Sergey Yesenin: gözəllik aşiqi və kəpənəkqanadlı şeirlər (2)

  

Bakıdan Moskvaya qayıdan Yesenin dərhal xüsusi xidmət orqanları tərəfindən izləndiyini hiss etdi. O, bu təqiblərdən yaxa  qurtarmaq məqsədi ilə yenidən Leninqrada üz tutdu. Amma o hara getsə izlənilirdi, bu da onun əsəblərinin pozulması və depressiya keçirməsi ilə müşahidə olunurdu.  Müəyyən adamlar  Yeseninin ətrafında düşünülmüş şəkildə qalmaqal yaradırdılar.

 

O dövrdə Yeseninə Azərbaycanda böyük maraq və sevgi hiss edilirdi.  Şairin rahat şəkildə Şərq mövzusunda şeirlər yaza bilməsi və dincəlməsi üçün Mərdəkandakı indiki Nəbatat bağının ərazisində ona xüsusi ev ayrılmışdı. O, bir müddət burada yaşadı və Şərq mövzusunda silsilə şeirlər yazdı.

 

Təqiblər

 

Bakıdan Moskvaya qayıdan Yesenin dərhal xüsusi xidmət orqanları tərəfindən izləndiyini hiss etdi. O, bu təqiblərdən yaxa qurtarmaq məqsədi ilə yenidən Leninqrada üz tutdu. Amma o hara getsə izlənirdi, bu da onun əsəblərinin pozulması və depressiya keçirməsi ilə müşahidə olunurdu.  Müəyyən adamlar Yeseninin ətrafında düşünülmüş şəkildə qalmaqal yaradırdılar. Məsələn, 1925-ci il sentyabr ayının 25-də həyat yoldaşı ilə Bakıdan Moskvaya qayıdan Yesenin xoşagəlməz bir hadisə ilə üzləşdi. Yesenin qatardakı vaqon-restorana getmək istəyərkən mühafizəçi çekist onu ora  buraxmadı. Yesenin buna görə onunla mübahisəyə girdi. Həmin vaxt diplomat Alfres Roqa da həmin qatarda idi. O, Yeseninin mühafizəçi ilə sərxoş halda mübahisə etdiyini görəndə onunla qatarda gedən Moskva Şəhər Şurasının üzvü, dostu həkim Yuri Levitaya müraciət etdi. Onlar Yeseninin psixoloji cəhətdən sağlam olmadığı qənaətinə gəldilər. Moskvaya çatan kimi LevitaRoqa müvafiq qurumlara Yeseninin psixi xəstə olması və qatarda baş verənlər barədə şikayət etdilər. Yesenini həbs gözləyirdi. Bundan qaçmaq üçün qohumları ondan nevroloji xəstəxanada müalicə olunmasını xahiş etdilər. Bu arada o, Lev Tolstoyun nəvəsi Sofya Andreyevna ilə tanış oldu. Tezliklə bu tanışlıq alovlu məhəbbətə çevrildi.

1925-ci ildə Yesenin Lev Tolstoyun nəvəsi Sofya Andreyevna ilə evləndi.

1925-ci il noyabr ayının sonlarında Sofya Tolstoy Moskva Universiteti Psixonevroloji Klinikasının direktorundan Yeseninin müalicə olunması barədə razılıq əldə etdi. Bu barədə ancaq şairin bir neçə yaxın adamının xəbəri var idi. Yesenin üzləşdiyi qalmaqaldan xilas olmaq üçün istər-istəməz müalicə olunmağa razılıq verdi. Təxminən 1 aylıq müalicədən sonra 1925-ci il dekabr ayının 23-də Yesenin gözlənilmədən klinikanı tərk edərək  Leninqrada getdi. Getməmişdən əvvəl o, Rusiyada yaşamaq istəmədiyini və belə bir həyatdan bezdiyini söylədi. Hələ 1923-cü ildə Yesenin ən yaxın adamlarından olan  A. Kulikova belə bir məktub yazmışdı: “Əgər mən tək olsaydım, bacım olmasaydı, hər şeyə tüpürərək çoxdan Afrikayaya başqa bir ölkəyə gedərdim. Mən öz vətənimdə gərəksiz bir əşya olmaq istəmirəm”.

1925-ci il noyabr ayının 27-də isə o, dostu P. İ. Çaqinə yazmışdı: “Psixi xəstəxanaya başıma gələn qalmaqaldan xilas olmaq üçün getdim. Bu qalmaqaldan xilas olan kimi yəqin ki, xaricə gedəcəyəm”.

Xəstəxanada müalicə olunan zaman o, Sofya ilə əlaqələrini kəsmişdi. Çünki Sofya zadəgan bir ailədən çıxmışdı və xasiyyəti çox ağır idi. O öz sözünün üstünə söz deyilməsini, bir sözünün iki edilməsini istəmirdi. Yesenin isə təbiət etibarı ilə çox çılğın idibuna dözmürdü. Ona görə də Sofyadan ayrılmaq qərarına gələrək, yeni tanışı Avqusta Miklaşevskayaya evlənmək təklifi etmişdi.  Amma sonuncu onun hələ də Sofya ilə nikahda olduğunu düşünərək, onunla görüşə getmədi.

Bundan olduqca ruhi sarsıntı keçirən Yesenin  Leninqrada gələrək, buradakı Anqletep mehmanxanasında yaşamağa başladı.

Bu mehmanxana  da onun üçün son mənzilə gedən  yol oldu.

