Antarktida - sirli və
müəmmalı qitə
(3)
Amma
sonralar, daha doğrusu, II Dünya savaşından sonra alman
sualtı qayıqları Antarktidada müəmmalı şəkildə
yoxa çıxdılar. Bəzi ehtimallara görə, diqqəti
cəlb etməmək üçün onlar Antarktidadakı
bugünkü tədqiqatçılara məlum olmayan
hansısa mağaralara çəkiliblər. Çünki
Hitler və ətrafındakılar müttəfiq
qoşunların onları hər yerdə arayacaqlarını
bilirdilər.
Amma sonralar,
daha doğrusu,
II Dünya
savaşından sonra
alman sualtı qayıqları
Antarktidada müəmmalı
şəkildə yoxa çıxdılar.
Bəzi ehtimallara görə, diqqəti
cəlb etməmək
üçün onlar
Antarktidadakı bugünkü
tədqiqatçılara
məlum olmayan
hansısa mağaralara
çəkiliblər. Çünki
Hitler və ətrafındakılar
müttəfiq
qoşunların
onları hər
yerdə arayacaqlarını
bilirdilər. Bu
baxımdan müttəfiqlərə
məxsus hərbi
gəmilərin
Antarktidaya da gəlib
çıxacağı istisna edilmirdi.
Amma ola bilməzdi
ki, almanlar özlərindən
sonra hər
hansı bir iz
buraxmadan müəmmalı
şəkildə Antarktikada yoxa
çıxsınlar. Tədqiqatçıları
da təəccübləndirən
məhz bu
amildir. Maraqlıdır, doğrudanmı,
Antarktidadakı almanlar bu
sirli qitədə
Denitsin dediyi kimi,
əsl cənnət
tapıb oraya
çəkiliblər. Bu
suala cavab tapmaq
isə indiyə kimi
mümkün
olmayıb. Bu
öz-özlüyündə
Hitlerin Antarktikada yaşayaraq,
1971-ci ildə guya
orada da ölməsi
barədə yeni
əfsanələrin
ortaya çıxmasına
səbəb
olub. Beləliklə,
Antarktida ilə bağlı
müəmmalar hələ
də davam etməkdədir.
Ola bilsin ki, sabah
məsələ
ilə bağlı
insanları heyrətə
salan daha qeyri-adi
əfsanələr
və ehtimallar ortaya
çıxsın.
Antarktida sirlərini gizlətməkdə
davam edir
Ötən
əsrin 50-ci illərinin sonlarında SSRİ-nin
Antarktidadakı “Mirnıy” elmi-tədqiqat stansiyasında dəhşətli
bir faciə baş verdi. Belə ki, stansiyadan çıxaraq Cənub
maqnit qütbü istiqamətində hərəkət edən
6 qütb tədqiqatçısından yalnız 2-si
sağ-salamat geriyə dönə bildi. Onların 4-ü naməlum şəkildə
ölmüşdü. Əvvəlcə, bu ölümə səbəb
kimi qəfil başlayan qar çovğunlarını və
şiddətli soyuqları göstərdilər.
Ancaq
ekspedisiyanın digər üzvü Yuri Korşunov bu
ehtimalları rədd etdi. O sonralar yazırdı: “Biz Cənub
maqnit qütbünə yaxınlaşanda ətrafda Antarktika
şəraitinə uyğun, olduqca gözəl hava vardı.
Hava açıq və günəşli idi. Hətta bölgə
üçün ənənəvi olan külək belə əsmirdi. Ətrafda
30 dərəcə şaxta vardı. Biz maqnit qütbünə
yaxınlaşmaq üçün 3 həftə yol gəlmişdik
və heç bir xoşagəlməz hadisə ilə
qarşılaşmamışdıq. Amma nəzərdə
tutduğumuz məntəqəyə çatanda artıq
yorulmuşduq, ona görə də qərara aldıq ki, bir az
dincələk. Çadır qurduq və bir az dincəlmək,
yatmaq istədik. Amma heç birimiz yata bilmirdik. Bizi qəribə
bir hiss bürümüşdü, sanki bu dəqiqə nə
isə qorxulu bir hadisə baş verəcəkdi. Bir müddət
sonra mən nə üçünsə özümdən
asılı olmadan çadırdan bayıra
çıxdım. Həmin anda təxminən 300 metr məsafədə
diametri 15-20 metr olan və ətrafa güclü işıq
saçan nəhəng şar gördüm. O,
yavaş-yavaş bizə doğru gəlirdi. Özüm də
bilmədən qorxuya düşərək bərkdən
qışqırdım. Qışqırtıma
çadırdakı yoldaşlarım da bayıra
çıxdılar. Nəhəng şar isə gözlənilmədən
formasını dəyişərək, sanki iri kolbasaya
çevrildi. O, hərəkət etdikcə altındakı
qar-buz sanki qaynayırdı. Bunu görən kimi
fotoqrafımız Saşa Qorodetski bu naməlum obyektə
doğru getdi və onun şəklini çəkməyə
başladı. Obyekt bu dəfə uzun və tüstü
buraxan lentə çevrildi, sonra da fotoqrafımızın ətrafında
fırlanmağa başladı. Qəfildən Saşanın
başı üzərində işıqsaçan bir dairə
əmələ gəldi, ardınca da Saşa
qışqıraraq yerə yıxıldı. Bunu görən
Roma Kustov dərhal naməlum obyektə atəş
açmağa başladı. Bu atəşdən sanki şar
partladı, elə bil ətrafda ildırım çaxdı,
sonra isə şar özündən odlu
qığılcımlar buraxaraq yoxa çıxdı. Biz
Qorodetskinin yanına qaçdıq, o artıq nəfəs
almırdı, onun sifəti, əlləri, boynu, sinəsi və
kürəyi yanmışdı. Əynindəki kostyum əriyərək
bədəninə yapışmışdı. Fotoaparat isə
əriyərək lazımsız bir metal parçasına
çevrilmişdi. Naməlum obyektin dayandığı yerdə
qar və buz ərimiş, şarın yerində isə
yarım metr dərinliyində şırım
açılmışdı”.
