Ən böyük dostum elə özüməm

 

Rafiq Səməndər

 

Yazıçı -publisist

 

- Sizə görə həyatda ən asan və ən çətin şey nədir? - Yaxşılıq etmək! Həm asandır, həm də çətin.

- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız

- O yerin qarışqalarına baxardım. Onlar neyləyirsə, mən də onu eləyərdim.

- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

- Sevinirəm ki, kişi kimi yaşamışam. Heç kimə boyun əyməmişəm. İkiüzlü, yaltaq olmamışam. Qismətimə qane olmuşam. Üzülürəm ona görə ki, ömrümün ən gözəl 15 ili boş və mənasız keçdi. Niyə? Bu bir ayrı sualın cababıdır.

- Valideyn və müəllimlərdən başqa, özünüzü kimlərə borclu bilirsiniz?

- Ömür yolumda qarşıma çıxan bütün xeyirxah insanlara. Və bir də mənə birinci əl uzadıb, salam verənlərə.

- Uğrunda hər şeydən keçə biləcəyiniz varlıgın adı?

- Allah, Allah, yenə Allah! Ona qurban olum. O, mənim həmişə səsimi eşidib. Həmişə mənə əl tutub.

- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

- Hərbçi peşəsində, ancaq bir 10-15 il bundan qabaq. Əlbəttə ki, razıyam!

- Üzr istəmək sizə ağır gəlmir ki?

- Əksinə, rahatlıq gətirir. Üzr istəyə bilmək hər kişinin işi deyil.

- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

- Sabir müəllimin qələminə qurban olum. O bişirdiyi çirk yox, çörək pulu çıxaran o müqəddəs sabuna and olsun, əgər kişidə qeyrət yoxdursa, ağlamağın zadın bura dəxli yoxdur. Bu bir, ikincisi şübhəsiz ki, böyük şair burda həqiqi ağlamağı nəzərdə tutmur. Onunağlamağıbaşqa şeylərdir. Bax burada da qeyrət olsa əgər, heç o ağlamaqlar da olmaz.

- “Kaş ki, filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydımdediyiniz olurmu?

- Yox olmayıb...Türkdən böyük xalq var yer üzündə?

- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

- İnciklik, söz-söhbət olmayan yer tövlədir. Bunu mən demirəm. Məndən qabaq deyiblər. Kimin hirsi tez soyuyursa, o birinci barışır.

- Özünüzü kimin qarşısında günahkar bilirsiniz kiminsə günahını bağışlamısınızmı?

- Anamın qarşısında özümü günahkar sayıram. Gücüm çatmadı. 35 yaşından o yana ötürə bilmədim. Nənə ola bilmədi. zaman keçdikcə öz günahlarımı özümə bağışlamışam.

- Sizcə, azadlıq istədiyini eləməkdi, ya istəmədiyini?

- Azadlıq  odu, bu. Azadlıq sərbəst düşünə bilmək, fantaziyanı göylərdə quş kimi sərbəst işlədə bilmək düşündüyünü sərbəst həyata keçirə bilməkdir. Yaman deyiblər: “Azadlıq şirin sözdür, qardaşım”. Şirin şeyi isə uşaqdan tutmuş böyüyə kimi hamı xoşlayır.

- Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

- Sevgi həyatdır. Həyat! Onun içində ümid var, qorxu da var, xoşbəxtlik var!

- Ən çox zaman utanırsınız?

- Mən söz adamıyam. Ağzımdam çiy söz çıxanda, çox utanıram. Günlər keçdikcə yadıma düşür, lap xəcalət çəkirəm.

- Ölüm nədir?

- Bilmirəm. Ölməmişəm hələ...

- Çoxlu pulunuz olsa, hara xərclərdinz?

-Oturub o pullara baxıb, gecə-gündüz ağlayardım. Sovet dövründə dəb idi belə suallara cavab verirdilər ki, bilim, uşaq bağçası tikdirərdim, yetimxanalara verərdim sair ilaxır.

Yaddan çıxarmayın çoxlu pul hər şeyin sonu deməkdir. Yazmağın, yaratmağın, işləməyin yaşamağın da. Ona görə deyirəm, oturub o pullara baxıb ağlayardım ki, bu da axırı.

- “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaqdüşüncəsi nəyi ifadə edir?

- Vallah ha baş sındırdım, o tərəfə-bu tərəfə çöndərdim bu sualı başa düşmədim. Gəl bu sualı o biri suallara qurban kəsib, keçək üstündən.

- Həyatda ən böyük təsəlliniz?