Yesenin 1925-ci il dekabr ayının 28-də mehmanxananın 5 saylı otağında müəmmalı şəkildə dünyasını dəyişdi. Onu otağında özünü asmış şəkildə tapdılar. Guya Yesenin özünü asmışdı. Mehmanxananın komendantı istintaqa verdiyi ifadəsində yazmışdı: “28 noyabr, səhər saat 10.30-da vətəndaş E. A. Ustinova yanıma gəldi. O bildirdi ki, Yeseninin otağının qapısını döyür, ancaq  qapını açan yoxdur. Mən çətinliklə də olsa, qapını açdım, ancaq içəri girmədən çevrilib getdim. İki dəqiqə sonra UstinovaErlix ardımca qaçaraq Yeseninlə bağlı faciə baş verdiyini söylədilər. Mən geri qayıtdım və Yesenini otağın sağ küncündə asılmış vəziyyətdə gördüm. Dərhal 2-ci milis şöbəsinə zəng etdim”.

Yesenin son günlərini necə keçirmişdi? Həmin vaxt Yeseninin dostu YelizavetaGeorgi Ustinov da Anqletepdəki 130 saylı otaqda qalırdılar. Bundan əlavə, şair Volf Erlix də həmin mehmanxanada qalırdı. Erlixin sonralar xatırladığına görə, şairin xahişi ilə həmin gün gecə onun otağında olub. Onun sözlərinə görə, Yesenin əsəbi vəziyyətdə idi və mehmanxananı partladacağını deyirdi: “Sonra o, Liza xalaya (Ustinovaya) mürəkkəb qabının olmamasından şikayətləndi. O şeir yazmaq istəyirdi, mürəkkəb isə yox idi. Liza onu sakitləşdirmək istədi və səhərə kimi gözləməsini xahiş etdi. Amma Yesenin qanı ilə şeir yazacağını bildirdi. Sonra Yesenin cibindən çıxardığı bloknotdakı son şeirini cıraraq mənə verdi. Dedi ki, sabah oxuyarsan. Biz sonra onu tərk etdik”.

G.Ustinov isə istintaqa verdiyi ifadəsində yazırdı: “27 dekabrda mən, həyat yoldaşım, Erlix və Uşakov Yeseninin yanında idik. Biz onu tərk edəndə Yesenin otağıma gələcəyini dedi. Ancaq gəlmədi. Həmin gecə yazıçı Sergey Semyonov bizə qonaq gəlmişdi. O gedəndən sonra biz yatdıq”.

Erlix isə Yeseninin yazdığı son şeirini istintaqa təqdim etmişdi. Bu şeirin adı “Xudahafiz mənim dostum, xudahafizidi. Sonralar 1995-ci ildə “Anqletepin komendantının həyat yoldaşı Antonina Nazarova publisist Viktor Kuznetsovla söhbətində baş verənləri belə xatırlamışdı: “1925-ci il dekabr ayının 27-də mehmanxananın xidmətçisi bizə zəng edərək, ərimin təcili şəkildə mehmanxanaya gəlməsini xahiş etdi. Ərim tələm-tələsik ora getdi. O yalnız ertəsi gün evə qayıtdı və özünü asan Yeseninin boğazından ipi açdığını söylədi”. Leninqrad televiziyasına verdiyi müsahibəsində isə Nazarova ərinin Yeseninin ölümündən 27 dekabr, saat 23-də xəbər tutduğunu deyib. Qadın ərinin Yeseninin ölümü haqqında əsl həqiqəti bildiyini, ancaq qorxudan onu açmadığını və bu sirri özü ilə qəbrə apardığını demişdi. Belə çıxır ki, əslində Nazarov özü Yeseninin ölümündə və ya, daha doğrusu, öldürülməsində iştirak edib. Belə ki, Nazarov hələ 1925-ci il mart ayının 15-də xüsusi xidmət orqanlarında işə qəbul edilmişdi. Viktor Kuznetsovun fikrincə Nazarov məhz Yeseninin öldürülməsində iştirak edib.

Hadisə yerinə gələn sahə müvəkkili Nikolay Qorbov isə şairin özünü öldürməsi barədə akt tərtib etdi. Akta şairin dostlarından olan Volf Erliximza atmışdı. Halbuki Erlix bunun özünəqəsd olmadığını yaxşı bilirdi. Yeseninin meyiti xəstəxanaya aparılarkən məlum oldu ki, onun pencəyi yoxa çıxıb. Pencəkdə hansı sirr gizlənmişdi? Bu məlum deyil. Ola bilsin ki, həmin pencəkdə şairin öldürülməsini sübut edən hansısa fakt, sübut olub.

1925-ci il dekabr ayının 29-da Yeseninin meyitini Moskvaya göndərdilər. O, dekabrın 31-də məşhur Vaqankov qəbiristanlığında dəfn edildi.

 

Yeseninin günahı nə idi?

 

Yeseninin müəmmalı ölümü ətrafında Rusiya mətbuatında son 15-20 ildə kifayət qədər yazılıb. Belə güman edilir ki, o özünə qəsd etməyib, əksinə, onu asıblar. Niyə? Bu sualın cavabı aydındır: Yesenin artıq mövcud quruluşdan üz döndərmişdi və imkan düşən kimi xaricə qaçmaq istəyirdi və özünündediyi kimi, lap Afrikada belə yaşamağa hazır idi. Son.

 

 

Zaman.- 2011.- 14-15 iyul.- S.7.