İnsanı kədərləndirən arzuların ölümüdür

 

Sevdiyim peşəmi - riyaziyyatı sevirəm və zənnimcə, özümü ifadə edə bilmişəm, düşüncəmin bərkiməsində və qanad açmasında riyaziyyat mühüm rol oynayıb. Digər sahələrlə - ədəbiyyat, tarix, fəlsəfə ilə də maraqlanıram, “az-az uydururam yeri gələndə”. İndiki işimdən də razıyam.

- Sizə görə həyatda ən asan və ən çətin şey nədir?

- Yaxşı söhbətə qulaq asmaq ən asan (və xoş) işdir. Səviyyəsiz və ya yenilikçi olmayan adamdan asılı olmaq bəladır.

- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

- Kəndə baxır...Mədəni işlərlə məşğul olardım - kino, teatr-dram fəaliyyəti, musiqi, internet, müəllimlik... ya kənddə çatışmayan, zəruri olan məsələlərdən həll etməyə çalışardım.

- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

- Yaxınlarımı itirdiyimə çox üzülürəm. Keçdiyi həyat yoluna baxanda adam adətən sevinmir, fikrə dalır, həzinləşir, kövrəlir; amma xoş xatirələr olur, onları yada salanda adam gülür ya onun üzünə təbəssüm qonur.

- Valideyn müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?

- Həyat yoldaşıma. O, məni çox qayğılardan azad edib ki, sevdiyim işlərlə məşğul ola bilim. Bir dünyanı insanı dərk etmək yollarını mənə açan, kitablarını, yazılarını oxuduğum dahilərə ümumiyyətlə, istedadlı insanlara borcluyam.

- Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

- Ailəm, xalqım, vətənim, əsərlərim bir bütün insanlar mənə çox əzizdir.

- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

- Sevdiyim peşəmi - riyaziyyatı sevirəm zənnimcə, özümü ifadə edə bilmişəm, düşüncəmin bərkiməsində qanad açmasında riyaziyyat mühüm rol oynayıb. Digər sahələrlə - ədəbiyyat, tarix, fəlsəfə ilə maraqlanıram, “az-az uydururam yeri gələndə”. İndiki işimdən razıyam.

- Üzr istəmək sizə ağır gəlmir ki?

- Qətiyyən, yox. Üzr istəmək gözəl işdir, adam yüngülləşir.

- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

- Kişiyə ağlamaq yaraşmır, kişi gərək ağlamasın. Amma, dünya fanidir o, hamını ağlada bilir.

 

    Nədəndir gen dünya mənə dar gəlir,

    Sevinc üz döndərir, intizar gəlir?

    Kişiyə ağlamaq yaraşmasa da

    Bəzən ağlamamaq mənə ar gəlir.

 

- “Kaş ki ..... ölkədə doğulaydım, ..... xalqın nümayəndəsi olaydımdediyiniz olurmu?

- Yox. Onda, məsələn, “Arşın mal alanmənim olmazdı.

- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

- Olur. Mən , həyat yoldaşım da çox tez barışırıq; küsülü qalanda adam darıxır.

- Özünüzü kimin qarşısında günahkar bilirsiniz kiminsə günahını bağışlamısınızmı?

- Günahsız adam yoxdur.

 

     Qəhrəmanlıq deyil suç işlətməmək,

     O hünər istər, böyük əmək,

     Məqsəd bu dünyadan suçsuz getməksə,

     Heç eyləməmiş gedirik demək.

 

Başqalarının günahlarını bağışlaya bilirəm. Amma, eyni zamanda, mənim həyat prinsiplərimlə düz gəlməyənləri qəbul etmirəm.

- Sizcə azadlıq, istədiyini eləməkdir, yoxsa istəmədiyini?

- Azadlıq düşüncədə kök salan tərəqqipərvər başqalarının haqqını pozmayan işləri həyata keçirmək imkanının olmasıdır.

    Bir insan ki getdiyi haqq  yoludur,

    Bir insan ki həqiqətin quludur,

 

    Bir insan ki məhəbbətlə doludur -

    Aramızda azad insan, bax, odur.

- Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

- Sevgi başqası ilə birlikdə olmaq xoşbəxtliyidir.

 

    Eşq oddur, möcüzədir

    İçimizdə közərir.

    Eşq yanağa hərarət,

    Gözə parlaqlıq verir.

 

Amma eşqin kamilliklə xüsusi əlaqəsi yoxdur, onda ümid həyəcan da, hətta qorxu da var.

