“20 il ərzində haqqı müdafiə etmişik”
“İki sahil” qəzetinin 20 yaşı tamam olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təsisçiliyi
ilə nəşr olunan qəzet 1991-ci ilin iyul ayının
10-dan işıq üzü
görür. Bir vaxtlar aylıq, həftəlik, indi isə gündəlik qəzet kimi çap olunan “İki sahil”in baş redaktoru Vüqar Rəhimzadə ilə görüşüb
qəzetin keçdiyi
yol barədə söhbətləşdik.
- Vüqar müəllim, əvvəlcə,
qəzetin 20 illik tarixinə qısa ekskurs edək.
- 1991-ci ildə Azərbaycanda söz azadlığı sahəsində kifayət qədər məhdudiyyətlər
vardı. Senzuranın
mövcudluğu müstəqil
mətbuatın inkişafına
ciddi əngəl törədirdi. Qəzetlərin
qeydiyyat məsələsi
ciddi bir problem idi. “İki sahil”in də qeydiyyata alınması asan olmadı. Qəzetimizin adı müəyyən dairələri
narahat edirdi. Mətbuat Komitəsi qəzetin adının siyasi məna daşıdığını əsas gətirərək,
qeydiyyat məsələsində
problemlər yaradırdı.
Zaman keçdikcə bütün bu problemlər geridə qaldı. Xüsusilə də Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən
sonra bütün sahələrdə olduğu
kimi, söz azadlığı sahəsində
də uğurlu addımlar atıldı.
1998-ci ilin avqust ayının 6-da senzuranın
ləğvi ilə müstəqil və milli mətbuat tariximizdə çox önəmli hadisə baş verdi. Bütün bunlar “İki sahil”in fəaliyyətinə müsbət
təsir göstərdi.
Ayda bir, sonra iki dəfə,
daha sonra isə həftədə bir dəfə olmaqla öz nəşrimizi davam etdirdik. 1995-ci ildən sonra həftədə 3 dəfə, sonra gündəlik qəzet kimi oxucularımızın
görüşünə gəldik
Bu gün fəxrlə deyirəm ki, “İki sahil” qəzeti müstəqil mətbuatımızın formalaşma
dövründə 20 yaşını
geridə qoyub. Hesab edirəm ki, “İki sahil”
qəzeti o ağır
dövrlərdə kifayət
qədər uğurlu
yazılarla çıxış
edib. Xüsusilə Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın Ali Məclisinin
Sədri olduğu vaxtlarda onun sərəncam və fərmanlarını, Ali Məclisin
qərarlarını mütəmadi
olaraq işıqlandırmışıq.
YAP-ın yaranma və təşkilatlanma dövründə qəzetimiz
bir mətbuat orqanı kimi bu siyasi qurumun
formalaşmasında öz
yazıları ilə
yaxından iştirak edib.
Prezident
İlham Əliyevin apardığı uğurlu
daxili və xarici siyasəti qəzetimiz mütəmadi
olaraq öz səhifələrində işıqlandırır.
Ölkəmizin mədəniyyət,
təhsil, ordu quruculuğu və digər sahələrdə
əldə etdiyi uğurlarla bağlı geniş yazılar veririk.
Eyni zamanda Heydər Əliyev Fondunun layihələrinin işıqlandırılmasına,
xüsusilə milli irsimizin qorunub inkişaf etdirilməsinə,
musiqi mədəniyyətimizin,
tarixi ənənələrimizin
dünyaya çatdırılmasına
xüsusi önəm veririk.
”İki sahil” bugünkü mətbuat bolluğu şəraitində
8 min tirajla gündəlik
işıq üzü
görür. Hazırda
redaksiyamızın 35 əməkdaşı
var. Əməkdaşlarımızdan
3-ü əməkdar jurnalistdir,
onların arasında
“Tərəqqi” medalına
layiq görülənlər,
müxtəlif müsabiqələrdə
qalib olanlar var.
Qəzet
20 il ərzində müxtəlif formatlarda işıq üzüb görüb, müxtəlif
rubrika və yazılarla öz oxucularının görüşünə
gəlib. “İki sahil” Azərbaycanda bütün səhifələri
rəngli çıxan
azsaylı qəzetlərdən
biridir. Növbəti illərdə daha müasir və daha yüksək səviyyədə çap
olunacağıq.
Ümumiyyətlə, “İki sahil”in keçdiyi yolu uğurlu hesab edirəm. 20 il ərzində haqqı müdafiə etmişik, obyektivlik nümayiş etdirmişik,
əyrini əyri, düzü düz göstərmişik.
- Qəzetin adı maraqlıdır. Niyə “İki sahil”?
- Bizim devizimiz “Vahid Azərbaycan uğrunda”dır. Qəzetimiz
dünyaya səpələnmiş
azərbaycanlıların vahid
ideologiya ətrafında
birləşməsi üçün
səylə çalışmaq
vəzifəsini öz
üzərinə götürüb.
Biz ilk saylarımızda Cənubi
Azərbaycanda yaşayan
ziyalıların, elm adamlarının
şeirlərini, müsahibələrini
mütəmadi olaraq dərc etmişik. Bu illər ərzində dünya azərbaycanlılarının
üz tutduğu ünvan olmaq məsuliyyətinin altına
girmişik.
- Ötən 20 ildə ən çətin və ən xoş gününüzü necə
xatırlayırsınız?
