriyalar aşkar etdilər.
Hitlerin son dayanacağı
Antarktidanın
qeyri-adiliyi və əsrlər boyu sirli qalması bu qitə
haqqında çoxlu sayda yeni əfsanələrin meydana
çıxması ilə müşayiət olunmaqdadır.
Bunlardan biri, vaxtilə dünyaya meydan oxuyan və bəşər
tarixində ən qanlı müharibələrdən birini -
II Dünya savaşını başladan Adolf Hitlerlə
bağlıdır. Bəzi tədqiqatçıların
fikrincə, Hitler əslində özünü öldürməyib.
Onların iddiasına görə, Hitler və yaxın əlaltıları
Avropadan qaçaraq, Antarktika buzlaqları arasında gizləniblər.
İş orasındadır ki, hələ 1938-1939-cu illərdə
alman tədqiqatçılar Antarktidaya ayaq açaraq, orada hələ
də gizli qalmaqda davam edən işlərlə məşğul
olurdular. Məqsəd Antarktidanı gələcəkdə
Almaniya ərazisi elan etmək və oranı faşistlərin
poliqonuna çevirmək idi. Amma buna qeyri-adi, inanılmaz bir
iş kimi baxanlar da az deyildi. Məsələn, bununla əlaqədar
“Neyşnl polis” qəzeti yazır:
“Bu çoxsaylı, ağlagəlməz ekspedisiyaları
(alman ekspedisiyaları nəzərdə tutulur) Antarktidada
tapmaq, onun izinə rast gəlmək belə mümkün deyil.
Axı Antarktidanı, onun əbədi buzlaqlarla
örtülmüş düzlərini, dağlarını
bir-bir axtarmaq mümkün deyil. Bunun üçün
xüsusi axtarış avadanlıqları ilə təchiz
olunmuş on minlərlə gəmi, təyyarə, vertolyot
lazımdır” Amma o da faktdır ki, faşist Almaniyası
Hitler hakimiyyətə gəldiyi ilk günlərdən
Antarktida ilə maraqlanmağa başlamışdı. Bu maraq
isə faşist Almaniyası rəhbərinin gələcək
planları ilə əlaqədar idi. Dünya
ağalığı fikrində olan Hitleri Antarktida maqnit kimi
özünə cəlb edirdi. Ola bilsin ki, Hitler Antarktida barədə
o dövrdə gəzən çoxsaylı əfsanələrin
təsiri altına düşərək, orada
özünün dünya ağalığını təmin
edəcək qüdrətli və sehrli bir dayaq
qazanacağına ümid bağlayırdı. Hər halda məhz
Hitlerin təklifi və təşəbbüsü ilə alman
alimləri 1938-ci ildə Antarktikada daimi baza yaradılması
layihəsi üzərində işləməyə
başladılar. Bu dövrdən də Almaniyadan Antarktidaya
daimi dəniz reysləri təşkil edilməyə
başladı. Bu məqsədlə Antarktidaya o dövrün ən
mükəmməl texniki avadanlıqları ilə təchiz
edilmiş “Şvabiya” adlı gəmi göndərildi.
II
Dünya müharibəsi başlayandan sonra isə Antarktidaya
“Hitlerin mühafizəsi” adlı hərbi sualtı qayıqlar
ayaq açdı. Bu sualtı hərbi divizionun tərkibində
35 submarin (xüsusi təyinatlı sualtı qayıq)
vardı. II Dünya savaşı başlayana kimi
Antarktidadakı “Şvabiya” adı verilən bazanın inşa
edilməsi məqsədi ilə oraya dağ-mədən qazma
avadanlıqları, dəmiryol relsləri, elektrovozlar, vaqonlar,
traktorlar, qaya kəsən dəzgahlar gətirmişdilər.