Bundan iki gün sonra qütb tədqiqatçıları
daha bir faciə ilə üzləşdilər. Stansiyaya
yaxın təpədə yüz metr hündürlükdə
nəhəng şar peyda oldu. Onun arxasında isə daha iki
şar aydın görünürdü. Şarlar
yavaş-yavaş qütb tədqiqatçılarına
yaxınlaşırdılar. Onlar ekspedisiya üzvlərinə
çatmağa az qalmış Kustov və Borisov naməlum
obyektə atəş açmağa başladılar. Skobelev
isə fotoaparatı əlinə alaraq naməlum obyektlərin
şəkillərini çəkməyə başladı: “Həmin
an gözlərimə qaranlıq çökdü və
huşumu itirdim. Özümə gələndə havada qəribə
bir qoxu hiss etdim, sanki ildırım çaxmış və nə
isə yanmışdı. Qeyri-ixtiyari olaraq ətrafıma
baxdım və yerimdə dondum: Kustov və Borisov hərəkətsiz
halda uzanmışdılar, onların hər ikisi
ölmüşdü. Skobelev isə görmə qabiliyyətini
itirmişdi və sərbəst şəkildə nəyi isə
söyləyə, analiz edə bilmirdi. Amma iş bununla bitmədi”,-
deyə Korşunov sonralar xatırlayırdı. Gözlənilmədən
yenidən təpənin ardından “vezdexodlar” və onların
yanında insanabənzər fiqurlar göründü. Sonra yenə
də təpənin başı üzərində bu dəfə
mavi rəngə çalan nəhəng şar peyda oldu.
Şar qütb tədqiqatçılarına
yaxınlaşdıqca formasını dəyişirdi. Hiss
olunurdu ki, bu dəqiqə nə isə dəhşətli bir
hadisə baş verəcək. Korşunov: “Ürəyimə
qorxu düşmüşdü. Ona görə də operatora
qışqırdım ki, videokameranı əlindən yerə
qoysun. O isə mənə məhəl
qoymadan bu naməlum obyekti çəkməkdə davam edirdi.
Birdən şar ildırım sürəti ilə operatorun
üzərinə yeridi və sanki onu uddu, sonra isə
özündən qəribə bir iz buraxaraq havada yoxa
çıxdı. Operatorumuz isə cansız halda qarın
üzərində uzanmışdı. Onun, demək olar,
bütün bədəni yanmışdı”.
Hadisə yerinə təcili
şəkildə yeni ekspedisiya göndərən SSRİ rəhbərliyi
baş verənləri diqqətlə araşdırdı. Amma
tədqiqatçılar bu faciənin sirrini açmaqda aciz
idilər.
Müəmmalar davam edir
SSRİ-dən
olan qütb tədqiqatçılarının başına gələn
bu hadisə birinci deyildi və təbii ki, sonuncu da
olmayacaqdı. Belə ki, hələ XX əsrin əvvəllərində
Amerikanın məşhur qütb tədqiqatçısı
Robert Folkon Skott 1912-ci il, yanvar ayının 18-də öz
yoldaşları ilə Cənub maqnit qütbünə qədər
gedib çıxdılar. Uzun və üzücü yolda onlar
yalnız bir nəfər yoldaşlarını itirdilər.
Amma geriyə qayıdanda başqa bir yol seçdilər. Bu yol
Cənub maqnit qütbünə paralel idi. Onların özlərindən
sonra qoyduqları qeydlərə görə yolboyu çox
ağır sınaqlara məruz qalıblar. Yolboyu güclü
çovğuna məruz qalan və anormal hadisələrlə
üzləşən ekspedisiya üzvləri bir-bir ölməyə
başlayıb. Beləliklə, Skott və yoldaşlarından
heç biri sağ-salamat geri qayıda bilmədi.