- Həyatda ən böyük təsəllim: görürəm, eşidirəm, danışıram, yeriyirəm, düşünürəm. ən başlıcası: “ qəm,  əlimdədir hələ qələm.”

- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

- 1990-cı ilin Yanvar hadisələrindən... Yəqin ki, hamı o dövrdə qələmə aldığımŞəhidlərkitabını oxuyub. O mövzuda bütün suallara dörd-beş dəfə cavab vermişəm.  İndi o mövzulu sualları eşitmək istəmirəm. Cavab verəsi halım qalmayıb. Heydən düşmüşəm daha.

- Yubiley ad günlərində özünüzü necə hiss edirsiniz?

- Çox vaxt bu suala da belə cavab verirlər ki, yaş üstünə yaş gəlir deyə heyfslənirəm. Məndə elə deyil. Əksinə sevinirəm ki, hər ilin yanvar ayının 10-u gününü Allah-Təala mənim adıma bağışlayıb.

- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, yazardınız?

- Kişi olmaq lazımdır, kişi!

- Sizə görə insanda ən yaxşı ən pis xarakter hansıdır?

- Ən yaxşı xasiyyət xeyirxahlıq. Ən pisi isə qəddarlıq.

- vaxtsa hansısa mügənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?

- Yox. Ancaq uşaq vaxtı yadımdadırAzərbaycan pioneriqəzeti sorğu keçirirdi ki, siz kimə oxşamaq istərdiniz. Mən yazıb göndərdim ki, Rəşid Behbudova oxşamaq istərdim. Qəzetdən mənə iri bir zərfdə çap olunmuş cavab məktubu gəldi ki, Rəşid Behbudova oxşamaq üçün sənin yaxşı səsin olmalıdır. O məktubu mən bir il qoltuğumda gəzdirdim.

- Övladlarınız sizi atsalar, onlara deyərdiniz?

- Heç . Deməli, mən pis valideyn olmuşam ki, məni atıblar. yaxud onları düz tərbiyə eləməmişəm. Bir sözlə, taxsırı özümdə görərdim.

- Ən çox sevdiyiniz sevmədiyiniz sözlər?

- Ən çox sevdiyim söz “can”, sevmədiyim isəbilmirəm”, “bacarmıram”, “xeyr”, “yoxdur”, “mümkün deyil sair bu qəbildən olan kəlmələr. Əgər mən hər hansı böyük bir təşkilatın rəhbəri olsaydım, ilk növbədə tabeliyimdə olan müdirlərə bu kəlmələri işlətməyi bir nömrəli əmrlə qadağan edərdim. qadağan olunmuş bu kəlmələri yazıb lövhədən asdırardım.

- Fürsət olsa, ölümqabağı vəsiyyət edəcəksiniz?

- Birdən vəsiyyət eləyib, ölərəm haa! Ölümdən qorxmuram, ancaq o ölümqabağıdan qorxuram:

   Bir halva-çörək verin ölümümə, qoy ölümüm şirin olsun”.

- Ən çox nədən qorxursunuz?

- Qəfil bəd xəbərlərdən...

- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

- Çox şey çatmır... Ən başlıcası elə xoşbəxtliyin özü çatmır.

- Sizin kimlərə kimi xeyiriniz var?

- Ətrafımda olan insanların hamısına xeyrim var. Pislik eləmirəmsə, demək xeyrim var. Bir üstündə gəzdiyim torpağa çox xeyrim var. Bu torpağı çox istədiyim üçün.

- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona deyərdinz?

- Qucaqlayıb öpərdim bu dünyanı, bağrıma basardım onu bir əzizim kimi.

- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

- Eləmişəm. İşləmədiyim vaxtlarda yaxın bir biznes adamım mənə xarici əlaqələr üzrə direktor müavini vəzifəsini təklif etdi... Bir-iki gün gedib, kabinetdə oturub hekayələrimi yazdım... Sonra imtina elədim ki, mənlik deyil. Sözün biznesi olsaydı, gedərdim. Bu limonad biznesi idi.

- Gənclik hansı yaşda bitir?

- Ürək qocalan kimi gənclik bitir. Ürəyi bilmək olmur, bir gördün 17 yaşında qocaldı.

- Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

- Yox, dostlarım çox deyil. Ən böyük dostum elə özüməm. Gündə oturub bu gözəl dostuma qonaqlıq verirəm. Onunla yeyib-içirəm. Gəzirəm, dərdimi ona danışıram. Çox kömək eləyir mənə Rafiq Səməndər dostum!

 

 

 Zaman.- 2011.- 23-25 iyul.- S.12.