Bundan əlavə, Şirmaxer körfəzində 211 saylı
daha bir baza yaradılmışdı. Bu baza Antarktidanın
daxilinə yükdaşıma limanı-mərkəzi rolunu
oynayırdı. Həmin dövrdə Antarktidaya çoxlu
sayda alimlər, mühəndislər, yüksəkixtisaslı
fəhlələr gətirilmişdi.”
Qısa
müddət ərzində havadan 350 minkvadrat kilometrlik ərazinin
şəkli çəkilmiş, bir o qədər əraziyə
də üzərində faşist nişanı olan15 min metal
vımpel basdırılmışdı. Bu isə ərazilərin
Almaniyaya məxsusluğu anlamına gəlirdi. Bundan əlavə,
xəritədə Antarktidadakı Mod kraliçası
torpağının adını dəyişdirərək onu
“Yeni Şvabiya” adlandırmışdılar. Bəzi ehtimallara
görə, Hitlerin Antarktidaya marağı həm də onun
müharibədə məğlub olacağı halda,
dünyanın ən ucqar və əlçatmaz bu yerində
gizlənməsi ilə bağlı idi. Ola bilsin ki, Hitler
öncədən II Dünya savaşında məğlub ola
biləcəyini istisna etməmişdi. Hər halda II Dünya
savaşından sonra Hitlerin bəzi tərəfdaşları
ilə birgə sualtı qayıqlarla məhz Antarktidaya gəldiyini
güman edənlərin sayı heç də az deyil. Bu
ehtimalların doğruluğunu gücləndirən bəzi
faktlar da məlumdur. Məsələn, müharibə vaxtı
Almaniyanın 54 submarini sualtı qayığı yoxa
çıxıb. Hərbi ekspertlərin fikrincə, onlardan
yalnız 11-i minalara rast gələrək partlaya bilərdi. Bəs
qalanları necə olub? Bu suala isə indiyə kimi cavab
tapılmayıb. Digər tərəfdən də, II Dünya
savaşının qızğın çağında
Almaniya sualtı hərbi dəniz qüvvələri
komandanı Karl Denits təsadüfən ağzından
qaçırmışdı ki, onlar Antarktidada Hitler
üçün əsl sığınacaq inşa ediblər.
Öz
növbəsində, Hitlerlə bağlı materiallar toplayan tədqiqatçı
yazar Aleksandr Surpin qeyd edir ki, II Dünya savaşı zamanı
Almaniya hərbi dəniz donanması gəmiləri Antarktida və
onun ətraf ərazilərində xeyli fəallaşmışdılar.
O ərazilərə
hətta müharibədə iştirak etməyən və
özlərinin neytrallığını elan edən dövlətlərin
balina ovlayan gəmilərini belə buraxmırdılar.
Müharibənin sonlarında isə Almaniyanın Kil şəhərindəki
sualtı qayıqlardan hərbi sursatı çıxararaq,
onlara külli miqdarda ərzaqla dolu konteynerlər, o cümlədən
xüsusi aparatlar və gizli sənədlər yükləmişdilər.
Bu sualtı qayıqların sonrakı taleyi məlum deyil.
Onların Antarktidaya çatıb-çatmaması barədə
tədqiqatçıların əlində hər hansı sənəd,
fakt yoxdur.
Məşhur sovet
yazıçısı və tarixçisi M. Demidenko
“Üçüncü Reyxin sirləri” adlı kitabında
yazır ki, o, vaxtilə SS-in gizli arxivlərini
araşdırarkən bəzi maraqlı sənədlərə
rast gəlib. Həmin sənədlərdə göstərilirdi
ki, alman sualtı qayıqları Yeni Şvabiyada isti hava ilə
birləşdirilən mağaralar sistemini aşkar ediblər.
Almaniyanın sualtı hərbi dəniz qüvvələri
komandanı Karl Denits 1938-ci ildə “Mənim sualtı
qayıqlarım Antarktidada əsl cənnət tapıblar”,-deyə
ağzından qaçırmışdı.
Əziz Mustafa
Zaman.- 2011.- 24-25 fevral.- S.14.