- Çətin günlərimiz çox
olub. 1990-91-ci illərdə qəzet təsis
etmək, qəzetdə işləmək, fikrini
sərbəst ifadə etmək, doğrudan
da çox çətin
idi. O illərdə yataqxanada
yaşamışam, tələbə olmuşam,
gecələr oxumuşam, gündüzlər
qəzet redaktoru olmuşam.
Hesab edirəm ki, qəzetin
nəşrinin ilk illərində bizə
kifayət qədər təyziqlər də olub.
O illərdə Heydər Əliyev haqqında yazılar vermək
asan deyildi. O çətin,
amma qürurlu günlər
hesab edirəm ki, ən
yadda qalan günlərimiz
olub.
- 20 il əvvəlin - keçid
dövrünün qəzeti və indiki müstəqil
dövrün qəzeti. Bu ikisi arasında nə fərq
görürsünüz?
- 20 il əvvəlki dövrdə müstəqil qəzetlərin sayı az idi. İndi isə vəziyyət xeyli fərqlidir. Azərbaycanda kifayət qədər şərait yaradılıb ki, kimliyindən asılı olmayaraq, qəzet təsis etsin və öz fikrini yaysın. Kimsə soruşmur ki, hansı qəzetdə hansı yazılar çıxacaq. O dövrdə qəzet çıxmazdan əvvəl ciddi senzuradan keçirdi və hansısa yazı kiminsə xoşuna gəlmirdisə, o yazı kənara qoyulurdu. Bu gün belə hallarla rastlaşmırıq. Redaksiyaların maliyyə imkanları yaxşılaşır, hətta bəzi qəzetlərin öz ofisləri var. Dövlətin mətbuata qayğısı yüksək səviyyədədir. 2009-cu ildə Azərbaycan Prezidenti Yanında KİV-ə Dövlət Dəstəyi Fondunun fəaliyyət göstərməsi bunun bariz nümunəsidir.
Ancaq
bugünün də öz çətinlikləri var. Məsələn,
jurnalistlərin özlərinin özləri üçün
yaratdıqları problemlər var. Jurnalistika sahəsində bu
sahəyə yad insanların sayı çoxdur. Belələri söz
azadlığını söyüş
azadlığı ilə qarışdırmaqla, insanların
şəxsi həyatına müdaxilə etməklə jurnalistikaya xələl gətirirlər.
Düşünürəm ki, zaman keçdikcə bu məsələlər
öz həllini tapacaq.
- Bugünkü qəzet bolluğu
şəraiində “İki sahil” qəzetinin tutduğu
mövqe nədən ibarətdir?
-
Birinci növbədə çalışırıq ki,
yazdığımız yazılarda daxili vicdanımızı
ortaya qoyaq. Bizdə obyektivlik vacib şərtdir. Bizim ən
başlıca prinsipimiz dövlətçilik
ideologiyasının qorunması və daha
da inkişaf etdirilməsidir.
Bunu vətəndaşlıq borcu hesab edirik.
Eyni zamanda Prezidentimizin apardığı daxili
və xarici siyasəti oxuculara
çatdırmağı ali vəzifəmiz
hesab edirik.
- Publisistik dilin qorunmasına nə qədər önəm verirsiz?
- Azərbaycan dilinin qorunması çox vacib məsələdir.
Biz bu məsələyə
çox böyük önəm veririk. Çünki dilimiz bizim milli varlığımızdır.
Ona görə də redaksiyamızda 4 korrektor işləyir. Məncə, bu sahəyə diqqət yetirmək hər jurnalistin vəzifəsidir.
Çalışırıq ki, dil haqqındakı
bütün prinsiplərə,
qaydalara bir qəzet olaraq tam riayət edək.
- Bu gün dünyada elektron media yazılı medianı üstələyir. Azərbaycanda
tarixi ənənələri
olan medianın elekron mediaya uduzma ehtimalını necə qiymətləndirirsiniz?
- Təkcə ölkəmizdə
deyil, bütün dünyada yazılı mediaya hər zaman ehtiyac duyulub.
Bu da təbiidir ki, elektron medianın
fəaliyyətə başlaması
yazılı mediaya öz mənfi təsirini göstərib.
Amma mən düşünmürəm ki,
yazılı media tamamilə
sıradan çıxacaq.
Ancaq bu rəqabətə yalnız
samballı qəzetlər
tab gətirəcək. Səriştəsiz
qəzetlər öz-özünə
sıradan çıxacaq.
- Təsisçiniz
Azərbaycanın ən
böyük şirkəti
-
ARDNŞ-dir...
- Əlbəttə, bir təsisçi kimi ARDNŞ-dən razıyıq. Qəzetimiz də öz səhifələrində bu şirkətin fəaliyyətini geniş şəkildə işıqlandırır. Ölkəmizin neft sektorunda baş verən bütün hadisələri oxucularımızla bölüşməyə çalışırıq. Düşünürəm ki, on illər sonra Azərbaycanın neft tarixi ilə bağlı məlumat və ya neft-qazla bağlı bir rəqəm əldə etmək istəyənlər üçün “İki sahil”i vərəqləmək kifayət edəcək.
Biz işimizi peşəkar səviyyədə qurmağa çalışırıq. Azərbaycanın əksər bölgələrində abunəçilərimiz var. Əlbəttə, “İki sahil” neftçilərin doğma və sevimli qəzetidir.
NATIQ PƏNAHLI
BAKI
Zaman.-2011.-16-18 iyul.- S.9.