 

    İtkisiz olmaz zəfər,

    Yoxdur mütləq müzəffər.

    Eşqdə kamillik gəzmə,

    Sevgi yanlışlıq sevər.

 

- Ən çox zaman utanırsınız?

- Kimsə məni tərifləyəndə. Hətta özümü pis hiss edirəm.

- Ölüm nədir?

- Ölüm cismani yoxluqdur. Amma insanı kədərləndirən arzuların ölümüdür.

 

    Ölümə var ki, gülüm?!

    Bircə dəfə gəlir ölüm,

    Ölüm deyil həyatda ən böyük zülm,

    Yaşamaqdır bu dünyada ən ağır .

    Varlığımız yoxluğa doğru bir giriş,

    Həyatımız ölümə gedən yol imiş...

 

- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

- Xəzər Universitetini gücləndirərdim. Alimlərə şərait yaradardım. İstedadlı gənclərin oxumasına kömək edərdim. İş yerləri açardım.

- “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaqdüşüncəsi nəyi ifadə edir?

- Sual tam aydın deyil, dumanlıdır. Dumanların arxasından deyəsən, korrupsiya biganəlik görünür.

- Həyatda ən böyük təsəlliniz?

 

    Hər ilin öz hökmü, öz hesabı var,

    Verdiyi, aldığı yaxşı bəllidir.

    Doğrudur, içində min əzabı var,

    Amma var olmaq da bir təsəllidir.

    Sadəcə yaşamaq - o da nemətdir,

    Varlıq özü sirdir, özü zinətdir.

 

- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

- Elə xüsusi arzum olduğu ağlıma gəlmir.

- Yubiley ad günlərində özünüzü necə hiss edirsiniz?

- Həmin günləri adi günə çevirməyə çalışıram (ailəm dostlarım imkan verdiyi dərəcədə). Əslində belə günlər xoşuma gəlmir, dar dairəyə çəkilmək istəyirəm.

- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, yazardınız?

- Nəsihətbaz deyiləm. yazardım? Ədalət, həqiqət, məsuliyyət...

- Sizə görə insanda ən yaxşı ən pis xarakter hansılardır?

- Çalışqan ədalətli olmaq gözəl şeydir. Tənbəllik, yaltaqlıq despotizm yaxşı deyil.

- vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq   olmusunuzmu?

- Heyran olmaq, sevmək insani peşədir. Məsələn, Rəşid Behbudova necə heyran olmayasan, ya Sofi Lorenə?

 

- Övladlarınız sizi atsalar, onlara deyərdiniz?

- Heç . deyə bilərəm ki?! Məncə onlar elə tərbiyə alıblar ki, bunu edə bilməzlər.

- Ən çox sevdiyiniz sevmədiyiniz sözlər?

- Yoxdur.

- Fürsət olsa, ölümqabağı vəsiyyət edəcəksiniz?

- Bəzi arzularımın həyata keçirilməsini xahiş edərdim.

- Ən çox nədən qorxursunuz?

- Zorakılıqdan, qan tökülməsindən.

- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

- Ağlım bir az da çox olsaydı...

- Sizin kimlərə kimi xeyriniz var?

- Cavab vermək istəmirəm.

- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona deyərdiniz?

- Sən gözəlsən! Sən anlaşılmaz məxluqsan? Bu qədər sirr gizlətmək olarmı?

- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

- Əlbəttə. Şübhəli şər işlərdən. Öz mənəvi dəyərlərimi yüksək vəzifə tutmaq üçün qurban verməkdən (nəzəri ya xəyali deyil, olan hadisələrdən danışıram).

- Gənclik hansı yaşda bitir?

- Gənclik bitmir. Yaşlı adamda həm uşaqlıq, həm gənclik öz varlığını sürdürür, sadəcə insan söz hərəkətində bir qədər ehtiyatlı olur. Yaşlı vaxtda insan hər dövrü - uşaqlığı, gəncliyi yaşlılığı bildiyi gözəlliyini içdən duyduğu üçün hər üçünü, hərəsini bir cür yaşayır...İnsanın gücü bundadır.

- Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

- Var, az deyil, amma çox da deyil. İnsan tək fərd deyil, o, cəmiyyətin üzvüdür, ictimai varlıqdır. İnsan düşüncə insani baxımdan ona yaxın olanlara ehtiyac duyur. Ailə, yeri dostlarsız həyat yoxdur.

 

 

Zaman.- 2011.- 26-28 fevral.- S. 5.