Düzdür, rəsmi şəkildə Skott və
yoldaşlarının yolda azaraq acından öldükləri
vurğulanıb. Amma onların özlərindən sonra
başlarına gələnləri qeyd etdikləri dəftərlərdə
qəribə, olduqca anormal hadisələrlə üzləşdikləri
öz əksini tapıb.
1962-ci
ildə Antarktidada daha bir faciəli hadisə baş verdi.
Buradakı ABŞ-a məxsus “Miduey” stansiyasının üzvləri
qitə boyu səyahətə çıxdılar. Onların
hərəkət etdikləri “vezdexod”lar ən müasir
texnoloji vasitələrlə təchiz edilmişdi. Lakin
ekspedisiya faciə ilə başa çatdı. Ekspedisiya üzvləri yalnız bir
“vezdexod”la geriyə qayıda bilmişdilər. Onlara nə
olmuşdu? Amerika hökuməti bunun səbəblərini
açmadı, ancaq o məlumdur ki, ekspedisiya üzvlərini
hökumət təcili şəkildə Amerikaya qaytardı.
Geri qayıdan ekipaj üzvlərinin yarısı sonralar
ağıllarını itirdi və uzun müddət psixiatriya
klinikasında xüsusi nəzarət altında müalicə
olundu.
Plazmozavrlar, yoxsa paralel dünyalar?
1966-cı
ildə Antarktidada faciə ilə nəticələnən
müəmmalı hadisələri təhqiq edən
amerikalı fizik Roy D.Kristofer bu məsələyə qismən
aydınlıq gətirən bir ehtimalla çıxış
etdi. Onun sözlərinə görə, şarabənzər
obyektlər elektrik canlılar və ya varlıqlardır. O, bu
elektrik canlıları plazmozavrlar adlandırdı. Fizik belə
hesab edir ki, şarabənzər obyektlər plazma
qatışığından ibarətdir və onlar əsasən
Cənub maqnit qütbü boyunca 400-800 kilometr
hündürlükdə yerləşirlər. Rusiyalı alimlər
bununla razı olsalar da, belə hesab edirlər ki,
plazmozavrların tərkibi elmə məlum olmayan psixi və
fiziki enerjidən ibarətdir. Buna görə də plazmozavrlar
insanların görmə qabiliyyətlərini asanlıqla
sıradan çıxararaq, onların psixologiyasını
poza, dəyişdirə bilirlər. SSRİ dövründə
ateizm ruhu üzərində köklənən rusiyalı alimlər
hətta onların bizə paralel dünyadan gələn
varlıqlar olduğunu ehtimal kimi irəli sürüblər. Yəqin
ki, vaxt gələcək bu müəmmalı hadisələr
özünün elmi izahını daha dəqiq və
dolğun şəkildə
tapacaq.
Qorxulu tapıntı
1999-cu ildə ABŞ-ın
Antarktidadakı elmi-tədqiqat ekspedisiyası əbədi
buzlaqlar diyarında qorxulu bir virus aşkar etdi. Bu virusa
qarşı yer üzərindəki canlıların immuniteti
yoxdur. Bioloqların fikrincə, əgər yer üzərində
qlobal istiləşmə baş versə və Antarktidadakı
buzlaqlar ərisə, onda bu viruslar dəhşətlə
yayılaraq bütün canlıları məhv edəcək. Nyu-York
Universitetinin eksperti Tom Starmeryu yazır ki, qlobal istiləşmə
zamanı Antarktidada daha qorxulu
viruslar üzə çıxacaq və qısa müddətdə
bütün canlıların izini yer üzündən siləcək.
Baş verə biləcək təhlükədən narahat
olan ABŞ alimləri təcili şəkildə Antarktidaya
yeni ekspedisiya təşkil edərək, buzlardan xüsusi
nümunələr götürüblər. Amma bu qorxulu
virusların Antarktidaya haradan gəldiyi barədə suala, hələlik,
heç cür cavab tapılmır. Bəzi tədqiqatçılar
belə hesab edirlər ki, vaxtilə Antarktidada yaşayanlar
üçün bu virusdan törəyən xəstəliklər
bizim dövrümüzdəki adi qrip təsiri
bağışlayıb. Ancaq illər ötəndən sonra
Antarktidada canlıların hansısa hadisə nəticəsində
məhv olmasından sonra bu viruslar orada öz
varlıqlarını mühafizə edərək saxlaya biliblər.
Üstündən min illər ötəndən sonra
canlılar təkamülə məruz qalıb və bu viruslar
onlar üçün yadlaşıb. Nəticədə insan
oğlunun və digər canlıların bu viruslara immuniteti də
tədricən sıradan çıxıb. Ona görə də
viruslar Yer kürəsindəki bütün canlılar
üçün qorxulu bir təhlükə hesab edilir... Necə
deyərlər, Antarktidanın ətrafındakı müəmmalar
davam edir və onun sirlərinin nə vaxt
açılacağı hələlik bilinmir. Son
Əziz Mustafa
Zaman.-2011.-26-28 fevral.-S.13.